A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə130/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   126   127   128   129   130   131   132   133   ...   197
 
 
tikə qoparıb yemək müşkül məsələyə çevrilmişdi. Belə şaxtada suxarı və 
süd  konservləri  dadımıza  çatırdı.  Donmamaq  üçün  gecələr  səhərədək 
gəzinir,  ora-bura  qaçır  ayaqlarımızı  isidirdik.  Hər  gecə  əsgərləri  bir-bir 
yoxlayır,  donmamaları  üçün  yatmağı  onlara  qadağan  edirdim.  Buna 
baxmayaraq  bəzi  əsgərlər  yuxusuzluğa  tab  gətirmir,  elə  qarı  üstündə 
yatırdılar. Mən onların donmaması üçün hər bir saatdan bir onları oyadır, 
özümlə bərabər gəzdirirdim ki, ayaqlarına istilik gəlsin.  
Mən  baş  leytenant  Nizami  Bayramovla  qarın  içərisini  oyub  
özümüzə  iki  nəfərlik  bir  daldalanacaq  düzəltmişdik  və  üstümüzə  plaş-
çadır  çəkirdik  ki,  donmayaq.  Bu  daldalanacaq,  bizi  yalnız,  qılınc  kimi 
kəsən  küləkdən  qoruyurdu.  Lakin  bunun  da  xeyiri  olmurdu.  Bir  az 
dincimizi  almaq  istədikdə  ayaqlarımız  yenidən  donmağa  başlayır  və  biz 
yenidən qalxaraq gəzinir, hərəkət etməyə başlayırdıq ki, donmayaq. Belə 
bir  vəziyyətdə  çox  qalmaq  olmazdı.  Ona  görə  də  biz  zabitlər  yuxarı 
komandanlığı tələsdirirdik ki, icazə verin hücuma keçək.  
Ikinci gecə idi ki, dağın zirvəsində idik. Ermənilər mövqelərimizi 
topla  vurmağa  başladılar.  Birinci  mərmi  bizdən  30  metr  aralıdakı 
qayalığa dəydi. Hamımız qarın üstünə uzandıq. Heç kim yaralanmamışdı, 
itki  yox  idi.  Artıq  itki  verməmək  üçün  əsgərlərə  dağın  görünməyən 
tərəfinə  çəkilməyi  əmr  etdim.  Ikinci  mərmi  atılanda  mən  əsgərlərə 
“uzanın”  komandası  verdim  və  özüm  də  düzəltdiyimiz  daldalanacağa 
uzanmaq  istədim.  Sən  demə  leytenant  Zahid  Hüseynov  məndən  qabaq 
gəlib  daldalanacaqda  yatıbmış.  Mənə  isə  gizlənməyə  yer  qalmamışdı. 
Sonralar bunu xatırlayıb gülürdük.  
Biz 
zabitlər-briqadanın 
kəşfiyyat  rəisi  mayor  Rəhman 
İsgəndərov,  1-ci  taborun  komandiri  kapitan  Qurban  Qurbanov,  3-cü 
taborun  komandiri  kapitan  Fehruz  Alışov,  mən  və  digər  bölük  və 
tağımların  komandirləri  qərara  gəldik  ki,  düşmən  üzərinə  hücum  etmək 
lazımdır.  Bunun  üçün  yuxarı  komandanlıqdan  əmr  verilməsini  xahiş 
etdik.  


 
214 
DüĢmən  çox olsa, qorxma, düĢmənin birliyindən qorx. 
____________________________________________M ü ə l l i f 
Briqadanın  kəşfiyyatçıları  (Sahib  Aslanov,  göyçaylı  Rafael, 
laçınlı  Rövşən  Bəxtiyarov,  Rza  və  başqaları)  üç  gün  idi  ki,  Yanşaq 
kəndində  idilər.  Onlar  gecə  gizli  olaraq  kəndə  enmiş,  ermənilərin 
qərərgahı yerləşən məktəb binasının yaxınlığında tövlədə gizlənərək bizi 
məlimatlandırırdılar.  Yanvarın  20-də  səhərəyaxın  onlar  ratsiya  ilə 
düşmənin  kənddən  qaçdığını  bizə  bildirdilər.  Artıq  qar  və  şaxta  ilə 
mübarizənin çətinləşdiyini görüb bir daha vəziyyəti götür-qoy etdik.  
 
