A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə113/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   109   110   111   112   113   114   115   116   ...   197
Komandir bəzən qələbə üçün deyil, öz əsgərlərini qorumaq  
üçün döyüĢ aparır.   M ü ə l l i f                                                                                      
açmağa başladıq. Çaylaqda mövqe tutmuş baş çavuş İlqar Məhərrəmov, 
əsgər Etibar Abdullayev, baş leytenant Ramiz Əhmədov və digər əsgərlər 
düşmən  əsgərlərini  elə  ilk  atəşlə  məhv  etdilər.  Bu  zaman  Murovdağdan 
enən  düşmənin  döyüş  maşını  bizi  güclü  atəşə  tutdu.  Qeyri-bərabər  bir 
döyüş  başlamışdı.  Döyüş  maşını  lap  yaxınlıqda  idi.  Elə  bu  zaman  arxa 
tərəfimizdən  də  iki  maşın  düşmən  əsgəri  gətirilərək    bizi  mühasirəyə 
almağa  başladılar.  Qeyri-bərabər  və  amansız  döyüş  gedirdi.  Hamımızın 
məhv  olmaq  təhlükəsini  hiss  edib  sağ  tərəfdəki  yamacla  dağa  qalxmağı 
lazım  bildik.  İlqar  Məhərrəmov  və  Etibar  Abdullayev  əsl  qəhrəmanlıq 
göstərərək  döyüşü  davam  etdirir,  düşmən  piyadalarının  irəliləməsinin 
qarşısını  alırdılar.  Məhz  onların  igidlikləri  sayəsində  biz  döyüşə-döyüşə 
həmin  dağı  aşmağa  nail  olduq.  Həmin  döyüşdə  gizir  İlqar  Məhərrəmov, 
çavuş  Etibar  Abdullayev,  yaralı  əsgər  Şahin  Kərimov,  Əkbər  Quluyev, 
baş  leytenant  Ramiz  Əhmədov    və  Zar  kəndinin  İcra  nümayəndəsi 
Bahadur  Kamalov  döyüş  meydanına  atılaraq  digər  döyüşçülərin 
mühasirədən çıxmasına şərait yaratdılar, özləri isə qəhrəmancasına həlak 
oldular. Bu döyüşdə ümumiyyətlə 17 nəfər əsgər və zabit həlak oldu. Biz 
yalnız  yaralıları  döyüş  meydanından  çıxarmağa  nail  ola  bildik.  Biz  bir 
neçə gündən sonra Murovdağı aşaraq Xanlar ərazisinə gəlib çıxdıq”... 
Leytenant  Z.Tağıyevin  dediklərindən:  “Biz  Meydançayda  dağa 
qalxmaqla  mühasirədən  çıxa  bildik.  Ardıc  kollarının  arxasında  gizlənə-
gizlənə  dağ  yamacını  aşa  bildik.  Iki  dəfə  əks-hücum  təşkil  etdik  və  hər 
dəfə düşmənin döyüş maşınlarının güclü atəşi ilə qarşılaşdıq. Axşamüstü 
bələdçi  olmadan  Murovdağ  silsiləsinin  şərqinə  doğru  yuxarı  qalxmağa 
başladıq. Ərzaq yox idi; acından, yorğunluqdan və yuxusuzluqdan yeriyə 
bilmirdik.  Gecə  bir  neçə  əsgər  dincəlmək  istəmiş  və  dəstədən  aralı 
düşmüşdü.  Biz  bütün  sutkanı  qarlı  aşırımlarla  yol  getdik  və  Kəpəz 
dağının ətəklərinə çatdıq”. 
Çavuş  Ağalarov  Sarvanın  dediklərindən:  “Biz  Meydançay 
döyüşündən  sonra  Murovdağa  qalxanda  artıq  gecə  idi.  Hər  tərəf  qarla 
örtülmüşdü.  Yuxarılara  qalxdıqca  qarın  qalınlığı  da  artırdı.  Aclıq  və 
yuxusuzluq  bizi  əldən  salmışdı.  Beş  dəqiqə  dincəlmək  istədikdə 
yuxulayırdıq. Murovdağda yatmaq isə donmaq deməkdir. Ona görə də biz 
bir-birimizə  və  geriyə  qalanlara  kömək  edirdik.  Nadirxanov  Şahvələdlə 
mən dəstənin lap axırında gedirdik. Gecə bir qayalığa söykənib dincimizi 
alarkən yuxuya gedərik. Ayılanda səhər açılmışdı. Şahvələdlə ikimiz artıq  
şaxtadan donmaq üzrə idik. Yaxınlıqda heç kəs yox idi, bütün izləri qar 
örtmüşdü. Biz sürətlə yeriməyə və beləliklə isinməyə çalışırdıq. Bir saat  


 
185 
Adi bir palıd ağacı da Vətəndir. M ü ə l l i f
  
yol getdikdən sonra bir az isinmişdik, artıq donmaq təhlükəsi ötüşmüşdü. 
Lakin,  haraya  getdiyimizi  bilmirdik.  Özümüzünküləri  də  itirmişdik. 
Aclıqdan  taqətimiz  kəsilmişdi.  Uzaqdan  meşə  görünürdü.  Biz  meşəyə 
doğru gedir, orada nə isə tapıb yeməyə tələsirdik. Meşəyə  çatanda artıq 
axşam düşmüşdü. Meşədə yerə tökülmüş yarpaqların arasından alça, əzgil 
və başqa meyvələr tapıb yeyirdik, amma haraya gedəcəyimizi bilmirdik. 
Gecə  dalda  bir  yerdə  ocaq  yandırıb  ayaqqabılarımızı  və  paltarımızı 
qurutduq.  Gecə  orada  ocağın  yanında  növbə  ilə  yatdıq.  Səhər  açılanda 
yenidən meşə ilə bir qədər də yol getdik. Yaxınlıqda bir kənd görünürdü. 
Lakin  həmin  kəndin  Ağdərə  bölgəsinin  bir  kəndi  olduğunu  və  orada 
ermənilərin yaşadığını fikirləşərək, ora yaxınlaşmaq istəmirdik. Biz artıq 
10 gün idi ki, meşədə qalmışdıq. Hara gedəcəyimizi bilmirdik. Zəyliyi isə 
tərk  etdiyimiz  14  gün  idi.  Burda  meşədə  meyvə,  ot  və  ağac  qabığı 
yeyirdik.  Hara  gedəcəyimizi  bilmirdik.  Bir  neçə  dəfə  kəndə  yaxınlaşmış 
və orada yanlış olaraq ermənilərin yaşadığını yəqin etmişdik. Artıq yeriyə 
bilmirdik, taqətimiz tam tükənmək üzrə idi.  Sonuncu- 14-cü gün biz bir 
çobanla  rastlaşdıq  və  onu  düşmən  bilərək  tutduq.  Lakin  onun 
azərbaycanlı olduğunu gördük. Sən demə ac-susuz ətrafında dolaşdığımız 
kənddə  özümüzünkülər  yaşayırmış.  Kənd  camaatı  iki  gün  bizi  kənddə 
saxladılar  ki,  özümüzə  gələk.  Çünki  ayaqlarımız  tutulmuşdu,  yeriyə 
bilmirdik...”  
 
YanĢaq kəndi, 1994-cü ilin yanvar ayı


 
186 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin