15 fevral 1995-ci il saat 22.29 Yazmaq istədiyim çox şey var. Lakin, az yazmışam.
Yenə də ön mövqedəyik. Gizir Əlövsət Həsənovu səngərləri
yoxlamağa göndərdim. Qadir Babayev adlı əsgərimiz bərk xəstələnib.
Yuxarı komandanlığa bu barədə məlumat verdim. Təəssüf ki, hospitala
göndərdiyimiz əsgərlərə yaxşı baxmırlar. 2-3 gündür ki, səngərləri
təmizləyir, giriş-çıxış yollarını qaydaya salır, müdafiə qurğularını
artırırıq. Müdafiə nazirinin gəlişi gözlənilir. Odunumuz qurtarıb. Sabah
odun daşımaq üçün kənddən traktor gətirməliyəm. Bu qədər...
295
DüĢmən qarĢısında sayıqlığı itirmək-ölümə bərabərdir. M ü ə l l i f