A k ġ f k a m a L


partlayışdan  sonpa  yanmağa  başladı.  Ağacların  arasından  alovlanan



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə111/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   107   108   109   110   111   112   113   114   ...   197

partlayışdan  sonpa  yanmağa  başladı.  Ağacların  arasından  alovlanan 
maşın  görünürdü.  Maşını  bir  qədər  əvvəl  bizimlə  qarşılaşan  və  sonra 
arxamızca  geri  qayıdan  PDM  vurmuşdu.  Sən  demə,  bayaq 
qarşılaşdığımız  və  əhəmiyyət  vermədən  yanından  keçdiyimiz  PDM  
düşmənin döyüş maşını imiş. Onlarla qarşılaşarkən bizim maşını nə üçün  
vurmadıqları hələ də mənim üçün sirdir. Sonralar fikirləşirdik ki, bəlkə də 
bizim  tibb  maşınının  qabaq  və  yanlarında  qırmızı  xaç  işarəsi  onları 
çaşdırmış, düşmən qəfil atəş açmağa risq etməmişdir. Çünki həmin günlər 
Qırmızı  xaç  təşkilatının  nümayəndələri  də  Kəlbəcər  ərazisində  gözə 
dəyirdi.  
Bunları fikirləşməyə vaxt yox idi. Artıq meşə ilə ağaclardan tuta-
tuta yamacla gedirdik. Gecə düşmüşdü. Qayalıqla və cığırı belə olmayan 
sərt  bir  enişlə-meşə  ilə  gedirdik.  Meşədə  yol  getmək  çətin  idi.  Bəzən 
dayanıb geridə qalan kapitan F.Mehdiyevi gözləyirdik. Hamımız yorğun 
idik.  Neçə  sutka  idi  ki,  yatmırdım.  Biz  Qamışlı  çayını  keçib  Susuzluq 
kəndinə  qalxmaq  istəyirdik.  Fikirləşirdim  ki,  yəqin  briqadamızın 
döyüşçüləri oralarda yeni mövqelər tutublar.  Orada olmasalar yəqin ki,  
Yanşaq kəndində olardılar. Yolları və ya cığırları tanımasam da haradan 
gedəcəyimizi təxmin etmişdim. Biz meşə ilə yavaş-yavaş Qamışlı çayına 
tərəf enməyi və çayı keçməyi qət eləmişdik. Körpüyə yaxınaşdıqda çayın 
o  tayındakı  yüksəklikdən  və  körpünün  yaxınlığından  bizi  atəşə  tutdular. 
Təzədən  meşənin  yamacı  ilə  geri  qayıtmağımıza  taqətimiz  yox  idi.  Sağ 
tərəf  isə  keçilməz  qayalıq  olduğundan,  bircə  yolumuz  qalırdı;  o  da 
döyüşərək  qayalığın  aşağısından  sağ  tərəfə  keçmək  lazım  idi.  Mən 
yoldaşlara  bunu  bildirdim  və  özüm  atəş  açaraq  arxa  tullandım  və 
qayalığın  sağına  tərəf  qaçdım.  Dəyirmanın  yanında  toplaşdıq.  Artıq 
körpüdən keçmək və ya yol ilə hərəkət etmək təhlükəli idi. Aydınlıq idi. 
Ay  işığında  çayın  suyu  parıldayırdı.  Çayın  dayaz  yerindən  keçməyi 
qərara  aldıq.  Buna  görə  əvvəlcə  7  nəfərə  avtomatların  qayışını 
boyunlarına  keçirməklə  əl-ələ  tutaraq  çayı  keçməyi  tapşırdım.  Biz  isə 
çayı  keçərkən  onları  qorumalı  idik.  Çayı  keçərkən  çaya  yıxılanlar  oldu. 
Az qala çay onları aparacaqdı. Lakin köməkləşib onları çaydan çıxardıq 
və hamımız o taya adladıq. Ağacların altında dayanıb paltarlarımızın 
 suyunu sıxdıq və ayaqqabılarımıza dolmuş suyu boşaltdıq.  
Meşə və qayalıqla dağa qalxırdıq. Bir saata yaxın getdikdən sonra 


 
181 
cığırı  itirdik.  Hara  gedəcəyimizi  bilmirdik.  Mən  geri qayıdıb çay  kənarı 
ilə  Çəpli  kəndinə  getməyi  məsləhət  bildim.  Gecənin  qaranlığında  çox 
çətinliklə  yenidən  aşağı  enib  çay  kənarı  ilə  Çəpli  kəndinə,  oradan  da 
Susuzluq  kəndinə  qalxdıq.  Gecə  saat  iki  olardı.  Kənd  demək  olar  ki, 
tamamilə boş qalmışdı. Paltarımız yaş idi, həm də ac və yorğun idik. Ona 
görə  yiyəsiz  bir  evdə  paltarlarımızı  qurutmaq  və  bir-iki  saat  dincəlmək 
qərarına  gəldik.  Sobaya  odun  qoyub  yandırdıq  və  paltarımızı  qurutmağa 
başladıq.  Eyni  zamanda  yemək  üçün  ərzaq  axtarmağa  başladıq.  Evlərin 
birindən  kartof  və  xeyli  yumurta  tapdıq  və  onları  bişirib  çörəksiz  yedik. 
Hərə bir tərəfdə yıxılıb yatmaq istəyirdi. Mən hamıya bildirdim ki, gecə 
saat dördədək dincələk və sonra hərəkətə başlayaq. Təqribən iki saatdan 
sonra  qalxdıq  və  ayaqqabılarımızı  geyinməyə  başladıq.  Ayaqqabılarımı 
qurudarkən  sobaya  çox  yaxın  qoyduğumdan  onlar  yanıb  qurumuşdu. 
Ayaqyalın qalmışdım. Qaranlıqda gizir Şahin Bəxtiyarov həyətdən bir cüt 
köhnə  rezin  çəkmə  tapıb  gətirdi,  geyindim.  Ayağımı  sıxırdı,  yeriyə 
bilmirdim,  amma  başqa  çarə  yox  idi.  Səhərə  yaxın  saat  4-də  yanşaq 
kəndinə tərəf getməyə başladıq ki, səhər açılmamış Meydançayı keçək...  
Biz  Yanşağa  çatanda  artıq  hava  işıqlanmışdı.  Qatı  dumanlıqda 
yol  boyu  tək-tək  gecikmiş  adamlar  gözə  dəyirdi.  Onların  hamısı  uzaq 
kəndlərdən  gələrək  Murovdağı  aşmağa  çalışırdılar.  Kənddə  bir  evin 
həyətində  iki-üç  nəfər  mülki  adamlar  bizə  çörək  verdilər.  Onlar 
Kəlbəcərin ucqar, uzaq kəndlərindən gələnlər idilər... 
Meydan  çayı  boyunca  uzanan  yolla  Murovun  ətəklərinə 
qalxırdıq.  Yenə  də  aclıqdan,  yuxusuzluqdan  və  yorğunluqdan  yeriyə 
bilmirdik.  Şahinlə  mən  hamıdan  geridə  qalmışdıq.  O  biri  yoldaşlar  bir 
qədər  bizdən  qabağa  keçərək  xeyli  aralanmışdılar.  Bizdən  qabaqda  iki 
qadın gedir, hərdən çantalarından çörək çıxarıb yeyirdilər. Biz də ac idik. 
Onlara çatanda çörək istədim. Onlar bizə torbada qalmış və qurumuş iki 
ovuc  çörək  ovuntusu  verdilər.  Bu  onların  axırıncı  çörəkləri  imiş.  Yol 
kənarında  bir  bulaq  yanında  oturub  çörək  ovuntusunu  yedik  və  yenidən 
hərəkətə  başladıq.  Yol  evinə  çatanda  batalyon  komandiri-polkovnik-
leytenant Eldar Həsənovla görüşdük. O, mənə zarafatla “Kamalov, məni 
niyə  gözləmədiniz”-dedi.  Mən  isə  “Sən  bizdən  tez  gəlmisən  ki”-dedim. 
Komandir  dünən  ayrılandan  başına  gələnləri  qısaca  mənə  danışdı.  O, 
Çaykənddə  ermənilərlə  qarşılaşdıqlarını  və  maşından  düşərək  düşmən 
PDM-lərindən  qorunmaq  üçün  dağlara  qalxdıqlarını  və  bütün  gecəni 
piyada gəldiklərini dedi. Mən isə ona dedim ki, onun öldürüldüyünü zənn 
etmişdik. Orada onlar bizə konserv və çörək verdilər. Murovdağa qalxan 
yolun  ətrafı  tərk  edilmiş  və  dərələrə  yuvarlanmış  maşın,  traktor,  tank, 
PDM, mal-qoyun sürüləri ilə, ölmüş mal-qoyun cəmdəkləri ilə dolu idi. 


 
182 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin