01 mart 1995-ci il saat 19.01 Yenə ön mövqedə-əvvəlki səngərlərdəyik. Elə mühüm bir hadisə
baş verməyib. Özüm soyuqlamışam, boğazım şişib. Soyuq küləklər əsir,
yağış yağır. Gecələr keşikləri tez-tez yoxlayır, nəzarəti artırmışam. Atəşin
kəsilməsindən doqquz ay keçib, danışıqlar isə nəticəsizdir...
04 aprel 1995-ci il saat 9.56 Artıq yaz gəlib, yağışlar başlayıb. Qazmada oturub gündəliyi
yazıram. Iki il əvvəl Kəlbəcərin düşmən əlinə keçdiyi günlərdir. Bizim...
Yazmağa əlim gəlmir. Axı nə yazasan? Iki il ərzində danışıqlar
gedir, amma torpaqları qaytaran yoxdur. Hər şeydən əlimizi üzürük. Nə
döyüş başlamır ki, düşməndən qisas alaq, nə də danışıqlar baş tutmur.
Düşmən öz xoşuna torpaq qaytarmaz!..