30 yanvar 1994-cü il - briqadanın 1-ci, 3-cü və 4-cü taborları
döyüş əməliyyatlarını genişləndirərək Kəlbəcərin Seyidlər, Lev,
Dəmirçidam, Cəmilli və digər kəndlərini düşməndən azad etdilər.
Bu döyüşlərdə düşmən 100 nəfərədək canlı qüvvə itirdi.
2 fevral 1994-cü il- düşmən Ağdərə istiqamətindən Qamışlı
kəndi istiqamətinə hücuma keçdi. 2-ci tabor (komandir: kapitan
Məhərrəmov İntiqam) düşmənin hücumunu dəf edərək, 3 tankını,
3 avtomobilini və 30 nəfər canlı qüvvəsini məhv etdi. Döyüşdə
tank komandiri Səməd və bölük komandiri kiçik leytenant
Bayramov Əli fərqləndilər.