Yenidən düşmən arxasına 17 yanvar 1994-cü il tarixdə Yol evində əsgərlərin silah və
sursatlarını yoxladıq və ərzaq götürüb hərəkətə başladıq. Dağları
dolanaraq qarın üstü ilə erməni mövqelərindən gizli səkkiz saata
Susuzluq dağına qalxdıq. Səhər açılanda dağın yüksəkliklərində sağ və
sol tərəfimizdə qayalıqlarda erməni mövqelərini aşkar etdik. Düşmənin
gözləmədiyi bir vaxtda onları atəşə tutduq. Bizim mövqelərimiz çox
əlverişsiz idi. Bir bölük əsgərlə dar bir dərədə mövqe tutmağı komandir
F.Alışov mənə tapşırdı. Mən bölüklə Susuzluq dağının Meydançay
istiqamətindəki erməni mövqelərini atəş altında saxlamalı, öz yerimizi
itirməməli idim. Əvvəlcə dağın yüksəkliyindəki qayalıqda yerləşən
düşmən mövqelərini kəşfiyyat atəşinə tutdum və düşmən mövqelərini
aşkar etdikdən sonra əsgərlərə irəliləmək əmri verdim. Dizdən yuxarı
qarın içərisində, dərə və çökəkliklə dağ yamacında bir-biri qoruyaraq
irəliləyirdik. Dərələrdə qar yığınları 2-3, bəzən 5 metrə çatırdı. Düşmən
güllələri isə ora-bura çovuyurdu. Artıq düşmənin mövqe tutduğu
qayalıqlara çatanda orada 8 düşmən əsgəriniun meyidi qalmış, qalanları
isə qaçmışdı. Mən birinci tağımı oradan bir qədər də aşağı endirib kiçik
qayalıqda mövqe yaratmaq istəyirdim. Birdən yaxınlıqdakı çox da böyük
olmayan qayanın arxasında bir erməni zabitinin qabaqda gedən əsgəri
nişan aldığını gördüm. Mən qışqırdım və eyni vaxtda düşmənə tərəf atəş
açdım. Erməni zabiti yumalanıb qarlı çökəyə düşdü. Bir saat ərzində
düşməni pərən-pərən saldıq və yüksəkliklərin bir neçəsini ələ keçirdik.
Digər bölüklərimiz də sağ cinahdakı erməni mövqelərini darmadağın
etdilər...
Artıq 3 gün idi ki, qarlı zirvələrdə döyüşürdük. Üç gün dağın
zirvəsindən Yanşaq kəndindəki erməni qüvvələrini atəşə tutduq. 1-ci
taborun döyüşçüsü Tağıyev Məhədin iri çaplı pulemyotu (DŞK) düşmənə
aman vermirdi. Pulemyotla kənddə düşmənin bütün hərəkətlərini
dayandırdıq. Onlar hətta döyüş maşınından düşüb qaçdılar. Düşmənin
Meydançay ətrafındakı qüvvələri ilə Yanşaq kəndindəki qüvvələrini bir-
birindən ayırdıq. Düşmən ancaq gecələr hərəkət edir, bir-birləri ilə əlaqə
yarada bilirdilər. Bu döyüşlər nəticəsində ermənilər hər gün xeyli canlı
qüvvə və texnika itirir, getdikcə qüvvələri tükənirdi.
Dağın zirvəsində çovğun və şaxtadan dayanmaq qeyri-mümkün
idi. Bəzi əsgərlər qarı deşib özlərinə mağara düzəltmiş, orada külək və
şaxtadan
daldalanırdılar.
Mən
zarafatla
onların
mağarasına
“Ayımağarası” deyirdim. Çörək və konservlər tamamilə buza dönmüş, bir
213
Çörəksiz yaĢamaq olar, ümidsiz yox. M ü ə l l i f