11 sentyabr1994-cü il saat 20.17 Bu gün tabor komandiri mayor Bəhrəm Lazımov ön mövqeyə
gəlmişdi. O, tikilən 10 ədəd qazmanı görüb bəyəndi və bir neçə tapşırıq
verdi. Mən əsgərlərin paltarlarının və ayaqqabılarının cırıldığı barədə
məlumat verdim. Komandirin göstərişinə əsasən baş çavuş Qurban
Məmmədovu 25 dəst paltar və ayaqqabı gətirdi. Əsgərlərin hamısının
qazmalarda yerləşdirdim.
Radioya qulaq asırıq. Sülh danışıqları üçün Moskvada danışıqlar
gedir. Biz hərbçılər yekdilliklə torpaqların yalnız müharibə yolu ilə azad
edilməsi fikrindəyik. Çünki dünyada heç bir işğalçı dövlət xoşluqla
torpağı geri qaytarmayıb. Israilin Fələstini işğal etməsi buna misal ola
bilər. Otuz ildən çoxdur ki, danışıqlar aparırlar, amma nə faydası...
Gizir Şahin növbədədir. Əsgər-zərdablı Hidayət çay qaynadır,
digər əsgər-göyçaylı Babayev Qadir isə qazmanın yanında keşikdədir...