A k ġ f k a m a L


oktyabr 1994-cü il saat 21.45



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   170   171   172   173   174   175   176   177   ...   197
27 oktyabr 1994-cü il saat 21.45 
Dünən günortadan sonra bölüyə çörək göndərilməyib. Axşam bir 
az çörək göndərmişdilər, o da normanın üçdə biri qədər. Ehtiyat ərzaqla: 
düyü  və  vermeşillə  dolanırıq.  Əsgərlərin  çoxunun  paltarları  cırılıb,  bir 
neçə yerdən yamaq vurublar, ayaqqabılar da cırılıb. Yağışın, qarın altında 
düşmən qabağında duran əsgərlərə belə münasibət olmaz.  
Belə  bir  vəziyyətdə  səngərdəki  ac,  paltarı  və  ayaqqabısı  cırılmış 
əsgərləri  di  gəl  düşmən  qarşısında  saxla  görüm,  necə  saxlayırsan?  Biz 
komandirlər  onları  səngərdə  saxlamaq  üçün  çox  əziyyət  çəkirik.  Belə 
olduqda hansı döyüş hazırlığından danışmaq olar? 
Yuxarı  komandanlığa  dəfələrlə  məlumat  versək  də  nəticəsi 
yoxdur.  Bir  az  əvvəl  ermənilər  tərəfdən  qumbaraatanla  iki  mərmi  atıldı, 
heç kim xəsarət almadı. Iki gün əvvəl 3-cü taborla-Kəlbəcər batalyonu 


 
293 
ilə-  ermənilər  arasında  atışma  olub.  Ermənilər  bu  gün  bir  neçə 
dəfə ağ  bayraq  qaldırmaqla  bizimlə  danışmaq  istəyiblər.  Yəqin  ki,  onlar 
atəşkəsin  pozulmasından  qorxurlar.  Mən  danışığa  getməkdən  imtina 
etdim və əsgərlərə də bunu qadağan etdim.   
Gizir  Həsənov  Əlövsət  ön  mövqedə  növbədədir.  Çörək 
olmadığına görə ikinci eşalonda səngərlərin qazılmasını dayandırmışam... 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin