A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə142/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   138   139   140   141   142   143   144   145   ...   197
DaĢı deĢən, suyun qüvvəti deyil, damlaların davamlılığıdır. 
                                                                                              M ə s ə l 
mövqelərinə  yaxınlaşır,  həm  də  yaralıları  çıxarırdıq.  Digər  bölük  və 
tağımların  əsgər  və  zabitləri  özlərini  itirmiş,  necə  hərəkət  etmək  lazım 
olduğunu bilmirdilər. Hətta bəzi zabit və əsgərlər ölən silahdaşlara görə 
ağlayırdı.  Mən  onlara  acıqlandım  və  düşmənin  meşə  ilə  sağ  cinahdan 
arxamıza  keçərək  mühasirəni  qapatmaq  istədiyini  qışqıra-qışqıra 
bildirdim.  Bu  komandaları  daldalandığım  kiçik  daşın  arxasından 
verirdim.  Ordan  kənara  çıxmaq  qeyri-mümkün  idi.  Çünki  düşmən  üç 
tərəfdən bizim  mövqe tutduğumuz təpəni atəş altında saxlayırdı. Oradan 
hər hansı bir tərəfə çıxmaq isə ölüm demək idi.  
Atəş  səsləri  bir  qədər  azalanda  sağ  tərəfdə,  təpənin  arxasında 
meşədə  səs  eşitdim.  Bu  səsləri  ayırd  etmək  lazım  idi.  Onlar  ya  bizə 
köməyə  göndərilənlər  idi,  ya  da  düşmən  meşə  ilə  arxamıza  keçmək 
istəyirdi.  Vaxt  itirmək  olmazdı.  Mən  pulemyotçu  Elxana  məni  qorumaq 
üçün  düşmən  hədəflərinə  atəş  açmağı  bildirdim  və  təhlükəli  olsa  da, 
sürünə-sürünə  təpənin  üstünə  çıxdım.  Hər  yandan  güllələr  çovuyurdu. 
Açıqlığa  çıxdığım  üçün  güllələr  ətrafıma  düşür,  daşlara  dəyərək 
vıyıldayırdı.  Mən  bunlara  əhəmiyyət  vermədən  meşədəki  səslərə  qulaq 
asır və atılan güllələrdən onların istiqamətini müəyyən etməyə çalışırdım. 
Aşağıda  meşədə  bir  nəfərin  “Qarik,  Qarik”  deyərək  çox  da  yüksək 
olmayan  səslə  kimisə  çağırdığını  eşitdim.  Səs  30-40  metr  məndən 
aşağıdan ağacların arasından gəlirdi. Bunlar yəqin ki, ermənilər idi. Mən 
başımı  bir  qədər  də  yuxarı  qaldıraraq  səslərə  diqqətlə  qulaq  asmaq 
istədim və onları görməyə çalışdım.  Düşmənin aşağıdan-meşədən və Lök 
qalası  tərəfdən  qəfil  atdığı  işıqsaçan  güllələr  üstünə  uzandığım  qayaya 
dəyərək  çovudu.  Daşın  qırıntıları  üz-gözümə  və  ətrafa  səpələndi.  Bəlkə 
də  düşmən məni görmüşdü. Mən cəld arxa tərəfə yumalanaraq, meşəyə-
ermənilərin  səsi  gələn  tərəfə  iki  F-1  qumbarası  atdım.  Qumbaralar 
meşədə  partladı  və  ermənilərin  qışqırtıları  eşidildi.  Komandir  məndən 
orada  nə  baş  verdiyini  soruşdu.  Mən  ermənilərin  arxamıza  keçmək 
istədiklərini  bildirdim.  Mən  təpədən  aşağı,  komandirin  yanına 
yumalandığımı  görərkən,  Mehdiyev  Mirzəli  və  Həsənov  İlqar  bir  anlıq 
özlərini itirdilər və mənim vurulduğumu zənn edərək, mənə tərəf qaçmaq 
istədilər. Lakin mən onlara gizləndikləri yerdən çıxmamağı əmr etdim və 
düşmən  hədəflərini  atəş  altında  saxlamağı  tapşırdım.  Kapitan  F.Alışov 
“Qorxmaz”a yenidən meşəni atəşə tutmaq barədə  məlumat verdi. Yuxarı 
komandanlıq  yenidən  bizim  sağ  cinahımızı-təpənin  aşağı  tərəfini  atəşə 
tutdu.  Biz  düşmənlə  o  qədər  yaxın  mövqedə  idik  ki,  hətta,  Susuzluq 
kəndindən atılan iri çaplı pulemyot güllələri yanımıza-bizdən 10-15 metr  


 
234 
təpənin aşağısına-səpələnirdi.  
