A k ġ f k a m a L


sentyabr1994-cü il saat 11.01



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə168/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   164   165   166   167   168   169   170   171   ...   197
6 sentyabr1994-cü il saat 11.01 
 
Iki  gündür  ki,  məzuniyyətdən  gəlmişəm.  Bakıya  gedərkən  Sahil 
qəsəbəsindən olan əsgər Raufu da özümlə götürdüm. Biz mina partlayışı 
zamanı  həlak  olan  əsgərin  ailəsinə  baş  sağlığı  vermək  və  yardım  üçün 
sahil qəsəbəsinə getdik.  
Sentyabrın  1-də  oğlanlarım  Ayazla  Namiqi  1-ci  sinfə  getdikləri  üçün 
məktəbə  apardım.  Qayıtdıqdan  sonra  bölükdəki  vəziyyətlə  tanış  oldum. 
Qazmalardan  səkkizi  artıq  hazırdır.  Ikisini  də  tikməliyik.  Bizə  heç  bir 
texnika vermirlər. Bütün işləri əl ilə görürük. Suyu və ərzağı iki kilometr 


 
290 
Ürəklərində Vətən məhəbbətini gəzdirən insanlar qəhrəman ola bilər. 
                                                                                                    M ü ə l l i f 
aralıdakı  Qazıyan  kəndindən  gətiririk.  Bizə  deyirlər  ki,  benzin  çatışmır. 
Amma 
ermənilərin 
ərzaq  və  sursatını  gözümüzün  qabağında 
səngərlərinədək  maşın  gətırir.  Bəs  görəsən  ermənilər  benzini  hardan 
tapırlar? 
Gecələr  soyuq  olur.  Hərdən  bir  ermənilər  tərəfdən  atəş  səsləri 
eşidilir.  Ermənilər  qarşıdakı  Ağdamın  Nəmirli  kəndini  yandırırlar.  Hər 
gün gözümüz baxa-baxa bir neçə ev yandırılır. 
Uzaqdan başı qarlı Murov dağı görünür... 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin