SƏNAYE MƏHSULLARI ĐSTEHSALÇI-
LARININ QĐYMƏT ĐNDEKSĐ
- sənaye
məhsulları
istehsalçılarının
qiymətlərinin
dəyişməsi dinamikasını səciyyələndirir. Đstehsalçı
müəssisələr
tərəfindən
buraxılan
təmsilçi
əmtəələrin qiymətlərinin qeydə alınması yolu ilə
bu qiymətlərin dəyişməsi üzərində aparılan
müşahidə əsasında müəyyənləşdirilir. Sənaye
məhsulları istehsalçılarının qiymət indeksi baza
sənaye müəssisələri və təşkilatlarının təmsilçi
mallarının
qiymət
qeydiyyatı
əsasında
hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan
və yüklənən məhsulun faktiki qiymətləri götürülür
(əlavə dəyər vergisi, aksiz və topdansatış
qiymətlərinə aid olmayan digər vergilər daxil
edilmir).
Sənaye məhsulları istehsalçılarının qiymət indeksi
həm məhsullar, həm də iqtisadi fəaliyyət
növlərinə
görə
qiymət
indekslərinin
hesablanmasına
imkan
verən
beynəlxalq
metodologiyaya uyğun işlənir. Qiymət yığımı
üçün seçilmiş əmtəələr genişləndirilmiş və
onrəqəmli sənaye məhsullarının statistik təsnifatı
sistemi üzrə, müəssisələr isə genişləndirilmiş
beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı
(ĐFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə
kodlaşdırılır.
Đqtisadi fəaliyyətə əsaslanan sənaye məhsulları
istehsalçılarının qiymət indeksi istehsalçıların
qiymət dəyişikliklərini qlobal qiymətləndirdiyi
üçün əsas sayılır və əmtəələr üzrə bir sıra
indekslər konkret əmtəələr və yaxud əmtəə
qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi
istifadə
olunur.
Đqtisadi
Fəaliyyət
Növləri
Təsnifatı üzrə ölkənin sənaye müəssisələrində
istehsal
olunan
məhsulların
orta
çəkili
qiymətlərindən ibarət kompüter baza məlumatı
formalaşdırılır.
Toplu indeksin hesablanmasında dəyər çəkilərinin
rekursiv hesablanma sistemi ilə modifikasiya
olunmuş Laspeyres düsturundan istifadə olunur.
SƏNAYE MƏHSULLARININ BURAXI-
LIŞI
–
satılmış
(bazar
və
qeyri-bazar)
məhsulların və öz istehsalı olan hazır məhsulların,
bitməmiş istehsalın və yarımfabrikatların
ehtiyatlarının dəyişməsinin dəyəridir. Satılmış
məhsullar faktiki qiymətlərlə qiymətləndirilir,
hazır məhsul və yarımfabrikatların ehtiyatlarının
dəyişməsi
ya
satılmış
məhsulların
oxşar
qiymətləri ilə, ya da orta qiymətlərlə; bitməmiş
istehsal qalıqlarının dəyişməsi isə faktiki xərclərlə
qiymətləndirilir.
MHS-nin ümumi qaydasına görə, əsas qiymətlərdə
sənaye məhsulunun bazar buraxılışı, məhsul
buraxılışının istehsalçı qiymətlərindən məhsullar
üzrə ödənilmiş xalis verginin çıxılması ilə
müəyyənləşdirilir.
Đstehsalçının
qiymətləri
müəssisənin topdansatış qiymətlərinə bərabər
tutula bilər; məhsulun qeyri-bazar buraxılışının
(müəssisələrin özünün ümumi daxili yığımı və ev
təsərrüfatlarının öz istehlakı üçün lazım olan
malların istehsalı), əsas qiymətlər haqqında
məlumat olmadıqda, onun istehsalına sərf olunan
cari xərclərlə qiymətləndirilir.
SƏNAYE
MƏHSULLARININ
ÇEŞĐD-
LĐLĐYĐ
– buraxılan məhsulların, onların texniki-
iqtisadi parametrlərinin və fəaliyyətdə olan
standartlar və texniki şərtlərdə nəzərdə tutulmuş
keyfiyyət qruplarının (növlərinin) istehlakçı
xüsusiyyətlərinə
uyğunluğu
nöqteyi-nəzərdən
çoxluq xarakteristikasıdır. Sənaye məhsullarının
çeşidliliyinin statistik öyrənilməsi məmulatların
istehsalının ümumi həcmində hər bir çeşidin (əla,
birinci, ikinci və s.) xüsusi çəkisi göstəricisi,
həmçinin sənaye məhsullarının növlülük indeksi
göstəricilərinin köməyi ilə həyata keçirilir.
SƏNAYE
MƏHSULLARININ
KOM-
PLEKTLĐLĐYĐ
– məmulatda, hüquqi qüvvəyə
malik olan və digər texniki normativ sənədlərin
tələblərində nəzərdə tutulan bütün qovşaqların,
cihazların, hissələrin (detalların), alətlərin və
578
komplektləşdirici məmulatların mövcudluğudur.
Sənaye məhsullarının komplektliliyi – onun
sənaye müəssisəsinin hazır məhsulunun tərkibinə
daxil edilməsinin əsas şərtlərindən biridir.
SƏNAYE MƏHSULLARININ ÖLÇÜ VA-
HĐDĐ
– istehsal olunmuş məhsulun miqdarını əks
etdirən
kəmiyyətdir.
Sənaye
məhsullarının
aşağıdakı ölçü vahidləri fərqləndirilir:
- natural (fiziki) - ədəd, t, m, m
2
və s.;
- şərti-natural - istehlak xüsusiyyətləri (və ya
texniki-iqtisadi parametrləri) ortaq ölçü kimi
qəbul edilmiş (40% yağlılığa çevrilmiş sabun,
müxtəlif tipli traktorlarda mühərriklərin gücü və
s.) məhsulların bir növünün kəmiyyəti ilə ifadə
edilən ölçü vahidi;
- şərti - bir neçə müxtəlif növlərdən ibarət olan
məhsulların miqdarını ölçmək üçün qəbul
edilmişdir. Bununla yanaşı, hər hansı əlamət üzrə
müxtəlif növlü məhsullardan biri vahid kimi
qəbul olunur, digər müxtəlif növlər üzrə isə bu
müxtəlif növlü məhsulların əlamətlərinin vahid
kimi qəbul edilmiş müxtəlif növlü məhsullara
görə nisbətinin kəmiyyəti üzrə yenidən hesablama
əmsalı
müəyyənləşdirilir
(məsələn,
konserv
sənayesinin məhsulları şərti banka ilə uçota
alınır);
- dəyər – müəssisənin buraxılış qiymətləri ilə
ölçülür. Məhsulun dəyər ölçü vahidi daha geniş
yayılmışdır və müxtəlif ölçü vahidləri ilə ölçülən
məhsulların ümumiləşdirilməsi və müqayisəsi
üçün çox vacibdir.
Sənaye məhsullarının ölçü vahidi “Ölçü vahidləri
təsnifatı”na
uyğun
müəyyənləşdirilir.
Azərbaycanda bu təsnifatın milli versiyası –
Sənaye Məhsullarının Statistik Təsnifatı (SMST)
tətbiq olunur.
SƏNAYE MƏHSULLARININ SĐYAHISI
(PRODKOM)
– “AĐ-nin sənaye məhsulları”nın
fransız terminindən ixtisara salınmış adıdır.
PRODKOM həm də eyni zamanda Avrostatın
layihəsinin və müvafiq sənaye məhsullarının
siyahısıdır. Bu siyahı “Prodkomun siyahısı” adı
altında məlum olan siyahıda öz əksini tapmış
5800-ə yaxın məmulat növünün istehsalını
müşahidə etməyə imkan verir. Bu siyahı Kombinə
edilmiş (birləşdirilmiş) nomenklatura adlanan və
xarici ticarət statistikasında istifadə olunan
məmulatların
nomenklaturası
ilə
uyğundur.
Məmulatların siyahısı, energetika və ticarət
bölmələrinin məhsulları istisna olmaqla, sənaye
mallarının böyük hissəsini birləşdirir.
SƏNAYE MƏHSULLARININ STATĐS-
TĐK TƏSNĐFATI
(siyahısı) – natura ifadəsində
məhsul
qruplarının,
altqruplarının
və
mövqelərinin
(növlərinin)
sistemləşdirilmiş
siyahısıdır.
Sənaye
məhsullarının
nomenklaturasından
məlumatların
avtomatlaşdırılmış işlənməsində istifadə edilir.
SƏNAYE MƏHSULU
– mal formasında,
yaxud istehsal xidmətləri (sənaye xarakterli işlər)
formasında
ifadə
olunan,
müəssisələrin
fəaliyyətinin (istehsal strukturları çərçivəsində
əmək təsirinə məruz qalmış nemətlər, yəni hasil
və ya emal edilmiş) birbaşa faydalı nəticəsidir.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN DÖVRĐY-
YƏ VƏSAĐTLƏRĐ
– istifadəsi bir təkrar
istehsal dövrəsi çərçivəsində, yaxud nisbətən qısa
təqvim dövrü ərzində (adətən, bir ilə qədər)
həyata keçirilən obyektlərə qoyulan maliyyə
ehtiyatlarıdır. Dövriyyə vəsaitlərinin tərkibində
əmtəə-material qiymətliləri (istehsal ehtiyatları,
hazır məhsul və digər maddi-material elementləri)
və pul vəsaitləri (debitor borcları, qısamüddətli
maliyyə qoyuluşları və s.) ayrılır. Dövriyyə
vəsaitlərini həmçinin cari aktivlər də adlandırılar.
Əmtəə-material qiymətliləri maya dəyəri və yaxud
bazar qiymətləri ilə qiymətləndirilə bilər.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN HAZIR
MƏHSULU
– (I) - hesabat dövründə istehsalı
tam başa çatmış hazır məmulatların və müəssisə
tərəfindən kənara buraxılan yarımfabrikatların
həcmini xarakterizə edən göstəricidir. Hazır
məhsul satış və ya istehlakçılara göndərmək üçün
hazır olan və ticarət müəssisələrinə, yaxud
istehlakçılara
göndərilənədək
istehsalçıda
saxlanılan,
gələcəkdə
emal
üçün
nəzərdə
tutulmayan məhsullardır;
(II) hazırlanması istehsal silsiləsində son həddə
çatdırılan məmulatdır. Hazır məhsullara satış üçün
və ya istehsalçılarda göndərilməyə hazır olan və
onları istehlakçılara və ya ticarət vasitəçilərinə
göndərilənədək istehsalçılarda saxlanılan əmtəələr
aiddir.
SƏNAYE
MÜƏSSĐSƏLƏRĐNĐN
ĐŞÇĐ
HEYƏTĐ
– sosialist iqtisadiyyatında siyahı
tərkibində nəzərə alınan, həm orta siyahı sayına
daxil edilən, həm də daxil edilməyən bütün işçilər
olmuşdur. Sənaye müəssisələrinin heyəti iki yerə
bölünürdü: sənaye-istehsal və qeyri-sənaye heyəti.
Sənaye–istehsal heyətinə ( əsas fəaliyyət heyətinə)
müəssisənin əsas fəaliyyəti (sənaye məhsulunun
hazırlanması və sənaye xarakterli işlərin yerinə
yetirilməsi, istehsalın təşkili və müəssisənin idarə
edilməsi və sair) ilə əlaqədar olan əmək
əməliyyatları ilə məşğul şəxslər aid edilirdi.
Qeyri–sənaye heyətinə əmək fəaliyyəti fəaliyyət
579
növünün digər sahələrinə (sənayedən başqa) aid
olan işlərin yerinə yetirilməsi ilə bağlı olan şəxslər
aid edilirdi. Sənaye-istehsal heyətinin işçiləri -
fəhlə (kiçik xidməti heyət və mühafizə işçiləri
daxil
olmaqla)
və
tərkibinə
rəhbərlik,
mütəxəssislər və digər qulluqçular (kontor, uçot
və s. bu tipli heyət) daxil olan qulluqçulara
bölünürdü.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN QEYRĐ-
SƏNAYE
TƏSƏRRÜFAT
SUBYEKT-
LƏRĐ
– fəaliyyəti iqtisadiyyatın digər (məsələn,
yardımçı kənd təsərrüfatı, əsaslı tikinti bölmələri
(idarələri), məktəbəqədər uşaq müəssisələri və
digər) sahələrinə (fəaliyyət növlərinə) aid edilən
(sənayedən başqa) sənaye müəssisələrinin təşkilati
cəhətdən xüsusiləşmiş (ayrılmış) bölmələrinin
məcmusudur.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN QRUP-
LAŞMASI
–
sənaye
müəssisələrinin
əhəmiyyətli
əlamətlərə
görə
qruplara
bölünməsidir. Qruplaşdırma əlamətləri təşkilati-
hüquqi və mülkiyyət forması, işçilərin sayı,
nizamnamə kapitalının həcmi və s. ola bilər.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN REGĐS-
TRĐ
–
müəyyənləşdirilmiş
dövrilikdə
məlumatların yeniləşdirilməsi ilə tərtib olunmuş
sənaye
müəssisələrinin
sistemləşdirilmiş
siyahısıdır.
Sənaye
müəssisələrinin
registri
fəaliyyət növü və ərazi bölgüsü üzrə aparılır.
Özündə sənaye müəssisələrinin fəaliyyətinin
aşağıdakı əsas göstəricilərini əks etdirir: məhsulun
(işin, xidmətin) həcmini; əsas sənaye-istehsal
fondlarının orta illik dəyərlərini; mənfəəti (zərəri);
sənaye-istehsal heyətinin sayını və s.
SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ENERGETĐ-
KA TƏSƏRRÜFATLARI
–
müəssisəni
enerjinin bütün növləri (elektrik enerjisi, buxar,
qaz, yanacaq, sıxılmış hava və s.) ilə fasiləsiz
təmin edən texniki elementlər çoxluğudur. Sənaye
müəssisələrinin energetika təsərrüfatına daxildir:
energetika avadanlıqları, enerji ötürücü vasitələri
(transmissiyalar,
elektrik
ötürücüləri,
istilik
şəbəkələri, buxar və boru kəmərləri, qaz
kəmərləri),
enerjinin
işçi
parametrlərini
dəyişdirmək üçün xüsusi qurğular (reduktorlar,
transformatorlar, düzləndiricilər və s.), işçi
parametrlərinin və enerji sərfini ölmək üçün
cihazlar.
SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ƏSAS VA-
SĐTƏLƏRĐ
(VƏSAĐTLƏRĐ) – müəssisənin
sərəncamında olan və onun əsas fəaliyyətinin
balansında
olan
maddi-əşya
qiymətlilərinin
məcmusudur. Uçot və statistika təcrübəsində
sənaye müəssisəsinin əsas vasitələrinə istifadə
müddəti bir ildən artıq və dəyəri mühasibat uçotu
və balansları haqqında Əsasnamədə müəyyən
edilən məbləğdən artıq olan obyektlər aid edilir.
Sənaye müəssisələrinin əsas vəsaitləri öz natural
formasını saxlamaqla, istehsalın təkrarlanan
dövrəsində dəfələrlə iştirak edir. Đstehsal istehlakı
prosesində əsas vasitələr aşınma həddi üzrə öz
dəyərlərini amortizasiya ayırmaları şəklində
məhsulun
dəyərinə
keçirirlər.
Sənaye
müəssisələrinin əsas vasitələrinin tərkibində
maddi istehsal ehtiyaclarına xidmət edən istehsal
əsas vəsaitləri və müəssisələrin, şirkətlərin
işçilərinin istehlak ehtiyacları üçün istifadə edilən
qeyri-istehsal əsas vasitələri fərqləndirilir. Đstehsal
əsas vasitələrinin tərkibində sənaye-istehsal və
qeyri-sənaye istehsal əsas vasitələri ayrılır.
Sənaye-istehsal əsas vasitələri növlər və təyinat
üzrə qruplarda təsnifləşdirilirlər.
Đl
ərzində
sənaye
müəssisələrinin
əsas
vasitələrinin mövcudluğunu xarakterizə etmək
üçün əsas vasitələrin orta illik dəyəri göstəricisi
tətbiq edilir. Bu, ya hər bir hesabat tarixinə
(hesabat ilinin hər ayının əvvəlinə və axırına)
mövcud əsas vasitələrin mövcudluğu haqqında
məlumatlar üzrə orta xronoloji düstur üzrə, ya da
əsas vasitə obyektlərinin müəssisənin əsas
fəaliyyəti balansında olma günlərinin sayı üzrə
çəkili, orta hesabi düstur üzrə müəyyən edilir.
SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ĐSTEHSAL
GÜCÜ
– istehsal avadanlıqlarından və istehsal
sahəsindən, qabaqcıl texnologiyadan və əmək və
istehsalın təşkilinin qabaqcıl metodlarından daha
tam istifadə etməklə, vaxt vahidi (il, gün, növbə
və s.) ərzində maksimum mümkün olan məhsul
istehsalıdır və yaxud nomenklatura və çeşidlərlə
xammalın hasilatı və emalının həcmidir.
SƏNAYE MÜƏSSĐSƏSĐNĐN MÜƏSSĐ-
SƏDAXĐLĐ DÖVRĐYYƏSĐ
– müəssisənin
hazırladığı hazır məhsul və yarımfabrikatlardan
daxildə özünün sənaye-istehsal ehtiyaclarına
istifadə etdiyi hissəsinin dəyəridir.
SƏNAYE MÜƏSSĐSƏSĐNĐN SEXĐ
– rəhbər
(rəis) tərəfindən idarə edilən və məhdud
təsərrüfatçılıq sərbəstliyindən istifadə edən ayrıca
təşkilati və inzibati bölmədir.
SƏNAYE MÜLKĐYYƏTĐ
- daha geniş
anlayış olan “intellektual mülkiyyət” anlayışının
bir hissəsidir və aşağıdakı qeyri-maddi obyektlərə
hüquqları əhatə edir: ixtiralara, faydalı modellərə,
sənaye nümunələrinə, mal nişanlarına, xidmət
580
nişanlarına, şirkət adlarına və malların mənşəyinə
və ya mənşəyi olan yerin adına. Sənaye
mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
yaradılmışdır (1-ci maddə). Sənaye mülkiyyəti də
intellektual mülkiyyət kimi, sahibkara obyekti
təsərrüfat dövriyyəsinə daxil etmək imkanı verən
qeyri-material obyektlərinin (mütləq hüquqi)
mühafizəsinin hüquqi rejiminə düşür. Beynəlxalq
səviyyədə sənaye müəssisələri obyektlərinə olan
hüquqların mühafizəsi bir sıra beynəlxalq
razılaşmalar əsasında həyata keçirilir.
SƏNAYE MÜLKĐYYƏTĐ (SAHĐBLĐYĐ)
OBYEKTLƏRĐNĐN HÜQUQĐ QORUN-
MASI
– ixtiralara, sənaye nümunələrinə, əmtəə
nişanlarına, faydalı modellərə, əmtəələrin firma
adlarına və mənşə yerlərinin adlarına hüquqların
qanunla
qorunmasına
zəmanətdir.
Sənaye
mülkiyyətinə
(sahibliyinə)
münasibətləri
tənzimləyən
milli
qanunvericilik,
subyektin
hüququnun yaranma şərtlərini, hüququn həcmini
(böyüklüyünü), sənaye mülkiyyəti obyektinə
subyektin hüquqlarının qorunması qayda və
şərtlərini müəyyən edir.
Sənaye mülkiyyəti
(sahibliyi)
obyektlərinin
hüququ
cəhətdən
qorunması ya obyektin mərkəzləşdirilmiş qaydada
qeydiyyatı nəticəsində – quruluş qeydiyyatı
(Avstriya,
Belçika,
Almaniya,
Yunanıstan,
Đspaniya,
Đtaliya,
Lüksemburq,
Niderland,
Portuqaliya, Rusiya, Skandinaviya ölkələri, Latın
Amerikası ölkələri), ya da onun faktiki istifadəsi
nəticəsində – deklarativ qeydiyyat (Đngiltərə,
Hindistan, Pakistan, Suriya, ABŞ, Đsveçrə) baş
verir.
Subyektin sənaye mülkiyyəti (sahibliyi) obyektinə
hüququ yalnız qanun çərçivəsində olur və qanunla
müəyyən olunmuş vasitələrlə qorunur.
SƏNAYE NÜMUNƏSĐ
– məmulatın xarici
görünüşünün yeni, bədii-konstruksiya (dizayn)
həllidir. Özündə onun texniki, funksional və
estetik xassələrinin vahidliyini əks etdirir;
təşkilatların,
müəssisələrin
qeyri-maddi
aktivlərinin
tərkibinə
daxildir;
lisenziya
razılaşmalarının və sənaye mülkiyyətinin mühafizə
obyekti hesab olunur. Milli qanunvericilik
mühafizə qabiliyyətli sənaye nümunələrinin
əlamətlərini, hüquqların baş vermə qaydalarını,
hüququn fəaliyyət göstərmə həcmi və şərtlərini
müəyyən edir.
SƏNAYE PROSESĐ
– iqtisadi fəaliyyət növləri
təsnifatının B (mədənçıxarma sənayesi), C (emal
sənayesi), D (elektrik enerjisi, qaz, buxar və
havanın kondisiyalaşdırmasının təchizatı), E (su
təchizatı;
çirkli
suların
və
tullantıların
təmizlənməsi) və F (tikinti) seksiyalarında
müəyyənləşdirildiyi kimi, yeni məmulatların
(istehlak, aralıq və ya investisiya mallarının)
istehsalında, artıq istifadə olunmuş məmulatların
yenidən emalında və ya istehsal prosesində
xidmətlərin göstərilməsində istifadə edilən emal
(fiziki, kimyəvi, əl ilə və s.) prosesidir.
SƏNAYE STATĐSTĐKASI
– sənayedə baş
verən kütləvi hadisə və proseslərin kəmiyyət
tərəfini öyrənən və müxtəlif statistik metodların
köməyi ilə sənaye-istehsal fəaliyyətinin şəraiti və
nəticələrini xarakterizə edən statistika sahəsidir.
Dünya təcrübəsində sənayenin əhatə dairəsi kimi
mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar
və kondisiyalaşdırılmış hava ilə təchizat, çirkli
suların və tullantıların təmizlənməsi fəaliyyəti
növləri göstərilir. Sənaye statistikası fəaliyyət
növü və ərazi bölgüsündə istehsal edilmiş və
satılmış
məhsulların
həcmi,
strukturu
və
keyfiyyətini; sənaye müəssisələrinin gəlir və
rentabelliyini; işçi qüvvəsinin mövcudluğunu və
istifadəsini, məhsuldarlığı və əmək haqlarını; əsas
və dövriyyə istehsal fondlarının mövcudluğunu və
istifadəsini,
həmçinin
enerji
və
istehsal
avadanlıqlarının əsas növlərini; elmi-texniki
inkişafın nailiyyətlərinin tətbiqinin nəticələrini;
sənaye istehsalının ixtisaslaşma, təmərküzləşmə
proseslərini; məhsulların istehsalının və satışının
xərclərini; əməyin, vasitələrin və əmək əşyalarının
iqtisadi səmərəliliyi və istifadəsini; istehsal
potensialının həcmi və istifadəsini xarakterizə
edir.
Sənaye
statistikası
praktiki
iqtisadi
məsələlərin
həlli
üçün
lazımlı
göstəricilər
sistemini və bu göstəricilərin müəyyən edilməsi
metodologiyalarını işləyib hazırlayır.
Dostları ilə paylaş: |