Bir  neçə  dəqiqədən  sonra  yenidən  sürünərək  təpənin  üzərinə 
qalxdım  və  əsgərlərdən  aldığım  daha  iki  qumbaranı  dalbadal  kolluğa 
atdım  və  avtomatla  meşəni  atəşə  tutdum.  Buradan  bizim  pulemyotla 
düşmən  hədəflərinin  necə  vurduğunu  müşahidə  etdim  və  daraqdan 
güllələr  qurtaran  kimi  yenidən  yumalanaraq  komandirin-kapitan 
F.Alışovun  yanına  qayıtdım.  Komandirə  əsgərlərə  eşitdirməmək  üçün 
vəziyyəti  sakitçə  başa  saldım  və  ermənilərin  sağ  tərəfdən  arxamıza 
keçmək  istədiklərini  ona  bildirdim.  Yuxarı  komandanlığa  məlumat 
verməsini və meşənin iri çaplı pulemyotla daimi atəşə tutulmasının vacib 
olduğunu  dedim.  Komandir  ratsiya  ilə  yuxarı  komandanlığa  hədəfləri 
yenidən bildirirdi. 
İki-üç dəqiqədən sonra Susuzluq kəndindən zenit 
pulemyotu  yenidən  deyilən  hədəfləri  vurmağa  başladı.  Ermənilərin 
qışqırtıları  meşədən  eşidilməyə  başladı.  Onların  arxamıza  keçmək 
cəhdləri  baş  tutmadı.  Bu  vaxt  bizim  əsgərlərdən  bir  dəstə  mühasirədən 
çıxmaq  istəyi  ilə  Güneypəyə  kəndi  istiqamətində (düşmən  mövqelərinin 
yaxınlığına  tərəf)  bizdən  uzaqlaşaraq  meşə  talası  ilə  fermalara  tərəf 
çəkilməyə  başladı.  Mövqe  tutduğum  daşın  arxasından  onlar  görünürdü. 
Ərazini  tanımadıqları  üçün  onlar  meşə  ilə  düşmən  mövqelərinin 
içərilərinə  tərəf  çəkilir,  düşmənə  daha  da  yaxınlaşırdılar.  Bu  həm  də 
əsgərlər  arasında  vahımə  yarada  bilərdi.  Komandir  mənə  onları  geri 
qaytarmağı  tapşırdı.  Mən  “oldu”-dedim  və  güllələri  boşalmış  daraqlara 
doldurub  qurtaran  kimi-komandirə  və  yanımızdakı  əsgərlərə  “Məni 
qoruyun”-deyib, yamacla aşağı qaçdım. 30-40 metr açıqlıqdan-düşmənin 
atəş  altındakı    taladan  keçməli  idim.  Mənə  atılan  saysız  güllələr  yağış 
kimi yağaraq ətrafdakı daşlara dəyib çovuyurdu.  Talanı qaçaraq keçdim. 
Yüzlərlə güllədən heç biri “hədəfə” dəymədi...  
Əsgərlərin  yanına  çatıb  hara  getdiyiklərini  soruşduqda  onlar 
buraları  tanımadıqlarını  bildirdilər.  Mən  getdikləri  yerin  ermənilərin 
əlində  olduğunu  dedim  və  onları  geri  qaytarıb  ağacların  arxasında  və 
kiçik təpəlikdə mövqe tutmalarını və düşmən mövqelərinə atəş açmalarını 
əmr  etdim.  Hər  bir  əsgəri  demək  olar  ki,  bir-bir  mövqelərdə 
yerləşdirirdim.  Buradan  bizi  mühasirəyə  almış  düşmənin  sol  cinahını 
atəşə  tutduq.  Mühasirədə  döyüşməyimizə  baxmayaraq  xeyli  düşmən 
əsgərini məhv etdik...  
Mən  əsgərləri  mövqelərdə  qoyub  yenidən  komandirin  yanına 
qayıtdım. Artıq axşam düşürdü. Qaranlığın düşməsi bizim üçün əlverişli 
idi. Bundan istifadə etməklə mühasirədən çıxmaq olardı. 5-6 saat ərzində 
mühasirə döyüşünü aparmağımızın əsas məqsədi də elə bu idi.  
Artıq atəş səsləri azalmışdı. Biz yaralıları döyüş meydanından 


 
235 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin