16 iyul 1995-ci il saat 16.20 Bir aya yaxındır ki, gündəlik yazmıram. Işimiz çox olur. Artıq
bizim tabor ön mevqeyə-müdafiəyə çıxarıldı. Çıraqlı-Orta Qərvənd-
Xaçınçay cəbhə xəttindəyik. Altı kilometrdən çox cəbhə zolağının
qorunması bizim öhdəmizdədir. Bölük və əlahiddə tağımların demək olar
ki hamısı ön mövqedədir. Təkcə rabitə və təminat tağımından başqa.
Qərərgah Mirəşelli kəndindədir. Kəndin kənarındakı yiyəsiz evdə
yerləşmişik. Ayın 18-də 35 yaşdan yuxarı əsgərləri tərxis edəcəyik.
Dünən bütün günü ön mövqedə oldum, səngərlərə baxdım, ərazi ilə tanış
oldum, bölük və tağımları yerləşdirməklə məşğul oldum. Gecələr isə
müdafiə sxemlərini çəkdim və xəritələri işlədim. Komandirimiz Nadir
Cəfərov döyüşlərdə iştirak etmiş zabitlərdəndir. Gizir Şahin Bəxtiyarov
5-ci tabordan salam göndərib...