A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə110/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   106   107   108   109   110   111   112   113   ...   197
Murovdağa doğru 
Maşının  hamam  yerində  bir-birinə  sıxılmış  vəziyyətdə 
oturmuşduq.  Nadirxanlıya  çatanda  Qamışlı  körpüsü  tərəfdən  iki  əsgər 
bizə tərəf qaçırdı. Onlar körpüdəki tanklarının vurulduğunu və körpünün 
düşmən əlinə keçdiyini bildirdilər. Deməli Ağdərə istiqamətindən hücum 
edən  düşmən  Qamışlı  körpüsünə,  Göyçədən  hücum  edən  düşmən  isə 
Qılışlı kəndinə çatmış, biz isə onların arasında-2 kilometr məsafədə idik. 
Qurban  maşını  geriyə  döndərdi  və  biz  Nadirxanlıdan  Sarıdaş 
istiqamətində  dağa  qalxmağa  başladıq.  Biz  yuxarı  qalxarkən  Qamışlı 
körpüsü tərəfdən hücum edən düşmən Nadirxanlı kəndinə girdi. Kənddə 
avtomat,  pulemyot  və  iri  çaplı  silahların  səsi  eşidilirdi.  Bizə  tərəf  də 
güllələr atılırdı. Lakin bizim maşın xeyli uzaqlaşmışdı. Düşmən güllələri 
ətrafa düşsə də təsirsiz idi. Mən yəqin etdim ki, artıq ermənilərin Ağdərə 
və  Göyçə  istiqamətindən  qarşı-qarşıya  hücum  edən  erməni  qüvvələri 
Nadirxanlı kəndində birləşdilər...  
Heç  kim  yolu  tanımırdı.  Yolda  atamı  da  maşına  götürdük. 
Qamışlı  kəndinin  üst  tərəfindən  kəndə  enib,  körpüdən  keçərək  Yanşaq 
kəndinə,  oradan  da  Murovdağa  qalxmaq  istəyirdik.  Əhalinin  əksəriyyəti 
Murova doğru keçib getmiş, yollarda heç kim gözə görünmürdü. Qamışlı 
yüksəkliyinə  çatanda  iki  əsgər  bizə  məlumat  verdi  ki,  kənd  artıq 
düşmənin  əlindədir.  Qurban  maşını  geri  döndərdi  və  biz  Güneypəyə 
kəndindən Qanlıkənd tərəfə hərəkət etməyə başladıq. Kəndə yaxınlaşanda 
At daşı aşırımında qəflətən bir PDM ilə qarşılaşdıq. PDM-in üstündə 10-
12 nəfər qara paltarlı saqqallı hərbçilər oturmuşdu. Yol darısqal idi. Ona 
görə də PDM yolun üst tərəfinə çıxdı və bizim maşına yol verdi ki, keçək. 
Biz  onlara  əhəmiyyət  vermədən  yolumuza  davam  etdik.  Qanlıkəndə 
doğru gedirdik. Kiçik bir aşırımı keçərkən qarşı dağın yüksəkliklərindən 
bizim  maşın  atəşə  tutuldu  və  eyni  zamanda  biz  qarşıdakı  kəndlərin  də 
alov  içərisində  olduğunu  gördük.  Qurban  cəld  maşını  saxladı  və  mən 
hamıya  “maşından  düşün”  –deyə  qışqırdım.  Bizə  atəş  açılan  tərəfə 
baxdıqda  artıq  Dəmirçidam,  Seyidlər  və  digər  kəndləri  alov  içində 
gördük.  Arxadan  isə  tank  və  ya  döyüş  maşınının  səsi  gəlirdi.  Qarşımız 
düşmən tərəfindən kəsilmişdi, daha maşının hərəkət edəcəyi yol yox idi. 
Ermənilər  kəndlərə  od  vurmuşdu,  hər  tərəfdən  bizə  atəş  açılırdı.  Mən: 
“Hərəyə  bir  avtomat  götürüb  tez  meşəyə  çəkilin”-  komandasını  verdim. 
Zabitlər  və  əsgərlər  maşından  düşdülər  və  biz  ləngimədən  meşəyə  girib 
ağacların sıx yerində dayandıq. Hara və necə gedəcəyimiz barədə qərara 
gəlməli  idik.  Buraları  isə  heç  kim  tanımırdı.  Birdən  gəldiyimiz  maşın 
yolundan əvvəlcə PDM səsi eşidildi, sonra isə bayaq bizimlə qarşılaşan 


 
180 
Biz onda millətlər içərisində sayılarıq ki, hər bir ata öz  
oğlunu düĢmən qarĢısına çıxara bilsin! M ü ə l l i f 
PDM  göründü.  Ağacların arasından  gördüm  ki,  PDM  bizim  maşına  atəş 
açdı.  Bizdən  50-55  metr  aralıda  tərk  etdiyimiz  maşın  vuruldu  və 
Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin