A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə189/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   185   186   187   188   189   190   191   192   ...   197
 
Kəlbəcər batalyonunun döyüĢçüləri-1992-ci il 
 
 
 


 
305 
GürĢad dastanı 
 
Dağlara yağan qalın qar yolları, cığırları, dərələri, çayların üstünü 
örtmüşdü.  Dağların  küləkdöyən  yerlərinin  qarını  isə  külək  sovurub 
aparmışdı.  Güneylərin  bəzi  yerlərində  hətta  qar  ərimiş,  novruzgülü 
çıxmışdı.  Çalmalıya  qalxan  əsgərlər  qarı  sovrulmuş  yerlərlə  gedir, 
dərələrə dolmuş qar yığınlarından yan keçməyə çalışırdılar. Əsgərlər hər 
gün  keşikçi  yoldaşlarını  əvəz  etməyə  gedəndə  iki-üç  yerdə  qayaların 
külək döyməyən tərəfində dinclərini alır, yenidən hərəkətə başlayırdılar.  
Artıq  Çalmalının  zirvəsinə  çatmağa  az  qalmışdı.  Bütün  gecəni 
Göyçədən əsən soyuq küləklə üzbəüz növbədə dayanmış əsgərlər səhərin 
alatoranlığında  yoldaşlarının  uzaqdan  gəldiyini  görüb,  avtomatlarını 
götürüb yavaş-yavaş onların dayandığı qayalığa tərəf enməyə başladılar. 
Qəfil atılan güllələr onları yamacda haqladı. Özlərini itirərək qayalığa və 
təpələrin  arxasına  tərəf  qaçan  əsgərlər,  ermənilərin  Çalmalı  dağının 
zirvəsindən  onları  atəşə  tutduqlarını  gördülər.  Gecə  ikən  keşikçi 
mövqelərini  mühasırıyə  almış  düşmən,  üç  tərəfdən  atəş  açaraq  əsgərləri 
göz açmağa qoymurdu. Özlərinə mövqe tutan Məzahirlə, Gürşad düşməni 
atəşə  tutaraq  digər  yoldaşlarının  atəş  altından  çıxarmağa  çalışırdılar. 
Ələsgərlə Məmməd də silahlarını işə saldılar. Güclü cavab atəşinə məruz 
qalan düşmən itki versə də geriyə çəkilmək istəmir, onları daha da güclü 
atəşə  tuturdu.  əsgərlərin  çoxu  düşmən  atəşindən  yayınmaq  üçün  geriyə-
qayaları  arxasına  çəkilmişdi.  Lakin  açıqlıqda  qalan  Məzahirlə  Şahin 
döyüşü  davam  etdirir,  qorunmaq  üçün  yaxınlıqdakı  qayalığa  çəkilməyə 
imkan  axtarırdılar.  Onlara  tərəf  yaxınlaşan  bir  erməni  isə  Məzahirin 
sərrast  atəşi  ilə  yerə  sərildi.  Cəld  yerini  dəyişmək  istəyən  Məzahir  bir 
qədər  geri  çəkilsə  də  sağ  tərəfdən  Şahinə  yaxınlaşan  erməniləri  görüb 
yerə uzandı və atəş açmaq istədi. Avtomatın darağında güllə qalmamışdı. 
Darağı dəyişmək istədi, dəyişməyə isə vaxt yox idi, yaxınlıqda gizlənmiş 
düşmən onu görmüşdü. Darağı dəyişə-dəyişə geriyə sürünmək istədi. Elə 
bu vaxt düşmən gülləsi onu haqladı...  
Qeyri-bərabər bir döyüş gedirdi. Gürşad Məzahirlə Şahini döyüş 
meydanından çıxarmaq üçün qarşıdakı yüksəkliyə qalxmaq istədi. Lakin 
düşmənin  həmin  təpədən  qumbaraları  dalbadal  yağdırması  əsgərlərin 
yuxarı  qalxmasına  imkan  vermədi.  Bütün  yüksəklikləri  ələ  keçirən 
düşmən  əsgərlərimizi  döyüş  meydanından  xeyli  uzaqlaşdırmağa  nail 
oldu.  Yellicə  kəndindən  köməyə  gələn  əsgər  yoldaşları  da  heç  nə  edə 
bilmədilər. Düşmən Çalmalıdakı mövqelərimizi ələ keçirmiş və hər tərəfi 
atəş altında saxlayırdı. Tağımın itirilmiş mövqeləri geri qaytarmaq və heç 


 
306 
olmasa,  Məzahirlə  Şahini  döyüş  meydanından  çıxarmaq  cəhdləri  baş 
tutmadı... 
Kəndə  enəndə  bildilər  ki,  Kəlbəcərin  Söyüdlü,  Ayrım,  Dikyurd 
sərhəd  məntəqələri  işğal  olunub,  düşmən  Qarabağ  cəbhəsində  də 
irəliləyərək Tuneli ələ keçirib. Murova qalxan yeganə yol düşmən ordusu 
tərəfindən bağlanmaq üzrədir...  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin