A k ġ f k a m a L


oktyabr 1994-cü il saat 23.55



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə173/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   169   170   171   172   173   174   175   176   ...   197
9 oktyabr 1994-cü il saat 23.55 
Bu  gün  Azərbaycan  Silahlı  Qüvvələrinin  yarandığı  gündür  və  o 
gündən  3  il  ötür.  Müharibə  başa  çatmasa  da  üç  il  əvvəl  bünövrəsini 
qoyduğumuz  Azərbaycan  ordusu  düşmənlə  qanlı  döyüşlər  apara-apara 
formalaşmışdır.  Torpaqlarımızın  20  faizi  işğal  edilsə  də,  biz  bir  sıra 
uğurlu  döyüşlər  apararaq  Azərbaycan  Silahlı  Qüvvələrinin  üç  illik 
tarixinə  unudulmaz  səhifələr  yazmışıq.  Bu  ordu  1992-ci  ildə  Dağlıq 
Qarabağ  adlanan  ərazinin  tən  yarısını,  o  cümlədən,  bütün  Ağdərə 
bölgəsini, bu ilin yanvarında isə bizim 3-cü tabor 701 saylı hərbi hissənin 
tərkibində  Murovdağ  silsiləsini  aşaraq  Kəlbəcər  ərazisinin  böyük  bir 
hissəsini azad etmişdir. Mən də bölük komandiri olaraq öz bölüyümlə bu 
döyüşlərdə  iştirak  etmişəm.  Bu  döyüşlər  zamanı  biz  çox  şəhidlər 
vermişik,  sıramızdan  çoxları  yaralanaraq  getmişdir.  Biz  sağ  qalanlar isə 
həmin döyüşlərin iştirakçısı olduğumuza gərə qürur hissi keçiririk...  
Bu  gün  bayram  günü  olduğundan  bölüyün  əsgərlərinin  ən 
yaxşılarına  və  döyüşlərdə  fərqlənmiş  əsgərlərə  mükafat  və  təşəkkürlər 
verildi. Belə ki, əsgər Məmmədov Sahil kiçik çavuş rütbəsinə, Məşədiyev 
Elmir saat mükafatına layiq görüldü, beş əsgər isə valideynlərinə təşəkkür 
məktubu göndərilməklə təltif olundular.  
Axşamüstü  Əlövsətlə  Şahin  bir  dovşan  vurdular.  Onun  ətini 
bişirib yeyirik. Bölüyə isə kənd camaatı tərəfindən bir qoyun vermişdilər. 
Qoyunu kəsib tağımlar arasında böldük... 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin