246
qalmışdı. Ikinci dəfə vertalyot qayıdanda Susuzluq dağının zirvəsini ələ
keçirmiş düşmən bizi və vertalyotu iri çaplı pulemyotlarla atəşə tutdu.
Mən iki nəfərlə Murovdağın ətəyində, iki əsgər isə Bozdu kəndinin
yaylaq yerində 5 yaralı ilə vertalyot gözləyirdik. Hər tərəfdən atəşə məruz
qalan vertalyot enməyə macal tapmadı və bir neçə dəfə dövrə vurduqdan
sonra Murovdağı aşaraq görünməz oldu. Ermənilər bizə atəş açaraq
aşağıdakı yaralılara doğru hər tərəfdən hücuma keçdi. Son gülləmiz
qalanadək döyüşdük. Güllələrimiz qurtardı. Biz hərəmiz sonuncu
gülləmizi özümüz üçün saxlamışdıq. Düşmən bizdən xeyli aşağıda olan
yaralılara yaxınlaşmışdı. Həmin yaralı əsgərlər və onların yanındakı iki
əsgər düşməni yaxına buraxaraq qəfil atəşlə onları bir-bir qarın üstünə
sərirdi. Amansız və acınacaqlı bir döyüş gedirdi. Ermənilər hər tərəfdən
yaralıları mühasirəyə almışdı. Bizim güllələrimiz qurtardığı üçün
yaralılara yaxınlaşa bilmir, uzaqdan onların ermənilərə qarşı necə
rəşadətlə döyüşdüklərinə tamaşa edirdik. Bu qeyri-bərabər döyüşdə yaralı
əsgərlər düşmənin 15 əsgərini məhv edərək, özləri də qəhrəmancasına
həlak oldular”.
* * *
Babaşlar kəndinin kənarında tövlədə gizlənən bir dəstə yaralı
əsgər və zabitlər isə dəfələrlə düşmən hücumunun qarşısını mərdliklə ala
bilmişlər. Həmin döyüşlərin iştirakçısı İlham Əzimovun dediklərindən:
“Fevralın 11-də Lev kəndi ətrafındakı döyüşdə yaralandıqdan sonra məni
və bir neçə başqa yaralıları Babaşlar kəndinin tövlələrinə daşıdılar.
Döyüş
yoldaşlarım Qoşqar Tağıyev, Xalid Həmidov, Mahir Abbasov, Saleh
Məmmədov və digərləri bizim döyüş meydanından çıxarılmağımız üçün
çox əziyyət çəkdilər. Onların bir hissəsi düşmənlə döyüşərək onların
yaxınlaşmasını ləngidir, bir hissəsi isə bizim yaralarımızı sarıyır və bizi
arxaya çəkirdilər. 30 nəfər yaralılar arasında Yaşar adlı bir zabit də var
idi. O, bizə yaxşı məsləhətlər verir, geriyə çəkilməmizi təşkil edirdi. Sağ-
salamat olanlar isə cəmi 8 nəfər idi. Göydən papaq-papaq qar yağırdı.
Həm aclıq, həm susuzluq, həm də yaralarımız bizi əldən salmışdı. Biz
sağ-salamat olan döyüş yoldaşlarını inandırmağa çalışırdıq ki, bizim
yanımızda qalmaları mənasızdır. Geci-tezi düşmən bizi tapacaq və qeyri-
bərabər döyüşdə hamımız həlak olacağıq. Biz həmin 8 nəfər salamat olan
əsgərlərin gedib bizə kömək gətirmələrinin daha vacib olmasını başa
salmağa çalışırdıq. Onlar isə bizi heç vaxt tərk etməyəcəklərini
bildirirdilər. Nəhayət qərara gəldik ki, onlar bizə bir az ərzaq tapıb
versinlər və sonra kömək gətirməyə getsinlər. Fevralın 14-də onlardan 3
nəfəri ərzaq axtarmaq üçün getdilər və bir daha geri qayıtmadılar. Buna
görə də biz məcbur olub yerimizi dəyişməyə çalışdıq. Yaralı zabit Yaşar