Nəhayət  əmr  aldıq:  birinci  tabor  Yanşaq  kəndini,  3-cü  tabor-biz  isə 
Susuzluq kəndini hücumla azad etməliydi. Səhər açıldı. Biz əsgərlərə  
son tapşırıqlar verdik və dağ yamacları ilə uzun zəncirvarı sıralarla yavaş- 
yavaş aşağı enməyə başladıq. Dağın qarla örtülü donmuş yamacı o qədər 
sərt  eniş  idi  ki,  sürüşüb  1000-1200  metr  aşağı  yuvarlanmaq  təhlükəsi 
yaranırdı. Biz düşmən mövqelərinə avtomat və pulemyotlarla atəş aça-aça 
ehtiyatla  enirdik.  Ermənilər  uzaqdan  bizə  top  atırdı.  Lakin  onlar  böyük 
bir qoşunla gəldiyimizi görüb vahimə içərisində kəndlərdən və tutduqları 
mövqelərindən qaçıb çıxırdılar. Düşmənin uzaqdan atılan topları isə bizi 
qorxutmurdu.  Bizim  əsgərlərin  dağların  yamacı  ilə,  say  çoxluğu  ilə, 
qələbəyə  inam  hissi  ilə  düşmən  üzərinə  hücum  etməyini  ermənilər 
uzaqdan görüb vahimə içərisində qaçırdılar. Bu həm də düşmən üzərində 
mənəvi üstünlük idi.  
Günortaya  yaxın  bölüklə  Susuzluq  kəndi  ilə  Yanşaq  kəndinin 
arasındakı  yüksəkliyə  endik  və  əsgərlərə  təpəlikdə  mövqe  tutmağı  əmr 
etdim.  Digər  bölüklər  sağ  cinahda  Bozdu  kəndi  ilə  Susuzluq  kəndinin 
arasındakı  aşırımlarda  və  yüksəkliklərdə  yerləşdirildi.  Sol  cinahda- 
Yanşaq  kəndində  isə  1-ci  tabor  mövqe  tutmuşdu.  Tank  və  döyüş 
maşınları  olmadan  tutduğumuz  mövqeləri  əldə  saxlamaq  çətin  idi. 
Düşmən əks-hücuma keçə bilərdi. Buna görə əvvəlcə yollar Meydan çayı 
boyunca minadan təmizlənməli, sonra texnika gətirilməli idi. Bunun üçün 
artıq minaaxtaranlar işə başlamış və Meydan çayı boyunca çoxlu düşmən 
minasını zərərsizləşdirmişdilər.  
Ermənilər  Kəlbəcər  bölgəsindəki  bütün  kəndləri  qarət  etdikdən 
sonra  yandırılmışdılar.  Susuzluq  kəndində    bir  neçə  yanmamış  tövlə 
Yanşaq  kəndində  isə  təkcə  məktəb  binası  və  onun  yaxınlığında  bir  ev 
salamat  qalmışdı.  Hər  tərəfdə  əzilmiş,  qırılmış,  dağıdılmış  ev  əşyaları 
gözə  dəyirdi.  Alma  ağaclarının  altında  yarpaqlar  arasında  alma  tapıb 
yeyirdik. Ərzağımız tükənmişdi. Yollar minalardan təmizləndikdən sonra 
bizə sursat və ərzaq gətiriləcəkdi. 


 
215 
Dost -dar gündə tanınar!  X a l q   m ə s ə l i 
Artıq ikinci gün idi ki, dağlardan enmişdik. Komandir F.Alışovun 
əmri ilə mən mövqeləri 1-ci tabora təhvil verim və bölüklə Susuzluq  
kəndinə getdim. Susuzluq kəndində komandirə məlumat verdim və biz 
növbəti əməliyyat planını müzakirə etdik...  
Gecə  zabit  yoldaşlarla  və  bir  neçə  əsgərlə  salamat  qalmış  bir 
tövləni  qərərgah  etdik  və  soba  yandırıb  dincəldik.  İkinci  gecə  baş 
leytenant  Qurban  Sarıyev  səhra  mətbəxini  gətirərək  bizə  isti  xörək 
hazırlatdı.  Gecə  briqadanın  əməliyyat  bölmə  rəisi,  mayor  Qorxmaz 
Qarayev  və  komandir  müavini  mayor  Nəriman  Zeynalov  da  yanımıza 
gəldi.  Biz  əvvəlcə  ön  mövqeləri  gözdən  keçirdik.  Sabahkı  döyüş 
əməliyyatı  barədə  bir  daha  götür-qoy  etdik.  Bizim  taborun  döyüşlərinə 
biləvasitə  rəhbərlik  edən  mayor  Qorxmaz  Qarayev  yanımızda  qaldı. 
Sobanın  yanında  odunların  üstündə  kürək-kürəyə  söykənib  yatdıq.  Iki 
həftədən sonra ilk dəfə idi ki, rahat yatırdım... 
 
Tərtər uğrunda döyüĢlər-1994-cü il        


 
216 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin