A k ġ f k a m a L


Biz  son  sözümüzü  Qarabağda



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə188/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   184   185   186   187   188   189   190   191   ...   197
Biz  son  sözümüzü  Qarabağda  -  həm  də  qələmlə  deyil-
silahımızla deyəcəyik! 


 
300 
 
 
 
 


 
301 
Hoçaz dağında bir gün 
 
Səhərin  alatoranında  quşların  səsi  getdikcə  artırdı.  Onlar  sanki 
bir-biri  ilə  bəhsə  girmişdi.  Yamaclara  daraşan  torağaylar  oxuya-oxuya 
havada  dövrə  vuraraq  göyə  qalxır  və  buludların  arasında  yoxa  çıxırdı. 
Dağlardan  əsən  külək  dərələrə  çökmüş  dumanı  Həkəri  dərəsinə  tərəf 
qovurdu.  Dağların  zirvələri  bu  duman  “dənizində”  adalara  bənzəyirdi. 
Təbiətin  nizamını  hərdən  bir  qayalarda  əks-səda  verən  pulemyotların 
şaqqıltısı  pozurdu.  Bu  zaman  quşların  da  səsi  kəsilir,  dağlara  qısa 
müddətli bir sükut çökürdü. 
Artıq  səngərlərə  çevrilmiş  dağlar,  qayalar,  ağaclar  bir-birindən 
təbii gözəllikləri ilə deyil, hərbçi nöqteyi-nəzəri ilə fərqləndirilirdi. Yəni, 
hansı  ağacın  və  ya  dağın  arxasında,  hansı  qayalıqda,  hansı  təpədə  daha 
yaxşı  mövqe  tutmaq  olar?  Hansı  cığırla,  dərə  ilə  meşəliklə  kəşfiyyata 
getmək  olar,  düşməni  harada  qarşılamaq  olar?  Bəli  belə  seçilirdi  dağlar, 
daşlar, ağaclar, kollar, cığırlar-təbiətin gözəllikləri. Bu təbiət nizamından 
ağılla,  bacarıqla  istifadə  etmək,  düşmən  hücumlarının  və  fitnələrinin 
qarşısını almaq, hər bir komandir və əskər üçün vacib şərtlərdən biri idi. 
2-ci  tabor  ətrafdakı  dağların  ən  hündürü  olan  Hoçaz  dağında 
müdafiə  mövqeyi  tutmuşdu.  Buradan  baxdıqda  bütün  Həkəri  dərəsi, 
Laçın  və  Zəngəzur  dağları  aydın  görünürdü.  Qarabağı  Zəngəzurla 
birləşdirən  yol-dəhliz  Laçından  keçirdi.  Həmin  dəhlizin  və  Laçının 
düşməndən azad edilməsi üçün “Laçın dəhlizi” əməliyyatı hazırlanmışdı. 
Bu  da  düşmən  qüvvələrinin  parçalanmasına,  müharibədə  dönüş 
yaranmasına  və  son  nəticədə  qələbəyə  aparan  yol  ola  bilərdi.  Bir  neçə 
gün  əvvəl  Hoçaz  dağının  düşməndən  azad  edilməsi,  həmin  “Laçın 
dəhlizi” əməliyyatının bir hissəsi idi. Düşmən də bunu bildiyindən Hoçaz 
dağının itirilməsi ilə heç cür razılaşmaq istəmir, tez-tez hücuma keçir, bu 
mühüm  yüksəklıkləri  ələ  keçirməyə  çalışırdı.  Lakin,  düşmən  cəsur 
döyüşçülərimiz tərəfindən, itkilərə məruz qalaraq geri çəkilməyə məcbur 
olurdu. İki həftə əvvəl düşmənin daha bir hücumunun qarşısını alan tabor,  
düşmənin 300 nəfərədək canlı qüvvəsini məhv etmiş, 7 tankını, 2 PDM-ni 
vurmuş, 5 tank, 3 PDM, 3 ədəd 120mm-lik minaatan və çoxlu sursat ələ 
keçirmişdi.  
Kəşfiyyatçıların  gətirdiyi  məlumatları  götür-qoy  edən  komandir, 
öz  hərbçi  təxəyyülü  ilə  düşmənin  yenidən  hücuma  hazırlaşdığını  hiss 
etmişdi.  Buna  görə  də  əvvəlcədən  tankların  dağ  yamaclarında  manevr 
etmələri  üçün  əlavə  döyüş  mövqeyi  və  yollar  açdırmış,  düşmən 
mərmilərindən  qorunmaq  üçün  daldalanacaqlar  düzəltdirmiş,  sursat  və 
mərmi  daşıtdırmışdı.  Görülmüş  müdafiə  işlərini  bir  daha  yoxlamaq 


 
302 
qərarına  gələn  komandir,  qərərgah  rəisi  və  müavinlə  döyüş  mövqelərini 
gəzməyi  qərara  aldı.  Onlar  əvvəlcə  müşahidə  məntəqəsinə  qalxdılar. 
Müşahidə aparan əsgərlər onlara məlumat verdilər.  
-Necəsiz uşaqlar?-deyən komandir əsgərlərlə salamlaşdı.  
-Çox  sağ  ol  komandir,  vəziyyət  hələ  ki,  yaxşıdır-hamının 
“Qarabala”  çağırdığı  əsgər  cavab  verdi.  Komandir  həmişə  əsgərlərin 
döyüş  əhvalının  yüksək  olmasına  çalışır,  döyüşdə  əsgərlərə  daha  yaxın 
olmaq  istəyirdi.  Buna  görə  də  onlardan  bir  daha  döyüşə  hazır  olub-
olmamalarını soruşdu, onların səngər həyatı ilə maraqlandı və əlavə etdi: 
-O, qarşıdakı təpəni də, yolu da gözdən qoymayın! 
-Oldu, komandir. 
Oradan aşağıya-tankçıların yanına endilər. Onları tank bölüyünün 
komandiri  qarşıladı  və  söhbət  edə-edə  tankın  yanına  gəldilər.  Oradan 
düşmən  tanklarının  keçəcəyi  bütün  yollar  aydın  görünürdü.  Qarşıdakı 
təpənin  yamacı  ılə  gələn  yol  sağ  tərəfdəki  yüksəkliyin  ətəyinə  çıxır  və 
dərədən keçərək görünməz olur, mövqelərimizin arxasına qədər uzanırdı. 
Komandir  həmin  yolu  tankçılara  göstərib,  oranı  daimi  nəzarətdə 
saxlamağı tapşırdı.  
-Oldu,  komandir,  amma  bircə  tankla  işimiz  çətin  olacaq  -Xaliq 
dilləndi.  Xəyyam  isə  ermənilərdən  götürülmüş  tankların  tezliklə  təmir 
ediləcəyini bildirdi. O, tank bölüyünün komandiri idi.  
Komandir  saatına  baxdı.  Axşama  az  qalırdı.  O,  ön  mövqedə  hər 
bir  əsgərlə  görüşür,  söhbət  edir,  bəzən  onlarla  zarafat  da  edirdi.  Yaxşı 
bilirdi  ki,  döyüşün  nəticəsi  əsgərlə  komandirin  ünsiyyətindən  və  bir-
birinə inamından asılıdır. Bu inamı isə o çoxdan qazanmışdı. 2-ci taborda 
hər  bir  zabit  və  əsgəri  yaxından  tanıyır,  onlara  qayğıkeşliklə  yanaşırdı. 
Əsgərlər  isə  bu  qayğını  həmişə  hiss  edirdilər.  Zenitçilərin  yanına 
qayıtdıqda,  komandir  dayandı  və  nə  isə  fikirləşdi.  Baş  leytenant  Azər 
Bəkirov komandirin dayandığını görüb soruşdu: 
-Nə oldu, komandir? 
-Ola  bilər  ki,  ermənilər  vertalyotla  da  hücum  etsin-deyərək,  öz 
fikrini bildirdi. 
-Onlar  belə  tezliklə  özlərinə  gəlməzlər-qərərgah  rəisi  mayor 
Lütfü Cəfərov gülümsündü.  
-Hər həlda ehtiyatlı olmalıyıq-deyərək komandir əlavə etdi. 
Tabor  kmandiri  düşmənin  hava  hücumunu  dəf  etmək  üçün 
zenitçilərə də bəzi tapşırıqlar verdi. Axşam onlar qərərgaha qayıtdılar. 
 
Səhər  açılar-açılmaz  düşmən  taborun  bütün  mövqelərini  top  və 
minaatanlarla  atəşə  tutdu.  Baş  qaldırmağa  imkan  olmasa  da  tabor 
komandiri  əsgər  və  zabitlərə  düşmənin  hücuma  keçəcəyini  bildirdi  və 


 
303 
möhkəm  durmağı  tapşırdı.  Artilleriya  hazırlığından  sonra  havada 
düşmənin səkkiz qırıcı vertalyotu göründü. Mövqelərimiz vertalyotlardan 
atılan  raket  və  pulemyot  güllələri  ilə  güclü  atəşə  məruz  qaldı.  Havada 
dövrə  vuraraq  pulemyot  və  raketlərlə  atəş  açan  vertalyotlar  növbə  ilə 
həmlələr  edir,  mövqelərimizi  daim  atəş  altında  saxlamağa  çalışır,  eyni 
vaxtda 8 tank, 3 PDM və 1000 nəfərədək canlı qüvvə ilə hücuma keçmiş 
öz qüvvələrinə irəliləməkdə kömək etməyə çalışırdı. Ölən və yaralananlar 
var  idi.  Atəş  səslərindən  və  partlayışlardan  qulaq  tutulurdu.  Zenitçilər 
yağış  kimi  yağan  güllələrə  əhəmiyyət  vermədən  vertalyotları  yaxına 
buraxıb  onları  qəflətən  atəşə  tutdular.  Atəşə  tutulan  vertalyotlar  geriyə 
fırlandılar.  Lakin  onlardan  biri  tüstüləyə-tüstüləyə  uzaqlaşaraq  dərəyə 
düşdü.  Düşmən  vertalyotunun  vurulması  əsgərlərimizi  o  qədər 
ruhlandırdı ki, indiyədək raketlərdən qorunmağa çalışan əsgərlər, qəfildən 
başlarını  səngərlərdən  qaldırdılar  və  düşməni  hər  tərəfdən  atəşə  tutaraq 
onları  bir-bir  yerə  sərməyə  başladılar.  Birdən  dağın  arxasından  çıxan 
başqa  bir  düşmən  vertalyotu  zenitçiləri  hədəfə  almışdı.  Bir  neçə  raket 
atan  düşmən  vertalyotu  atəşə  tutulduğunu  görüb  geriyə  dönmək 
istəyərkən  zenitçilərin  atəşi  ilə  göydə  alışaraq  mövqelərimizdən 
aralanmağa  çalışdı,  lakin  müvazinətini  saxlaya  bilməyib  dağa  çırpıldı. 
Digər  düşmən  vertalyotları  isə  qorxudan  mövqelərimizdən  uzaqlaşdılar. 
Əsgərlər  daha  da  ruhlanaraq  düşmən  piyadalarına  qan  uddurmağa 
başladılar.  Hətta  düşmənin  11  ədəd  tankı  və  döyüş  maşını  da  onların 
gözündə piyadaya çevrilmişdi.  
Düşmən  tankları  qarşıdakı  dağın  döşü  ilə  irəliləyirdi.  Xəyyam 
tankı  mövqeyə  çıxarmaq  üçün  mexanik  Vüqara  tapşırıq  verdi.  Bu  vaxt 
efirdə  Qorxmazın  səsi  eşidildi:  “Qabaqda  gələni  vur”-dedi.  Tankçılar 
qabaqda  gələn  düşmən  tankını  nişan  aldılar.  Ilk  mərmi  üstdən  keçib 
yamacda  partladı.  Ikinci  mərmi  isə  hədəfə  dəydi,  tankın  tırtılları  yerə 
töküldü. Düşmən tankı yerində qaldı. Arxadan gələn tanklar və PDM-lər 
bizim tankı atəşə tutdular. Vüqar tankı geriyə çəkdi və yenidən mövqeyə 
çıxardı. Elə birinci atəşlə düşmənin ikinci tankı da vuruldu. Tankçılarımız 
yeni  hədəfi  nişan  almağa  macal  tapmadılar.  Düşmənin  digər  tankından 
atılan mərmi bizim tanka çırpıldı, tank yerində silkələndi və üç-dörd metr 
geriyə  hərəkət  edib  dayandı.  Tabor  komandiri  və  bir  neçə  əsgər  tanka 
tərəf  qaçdılar.  Xəyyam  tankdan  çıxmağa  çalışırdı.  Əsgərlər  ona  kömək 
etmək  istədilər.  O,  Xaliqlə  Vüqarın  yaralandığını  dedi.  Əsgərlər  onları 
tankdan çıxarıb təhlükəsiz yerə çəkdilər və yaralarını sarıdılar.  
 
Amansız  bir  döyüş  başlamışdı.  Lakin  nə  komandirlər,  nə  də 
əsgərlər  özlərini  itirmir,  qumbaraatnlarla  vurulan  düşmən  tanklarının 
dalbadal yanmasından sevinir, düşmənin say çoxluğu onları qorxutmurdu. 


 
304 
Döyüşdə mütləq qələbə olacağına inanırdılar. Iki saatlıq bir döyüşdə canlı 
qüvvəsinin demək olar ki, yarısını itirən düşmən, yaralı və meyidləri dağ 
yamaclarında və dərələrdə qoyub qaçırdı.  
 
Günortaya  yaxın  döyüş  başa  çatmışdı.  İndi  dağların  sükutunu 
avtomat və pulemyotlardan atılan tək-tək atəş səsləri pozurdu.  
Hoçaz dağında daha bir gün beləcə başa çatdı.  
 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin