3 oktyabr 1994-cü il saat 19.44 Axşamdır... Havalar sərin keçir. Dünən bərk yağış yağmışdı. Hər
tərəf palçıq idi, yerimək mümkün deyildi. Indi hava ayazıyıb, ulduzlar
görünür.
Keçən gecə ön mövqedə idim. Gecəyarı həyəcan siqnalı verildi
və bölük döyüş hazırlığı vəziyyətinə gətirildi, patron və sursatlar
yoxlanıldı. Məlum oldu ki, sursat azlıq edir. Buna görə də əlavə olaraq
patron və mərmi gətirilməsini təşkil etdim. Gündüz isə traktor gətirib tank
əleyhinə səngərlər qazdırdım, torpaq sədlərini bir az da qaldırdıq. Indi
çıraq işığında gündəliyi yazıram. Gizir Həsənov yatıb, xoruldayır,
“Koroğlu” növbədədir. Səngər günləri bir-birini əvəz edir. Aylar keçir,
lakin torpaqlarımız hələ də düşmən əlindədir. Danışıqların nəticəsi
yoxdur. Görünür bu qışı da səngərdə keçirməli olacağıq. Artıq üç ildən
çoxdur ki, döyüşlərdəyəm. Bu müddət ərzində çox əziyyətlər çəkmişəm,
çox səngərlər görmüşəm, qarda-boranda yol getmişəm, qarın içərisində
292
Əsgərin qayğısını çəkməyən komandir döyüĢdə uğur qazana bilməz M ü ə l l i f yatmışam, dörd dəfə mühasirəyə düşmüşəm, lakin heç vaxt ümidsız
qalmamışam. Həmişə bir ümidlə yaşamışam: torpaqlarımızı azad etmək
ümidi ilə...