BAĞLANMIŞ MÜƏSSĐSƏLƏRĐN SAYI
-
bu göstəricinin hesablanmasında müəssisənin
tamamilə
bağlanması
(fəaliyyətinin
tam
dayandırılması) və ya müvəqqəti bağlanması
(fəaliyyətin
dayandırılması,
sonradan
bərpa
edilməsi) fərqləndirilir.
BAĞLI (ƏLAQƏLĐ) MƏHSULLAR
–
sənayedə və ya kənd təsərrüfatında bir texnoloji
prosesin nəticəsi olan iki və ya bir neçə əsas
məhsuldur (məsələn, neft emalında müxtəlif
yanacaq növləri; qoyunçuluqda bala artımı, canlı
kütlənin artımı, yun və süd və s.) Bağlı məhsullar
əlavə məhsuldan fərqlidir.
BAKI-TBĐLĐSĐ-CEYHAN NEFT ĐXRAC
KƏMƏRĐ
–
Azərbaycan neftinin Xəzər
dənizindən Türkiyənin Ceyhan limanına, oradan
Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli
kəməridir. Heydər Əliyev adına Bakı-Tbilisi-
Ceyhan Əsas Đxrac Boru Kəməri "Əsrin
müqaviləsi"
çərçivəsində
Xəzər
dənizinin
Azərbaycan sektorunda hasil olunacaq xam neftin
dünya bazarına çıxışını təmin etmək üçün inşa
edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin
uzunluğu 1767 kilometrdir, onun 443 km-i
Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i
isə Türkiyənin ərazisindən keçir. Kəmərin
istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti
ildə 10 milyon barel nəzərdə tutulub. BTC-nin
tarixi: 20 sentyabr 1994-cü il - “Əsrin müqaviləsi”
imzalanmış, 18 noyabr 1999-cu ildə Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentləri tərəfindən
xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəməri vasitəsilə nəql edilməsinə dair saziş
imzalanmış, 2002-ci ildə kəmərin tikintisini və
gələcək istismarını aparmaq üçün BTC Ko şirkəti
yaradılmış, 18 Sentyabr 2002-ci ildə Bakıda
Azərbaycan,
Gürcüstan
və
Türkiyə
prezidentlərinin, ABŞ-ın energetika nazirinin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin təməli qoyulmuşdur. 25 may 2005-ci
ildə kəmərin Azərbaycan ərazisindən keçən
hissəsinin
istifadəyə
verilməsi
mərasimi
keçirilmiş, Xəzər dənizi sahilində Səngəçal
terminalından boru xəttinə ilk neft vurulmuşdur.
2005-ci ilin oktyabr ayında kəmərin Gürcüstan
hissəsi istifadəyə verilmiş, 28 may 2006-cı ildə
Azərbaycan nefti Ceyhan limanına çatmışdır.
BAKI-TBĐLĐSĐ-ƏRZURUM QAZ ĐXRAC
KƏMƏRĐ (CƏNUBĐ QAFQAZ BORU
KƏMƏRĐ) –
nəqletmə layihəsi yeni bir qaz
ixracı sistemindən ibarətdir və Gürcüstandan
keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər
uzanır. Uzunluğu 690 kilometrdən artıq
olan
(Azərbaycanda 442 kilometr və Gürcüstanda 248
kilometr) bir boru kəməridir, ətraf mühitə və
sosial sahəyə təsirlərin minimuma endirilməsi,
eləcə də layihələrin birləşdirilməsi sayəsində
əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə
nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı
kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa
olunmuşdur.
Boru
kəmərinin
diametri
42
düyümdür. Tikinti işlərinə 2004-cü ildə başlanmış
və 2006-cı ilin iyun ayında sınaq istismarına
verilmişdir.
BAKI-TBĐLĐSĐ-QARS-AXALKALAKĐ
DƏMĐR YOLU XƏTTĐ
–
planlaşdırılmış
dəmiryolu lahiyəsidir,
Azərbaycan
ın paytaxtı
Bakı
şəhərindən
Gürcüstanın
Tbilisi
və
Axalkalaki
şəhərindən
Türkiyənin
Qars
şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla
Türkiyəni
birləşdirəcək.
Xətt
vasitəsi
ilə
Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə
çıxış əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və
iki gün yarıma
Đstanbula
getmək mümkün olacaq
BAL ĐSTEHSALI
– arılar tərəfindən toplanmış,
şanıdan çəkilmiş balın miqdarı ilə müəyyən
olunur.
BALANS
– 1) statistik tədqiqatlarda istifadə
edilən metodlardan biridir. “Tərəzinin iki gözü”
mənasını daşıyır. Tarazlıq yaratmaq deməkdir.
Aktivlər və passivlər, ehtiyatlar və istifadəçilər,
gəlirlər və xərclər arasında tarazlıq yaradan
göstəriciləri özündə əks etdirən ikitərəfli iqtisadi
cədvəldir. Enerji məhsulları, ərzaq məhsulları,
milli hesablar sisteminin balanslarını misal
göstərmək olar; 2) statistik məcmu vahidləri
(hüquqi şəxslər) tərəfindən tərtib edilən hesabat
formasıdır; 3) müəyyən vaxta mövcud olan
aktivlər və passivlər (xüsusi kapitala müvafiq
olan) üzrə hesabatdır. Balans illik mühasibat
hesabatının bir hissəsini təşkil edən maliyyə
hesabatıdır. Geniş mənada, aktivlərin vəziyyətini
müqayisə etmək üçün göstəricilər sistemidir.
Hüquqi şəxs təsərrüfat ilinin sonunda kapitalı ilə
öhdəlikləri arasında nisbəti göstərən balans
gəlirlərin və xərclərin müqayisəli (mənfəətlə
zərərin) hesabatını tərtib edir. Balans və mənfəətlə
zərərin hesabatı illik (yekun) balansı təşkil edir.
Đllik balansda bütün əmlak, borclar, ardıcıl
hesabat dövrləri arasında məxariclər ilə mədaxilin
uçotu maddələri, habelə xərclər və gəlirlər
göstərilir.
BALANS DƏYƏRĐ
- əsas fondların, onların
mühasibat balansında uçota alındıqları anda
nəzərə alınan tam ilkin dəyəridir. Balans dəyəri,
49
bir qayda olaraq, əsas fondların qiymətini göstərir.
Đnventar
obyektlərin
bir
hissəsi
sonuncu
qiymətləndirmə anına bərpa dəyəri üzrə balanslara
salınır, növbəti dövrdə daxil olan əsas fondlar isə
ilkin dəyər (alış dəyəri) üzrə nəzərə alınır.
BALANS METODU
– göstəricilər sisteminin
bir-biri ilə müqayisəsindən ibarət olan statistik
tədqiqat metodudur (məsələn, ehtiyatlar və
onlardan istifadə, istehsal və istehlak, əhalinin
gəlirləri və xərcləri, aktivlər və passivlər, istehsal
və
bölüşdürülmə
və
s.).
Balans
metodu
proporsiyaların natura və dəyər şəklində tədqiqat
üsuludur.
BALANS
MƏNFƏƏTĐ
–
müəssisənin,
firmanın
əsas
vasitələrinin
(uzunmüddətli
aktivlərinin),
bütün
obyektlərinin
balans
cədvəllərində əks etdirilən və onun balansına
daxil edilən dəyəridir. Balans dəyəri köhnəlmə
çıxılma şərtilə, əsas vəsaitlərin ilk alınma,
obyektlərin isə tikinti dəyəri əsasında hesablanır.
Şirkətin, firmanın balans dəyəri onun xalis
aktivləri
və
xüsusi
aktivləri
və
xüsusi
kapitalından, daha doğrusu, məcmu aktivlərindən
məcmu öhdəlik və borclarını çıxmaq yolu ilə
müəyyən edilir.
BALANSIN TƏRTĐB OLUNMA TARĐXĐ
– maliyyə ilinin və ya hesabat dövrünün son
günüdür.
Balansın
tərtib
olunduğu
tarix
hesabatlarda göstərilir.
BALANSLAŞDIRICI
MADDƏ
ÜZRƏ
NƏZƏRƏ
ALINAN
YARDIMLAR
–
yardım verilməsə baş verə biləcək ümumi itkilərin
tam və ya qismən ödənilməsi üçün müəssisə
tərəfindən alınmış yardımlardır.
BALIQÇILIQ
TƏSƏRRÜFATI
MƏH-
SULLARININ BURAXILIŞI
– bu sahəyə
daxil olan bütün altsahələrdə istehsal olunan
məhsulların dəyəridir. MHS-nin metodologiyasına
görə, balıq təsərrüfatlarında balıqyetişdirmə, balıq
ovu, əhali tərəfindən satış və özünün istehlakı
üçün balıq tədarükü, balıqçılıq təsərrüfatında əsas
proseslərə xidmət göstərilməsi buraya daxildir.
Balıqyetişdirmənin məhsul buraxılışının dəyəri,
balığın süni su hovuzlarında çoxalmasının və çəki
artımının dəyəri və təbii su hövzələrində balıq
ehtiyatlarının saxlanması üzrə işlərin dəyərləri ilə
müəyyənləşdirilir. Balıqçılıq məhsullarına balıq
ovu, dəniz heyvanlarının və dəniz məhsullarının
hasilatı daxildir. Sahənin bazar məhsulları - satışın
faktiki qiymətlərinə görə; qeyri-bazar məhsulları
isə (xidmət istisna olmaqla) sərti olaraq orta
qiymətlərə görə qiymətləndirilir. “Balıqçılıq
təsərrüfatlarında
əsas
proseslərə
xidmət”
altsahəsinin məhsulu bu işlərə çəkilən xərclərin
miqdarı ilə qiymətləndirilir.
BANK
– fiziki və hüquqi şəxslərin pul vəsaitini
depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və
faizlə geri qaytarmaq şərti ilə öz adından və öz
hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin
hesablarını açmaq və aparmaq əməliyyatlarının
məcmusunu həyata keçirmək üçün müstəsna
hüquqa malik kredit təşkilatıdır. ”Banklar
haqqında”
Azərbaycan
Respublikasının
Qanununa görə, fiziki və hüquqi şəxslərdən
depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb
edilməsi, öz adından və öz hesabına kreditlərin
verilməsini, habelə müştərilərin tapşırığı ilə
köçürmə və hesablaşma-kassa əməliyyatlarını
məcmu halda həyata keçirən hüquqi şəxsdir.
BANK AKTĐVLƏRĐ
– bankın öhdəlikləri və
xüsusi kapitalıdır. Bank kapitalı – mümkün
itkilərin ödənilməsi üçün zəmanət fondudur.
Bankın aktivlərinə aiddir: banka məxsus tikililər,
bankın avadanlıqları, onun yaratdığı ehtiyatlar,
həmçinin ona müştərilərindən çatmalı olan
məbləğlər (müştərilərin borc öhdəlikləri) və ya
onun birbaşa kassasında olan, yaxud depozitdəki
(başqa bankda) nağd pul, xarici valyuta, qiymətli
metallar, qiymətli kağızlar və s.
BANK AUDĐTĐ
- bankların (bank filiallarının)
dərc etdirdiyi (nəşr etdirdiyi) və ya yuxarı
təşkilatlara təqdim etdiyi maliyyə hesabatlarının
məlumatlarının hüquqi, iqtisadi və mühasibat
cəhətdən qiymətləndirilməsi də daxil olmaqla,
maliyyə-təsərrüfat
fəaliyyəti
nəticələrinin
kompleks yoxlanmasıdır (ekspertizasıdır). Bank
strukturlarının
auditinin
məqsədi
-
bank
hesabatlarının
dürüstlüyünün
və
onların
apardıqları maliyyə-təsərrüfat əməliyyatlarının
normativ aktlarla uyğunluğunun təyin edilməsidir.
Bank auditi daxili və xarici auditdən ibarətdir.
Xarici bank auditi səhmdar bankların rəsmi (illik)
maliyyə
hesabatlarının
və
digər
rəsmi
materiallarının məlumatlarının qanunvericiliklə
nəzərdə tutulmuş qaydada müstəqil ekspert
tərəfindən yoxlanması və təsdiqini özündə
birləşdirir. Daxili bank auditi səhmdar bankda
idarəetmənin cari məsələlərini, uçot siyasətinin
seçilməsini, mənfəətliliyin təhlilini, mühasibat
uçotunun
konkret
problemlərini
özündə
birləşdirir.
Bank auditinə səbəb - illik hesabatın yoxlanması
və
təsdiqi,
qiymətli
kağız
emissiyasının
hesabatlarının yoxlanması və layihəsinin təsdiqi,
bankın uçot və hesabatlarının yoxlanması, xarici
50
valyuta
ilə
əməliyyatların
aparılmasına
lisenziyanın
alınmasında
bankın
sifarişinin
təsdiqi, həmçinin bank təsisçilərindən hər hansı
birinin yuxarı və ya istintaq orqanlarına tələbləri
ola bilər.
Bank auditi aşağıdakı istiqamətlərdə aparılır:
bankın nizamnamə kapitalının, fondlarının və
digər pul vəsaitlərinin formalaşdırılması və
istifadəsi; gəlirlərin, xərclərin bölüşdürülməsinin
formalaşdırılması
və
istifadəsi,
mənfəətin
formalaşdırılması və istifadəsi də daxil olmaqla,
maliyyə nəticələrinin xarakteristikası; bankın
kredit
ehtiyatları
və
onların
istifadəsinin
səmərəliliyi;
bankın
faiz
siyasəti;
bankın
fəaliyyətinin iqtisadi normativləri; uçot siyasəti və
mühasibat
uçotunun
vəziyyəti;
hesablaşma
əməliyyatlarının
və
xarici
valyuta
ilə
əməliyyatların aparılması və s.
Bank
auditinin
xüsusiyyətləri
ümumilikdə
kommersiya
bankının
müxbir
hesablarının,
valyuta
ilə
əməliyyatlarının,
vaxtı
keçmiş
borclarının, gələcək dövrlərdə gəlirlərinin, gəlir və
xərclərinin tərkibinin yoxlanması ilə bağlıdır.
Bank auditinin keçirilməsi və yekunlarının
rəsmiləşdirilməsi qaydası digər audit formalarında
olduğu kimidir.
BANK BALANSI
– bankın fəaliyyətini əks
etdirən əsas sənəddir. Bank əməliyyatlarının
qruplaşdırılması eynitipli əlamətlər üzrə həyata
keçirilir,
yəni:
aktivlərin
satıla
bilmə
qabiliyyətinin aşağı düşmə səviyyəsinə və
passivlərə tələbat səviyyəsinin azalmasına görə.
Aktiv, passiv və aktiv-passiv kimi balans
hesabları
bir-birindən
fərqləndirilir.
Passiv
hesablara daxil edilir: bankın fondları, fiziki və
hüquqi
şəxslərin
depozitləri,
hesablardakı
vəsaitlər, mənfəət, kreditor borcları, digər
banklardan alınan maliyyələşmə məbləğləri.
Passiv hesablardakı vəsaitlər bankın ehtiyatları
hesab olunur. Bank balansının aktiv hesabları
aşağıdakılardan ibarətdir: kassada olan pul
vəsaitlərindən, qısa və uzun müddətli kreditlərdən,
dövlət
büdcəsinin
xərclərindən,
kapital
qoyuluşuna xərclərdən, debitor borclarından, sair
mücərrəd vəsaitlərdən. Bank balanslarının aktiv
hissəsi ehtiyatların istifadəsini əks etdirir. Aktiv-
passiv hesablarda nəzərə alınır: xarici və sair
əməliyyatlar
üzrə
hesablaşmalar,
ayrı-ayrı
banklarının hesabları, sair debitor və kreditorlar.
Bundan başqa, bank balansına mühafizəyə
verilmiş malların yolda olmasını və qiymətli
əşyaların hərəkətini özündə əks etdirən bir sıra
balansdan kənar hesablar, dövlət mülkiyyətinin
ödəniş tapşırıqları və nişanları, mühafizəyə
verilmiş qiymətli kağızlar da daxildir.
Bank balanslarının likvidliyi müəyyən edilmiş
müddətlər üzrə bankın balansının aktiv və
passivlərinin nisbətidir. Aktiv və passivlər
arasında bərabərliyə nail olduqda, balans likvid
hesab edilir.
BANK
BALANSININ
SALDOSU
–
müəyyən tarixə, ya da müəyyən dövr üçün bank
balansının aktiv və passiv hissələrinin qalıqları
arasındakı nisbətin nəticəsidir. Debet qalıqları
aktivdə, kredit qalıqları isə passivdə göstərilir.
Bank balansının saldosu hər gün balans və qeyri-
balans hesabları üzrə tərtib edilə bilər. Onların
bazasında
dövr
üçün
bank
balansı
müəyyənləşdirilir. Bank və bank müəssisələrinin
maliyyə fəaliyyətinin nəticələrinin təhlilində
istifadə olunur. Beynəlxalq tədiyyə münasibətləri
mövcud olduqda, bank balansının saldosu qeyri-
rezidentlərlə bağlı daxilolma və xərclər arasındakı
fərq hesab edilir.
“BANK CƏNNƏTĐ”
– vergi və valyuta
qanunvericiliyinin bank fəaliyyətinə aid olan ya
kifayət qədər çevik, ya da praktiki olaraq hiss
olunmayan
(məsələn,
Đsveçrədə,
Kanadada,
Lüksemburqda və s.) iqtisadi zonadır.
BANK KAPĐTALI
– fərdi şəxslər (bankirlər)
və ya bankın səhmdarları tərəfindən bank
müəssisələrinə
qoyulmuş
kapitaldır.
Bank
passivinin daha etibarlı maddəsidir. Nizamnamə,
abunə edilmiş, ödənilmiş və ehtiyat bank
kapitalları
fərqləndirilir.
Əgər
səhmlərin
yerləşdirilməsi zamanı abunəçilərdən səhmin tam
dəyərinin ödənilməsi tələb olunmursa, onda
ödənilmiş (real olaraq ödənilmiş) bank kapitalı
abunə edilmişlərdən az olur. Bankın gəlirlərindən
ayırmalar hesabına yaradılmış ehtiyat bank
kapitalından gözlənilməyən xərclər və ziyanların
ödənməsi üçün istifadə edilir. Bank kapitalı
sahibinə sənaye və ticarət mənfəətinə bərabər
miqdarda bank mənfəəti gətirir və sahibinin
xüsusi kapitalıdır.
BANK KONSORSĐUMU
– kredit, zəmanət və
digər bank əməliyyatlarının birgə aparılması,
həmçinin borcu qaytara bilmədikləri halda hər bir
üzvə düşən itkinin azaldılması üçün hər hansı
konkret
bir
bank
(konsorsiumun
başçısı)
tərəfindən müvəqqəti yaradılan banklar qrupudur.
Bank konsorsiumunun başçısı onun bütün
iştirakçılarının adından və marağından çıxış edir.
Bank konsorsiumunun başçısının funksiyaları
konsorsiumun təşkilindən, bir tərəfdən onun
iştirakçıları
və
müəssisə-müştərilərlə,
digər
tərəfdən isə dövlət kredit-maliyyə müəssisələri
arasında vasitəçilik etməkdən ibarətdir.
51
BANK KONSORSĐUMUNUN KREDĐTĐ
–
bir müştəriyə bir neçə bank tərəfindən verilən
qısamüddətli və ya uzunmüddətli kreditdir. Bank
vəsaitlərinin belə cəlb edilmə formasında bank
konsorsiumu kreditinin hər bir iştirakçısı verilən
kreditin müəyyən faizini təmin edir. Kreditin
strukturlaşdırılması müştəri ilə danışıqlar aparan
və banklararası qarşılıqlı əlaqələri razılaşdıran
əsas funksiyanı öz üzərinə götürən bank
tərəfindən təmin edilir.
BANK SĐSTEMĐ
– ölkənin mərkəzi (milli)
bankı, müxtəlif növ kommersiya bankları, həm-
çinin ayrı-ayrı bank əməliyyatlarını aparmaq üçün
lisenziya almış digər kredit idarələrinin daxil
olduğu bütün bank və bank idarələri sistemidir.
Beynəlxalq Valyuta Fondunun (BVF) yeni
təsnifatına uyğun olaraq, bank sisteminə iki qrup
daxildir: həqiqi banklar (pul-kredit müəssisələri)
və digər kredit təşkilatları – maliyyə, sığorta,
investisiya cəmiyyətləri, pensiya fondları.
BANK
STATĐSTĐKASI
–
maliyyə
statistikasının sahələrindən biri olaraq, kredit
təşkilatlarının nağd pul dövriyyəsi, uzun və
qısamüddətli kreditləşmə, nağdsız hesablaşmalar,
kapital
qoyuluşlarının
maliyyələşdirilməsi,
valyuta əməliyyatları sahəsində fəaliyyətini və
bank fəaliyyətinin digər istiqamətlərini öyrənir.
Pul dövriyyəsi, pul-kredit sisteminin idarə
edilməsi,
o
cümlədən
kassa
və
kredit
planlaşdırılması
və
nəzarəti
üçün
kredit
münasibətlərinin vəziyyəti və inkişafı haqqında
müxtəlif məlumatların və analitik materialların
işlənib
hazırlanmasını
təmin
edir.
Bank
statistikasında bankların pul-kredit əməliyyatlarını
(verilmiş və qaytarılmış kreditlərin məbləği,
ssudalar üzrə borcların qalıqları, qaytarılmamış
borcların orta müddəti, nağdsız və nağd pul
dövriyyəsi və s.) əks etdirən göstəricilər sistemi,
indekslər üzrə təhlil və korrelyasiya-reqressiya
təhlilindən istifadə olunur.
BANKIN
NĐZAMNAMƏ
FONDU
(KAPĐTALI)
–
kapitalın
təşkilati-hüquqi
formasıdır, məbləği bankın yaradılması haqqında
nizamnamə və ya müqavilə ilə müəyyənləşdirilir.
Bankın
nizamnamə
fondunun
(kapitalının)
minimum miqdarı Mərkəzi Bank tərəfindən
müəyyənləşdirilir. Bankın nizamnamə fondu
(kapitalı) balansın passivində əks etdirilir.
Kommersiya
bankları
üçün
onun
mütləq
kəmiyyəti və quruluşu Mərkəzi Bank tərəfindən
tənzimlənir
(bankın
nizamnamə
fondunun
(kapitalının) qeyri-pul hissəsinin son həddi,
yüksək risk aktivləri üçün yaradılan ehtiyatların
minimum
miqdarı, digər hüquqi şəxslərin
səhmlərinin (paylarının) alınması üçün bankların
az vəsaitlərinin istifadə edilməsi normativləri).
Dostları ilə paylaş: |