A. M. Allahverdiyev m.İ. Bağirova


E n trositlən n   yaşama  müddətinin  artmasına  səbəb



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix03.04.2017
ölçüsü1,48 Mb.
#13309
1   2   3   4   5   6   7   8   9   10

E n trositlən n   yaşama  müddətinin  artmasına  səbəb 
olan  hallar:
Talassemiya minor (kiçik talassemiya) 
Hiperxolesterinemiya
E ntrositlərin  yaşama  müddətinin  azalmasına  səbəb 
olan  hallar:
Sferositoz
Elliptositozun hemolizli  forması 
Uremiya
O rağabənzərhüceyrəli anemiyalar 
С tipli hemoqlobinoz
С  tipli  hemoqlobinozla  orağabənzər hüceyrəli  anemiyanm 
kombinasiyası
Paroksizmal  gecə hemoqlobinuriyası 
Pernisioz (bədxassəli) anemiyalar

Meqaloblastik anemiyalar (hamiləiik dövründe)
İdiopatik hemolitik anemiyalar 
Xronik leykozlar
1.2. 
FETAL HEM OQLOBİN
Dölün dam arlannda dövr edən qanda olan hemoqlobin bətn- 
dənkənar  inkişaf dövründə  olan  orqanizmin  hemoqlobinindən 
ferqlənir.  Buna fetal  hemoqlobin deyiiir (latınca: fo etu s -  döl). 
Fetal  hemoqlobinin  (HbF)  molekul  zəncirinə  2  alfa  (a)  və  2 
qamma  (y)  qlobin  daxildir.  Yenidoğulmuş  uşaqlarda  hemoq­
lobinin  ümumi  miqdannm  70-90%-i  fetal  hemoqlobindən  iba- 
rət  olur;  bətndənkənar  inkişaf  dövrünün 
6
-cı  ayında  bu  he- 
moqlobinin  95%  və  daha artıq  hissəsi  A  hemoqlobini  ile  əvəz 
olunur.  Yaşh  şəxslərdə  isə  normal  halda  fetal  hemoqlobinin 
m iqdan 
2
% -dən artıq olmur.
A rtm asın a səb əb  olan h allar;
Böyük v ə kiçik talassemiyalar
Orağabənzər hüceyrəli anemiya
Leykoz xəstəliyinin bə'zi formalan (mieloma)
Xromosom xəstəlikləri (13-15-ci xromosomlann trisomiyası) 
Daun xəstəliyi
Bə'zi dərman m enşəli anemiyalar 
A zalm asına səb ə b  olan hallar:
Çoxsaylı xromosom anemiyalan
1.3. ERİTRO SİTLƏ RİN  OSM O TtK  R EZtSTEN TLİY İ
Eritrositlərin  hipotonik  duz  məhiullarma  qarşı  müqaviməti 
osmotik  rezistentlik  adlanır.  Eritrositlər  hipertonik  məhlulda 
büzüşür,  hipotonik məhlulda  isə m üəyyən hədde  qədər şişdik- 
dən  sonra,  membranlannm zədələnm əsi  nəticəsində  lizisə  uğ- 
rayırlar.
N o rm al göstərici:
0,45-0,39%-li NaCi məhlulunda lizis başlayır
0,33-0,30%-li NaCl məhlulımda lizis başa çatır

Artmasına səbəb olan  hallar:
Q araciyər sirrozu
Bə'zi infeksiyalar (vərəm , sifılis, malyariya)
HamiləÜk 
Karsinoma 
Bədxassəli  limfoma 
Leykozlar
Апас1ал§э1тэ sferositar və qeyri-sferositar hemolitik anemiyalar 
Yanıq xəstəliyi
Azalmasına səbəb olan  hallar:
O rağabənzər hüceyrəli anemiya
Talassemiya
Sanlıq
Qaraciyer xəstəlikləri 
Splenektomiyadan sonrakj  vəziyyət 
İnfarktm erkən dövrləri 
С  tipli hemoqlobinozun homoziqot forması
B
, 2
  vitamini  və  ya  fol  turşusu  çatışmazlığı  ilə  əlaqədar olan 
anemiyalar
D əm ir çatışmazlığı ile əlaqədar olan anemiya
4
1.4. ERİTROSİTOZ
Eritrositlerin sayımn,  Hb-nin m iqdannın və  Ht-in normadan 
çox  olmasma  critrositoz və  ya  polisitemiya  deyilir.  Polisitemi- 
ya  rubrada  isə  bunlarla  bərabər,  leykositlərin  və  trombositlə- 
rin də m iqdan artmış olur.
Eritrositozlar birincili və ikincili olur.
Birincili eritrosıtoza səbəb olan  hallar:
Həqiqi polisitemiya 
Eritremiya (Vakez xəstəliyi)
İkincili eritrositoza səbəb olan hallar:
B ö y r ə k   x ə s t ə l i k l e r i :
Nefrotik sindrom 
Böyrək sistalan 
Hidronefroz
B öyrəyinyayılm ış parenximatoz xəstəlikləri

Uzunmüddətli hemodializ 
Böyrək transplantasiyası
M üxtəlif orqanlann şişləri
Adrenokortikotrop hormonun hipersekresiyası
Böyrəküstü vəzi androgenləri  ilə müalicə
Qanm maye hissəsinin azalması (şiddətli qusma, ishal, tərləmə)
Toxuma oksigenasiyasının azalmasma səbəb olan hallar:
Xronik ağciyər xəstəlüdəri
Be'zi  hemoqlobinopatiyalar
Anadangəlmə  2,3-difosfoqliserin  turşusu  çatışmazlığı  (oksi- 
hemoqlobinin dissosasiyasının posoılması  ilə əlaqədar) 
Siqaretçəkmə (xronik karboksihemoqlobinemiya ilə əlaqədar) 
Dəniz səviyyəsindən yüksəkdə yaşayanlarda (xronik hipok- 
siya ilə əlaqədar)
1.5. RETİKULOSİTLƏR
Retikulositlər -  eritropoez  prosesinin  arahq  m ərhələlərində 
əm ələ  gələn  normoblastlann  nüvələrini  itirdikdən  sonra  mey- 
dana  çıxan  cavan  eritrosit  foımalandır.  Onlar  yetişmiş  eritro- 
sitlərdən  sitoplazmalannda  dənəli-şəbəkəli  substansiyanın  ol- 
masına  görə  fərqlənirlər;  xüsusi  rəngləm ə  zamanı  sitoplazma- 
da  görünən  bu  substansiya  aqreqasiyaya  uğramış  ribosomlar- 
dan  və  mitoxondrilərdən  ibarətdir.  Adi  hematoloji  üsullarla 
rəngfənən  qan  yaxmalarında  retikıılositlər  bozumtul-çəhrayı 
rəngdə görünür.  Onlar polixroraatofıl olub, m üxtəlif boyaqlarla 
rənglənirlər.  Periferik  qana  keçən  retikulositlər  24-48  saat  ər- 
zində yetişmiş  eritrositə çevrilirlər.
Normal  göstərkiləri: 
0,2-2%
Artmasına səbəb oian  hallar:
Hemolitik anemiyaların m üxtəlif formalan 
D əm ir  çatışmazlığı  ilə  əlaqədar  olan  anemiyalarda  dəm ir 
preparatlan və B
1 2
 vitamini ilə'm üalicədən sonrakı  vəziyyət 
Qanaxmalar 
Polisitemiyalar
Sümük iliyinin metastatik karsinoması

M eqaloblastik anemiyalann spesifik müalicəsindən sonra 
Azalmasına səbəb olan hallar:
Alkoholizm
MiksÖdema
M eqaloblastik anemiyalar 
Eritropoezin patologiyalan
1.6. PLAZMATtK HÜCEYRƏLƏR
Müasir  təsəw ü rlərə  görə,  plazmatik  hüceyrələr  limfositlər- 
dən əm ələ gəlir. Bu hüceyrələrm əsas funksiyası qamma-qlobu- 
linler  (antitellər)  hazıriamaqdan  ibarətdir.  Plazmatik  hüceyrəler 
dəyirmi  və  ya  ellips  şəkilli,  diametri  5-30  mkm  olan  hüceyrə- 
lərdir;  onlara normal  şəraitdə periferik qanda olduqca nadir hal- 
larda rast gəiinir.  Bu hüceyrələrin əsas hissəsi  birləşdirici  toxu- 
mada, sümük iliyində və limfa düyüniərində toplanır. 
Artmasma səbəb olan  hallar:
Hockin  xəstəliyi  (Limfadenoma)
Revmatik artrit
Parazitar  və  bakterial  infeksiyalar,  xüsusen  maİyariya,  və- 
rəm, sifilis və s.
Virus  m ənşəli  xəstəliklər:  çiçək,  infeksion  mononukleoz, 
meningit və s.
Qaraciyər siırozu
Be'zi  orqanlann  (qaraciyer,  böyrək,  prostat  vəzisi)  bədxas- 
səli şişləri 
Mieloma 
Serum xəstəliyi 
Leykozlann xronik formaları 
Allergik proseslərin sensibilizasiya dövrü
Plazmatik hüceyrələrin azalmasmm klinik əhəmiyyəti yoxdur
1.7. LEYKOSİTLƏR
Leykositlər  (ağ  qan  cisimcikləri)  orqanizmin  infeksion  və 
qeyri-infeksİQH  wıggiifffl'i' Eofefverioi  amillord^n  mühafızə  edil- 
m əsində  müjıüm  готегo f q * a n ‘  niiceyrəıərıpır.  Protoplazraa-

lannm   mikroskopik  görünüşünə  görə,  leykositlərin 
2
  növü 
ayırd  edilir:
1.  Aqranulositlər (dənəsiz leykositlər)
2.  Qranulositler (dənəli  leykositİər)
Qranulositlərin  3  (eozinofinər,  bazofıllər  və  neytrofillər), 
aqranulositlərin  isə 
2
  növü  (limfositlər  və  monositlər)  ayırd 
edilir.  Bu  hüceyrələr  yüksək  fəaliyyət  spesifıkliyinə  malik 
olub,  orqanizmde  m üxtəlif  mühaflzəedici  fıınksiyalar  daşı- 
yırlar.  O nlann faqositar aktivliyi, hüceyrə və humoral  immuni- 
tet  proseslərində  iştirakı  sayəsində  immun  reaksiyalann  anti- 
mikrob,  antitoksik,  antitelyaradıcı  və  digər komponentləri  hə- 
yata keçirilir.  Bundan  əlavə,  leykositlərdə  heparin  və  histamin 
kimi bioloji aktiv m addələr sintez edilir.
Qanda  ieykositlərin  sayı  mövsümdən,  günəşin  aktivliyindən 
və  orqanizmin m üxtəlif fizioloji  vəziyyətlərindən  (yaş,  hamilə- 
lik,  fiziki  gərginlik,  menstruasiyanın  m ərhələləri  və  s.),  həra- 
çinin patolqji proseslərdən asıh olaraq, dəyişikliyə uğraya bilir.
N orm al g ö stəricü əri: 4000-8800/mm^
1.7.1. N eytrofil leykositlər
Fizioloji  rolu:  neytrofıl  leykositlərin  əsas  fimksiyası  orqa- 
nizmə  düşmüş mikroblan, yad təbiətli  irimolekullu hissəcikləri 
və  orqanizmin  öz  hüceyrələrinin  zədələnm iş  hissələrini  faqo- 
sitoza  uğratmaqdan  (udmaqdan)  və  həzm  etm əkdən  ibarətdir. 
Bu  hüceyrələrin  faqositoza  uğradılacaq  hissəciklərə  doğru  hə- 
rəkəti  xeraotaksis  hadisəsinə  əsaslanır.  Neytrofıllər  C
3
  resep- 
torlan  vasitəsilə  damar  divarmm  endotel  qişasma  yapışır  və 
endotel  hüceyrələrinin  arasmda  olan  sahələrdən  damardanxa- 
ric  raühitə  keçə  bilirlər.  Orqanizmdə  olan  neytrofillərin  yalmz 
1
%-ə  qodəri  qanm  tərkibində  dövr  edir;  onlann  60% -ə  yaxm 
hissəsi  sümük  iliyində  toplamr,  sümük  iliyindən  qana  keçən 
neytrofıllər tezliklə  damarlardan  toxumalara  keçir.  Buna  görə, 
neytrofillərin  40%-dən  artıq  hissəsi  hüceyrəarası  sahədə  olur. 
Damar  daxilində  neytrofıliərin  yaşama  müddəti  1-2  gündür, 
endotel qişanın zədələnm ələri zamanı bu m üddət 
6
  saata qədər 
azala bilər.

