A k ġ f k a m a L


sentyabr 1994-cü il saat 21.27



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə170/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   166   167   168   169   170   171   172   173   ...   197
20 sentyabr 1994-cü il saat 21.27 
Artıq yeddi gündür ki, gündəlik yazmıram. Vaxtım az olur. Tez-
tez əsgərlərin döyüş hazırlığını yoxlayır, onların təlimlərini təşkil edirəm. 
Bu  gün  mənim  özümü  bölük  komandirlərinin  təliminə 
aparmışdılar.  Saat  üçdə  briqada  qərərgahından  qayıtmışam.  Mən  orda 
döyüş yoldaşları: baş leytenant Əziz Abbasov, leytenant Hüseynov Zahid
baş  leytenant  Mirzəliyev  Akif,  kapitan  Nəbiyev  Hüseyn,  baş  leytenant 
Nağızadə  Adil,  baş  leytenant  Ziyafət  Tağıyev,  baş  leytenant  Əhəd 
İsmayılovla  və  mənimlə  döyüşlərə  çiyin-çiyinə  getmiş  əsgərlərlə 
görüşdüm...  Ön  mövqedə  suyumuz  qurtarıb.  3-cü  bölük  komandiri 
leytenant  Qəribov  Məhəbbətdən  xahiş  etmışəm  bizə  su  göndərsinlər. 
Onların traktoru var, 1-ci bölükdə isə su çəni olan qoşqusu var. Bir neçə 
saatdan  sonra  suyu  gətirib  qazmanın  yanında  bir  tonluq  rezin  su  qabına 
boşaltdıq. Əsgərlərə qaynamamış su içməyi qadağan etmişəm. 
Şahin gecə növbəsindədir. Gizir Əlövsət kitab oxuyur.  


 
291 
Havalar  gündüz  isti  olur,  gecələr  isə  soyuq.  Artıq  çöldə  yata 
bilmirik, qazmada yatırıq. Boş vaxtda futbol oynayır, nərd oynayır, kitab 
oxuyur, radioya qulaq asırıq.  
Bizə  verilən  ərzaq  isə  azlıq  edir.  Bu  gün  öz  maaşımla  kənddən 
yumurta, pomidor və digər ərzaq aldıq.  
Sabah yenə hərbi hissəyə təlimlərə gedəcəyəm.  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin