294
Əridərəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.
Ə n v ə r R z a
qazmaları üçün soba lazımdır. Əvvəlcədən odun tədarükünə başlamışıq.
Qurumuş üzüm tənəklərini doğrayıb yandırırıq. 10 gündən çoxdur ki,
yenə də çörək az verilir. Yaxın bölgələrin əsgərlərini çörək üçün evlərinə
göndərirəm. Dünən iki sutkadan sonra bölüyə-75 nəfərə- dörd ədəd çörək
verildi. Hər tağıma bir çörək və dördüncü çörəyi də üç yerə bölüb
əsgərlərə göndərdim. Biz zabitlər isə vermeşillə kifayətlənməli olduq.
Bütün bu çatışmamazlıqlara baxmayaraq əsgərlərin əksəriyyətini dözmlü
olmağa çağırırıq və biz komandirlərin səyi nəticəsində düşmən
qarşısındakı səngərlər boşalmır. Bu çətinliklərə dözməyən əsgərlər də
olur. Onlar özbaşına çıxıb gedir və bir daha geri qayıtmırlar. Elələri də
olur ki, özbaşına çıxıb getdikdən sonra səngərdəki yoldaşlarını tək və ac
qoymamaq üçün evdən xeyli ərzaq və çörək götürərək yenidən geri
qayıdırlar...
Dostları ilə paylaş: