▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 02 yanvar 1994-cü il- düşmən arxasına yürüş etmiş 3-cü tabor
(komandir: kapitan B.Nəsibov) qəflətən hücuma keçərək
Kəlbəcərin
Bozdu, Babaşlar, və Təkəqayası kəndlərini
düşməndən azad etdi. Minaatan batareyasının köməyi ilə həmin
gün taborun düşmən tərəfindən mühasirəyə alınmasının qarşısı
alındı. Düşmən 30 nəfər canlı qüvvə itirərək qaçdı. Həmin gün
axşam əks-hücuma keçən düşmənlə mühasirə vəziyyətində qeyri-
bərabər döyüş aparan taborun sursatı tükənir və kömək
göndərmək mümkün olmadığına görə tabora azad edilmiş
mövqeləri tərk etməyə məcbur oldu. Bu döyüşdə iki nəfər
yaralandı və artilleriya rabitəçisi Aqil Heydərov həlak oldu.
Mühasirədən çıxaraq Murovdağın qarlı silsilələrini aşarkən
taborun şəxsi heyətindən daha 24 nəfər isə donaraq həlak oldular.