STRUKTUR STATĐSTĐKASI
– tez-tez “illik
statistika” termini kimi işlədilən termindir.
Müəssisələrin struktur statistikasının vəzifəsi -
konyunktur dəyişikliklərə birbaşa aid olmayan
illik məlumatların verilməsidir. Avropa Đttifaqı
dövlətlərində müəssisələrin struktur statistikası bu
məsələyə dair Avropa Đttifaqı Şurasının 20 dekabr
1996-cı il tarixli, 58 nömrəli qərarı ilə tənzimlənir.
Statistikanın digər sahələrindən fərqli olaraq,
struktur
statistikası
bütövlükdə
müəssisənin
özünün, habelə onun strukturunu təşkil edən
tərkib hissələrinin – fəaliyyət növü vahidlərinin,
yerli
vahidlərin,
fəaliyyət
növünün
yerli
vahidlərinin
və
s.
əsas
makroiqtisadi
göstəricilərini öyrənir.
Struktur statistikasının məqsədi – sahibkarlıq
fəaliyyəti növlərinin strukturu və təkamülünü,
sahibkarlıq fəallığı, rəqabət qabiliyyətliliyi və
fəaliyyətinin
nəticələrini
müəyyənləşdirməyə
imkan verən istehsal amillərini, sahibkarlığın və
bazarların regional, milli və beynəlxalq inkişafını,
müxtəlif
fəaliyyət
növləri
qruplarına
aid
müəssisələrin səciyyəvi xarakteristikalarını təhlil
etmək imkanını verən məlumatların yığılmasından
ibarətdir.
Struktur statistikası ilə müqayisədə müəssisələrin
qısamüddətli statistikasının mühüm fərqləndirici
610
cəhəti ondan ibarətdir ki, o, baş verən proseslərin
dəyişilməsini daha tez izləyə bilir.
STRUKTUR TƏNLĐYĐ
– baxılan hadisələrin
və proseslərin səbəb-nəticə mexanizmini əks
etdirən, ekonometrik modelin verilməsinin (əks
etdirilməsinin) ilkin formasıdır.
STRUKTURUN
YENĐDƏN
QURUL-
MASI
– iqtisadiyyat strukturunun bazarın
dəyişən şəraitinə uyğun olaraq dəyişməsidir.
Stabil şəraitdə və sosial (institusional) islahatlarla
əlaqədar keçid dövründə formalaşmış bazar
münasibətlərində
olan
strukturun
yenidən
qurulmasından fərqlənir. Strukturlu yenidən
qurma
Azərbaycanın
iqtisadiyyatında
mərkəzləşmiş planlaşdırılmanın, bazar alətlərinin
istifadəsinə əsaslanan, istehsalda, bölüşdürmə
sahəsində və cəmiyyətdə sosial münasibətlərdə
edilən dəyişikliklərin dərinlik və mürəkkəbliyinin
çox böyük miqyasını şərtləndirən, idarəetmə ilə
əvəz
edilməsi
prosesində
həyata
keçirilir.
Strukturlu
yenidənqurma
makroiqtisadi
göstəricilər sistemi, sahə və ərazi statistika
göstəriciləri, həmçinin onun yeni istiqaməti olan –
institusional
dəyişikliklər
(çox
quruluşlu
iqtisadiyyatın
qurulması,
özəlləşdirmə,
səhmləşdirmə, kiçik biznes, fond bazarının
inkişafı (“Qiymətli kağızlar bazarı”na bax) və s.)
statistikası ilə əks olunur.
SU
EHTĐYATLARININ
VƏZĐYYƏTĐ,
ĐSTĐFADƏSĐ VƏ MÜHAFĐZƏSĐ STATĐS-
TĐKASI
– təbii ehtiyatlar və ətraf mühit
statistikasının altsahəsidir. Su ehtiyatlarını, onun
tərkibi və keyfiyyətini, ölkə iqtisadiyyatının su
ehtiyatları ilə təminatını, suburaxıcı və su
istehlakını, su itkisi, təmiz suyun təkrar və
dövriyyə istifadəsi hesabına qənaətini, suyun
kənara axıdılmasını, yeraltı suların təbii göllərə,
su anbarlarına və s. (çıxan suyun növləri üzrə),
axıdılmasını, su mühafizə qurğuları ilə təchizatını
və s. öyrənir.
SU MÜHĐTĐNĐN QORUNMASI
- ətraf
mühitin
qorunmasına
çəkilən
xərclərin
ölçülməsində
tez-tez
istifadə
olunan
göstəricilərdən biridir. Tullantıların azaldılmasına
və qarşısının alınmasına, onların yığılmasına,
daşınmasına,
emalına
və
yerdəyişməsinə,
qurğuların quraşdırılmasına, həmçinin tullantıların
monitorinqinə çəkilən xərcləri əhatə edir. Əsas
etibarı ilə suyun keyfiyyətinin və miqdarının
bərpa edilməsi və qorunması üzrə tullantıların
azaldılmasına və onlardan istifadə edilməsinə
yönəldilmiş emal üzrə fəaliyyət növləri daxil
edilir. Həmçinin səthi suların, yeraltı (torpaq)
suların və torpağın keyfiyyətinin monitorinqini də
özündə birləşdirir.
SUBAY
– heç vaxt nikahda olmayan kişidir.
Nikah vəziyyətinin kateqoriyalarından biridir. Bu
termin əsasən nikah qabiliyyətli yaşda olan
kişilərə tətbiq olunur. Adətən, evli olmayan
istənilən kişini, əvvəllər nikahda olmağından asılı
olmayaraq,
belə
adlandırırlar.
Buna
demoqrafiyada nikahda olmayanlar kateqoriyası
müvafiqdir, subaylar, dul qalanlar və boşananlar
bu kateqoriyaya aiddirlər.
SUBPODRAT FƏALĐYYƏTDƏN OLAN
GƏLĐR
- (I) – subpodrat münasibətləri
çərçivəsində digər vahidlərə əmtəə və xidmətlərin
göstərilməsi üzrə fəaliyyətdən olan dövriyyənin
daxil
edildiyi
göstəricidir.
Bundan
başqa,
sifarişçilərə göndərilən əmtəələrin emalından
alınan gəlirlər də daxildir.
Subpodrat
münasibətlər
aşağıdakı
hallarda
mövcud olur:
• sifarişçi yaradılan məhsulun konsepsiyasının
işlənməsində iştirak edir, hətta o istehsalçıya
qismən də olsa spesifikasiya (müfəssəl texniki
planlar və ya az müfəssəl spesifikasiya) verdiyi
halda da;
• sifarişçi məhsulun satışı üçün cavabdehlik
daşıyır.
Müqaviləsiz işçilərin həyata keçirdikləri fəaliyyət
növləri daxil edilmir.
SUBPODRAT FƏALĐYYƏTĐ
– subpodrat
qarşılıqlı əlaqələri aşağıdakı hallarda mövcud
olur:
-
sifarişçi
məhsulun
konsepsiyasının
hazırlanmasında
iştirak
edir,
hətta
əgər
istehsalçını
texniki
planın
hissələrindən
başlayaraq bütün ümumi xüsusiyyətlərinə qədər
məhsul üzrə xüsusiyyətlərlə qismən təmin edirsə;
- sifarişçi əmtəənin satışına görə cavabdehlik
daşıyırsa.
SUBPODRAT
ĐŞLƏRĐ
APARILAN
MÜƏSSĐSƏLƏRĐN SAYI
- fərdi müəssisə
üçün bu, subpodrat yerinə yetirilən müəssisələrin
sadə sayıdır. Fəaliyyət növləri təsnifatına uyğun
olaraq, ondan statistik məlumatların tərtib
edilməsində istifadə edilir. Təsnifatda subpodrat
üzrə müqavilə çərçivəsində əmtəə və xidmətləri
digər vahidlərə çatdıran vahidlərin faizi aşağıdakı
kateqoriyalar üzrə müəyyənləşdirilir:
- bir sifarişçi;
- iki sifarişçi;
- üç sifarişçi;
- dörd və ya daha çox sifarişçi;
611
- subpodrat müqaviləsi üzrə əmtəə və xidmətləri
göndərməyən müəssisələr.
SUBPODRATÇI
– əsas podratçının hesabına
subpodrat üzrə işlərin yerinə yetirilməsinə dair
fəaliyyətin həyata keçirilməsinə razılıq vermiş
üçüncü şəxsdir. Tikintidə subpodratçı – tikili və
obyektlərin layihəsində nəzərdə tutulmuş bütün
tikinti işlərinin tamamlanmasına cavabdeh olan
baş podratçının yerinə yetirə bilmədiyi işləri
həyata keçirmək üçün, baş podratçı ilə əlavə
bağlanmış müqavilə əsasında, həmin tikinti
müəssisəsi hesab edilir.
SUBPODRATÇILARA ÖDƏNĐŞLƏR
-
tərəflər arasında bağlanmış müqaviləyə uyğun
olaraq, müəssisə tərəfindən üçüncü şəxsə təqdim
edilmiş mal və xidmətlərə görə ödənişlər bu
göstəriciyə daxil edilir. Bura, vahid tərəfindən
firma istehsalçıya göndərilmiş malların emalına
görə ödəmələr də daxil edilir. Təmir və texniki
xidmət istisna edilir.
SUBPODRATÇILARA
ÖDƏNĐŞLƏRĐN
HƏYATA KEÇĐRĐLMƏSĐ
– bu göstərici
ödənişlərə daxildir. Tərəflər arasında bağlanmış
müqaviləyə uyğun olaraq, istehsal olunmuş
mallara və göstərilmiş xidmətlərə görə, baş
podratçı tərəfindən üçüncü şəxslərə ödənilir.
SUBPODRATÇILARDAN ALINAN GƏ-
LĐR
– “Subpodratçılara ödənişlər”də tərifi
verilmiş, subpodrat münasibətlər çərçivəsində
digər sifarişçilərin əmtəələrlə təmin edilməsi və
xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərdən
yaranan dövriyyədir.
SUBPODRATIN VERĐLMƏSĐ, SUBPOD-
RATÇILARLA
MÜQAVĐLƏLƏRĐN
BAĞLANMASI
– subpodratçılarla əlaqələr
aşağıdakı hallarda mümkündür. Əgər:
- sadə ümumi göstərişlərdən başlayaraq, sifarişçi
istehsalçıya hərtərəfli texniki çertyojlaradək
spesifik məlumatları təqdim etməklə, məhsulun
işlənməsində (istehsalında) heç olmazsa, qismən
iştirak edirsə;
- sifarişçi əmtəənin satışa buraxılmasına görə
cavabdehlik daşıyırsa. Buradan təmir və texniki
xidmət çıxılır.
SUDAN DAVAMLI VƏ ARDICIL ĐSTĐ-
FADƏ
– kollektor-drenaj suyundan istifadə də
daxil olmaqla, dövri su təchizatı və çirkab
sulardan təkrar (ardıcıl) istifadə sisteminin tətbiq
olunması hesabına təmiz suya edilən qənaətin
həcmidir. Dövri istifadəyə kommunal və istehsal
istilik təchizatı sistemindəki su məsrəfləri aid
edilmir.
Sudan dövri və ardıcıl istifadənin həcminin onun
ümumi istehsal istehlakına (təmiz sudan istehsal
ehtiyaclarına istifadə edilməsi, üstəgəl dövri və
ardıcıl su istehlakı) nisbəti su ehtiyatlarından
istifadənin
səmərəlilik
səviyyəsinin
əsas
xarakteristikası hesab edilir.
Sudan dövri və ardıcıl istifadəni əks etdirən yekun
göstəricilərin
statistika
uçotu
və
ümumiləşdirilməsi su götürülməsi göstəriciləri ilə
eynidir.
SUPERMARKET
- əsasən ərzaq malları satan
və getdikcə qeyri-ərzaq mallarının miqdarını
çoxaldan
pərakəndə
ticarətin
özünəxidmət
mağazası kimi müəyyənləşdirilir və müxtəlif
ölkələrdə aşağıdakı ticarət sahəsinə malikdir:
-
Belçika,
Danimarka,
Đspaniya,
Fransa,
Lüksemburq: 400-dən 2500 m
2
-ə kimi;
- Almaniya (əsasən) : 400-dən 1000 m
2
-ə kimi;
- Yunanıstan, Portuqaliya: 200 m
2
və daha çox;
- Niderland: orta hesabla 300 m
2
;
- Đrlandiya, Böyük Britaniya: 2323 m
2
-ə kimi
(25000 fut
2
).
SUPERSTRUKTUR
- otellər və turistlərin
digər
yerləşdirilmə
vasitələri,
restoranlar,
mağazalar, əyləncə mərkəzləridir (kinoteatrlar,
muzeylər, bədii qalereyalar, konsert zalları və s.).
Superstruktur və infrastruktur terminləri arasında
ciddi fərq yoxdur, lakin bu termin yeni tikiləcək
kurortların planının tərtib edilməsi zamanı
işlədilir.
SUYA ATILAN SON DƏRƏCƏ YOL
VERĐLƏ BĐLƏN TULLANTI
- su obyektinin
müəyyən
məntəqəsində
(təşkilatın
fəaliyyət
göstərən və ya layihələşdirilən müəssisəsində,
qurğusunda), vaxt vahidində su hövzəsinin verilən
hissəsində suyun keyfiyyət normasını pozmayan
tullantıların tökülməsinə imkan verən axar sularda
olan
maddələrin
maksimal
miqdarıdır.
Statistikada, suya axıdılan faktiki tullantıların və
tökülməsi son dərəcə yol verilə bilən tullantıların
nisbəti
axar
suların
çirklənmə
dərəcəsini
xarakterizə edən əsas göstəricidir.
SUYUN
GÖTÜRÜLMƏSĐ
–
müxtəlif
mənbələrdən götürülən su ehtiyatlarının həcmidir.
Suyun götürülməsinin tərkibinə su ehtiyatlarının
məcburi götürülməsi (elektrik enerjisinin istehsalı,
gəmilərin şlüzdən keçməsi, balığın keçməsi,
gəminin hərəkət dərinliyinin saxlanması və s.
məqsədlər
üçün
suyun
su
qovşağından
keçirilməsi) daxil deyildir. Statistika təcrübəsində
suyun götürülməsinin həcmi şəhər və ya idarə su
612
kəmərlərinin, digər su təsərrüfatı sistemlərinin
təkrar su tullantılarının, həmçinin birbaşa təbii
mənbələrdən – dəniz və yeraltı laylar da daxil
olmaqla, su hövzələrinin səthindən götürülən
suların həcmlərinin cəmi daxil olmaqla, bütün
mümkün mənbələrin ümumi miqdarı kimi
hesablanır. Bundan başqa, ikili hesablamanı
aradan qaldırmaq məqsədilə, təbii mənbələrdən
suvarmaya, istehsal və kommunal su təchizatına
və digər ehtiyaclara suyun verilməsi ayrılıqda
göstərilir. Bununla yanaşı, burada iri kanallara su
verilməsi üçün tranzit sular, sonradan istehlak
edilmədən filiz şaxtalarından (sonradan istehlak
olunmamaqla) suların axıdılması və s. nəzərə
alınmır. Əhali tərəfindən quyulardan, artezian
quyularından,
təbii
hovuzlardan
mərkəzləşdirilməmiş qaydada suyun istifadəsinin
miqdarı ekspert qiymətləri əsasında müəyyən
edilir. Suyun götürülməsi haqqında ümumi
məlumatlar idarədaxili və ərazi bölmələri,
həmçinin iri çay, göl və dəniz hövzələri üzrə
formalaşdırılır.
SUYUN ĐSTEHLAKI
– həm müəssisənin su
buraxıcısından, həm də kommunal su kəmərləri və
su təsərrüfatı sistemlərindən alınan bütün növ
(səthi, yeraltı, lay, şaxta, dəniz və s.) suların
təsərrüfat ehtiyaclarını ödəmək üçün istifadəsidir.
Ayrılıqda
götürülmüş
müəssisə
üçün
su
istehlakının ümumi həcmi bərabərdir - bütün
mənbələrdən götürülmüş suyun həcmi, çıxılsın
təzə (digər istehlakçılar tərəfindən istifadə
edilmədən) götürülmüş suyun istifadə edilmədən
digər istifadəçilərə ötürülməsi, çıxılsın suyun
daşınmasındakı itkilər. Su istehlakı tərkibinə
dövri su istehlakının miqdarı və axar suların təkrar
(ardıcıl) istifadəsi (dövri və ardıcıl su
təsərrüfatları sistemlərinə itkiləri əvəz etmək üçün
daxil olan sular istisna olmaqla) daxil deyildir.
Statistikada su istehlakının ümumi həcmi, o
cümlədən əhalinin təsərrüfat-içmə ehtiyacları,
kənd təsərrüfatı istehlakı daxil edilmədən (içməli
su ayrılmaqla) istehsal ehtiyacları, suvarmaya (su
ilə təmin etmə) və s. üçün ayrılan sular ayrılıqda
öyrənilir.
Yekun
məlumatlar
su
götürmə
göstəriciləri üzrə məlumatların işlənməsinə oxşar
qaydada formalaşdırılır.
SÜD ĐSTEHSALI
– satılmasından və ya
təsərrüfatlarda
körpə
heyvanların
südlə
bəslənməsində
istifadə
edilməsindən
asılı
olmayaraq, inəklərdən, camışlardan, keçilərdən,
və qoyunlardan faktiki sağılmış südün həcmini
xarakterizə edir.
SÜDƏMƏR UŞAQ
– doğulduğu andan
ömrünün bir yaşınadək olan uşaqdır. Yeni
doğulmuş dövr (dörd həftəlik yaş) və südəmər
dövrlər (südəmər yaş) ayrılır. Südəmər uşağın
inkişafı üçün boyunun və bədən çəkisinin tez
artması ən səciyyəvi haldır. Südəmər uşağın bəzi
sistemlərinin nisbi funksional keyfiyyətsizliyi
onun xarici mühitdəki şəraitə nisbətən zəif
uyğunlaşmasına, həmçinin infeksiyalara meylli
olmamasına səbəb olur. Erkən yaşında kifayət
qədər yüksək xəstələnmə və ölüm bununla izah
edilir.
SÜRƏT
KATEQORĐYASI
–
yükün
xüsusiyyətlərindən
asıl
olaraq,
yerdəyişmə
rejimini
müəyyənləşdirən
yüklərin
göndərilməsinin konkret əlamətidir (nişanəsidir).
Aşağıdakı kateqoriyalar fərqləndirilir: yük, böyük
(sürət qatarlarında daşınmalarda) və sərnişin
(yüklü
vaqonların
növbədənkənar
sərnişin
qatarlarına quraşdırılmasında).
SÜRƏTLƏNDĐRĐLMĐŞ AMORTĐZASĐYA
– iqtisadiyyatın yüksək texnologiyalı sahələrinin
inkişaf etdirilməsi və səmərəli texnologiyaların
tətbiq
edilməsi
üçün
şəraitin
yaradılması
məqsədilə əsas kapitalın normativ xidmət müddəti
ilə
müqayisədə
aktivlərin
silinməsinin
sürətləndirilməsini təmin edən metoddur. Əsas
kapitalın sürətləndirilmiş amortizasiyasının tətbiqi
və onun yerinə yetirilməsi qaydaları hökumət
tərəfindən
müəyyənləşdirilir.
Sürətləndirilmiş
amortizasiya yüksəldilmiş faizlərlə hesablanır.
Yüksək
texnologiyalı
sahələrin
inkişafının
stimullaşdırılması və vergiyə məruz qalan mənfəət
məbləğinin
azaldılması
yolu
ilə
istehsal
potensialının yeniləşdirilməsi üçün tətbiq edilir.
Sürətləndirilmiş amortizasiya əsas fondların
yalnız xidmət müddəti 3 ildən çox olan aktiv
hissəsinə
(maşınlara,
qurğulara,
nəqliyyat
vasitələrinə) aid edilir. (Qeyd etmək lazımdır ki,
sürətləndirilmiş
amortizasiya
əsasında
əsas
fondların amortizasiyası haqqında məlumatlar, bir
qayda olaraq, MHS tələblərinə cavab vermədiyinə
görə (MHS-də əsas kapital bərpa dəyəri ilə
qiymətləndirilməlidir), əsas kapitalın istehlakının
hesablanmasında istifadə edilə bilməz. Bundan
əlavə, sürətləndirilmiş amortizasiya metodundan
01.01.2006-cı
il
tarixdən
Azərbaycan
Respublikasında istifadə edilmir).
SÜRÜNÜN DÖVRĐYYƏSĐ
– mal-qaranın
sayının hərəkətini və təkrar istehsalını əks etdirən
göstəricilər sistemidir; təsərrüfatlarda, regionlarda
və ölkədə növlər, cinslər və yaş qrupları üzrə mal-
qaranın daxil olması və çıxması balansı şəklində
tərtib edilir. Balansda ilin əvvəlinə mövcud baş
sayı, daxil olan mal-qaranın sayı, o cümlədən
balalama
və
digər
qruplardan
köçürmələr
613
göstərilir. Çıxma üzrə aşağıdakı göstəricilər əks
etdirilir: kəsilməyə verilənlər, damazlıq üçün
satılanlar, digər qruplara köçürülənlər, sair satışlar
və verilən, təsərrüfatda kəsimlər, itənlər və
ölənlər, oğurluqlar və əskik gəlmələr. Yekunda
ilin sonuna sürünün baş sayını alırlar.
Mal-qaranın bala verməsi – təsərrüfata aid olan
analardan
diri
doğulmuş
bütün
körpə
heyvanlardır.
Toyuqların
nəsil
verməsinə
inkubatorlarda çıxardılmış bir günlük körpələr
(cücələr) daxildir.
Mal-qaranın təkrar istehsalını və ana heyvanların
məhsuldarlığının
xarakteristikası
üçün
ilin
əvvəlinə mövcud olmuş əsas sürüdəki bir və ya
100
anaya
düşən
nəsilvermə
göstəricisi
hesablanır. Hesablamanın həmçinin nəsilvermə
üçün nəzərdə tutulmuş bütün analar üzrə
aparılmasına da yol verilir. Buna o zaman yol
verilir ki, mal-qaraların növlərinə uyğun olaraq,
anaların sayına iki yaşdan yuxarı düyələr,
yoxlamadan çıxarılmış ana donuzlar, yaşı bir ildən
yuxarı olan şişəklər daxil edilsin. Çoxdöllü
heyvanlar üçün alınmış balaların sayının anaların
nəsilvermə
sayına
nisbəti
kimi
onların
məhsuldarlıq göstəricisi hesablanır. Mal-qaranın
tələf
olması
–
qocalıqdan,
xəstəlikdən,
yaralanmadan, təbii fəlakət və digər bədbəxt
hadisələrdən, kəsilmiş heyvanların ətindən qida
kimi istifadə olunmayan mal-qaranın məcburi
kəsimi kimi, heyvanların bütün ölüm halları daxil
edilməklə, mal-qaranın itkiləridir. Mal-qaranın
tələf olmasının nisbi göstəricisi dövriyyədəki mal-
qaranın ümumi sayına (ilin əvvəlinə olan mal-
qaranın sayı üstəgəl nəsil vermə, üstəgəl kənardan
daxil olmalar) və yaxud orta illik baş sayına görə
%-lə hesablanır. Balaların tələf olması balaların
daxil olmasına nisbətən %-lə hesablanır. Sürünün
təkrar istehsalını təhlil etmək üçün cavan
heyvanlar yetişdirmə yolu ilə sürünün
müntəzəm surətdə artırılmasının təmin edilməsi
göstəricisi hesablanır (onun sayının müvafiq mal-
qara
qrupunun
uyğun
mal-qara
qrupunda
yaşlıların baş sayına nisbətidir).
Dostları ilə paylaş: |