▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 19 yanvar 1994-cü il- 5-ci tabor (komandir: leytenant Əsədov
Gəray, müavinlər kiçik leytenant İbrahimov Cəmil, baş leytenant
Mirzəzadə Əhməd, bölük komandiri Vəliyev İbad) Qızılqaya
istiqamətində hücuma keçdi və yüksəklik ələ keçirildi. Düşmən
300 nəfər canlı qüvvə itirdi, bir düşmən əsgəri əsir götürüldü.
Tabor 13 nəfər şəhid verdi və 20 nəfər yaralandı. Döyüşdə
fərqləndiklərinə görə Qurbanov Fehruz, Mustafayev Kamran,
Ələkbərov Mətləb, Vəliyev İbad kiçik leytenant rütbəsinə layiq
görüldülər.