29 may 1995-ci il saat 4.41 Bir ay olar ki, məni 3-cü tabora qərərgah rəisi təyin etdilər. İndi
Ağdamın Təzəkən kəndindəyəm. Tabor ehtiyatda olmaqla təlimlərlə
məşğuluq. Taborun zabitləri: kapitan N.Əliyev, kapitan Ə. Əsədov, baş
leytenantlar
Ə.Abbasov,
M.Kərimov,
D.Hacıyev,
İ.Rəhmanov,
V.Talıbov, H.Balakişiyev, leytenantlardan Z.Hüseynov, M.Cəfərov,
Osman, F.Hüseynov, gizirlərdən keçmiş kəşfiyyatçı Rafael, V.Əliyev və
başqaları da bu taborda xidmət edirlər. Taborda keçmiş döyüşçülər
çoxdur.
Vaxtım çox azdır. 3-cü tabor həmin “Kəlbəcər Batalyonu”dur.
Burada bir neça zabit yoldaşlar və əsgərlər var ki, onlarla döyüşlərə
birlikdə getmişik. Leytenant Zahid Hüseynov, baş leytenant Əziz
Abbasov burda qulluq edirlər. Dörd otaqlı bir evdə qərərgahı
yerləşdirmişik. Rabitə tağımı da qərərgahda yerləşir. Əsgər Əlizamin
qərərgahın kitab və sənəslərini qaydaya salır. Əsgərlərin təminatı pis
vəziyyətdədir: ərzaq və geyim çatışmır. Hər gün səhər idmanını tut
bağında edir və səhər yeməyimiz də elə tutdur...