N orm al  göstəriciləri:  neytrofıllər  leykositlərin  ümumi  miq- 
dannm 47-72%-ni təşİdl edir;  normal halda periferik qanm hər  1 
mkJ-də (mm^) 2000-dən 5500-e qedər neytrofil ola bilər. 
A rtm asın a səb əb  olan  hallar:
M üxtəlif  infeksiyalar  (stafilokokk,  streptokokk,  pnevmo- 
kokk, qonokokk, meninqokokk, E.coli və b.)
Kəskin  iltihabi xəstəliklər, sepsis 
A ğciyər infarktı və qanqrenası 
K əskin miokard infarktı
Qaraciyərin funksiyasına tə ’sir edən dərman preparatlan
Podaqra xestəliyi
Eklampsiyalar
Diabet nəticəsində baş verən komalar
Kəskin qanaxmalar
M üxtəlif mənşəli  kəskin hemolizlər
Fiziki gərginlik
Yenidoğulma dövrü
Yanıqlar
Z əhərlənm ələr
Dehidratasiya
Bədxassəli  şişlər
Leykozlann bə'zi  formalan
M üxtəiif dərman preparatlan  (aldosteron,  fenasetin,  adreno- 
kortikosteroidlər və b.)
Q alxanabənzər vəzinin xəstəlikləri 
Revmatik artritlər 
Derraatomiozitlər 
M üxtəlif m ənşəli hepatitlər 
B ə ’zi travmalar
N eytrofil  leykositlərin azalm asına səb əb  olan h a lla r:
Meqaloblastik anemiya
D əm ir çatışmazlığı  anemiyası
Aplastik anemiya
Kəskin leykozlar
Sümük  iliyinm infıltrasiyası
Aqranulositoz

Hipersplenizm
Bə'zi vims raənşəli xəstəliklər (qızdca, suçiçəyi və rikketsiya) 
Bə'zi  bakterial m ənşəli xəstəliklər (malyariya, visseral  leyş- 
manioz)
Vərəm xəstəliyinin ağır formalan 
MüxtəHf zəhərlənm ələr
B ə'zi dərman preparatlan  (antihistaminlər,  antibakterial pre- 
p a ra tla r- sulfanilamidlər, streptomisin və s.)
Radioaktiv şüalanma 
Anafılaktik şok 
Hemodializ 
Qaraciyər sirrozu
Revmatoid artrit (xüsusən Felti sindromu)
Miksödema 
Gauşer xəstəUyi
1.7.2. Eozinofıllər
Eozinofillər  sümük  iiiyində  mieloblastlardan  əm əJə  gəlir. 
Yeni  əm ələ  gələn  eozinofiilər  sümük  iliyində  3-4  gün  qaldıq- 
dan sonra  qan  vasitəsilə  toxumalara  keçir.  Onların  çox  hissəsi 
bağırsaqlann,  qaraciyərin  və  dərinin  hüceyrəarası  sahəsində 
toplanır.  Qanda  olan bütün  leykositlərin  0,5-5%-ni  eozinofıllər 
təşkil  edir  (1  mkl  qanda 200-400  ədəd).  Qanın  1  mkl-də  400- 
dən  artıq  eozinofıl  olmasına  eozinofıliya  deyilir.  Korti- 
kosteroidlər periferik  qanda  eozinofıllərin  saymı  azaldır.  Buna 
görə günün m üxtəlif vaxtlannda götürülən qanda eozinofıllərin 
sayı  fərqli  olduğundan,  səhər  saatlannda  apanlan  analizin  ne- 
ticəsi daha düzgün  hesab edilir.
Artmasma  səbəb olan  hallar:
Bə'zi parazitar xəstəliklər (helmintozlar və malyariya) 
Allergik  xəstəliklər,  xüsusən  bronxial  astma,  allergik  rinit, 
dərman m ənşəli allergiyalar 
B ə’zi dəri xəstəlikləri 
Qanyaradıcı sistem xəstəlikləri 
K əskin mieloblastik leykoz 
Pem isioz anemiya

Splenektonıiya
İmmun sistem çatışmazlığı
Poliartritlər
Revmatik artritlər
Vaskulitlər
Sklerodermiya
Endokrin xəstəlikləri (xüsusən Addison xəstəliyi)
Bə'zi kim yəvi m addələrlə zəhərlənm ələr
Böyrək xəstəlikleri
Hepatitlər
Xoralı kolitlər
Qastritlər
Azalmasına səbəb olan hallar:
K əskin infeksiyalar 
Stress vəziyyəti 
Şok, yamq, travma 
Kuşinq sindromu 
Akromeqaliya
Kortikosteroidlərlə, adrenalinlə, efedrinlə, insulinle müalice 
Intoksikasiyalar
1.7.3. BazofUlər
B azofıllər neytrofil  və  eozinofillər  kimi  herəkətli  hüceyrə- 
lər olub,  qan vasitəsilə toxumalara keçirlər.  Qanda bazofillərin 
miqdan  əsasən  gecələr,  səhər tezdən,  yem əkdən  və  idmandan 
sonra  artır.  Qadınlarda  bazofıllərin  sayı  raenstruasiya,  ovulya- 
siya m üddətində  azalır;  kortikosteroidlərlə apanlan  müalicə  də 
bazofıllərin  sayımn azalmasına səbəb ola bilər.
Fizioloji  rolu:  bazofillərin  spesifık  dənəciklərində  hista- 
min  və  digər  vazoaktiv  m addələr  sintez  edilir.  Bu  m addələr 
bazofıllərin plazmatik membranlannın səthində yerləşən spesi- 
fik  IgE  reseptorlannın  antigenlərlə  (allergenlərlə)  birləşm əsi 
zamam  azad  olur  və  xüsusən  allergiya  ilə  əlaqədar  olan  bə'zi 
dəyişikliklərin  (rinit,  bronxospazm,  ödem,  anafılaksiya  reak- 
siyalan)  inkişaf mexanizmində  iştirak edirlər.  Bazofillərin ya- 
şama m üddəti  8-12  gündür.  Qranulositlərin digər növləri kimi,

bazofıllər  də  qanda  az  m üddət  dövr  edərək,  hüceyrəarası  sa- 
həyə  keçirlər.  Periferik  qanda  olan  leykositlərİn  1%-ə  qədəri 
bazofıllərdən  ibarətdir; 
1
  mkl  qanda  bazofıllərin  normal  miq- 
dan  65-ə qədərdir.
Artmasına səbəb olan hallar:
Leykozun bazofilli fonnasi 
Xoralı kolitlər
Hipotiroidizmin be'zi formalan 
B ə'zi  infeksiyaiann sağalma m ərhəlesi 
Diabet xəstəliyi
Menopauza dövrü (menstruasiyanın kəsildiyi m ərhələ) 
Anem iyalann  bə'zi  forraaları  (dəmir çatışmazlığı,  hemolitik 
anemiya və s.)
Polisitemiya vera
Hipersensibilizasiya vəziyyəti
Bə'zi virus m ənşəli infeksiyalar (çiçək, suçiçəyi)
Nefroz
Hockin xəstəliyi 
AzaİTnasına səbəb olan  hallar:
Tirotoksikoz 
Stress vəziyyəti 
Revmatizmin kəskin foraıası 
Pnevmoniyalar
Steroidlerlə m üaücənin nəticəsi 
Radioterapiya və kimyəvi terapiya 
Hamiləlik
İnfeksiya m ənşəli xəstəliklərin kəskin dövrləri
1.7.4. Limfositlər
Limfositler  orqanizmin  inurmn  sisterainin  əsas  hüceyrə  ele- 
mentleridir. Müasir təsəw ürlərə görə, limfositlərin 3 qnıpu -  T- 
və  B-limfositlər, natural  killer  hüceyrelər  -   ayırd  edilir.  Lim- 
fositlərin hər iki  qrupunun  inkişafı  sümük  iliyində  başlayır.  La- 
kin  bunlardan  bir  qrupu  sümük  iliyindən  timus  vəzisinə  miqra- 
siya  edərək,  burada  timozin  adlanan hormonabənzər  maddənin 
tə'siri  altında  inkişafını  davam  etdirib,  T-lirafositlərə  çevrilir;

sonra isə qan vasitəsilə periferik limfoid orqanlara (limfa düyün- 
ləri, dalaq, damaq  badamlan, bağırsağm  limfatik toxuması) gəti- 
rilir.  Onlann  T-Iimfositlər adlandmlması  da  inkişaflannın  timus 
vəzisinin  flınksiyasından  asılı  olması  ilə  əlaqədardır.  B- 
limfositlərin adlan  quşlarda antitelyaranma prosesinin əsas mər- 
kəzi orqanı olan Fabrisius kisəsinin {bursa o f  Fabrisius) admdan 
gptürülmüşdür.  Bu  hüceyrələr  tnkişaflanm  davam  etdirərək, 
antitel  sintez  edən  plazmatik  hüceyrələrə  çevrilirlər.  Onlann 
hansı  plazmatik hüceyrə klonuna çevrilməsi tə'sir göstərən anti- 
genin növündən  asılıdır.  Antigenlərin  «tanınmasmda» və  oniara 
qarşı  verilən  cavab  reaksiyalannda  T-  limfositlərin  ən  azı  4 
növü iştirak edir:
1.  K iU erlər- antigen xassəli hüceyrəleri  Öldürən T-limfosit 
növləridir;
2.  Helperlər  (yardımçı  hüceyrələr) -  B-limfositlərin  antitel 
sintez  edən  hüceyrələrə  çevrilməsinə  yardım  göstərirlər  (CD
4  
antigeninin  daşıyıcıiandır).
3. L ən g  gedişU y ü k sək  həssaslıq re a k siy a la n n ın  effektor- 
ları -  humoral mediatorlar (limfokinlər) sekresiya  edən hücey- 
rələrdir.  Bu  mediatorlann  bir  qrupu  (makrofaqlan  aktivləşdi- 
rən amil; makrofaqlan  inhibisiya edən amil;  neytrofılhrin bazo- 
fillərin,  eozinofılhrin  xemotaksis  amilləri,  mitogen  amil  və  s.) 
orqanizmin  digər hüceyrələrinə tə'sir göstərərək,  onlan prosesə 
cəlb  edir,  bir qrupu  (histaminstimulyasiyaedici  amil,  dəri reak- 
tivliyi  amili  və  s.)  damar  divarmın  keçiriciliyini  artınr,  digər 
qrupu  isə  (limfotoksin,  interferon  və  s.)  virus  əleyhinə  tə'sir 
göstərir.
4.  Supressorlar -  immun reaksiyalan tormozlayan hüceyrələrdir 
(bu hüceyrələr CDg antigeninin daşıjacılandır).
T-limfositlərin hər bir növü spesifiklik xüsusiyyətinə maİikdir.
Periferik qanda limfositlərin sayı  1200-3000/mm^ olur.  Bun- 
lardan  60% -ə  qədərini  T-limfositlər, 25-30%-ə  qədərini  isə B- 
limfositlər təşkil  edir.  T- və B-limfositlərin spesifik reseptorla- 
nna  malik  olmayan  limfositlərə  «sıfır»  hüceyrələr  adı  veril- 
mişdir.  O nlann ümumi  miqdan  10%-ə  qədər olur.  Güman  edi- 
lir ki, bu hüceyrələr T- və B-limfositlərin sələfləridir.

B-lim fositlər IgM, IgD, IgE, IgA qrupuna aid olan immuno- 
qlobulinlər  sintez  etməkle,  orqanizmin  humoral  immunitetinin 
mexanizmində  iştirak  edirlər.  T-limfositlər  isə  hüceyrə  immu- 
nitetində  iştirak  etm əklə  bərabər,  həm  sintez  etdikləri  limfo- 
kinlər  vasitəsüə,  həm   də  makrofaqlann  antigenləri  «tanıması- 
na» yardım  göstərm ək yolu  ilə,  hüceyrəvi  immunitetin  də  me- 
xamzmində iştirak edirlər.
Natural  killer  hüceyrələr  (T-kilIerlər)  limfositlərin  ümumi 
sayırun  10-15%-ini  təşkil  edir.  Bunlara  sümük  iliyiııdə,  dalaq- 
da və periferik qanda xüsusilə çox rast gəlinir.  Bu hüceyrələrin 
əsas  fünksiyası  karsinoma  lıüceyrələrini  və  virusla  infeksiya- 
iaşmış  hüceyrələri  məhv  etməkdən  ibarətdir.  T-Umfositlərin 
bir qrupu  isə  orqanizmə  daxil  olan  m üxtəlif infeksion m ənşəli 
amillərin  (bakteriyalar,  viruslar,  toksinler)  tə'siri  nəticəsində 
oyanaraq,  oniann  əleyhinə  tə'sir  göstərən  sitokinlər  sintez 
edirlər.
L im fositlənn artmasına səbəb olan  amiUər:
M üxtəlif spesifık ve qeyri-spesifık iltihabi proseslər 
Virus m ənşəli  infeksiyalar (sitomeqalovirus, hepatit)
Parazit xəstəlikləri (toksoplazmoz)
Vaskulitlər
Addison xəstəliyi
Tirotoksikoz
Anemiyalar
Xoralı  kolitlər
Vaskulitlər
Limfatik leykozlar
Dərmanlara qarşı həssashq
Serum xəstəliyi
Kjon xəstəliyi
Limfositiərin  atipik  formalannin  artmasına  səbəb  olan 
ballar (normal  şəxslərdə 
1
2
%-ə qədər atipik lim fositlər olur): 
Virus m ənşəli infeksiyalar 
Brüseliyoz 
Sifılis
Dərm anlara qarşı yüksək həssaslıq reaksiyalan

Serum xəstəliyi 
Limfatik leykozlar 
Neytropeniyalar 
Azalmasina səbəb olan  hallar:
Humoral  immunitetm  irsi çatışmaziıqlan 
Aplastik anemiyalar 
Bədxassəli şişlərin gecikmiş formalari 
Ü rək çatışmazhğımn ağır formaları 
Böyrək çatışmazlığı 
M iliar vərəm
Radioterapiya və krmyəvi terapiya
1.7.5. Monositlər
Monositler -  teknüvəli qan hüceyrələridir.  Onlann qanın tər- 
kibində  sirkulyasiyaetmə  müddetinin  yanmdövrü  təxm inən  8,4 
saatdır;  bə'zi  monositozlu  xəstələrdə  bu  hüceyrələr sümük  iliy- 
indən damarlara keçdikdən  sonra  15  saata  qədər  dövr edə  bilir. 
Sonra isə monositlər damarlardan hüceyrəarası sahələrə keçir.
Toxumalarda  olan  monositlərin  sayımn  qandakı  monositlə- 
rin  sayına  nisbəti  təxm inən  4 0 0 :l-ə  bərabərdir.  Toxumalara 
keçən  m onositlər  inkişaf edərək,  makrofaqlara  çevrilir.  Bu  za- 
man  onlann  hansı  istiqamətdə  inkişaf etməsi  qidalandıqlan  to- 
xuma  və  ya  orqandan  (dalaq,  ağciyər,  limfa  düyünü,  periton 
boşluğu,  qastrointestinal  sistem,  qaraciyər  ve  s.)  asılıdır.  Bıma 
görə  onlar  m üxtəlif  orqanlarda  m üxtəlif  hüceyrələrə  çevrilə 
bilirlər.  M onositlərin  toxumadaxili  inkişafı  nəticəsində  əm ələ 
gələn  m üxtəJif  hüceyrələrin  hamısı  faqositar  aktivliyə  raalik 
olub,  onlardan  qeyri-mütəhərrikliyinə  görə  fərqlənir.  Bu  hü- 
ceyrəlerə  qeyri-mütəhərrik  makrofaqlar deyilir.  Onlar orqaniz- 
min  mononuklear  faqositlər  sisteminin  (retikuloendotelial  sis­
tem)  komponentlərini  təşkil  edirlər.  Monosit  və  makrofaqlar 
faqositoza  uğratdıqlan  patogen  amillərin  antigenlərini  xırda 
peptidlərə parçalayıb,  toxuma qrupu  antigenləri  ilə  birlikdə  T- 
lim fositlərə  «təqdim  edirlər».  Onlann  ftmksiyalan  sayəsində 
T-limfositlər  antigenləri  «tanımaq»  ve  zərersizləşdirm ək  im- 
kanı  eldə  edir.  Beləliklə,  monositlər  və  onlann  toxumadaxili

inkişafı neticəsində  əm ələ  gələn makrofaqlar orqanizmin  qey- 
ri-spesifık  mühafızə  amilləri  ile  spesifık  (immun)  mühafızə 
amiUəri  arasında əlaqələndirici  funksiyası  daşıyırlar.  Buna  gö- 
rə,  bu  hüceyrələrə  APS,  yə'nİ  antigen  təqdim  edən  hüceyrələr 
(antigen presenting cells)  deyilir.  M üxtəIİf hüceyrələrdə  sintez 
edilən  sitokinlər  monosit və  makrofaqların  fəaliyyətini  tenzim 
edirlər.
N orm al göstəriciləri;  qanda leykositlərin ümumi sayının 3- 
1
1
%-i  qədər  monosit  olur. 
1
  mnı^  qanda  monositlərin  ümumi 
miqdan  90-dan 600-ə qədər ola bilər.
A rtm asın a səb əb  olan  hallar:
Bakterial mənşəli infeksiyalar (sifilis, vərem, brüsellyoz, sepsis) 
Parazit və rikketsiyalann törətdikleri xəsteliklər (malyariya, 
visserai leyşmanıoz,səpkili yatalaq)
Qan xəstəlikləri (leykozlar, mieloraalar)
M üxtəlif orqanlann bədxassəli şişləri 
Kollagen  xəstəlikləri  (revmatik artritlər,  eritematozlar) 
Honnonal  preparatlarm  yüksək  dozalan  ilə  ijzunmüddətH 
müalicə
B ə ’zi qızdırmalı xəstəliklər
B ə ’zi xlorlu üzvi birləşm ələrlə zəhəriənm ələr
1.7.6. T ro m b o sitlər
Trom bositlər sümük iliyinin «nəhəng» hüceyrələri  olan me- 
qakariositlərdən  əm ələ  gəlsə  də,  qan  hüceyrələrinin  ən kiçiyi- 
dir.  Trom bositlər qanm  laxtalanmasımn  başlanğıc  m erhələsin- 
də  mühüm  rol  oynayır.  Damarlar  zədələndikdə  trom bositlər 
zədələnm iş  sahələrə  topianır,  burada  bir-birinə  yanaşaraq, 
mikroaqreqatiar  əm ələ  gətirir  (aqreqasiya)  və  damar  divarma 
yapışmaqla  (adheziyaya  uğramaqİa)  zədələnm iş  nahiyədə  qa- 
nın  axmasma  mane  olan  «hemostatik  tıxaclar»  törədirlər.  Bun- 
dan  əlavə,  adheziya  və  aqreqasiya  zamam  trom bositlərdən 
tromboplastik  aktivliyə  malik olan  fızioloji  aktiv  m addələr xa- 
ric  olur  ki,  bun!ar  da  laxtalanmanın  plazma  amillərinin  qeyri- 
aktiv  formalarmm  (prokoaqulyantlar)  aktivləşm əsinə  səbəb 
olurlar.  Trombositlərin  adheziyası  və  aqreqasiyası  adrenalin,

ADF, kollagen kimi bioloji aktiv maddələrin te'siri nəticəsində 
sür'ətlənir.  Bu  zaman  aktiviəşmiş  trombositlərdə  laxtalanmanı 
sür’ətləndirən  m üxtəlif  amillər  sintez  edilir  və  hüceyrədən- 
kənar m ühitə ifraz edilir.
Trombositlərin  yaşaraa  müddəti  canlı  toxumalarda  7-10 
gün, qan dam arlannda isə  12-24 saatdır.
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin