SƏNAYE TĐKĐNTĐSĐ
– bilavasitə sənaye
məhsulu istehsal edəcək sənaye müəssisələrinin
yeni istehsal əsas fondlarının yaradılması,
fəaliyyət göstərənlərinin isə genişləndirilməsi,
yenidən qurulmasıdır.
SƏNAYEDƏ BAŞA ÇATDIRILMAMIŞ
ĐSTEHSAL
– hər hansı bir sex hüdudunda
istehsalı
qurtarmamış
sənaye
müəssisəsinin
məhsuludur. Uzun silsiləli istehsal sahələrində
natamam istehsalın qalığının dəyişməsi istehsal
olunmuş məhsulun dəyərinə daxil edilir. Başa
çatdırılmamış
istehsalın
qalığının
qiymətləndirilməsi üç üsulla həyata keçirilir:
birbaşa – inventarlaşdırma məlumatları və xüsusi
işlənmiş qiymət cədvəli üzrə; məmulatların
hazırlıq faizi üzrə; dolayı – natamam istehsalın
qalığının maya dəyərinin hazır məmulatların
dəyərinə və onların maya dəyərinə nisbəti
əmsalına vurulması ilə.
581
SƏNAYEDƏ ƏMƏK MƏHSULDARLIĞI
– işçi heyətinin əməyinin məhsuldarlığını əks
etdirən göstəricidir, müəyyən dövrdə (ay, il və s.)
sənaye sahəsində yaradılmış əlavə dəyəri bu
dövrdə işçi heyətinin orta siyahı sayına və
özüməşğulların sayına nisbəti kimi hesablanır.
Əmək məhsuldarlığı indeksi əlavə dəyərin fiziki
həcm indeksinin əmək məsrəfinin fiziki həcm
indeksinə nisbətidir.
SƏNAYEDƏ
ƏSAS
FONDLARDAN
ĐSTĐFADƏ
– sənaye müəssisələrinin istehsal
prosesində əmək vasitələrinin məqsədəuyğun
tətbiqidir. Müəssisələrdə əsas fondlardan səmərəli
istifadə
bütünlükdə
sənaye
istehsalında
səmərəliliyin
yüksəlməsinə
bilavasitə
təsir
göstərir. Sənayedə əsas fondlardan istifadə
müəssisə, firma, fəaliyyət növləri səviyyəsində
hesablanan
əsas
fondların
fondverimi,
fondtutumu və gəlirliliyi göstəriciləri sistemi ilə
xarakterizə olunur. Fondverimi – dövr ərzində
məhsulun
həcminin
sənaye
istehsalı
əsas
fondlarının bu dövrdəki orta dəyərinə bölünməsi
ilə müəyyənləşdirilir. Fondtutumu fond veriminin
əks səviyyəsidir. Əsas fondların rentabelliyi dövr
ərzində sənaye əmtəə məhsullarının satışından
əldə olunan gəlirin sənaye istehsalı əsas
fondlarının orta illik dəyərinə bölünməsi ilə
tapılır. Bir sıra dövrlər üzrə bu göstəricilərin
müqayisə edilməsi yolu ilə əsas fondların istifadə
dinamikası
aşkar
edilir.
Dinamika
göstəricilərinin
(indekslərin)
hesablanmasını
müqayisəli qiymətlərlə həyata keçirmək zəruridir.
Sənayedə əsas fondlardan istifadə indeksinin cari
qiymətlərlə
hesablanması
inflyasiyanın
amillərinin təsirini (müqayisə dövrü böyük
olduqca, bu təsir artır) əks etdirir. Qiymət
amillərinin təsirinin kənarlaşdırılması uyğun
qiymət indeksləri ilə (indeks deflyatorları) məhsul
və əsas fondların dəyəri haqqında məlumatların
təshih edilməsi yolu ilə mümkündür.
SƏNAYEDƏ
ƏSAS
FONDLARIN
TƏSNĐFATI
– əsas fond obyektlərinin bir sıra
keyfiyyət əlamətləri üzrə qruplara sistemli
bölünməsidir. Fəaliyyət sahəsindən asıl olaraq,
müəssisə, firma və s. əsas fondları istehsal və
qeyri-istehsal əsas fondlarına bölünür. Đstehsal
əsas fondlarının tərkibinə sənaye-istehsal əsas
fondları və qeyri-sənaye əsas fondları daxildir.
Qəbul edilmiş təsnifata uyğun olaraq, sənayedə
istifadə olunan əsas fondlar aşağıdakı qrup və
altqruplara bölünür: I. Binalar. II. Tikililər. III.
Ötürücü qurğular. IV. Özündə aşağıdakıları
birləşdirən maşın və avadanlıqlar: 1) güc maşın və
avadanlıqları; 2) iş maşın və avadanlıqları; 3) ölçü
və
tənzimləyici
qurğular
və
laboratoriya
avadanlıqları;
4)
hesablama
texnikası.
V.
Nəqliyyat vasitələri. VI. Alətlər. VII. Sənaye
inventar və ləvazimatları. VIII. Təsərrüfat
inventarları. IX. Sair əsas fondlar.
Əsas fondların təsnifləşdirilməsi onların uçotu,
yenidən qiymətləndirilməsi, inventarlaşdırılması
və digər məqsədlərə xidmət edir.
SƏNAYEDƏ ĐXTĐSASLAŞMA
– 1) texniki
tərəqqinin bir istiqamətidir, oxşar növlü (əşya
ixtisaslaşması) məmulatların, məmulatların detal
və
hissələrinin
məhdudlaşdırılmış
sayda
istehsalının
müəssisədə
cəmləşdirilməsindən
ibarətdir;
2)
oxşar
əməliyyatların
(texniki
ixtisaslaşma) məhdudlaşdırılmış sayda yerinə
yetirilməsidir.
SƏNAYEDƏ KOOPERATĐVLƏŞDĐRMƏ
– texniki tərəqqinin əsas istiqamətlərindən biridir,
müəssisələrin
ixtisaslaşmasının
(“Sənayedə
ixtisaslaşma”ya bax) güclənməsi əsasında, onlar
arasında
birbaşa
uzunmüddətli
istehsal
əlaqələrinin təşkil edilməsidir. Bir qayda olaraq,
kooperasiya üzrə yarımfabrikatlar, detallar və
komplektləşdirici məmulatlar tədarük edilir.
Đstehsal sənaye kooperativləşdirməsinin səviyyəsi
kooperativləşdirmə əmsalı ilə – ixtisaslaşdırılmış
bir-biri ilə bağlı olan müəssisələrdən istehsalçı-
müəssisənin
məhsulunun
maya
dəyərinə
kooperativləşmə qaydasında daxil olan, alınmış
hissələrin, qovşaqların və s. dəyərinə nisbəti ilə,
həmçinin kooperativləşdirilmiş təchizat əmsalı ilə
–
kooperativləşdirilmiş
mal
göndərmənin
haqqının ödənilməsi xərclərinin xammal və
materiallara xərclərin ümumi məbləğinə olan
nisbəti ilə xarakterizə olunur.
SƏNAYEDƏ SATILMIŞ MƏHSUL
– alıcı
(sifarişçi) üçün yüklənmiş məhsuldur, yerinə
yetirildiyinə görə hesablaşma sənədləri alıcılara
(sifarişçilərə) təqdim olunmuş işlər və göstərilən
xidmətlərdir.
SƏNAYE-ĐSTEHSAL ƏSAS FONDLARI-
NIN DƏYƏR ĐNDEKSĐ
– sənaye-istehsal əsas
fondlarının dəyərinin dinamikasını əks etdirən
nisbi göstəricidir. Cari dövrdə müqayisəli
qiymətlərlə hesablanmış əsas fondların dəyərinin
baza dövrünün əsas fondlarının dəyərinə nisbəti
kimi müəyyənləşdirilir. Cari dövrdə müqayisəli
qiymətlərlə
əsas
fondların
həcmi,
faktiki
qiymətlərlə cari dövrdə əsas fondların dəyərinin
qiymət indeksinə bölünməsi ilə tapılır.
SƏNAYENĐN XALĐS MƏHSULU
– planlı
iqtisadiyyat şəraitində istifadə olunan sənaye
istehsalı həcminin dəyər göstəricisidir, milli
582
gəlirin sənayedə yaradılmış hissəsini əks etdirir.
Sənayenin xalis məhsulu özündə yeni yaradılmış
dəyəri əks etdirir, müəssisənin fəaliyyətdə olan
buraxılış qiymətlərində məhsulun (işin, xidmətin)
həcmindən material xərclərinin və əsas fondların
amortizasiyasının
çıxılması
yolu
ilə
müəyyənləşdirilir. Bazar iqtisadiyyatında yeni
yaradılmış dəyərin xarakteristikası üçün “əlavə
dəyər” göstəricisindən istifadə olunur.
SƏNAYENĐN ÜMUMĐ MƏHSULU
– əsas
fəaliyyəti sənaye olan müəssisələr (hüquqi
şəxslər) və onların ayrı-ayrı xüsusiləşdirilmiş
bölmələri, hüquqi şəxs yaratmadan sənaye
fəaliyyəti göstərən fərdi sahibkarlar tərəfindən
istehsal olunmuş sənaye məhsulunun, sənaye
xarakterli işlərin, xidmətlərin həcmi, habelə qeyri-
əsas fəaliyyəti üzrə göstərilən xidmətlərin, işlərin
həcmi
haqqında
məlumatların
cəmi
ilə
müəyyənləşdirilir. Bura sənaye müəssisəsinin və
fərdi sahibkarının bütün bölmələri tərəfindən
kənara satılmaq, özünün əsaslı tikintisinə və
qeyri-sənaye bölmələrinə göndərilmək, özünün
əsas fondlarının (vəsaitlərinin) tərkibinə daxil
edilmək, eləcə də əmək haqqı kimi öz işçilərinə
vermək
üçün
hasil
edilmiş
məmulat
və
məhsulların; kənardan alınan sifarişlərlə, özünün
əsaslı tikintisi və qeyri-sənaye bölmələri üçün
yerinə yetirilmiş sənaye xüsusiyyətli işlərin
(xidmətlərin),
eləcə
də
öz
avadanlığının
modernləşdirilməsi
və
yenidən
qurulması
işlərinin;
istehsalı
hesabat
dövründə
başa
çatdırılmamış uzunmüddətli istehsal silsiləli
məhsulların (məmulatın) hazırlanması işlərinin;
hesabat dövründə və ya əvvəllər istehsal olunub-
olunmamasından
asılı
olmayaraq,
hesabat
dövründə kənara, özünün əsaslı tikintisinə və
qeyri-sənaye bölmələrinə satılmış özünün istehsalı
olan yarımfabrikatların dəyəri daxil edilir. Dəyəri
hazır
məhsulun
istehsalçısı
tərəfindən
ödənilməyən
xammal
və
materiallardan
hazırlanan məmulat bu xammal və materialların
dəyəri çıxılmaqla faktiki qüvvədə olan buraxılış
qiymətləri ilə sənayenin məhsulunun həcminə
daxil edilir. Sənaye müəssisələrində məhsulun
həcmi zavoddaxili dövriyyənin dəyəri nəzərə
alınmadan zavod metodu ilə müəyyən edilir.
SƏNƏD
– “Sənədləşdirilmiş məlumatlar”a bax.
SƏNƏD DÖVRĐYYƏSĐ
– sənədlərin statistik
və ya digər məlumat prosesində uçotunun, onların
tətbiq edildiyi vaxtdan arxivə veriləcəyi vaxta
qədər olan hərəkətidir. Sənəd dövriyyəsinin
düzgün qurulması onların hərəkətinin fasiləsiz
axınını,
hərəkətin
ayrı-ayrı
mərhələlərində
ləngiməməsi və bir yerdə yığılıb qalmamasını
tələb edir. Bu məqsədlə, sənədlərin hansı dərəcədə
və hansı ardıcıllıqla hərəkəti, hər bir mərhələdə
sənəd üzərində hansı işlərin yerinə yetirilməsini
əks etdirən qrafik işlənilib hazırlanır. Belə
qrafiklər lazımi statistik və uçot məlumatlarının
alınmasına sərf olunan vaxtın ixtisara düşməsinə
səbəb olur.
SƏNƏDLƏR
– təsərrüfat əməliyyatlarının baş
verdiyi anda və yerdə sənədlərin köməyi ilə
onların ilkin qeydiyyatıdır. Sənədlərdə (və ya
məlumatların texniki daşıyıcılarında) həyata
keçirilmiş əməliyyatların məzmunu (tərkibi) əks
etdirilir və sonradan bu məlumatlar iqtisadi
qruplaşdırmalara və ümumiləşdirmələrə məruz
qalır. Sənədlər uçotun dəqiqliyi və həqiqiliyini
təmin edir, qanunvericiliyə riayət olunmasına,
təsərrüfat vasitələrinin saxlanmasına və istifadə
edilməsinin
məqsədəuyğunluğuna
nəzarət
vasitəsi hesab olunur.
SƏNƏDLƏŞDĐRĐLMĐŞ AKKREDĐTĐV
–
idxalçı tərəfindən səlahiyyət verilmiş bankirin
vasitəçiliyi və əmtəələrə mülkiyyət hüququnu
təsdiq edən sənədlərin verilməsi prosesində hər iki
tərəfin təhlükəsizliyini təmin edən kommersiya
əməliyyatlarının hesablanması texnikasıdır. Ərazi
uzaqlığına görə tərəflər bir-biri haqqında lazımi
məlumata malik olmadıqda, sənədləşdirilmiş
akkreditiv
iki
tərəf
arasında
kommersiya
əməliyyatlarının aparılması üçün lazımi etibarın
müəyyən
edilməsində
bankirlər
tərəfindən
işlənmiş üsul hesab olunur. Belə ki, satıcı öz
malını o vaxt verir ki, mal yüklənəndə malın
haqqının ödənilməsinə əmin olur, alıcı isə o vaxt
ödəyir ki, göndərilən malların onun sifarişlərinə
uyğun olmasına arxayın olur. Sənədləşdirilmiş
akkreditivlərdən əmtəənin satıcıları ilə alıcıları
arasında daxili və beynəlxalq ticarət dövriyyəsi,
xüsusən
xarici
ticarət
əməliyyatları
üzrə
hesablaşmalarda istifadə edilir. O poçt, teleqraf,
geri çağırıla bilən və geri çağırıla bilməyən ola
bilər.
SƏNƏDLƏŞDĐRĐLMĐŞ MƏLUMATLAR
(SƏNƏD)
– vaxta və məkana görə məlumatların
saxlanması, işlənməsi və ötürülməsi üçün nəzərdə
tutulmuş məlumatların material daşıyıcısıdır.
Sənəddə saxlanılan məlumatlar işlənmək üçün
əlverişli olmalı və qüvvədə olan qanunvericiliyə
uyğun olaraq hüquqi əhəmiyyətə malik olmalıdır.
Đqtisadi əməliyyatı ilk dəfə qeyd olunan sənəd
ilkin
sənəd
adlanır.
Sənədin
daha
geniş
xarakteristikası – hər hansı hüququ və faktı
hüquqi cəhətdən təsdiq edən işgüzar sənəddir.
Məzmununa
görə
elmi-texniki
(məqalələr,
kitablar, patentlər, çertyojlar və s.), hüquqi
583
(qərarlar, fərmanlar, müqavilələr və s.), idarəedici
(əmrlər, direktivlər) sənədlər fərqləndirilirlər.
SƏNƏTKAR (XIRDA SƏNƏTKAR)
–
sənaye məhsulunun istehsalı (bütün növlər üzrə
deyil) və xidmət göstərilməsi üzrə kiçik təsərrüfat
subyektinin rəhbərləridir. Bu, fərdi sahibkardır və
ya firmanın rəhbəridir. O, özü məhsul və xidmət
istehsalçısı hesab edilir, əsasən öz əl əməyindən,
ağlından və istehsal təcrübəsindən istifadə edir.
Hər bir ölkədə sənətkar istehsalının müəyyən
edilməsinin özünün xarakterik qaydaları var, bu
səbəbdən,
“sənətkar”
termininin
müəyyənləşdirilməsi də müxtəlifdir.
SƏRBƏST BAZAR QĐYMƏTĐ
– bazar
rəqabəti şəraitində məhsullara tələb və təklifin
təsiri
altında
qiymətin
liberallaşdırılması
şəraitində formalaşan qiymətdir.
SƏRBƏST
DÖVRĐYYƏ
(TƏDAVÜL)
ÜÇÜN MAL BURAXILIŞI
– gömrük
rejimidir, bu zaman ölkənin gömrük ərazisinə
gətirilənlər
bu
ərazidə,
onların
ərazidən
çıxarılması haqqında öhdəçilik olmadıqda daimi
qalırlar. Sərbəst dövriyyə üçün mal buraxılışında
aşağıdakılara baxılır: mallara olan münasibətdə
gömrük rüsumları, vergi ödənişləri və gömrük
ödənişlərinin daxilolmalarına; iqtisadi siyasət və
məhdudiyyət qaydalarının gözlənilməsinə.
Gömrük orqanlarında lazımi səviyyədə əsaslar
olduqda, yəni sübut olunduqda ki, mallar,
beynəlxalq sazişlərə uyğun olaraq, buraxılan
ölkəyə aid deyildir, onda bu orqanlar sərbəst
tədavül üçün malın buraxılışını (idxalını) inkar
edə bilər. Malın mənşəyi haqqında lazımi qaydada
tərtib olunmuş sertifikatın təqdim edilməməsi,
malın ölkənin gömrük sərhədindən keçirilməsinə
qadağa qoymağa əsas vermir. Mənşəyi dəqiq
müəyyən olunmamış mallar ölkənin gömrük vergi
tarifinin maksimum həddi ilə buraxılır.
SƏRBƏST PEŞƏ
- müəyyən qaydalara tabe
edilmiş, xidmət sahəsinə aid olan və intellektual
xidmətlərin göstərilməsindən ibarət olan peşədir.
Bir qayda olaraq, bu xidmətlər müştərilərin
peşəkar mütəxəssisin biliklərindən yararlanması
üçün nəzərdə tutulmuşdur. Fəaliyyətin bu növü
müştəri və peşəkar mütəxəssis (həkim, vəkil və s.)
arasında birbaşa əlaqəni nəzərdə tutur. Fəaliyyətin
bu növünün həyata keçirilməsi üçün zəruri olan
praktiki
təcrübə,
bilik
(təhsil,
diplomlar)
sistematik yoxlama və nəzarət üçün əsas hesab
edilir. Ölkədən asılı olaraq, statistiklər peşəkar
assosiasiyalar tərəfindən idarə edilən xüsusi
registrlərdən istifadə edə bilərlər.
SƏRBƏST TƏDAVÜL
– gömrük ərazisində
və ya bu ərazinin hüdudları xaricində gömrük
sərhədindən buraxılmış mal və başqa əşyalara
gömrük rəsmiləşdirilməsi olmayan sərəncamdır.
SƏRBƏST TĐCARƏT
– pərakəndə satış
(ticarəti) formasıdır. Müəssisə hüquqi və maliyyə
vəziyyətinə görə sərbəst sayılır. Bununla belə,
onlar tədarükçü təşkilatlara və xidmət göstərən
vahidlərə birləşdirilə bilərlər.
SƏRƏNCAM
– konstitusiya hüququnda və
inzibati hüquqda dövlət idarəçilik orqanın aktıdır.
Sərəncam hökmlü səviyyə daşımaqla vəzifəli
şəxsə, dövlət orqanına verilmiş səlahiyyət
daxilində
çıxarılır
(verilir)
və
müvafiq
vətəndaşlar, habelə fiziki şəxslər üçün məcburi
xarakter daşıyır. Konkret hadisə barəsində verilən
birdəfəlik və ümumi sərəncamlar, yəni uzun
müddət
üçün
qüvvədə
olan
sərəncamlar
fərqləndirilir. Lakin hər iki halda sərəncamlar
qanuni qüvvəyə malik olan akt kimi çıxış edir.
Qərar fərqli olaraq, sərəncam normativ xarakter
daşımır; 2) mülki hüquqda sərəncam əşyanın
mülkiyyətçisinin, habelə təhkim edilmiş əmlak
üzərində təsərrüfatçılıq hüququnu həyata dövlət
təşkilatlarının
səlahiyyətlərindən
biridir.
Sərəncam hüququna əsasən, mülkiyyətçi alqı-
satqı, tədarük, bağışlama, əmlak kirayəsi və i.a.
əqdlər vasitəsilə əmlak üzərində sərəncam
verməklə onu iqtisadi dövriyyəyə daxil edir.
Sərəncam aktı ilə əmlak özgəninkiləşdirilir, girov
qoyulur, saxlanca, müvəqqəti sahibliyə və
istifadəyə verilir. Sərəncam vasitəsilə əmlak
mülki dövriyyəyə buraxılır. əşyanın hüquqi taleyi
sərəncam verilməsi ilə müəyyən edilir.
SƏRƏNCAMDA
QALAN
GƏLĐR
–
sahibkar tərəfindən son istehlak və yığım üçün
istifadə oluna biləcək gəlirdir. Sərəncamda qalan
gəlirə inflyasiya, həmçinin hərbi əməliyyatlar,
təbii fəlakət və s. nəticəsində aktivlərin dəyərinin
dəyişməsi daxil edilmir. Cari transferlər kimi
verilmiş gəlirlər çıxılmaqla, o, alınmış cari
transferlər əlavə edilməklə alınmış və ödənilmiş
ilkin gəlirlərin saldosuna bərabərdir. Milli
Hesablar Sistemində sərəncamda qalan gəlir
gəlirlərin
təkrar
bölüşdürülməsi
hesabının
balanslaşdırıcı maddəsidir. Bütün institusional
rezident-vahidlərin sərəncamda qalan gəlirlərinin
cəmi ümumi milli sərəncamda qalan gəlirə
bərabərdir.
SƏRƏNCAMDA QALAN TƏSHĐH EDĐL-
MĐŞ GƏLĐR
– natura şəklində alınmış və
verilmiş sosial transferlər nəzərə alınmaqla,
sərəncamda qalan gəlir, yəni istehlak olunmuş
584
pulsuz xidmətlərin (məsələn, mənzil, kommunal
xidmətləri, təhsil və s.) dəyəridir. Milli hesablar
sisteminin
kateqoriyasıdır,
“Gəlirin
natura
şəklində
bölüşdürülməsi”
hesabında
balanslaşdırıcı maddədir.
SƏRƏNCAMDA OLAN MĐLLĐ GƏLĐR
-
aşağıdakı yollar vasitəsilə ümumi və xalis milli
gəlirdən alına bilər:
a) institusional rezident vahidlərin qeyri-rezident
vahidlərdən pul və ya natura şəklində aldığı bütün
cari transferlərin əlavə edilməsi;
b) institusional rezident vahidlər tərəfindən qeyri-
rezident vahidlərə pul və ya natura şəklində
ödənilən bütün cari transferlərin çıxılması.
SƏRHƏDƏ
QƏDƏR
GÖNDƏRĐŞ
(...
göndəriş yerinin adı), DAF (Delivered At
Frontier (... named place) - həmsərhəd ölkənin
gömrük sərhədinə malın çatdırılmasına qədər
sərhəddə göstərilmiş məntəqə və ya yerə nəqliyyat
vasitəsində
çatdırılmış,
ixrac
gömrük
rəsmiləşdirilməsini
keçmiş,
lakin
idxal
rəsmiləşdirilməsini
keçməmiş
boşaldılmamış
malın alıcının sərəncamına təhvil verilməsi
zamanı satıcı tərəfindən çatdırılmanın yerinə
yetirilməsidir. “Sərhəd” termini altında, ixracatçı
ölkənin sərhədi də daxil olmaqla, hər hansı sərhəd
nəzərdə tutulur. Odur ki, bu şərt daxilində konkret
yerin və ya məntəqənin adı göstərilməklə,
sərhədin dəqiq təyin edilməsi əsasdır.
Əgər tərəflər gəlmiş nəqliyyat vasitələrindən
malın boşaldılması üzrə öhdəliyin satıcının öz
üzərinə götürməsini və belə boşaldılma üçün
bütün riskləri və xərcləri çəkməsini istəyirlərsə, o
zaman bu, alqı-satqı müqaviləsinə müvafiq
əlavədə dəqiq qeyd edilməlidir.
Bu termin malın quru sərhədə qədər çatdırılarkən
hər hansı bir nəqliyyat növü ilə daşınması zamanı
tətbiq edilə bilər.
Əgər çatdırılma təyinat limanında, gəminin
bortunda və ya gəminin yan aldığı körpüdə yer
alarsa, bu zaman DES (gəmidən göndəriş) və ya
DEQ (gəminin yan aldığı körpüdən göndəriş)
terminlərini tətbiq etmək lazımdır.
Dostları ilə paylaş: |