A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə153/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   149   150   151   152   153   154   155   156   ...   182

 

SOSĐAL  TƏMĐNAT  FONDLARI

  -  sosial 

təminat  fondlarının  alt  bölmələri  dövlət  idarə 

etməsinin  bütün səviyyələrində fəaliyyət  göstərən 

bütün sosial təminat fondlarından ibarətdir. Sosial 

təminat  fondları  dövlət  müəssisələri  tərəfindən 

bütövlükdə  cəmiyyət  və  yaxud  onun  böyük  bir 

hissəsini  əhatə  edən  sosial  sığorta  proqramlarının 

həyata  keçirilməsi  məqsədilə  yaradılır  və  nəzarət 

edilir.   

 

SOSIAL  TRANSFERLƏR

  -  ümumi  dövlət 

idarəetmə  orqanlarının  (dövlət  təşkilatlarının),  ev 

təsərrüfatlarına xidmət edən qeyri-dövlət və qeyri-

kommersiya  təşkilatlarının,  habelə  qeyri-maliyyə 

müəssisələri və maliyyə idarələrinin sosial yardım 

göstərmək  və  əhalinin  rifah  halını  yaxşılaşdırmaq 

məqsədilə ev təsərrüfatlarına təqdim etdikləri cari 

transferlərin  bir  növüdür.  Sosial  transferlərə 

daxildir:  1)  dəyər  şəklində  sosial  transferlər;  2) 

natura şəklində sosial transferlər. 



 

SOSĐAL  TURĐZM

 

-  vətəndaşların  onlara 



satılmış  sosial  turlar  vasitəsi  ilə  və  ya  sərbəst 

şəkildə  dövlət  tərəfindən  sosial  məqsədlər  üçün 

ayrılmış  vəsaitlər  hesabına  həyata  keçirilən 

səyahətləri  və  turist  səfərləri  başa  düşülür.  Sosial 

turizm  konsepsiyasının  əsasını  3  prinsip  təşkil 

edir: 


1)  aşağı  səviyyəli  gəlirə  malik  olan  əhalinin 

turizm  sahəsinə  geniş  cəlb  edilməsi  yolu  ilə 

cəmiyyətin  bütün  üzvlərinin  istirahətinin  təmin 

edilməsi; 2) bu sahəyə subsidiyaların ayrılması; 3) 

mərkəzi  dövlət  orqanlarının,  bələdiyyələrin, 

ictimai  və  kommersiya  strukturlarının  bu  sahənin 

inkişafında fəal iştirakının təmin edilməsi. 

Bu  konsepsiya  praktiki  şəkildə  Đsveçrə  və 

Fransada “məzuniyyət çekləri” sisteminin köməyi 

ilə  həyata  keçirilir.  Onun  əsas  elementi  turistlərə 

ünvanlı  yardım  göstərilməsi  və  əhalinin  bütün 

təbəqələri  üçün  istirahətin  əlçatan  (əlverişli) 

olmasını təmin etmək üçün dövriyyəyə buraxılmış 

ödəniş – hesablaşma vasitəsi olan çekdir. 



 

SOSĐAL  YARDIM

  -  ünvanlı  dövlət  sosial 

yardımı  –  aztəminatlı  ailələrə  dövlət  tərəfindən 

verilən  pul  yardımıdır.  Sosial  yardımın  məqsədi 

aztəminatlı  ailələrin  sosial  müdafiəsinin  təmin 

edilməsindən  ibarətdir.  Sosial  yardımın  əsas 

prinsipləri:  ünvanlılıq  -  sosial  yardım  yalnız 

aztəminatlı  ailələrə  təyin  olunur;  ədalətlilik  - 

sosial  yardım  ailənin  orta  aylıq  gəliri  ilə  hər  bir 

ailə  üzvü  üçün  ehtiyac  meyarının  məcmusu 

arasındakı 

fərq 

məbləğində 



təyin 

olunur; 


bərabərlik  –  sosial  yardım  bütün  aztəminatlı 

ailələrə təyin olunur. 

Orta  aylıq  gəliri  onlardan  asılı  olmayan 

səbəblərdən  (ailə  üzvlərinin  əmək  qabiliyyətinin 

olmaması,  ailənin  əmək  qabiliyyətli  üzvünün 

müvafiq  icra  hakimiyyəti  orqanında  işsiz  kimi 

qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən 

itkin  düşmüş  və  ya  ölmüş  hesab  edilməsi, 

azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu 

yerin  məlum  olmaması  və  s.),  hər  bir  ailə  üzvü 

üçün  ehtiyac  meyarının  məcmusundan  aşağı  olan 

aztəminatlı  ailələr  sosial  yardım  hüququna 

malikdirlər. 

 

SOSĐAL  YARDIM  ÜZRƏ  MÜAVĐNƏT

  – 

ev təsərrüfatlarına xidmət göstərən dövlət idarələri 

və  ya  qeyri-kommersiya  təşkilatları  tərəfindən 

sosial  sığorta  üzrə  müavinət  kimi  istifadə  olunan 

ehtiyacları ödəmək üçün, lakin sosial sığorta üzrə 

sosial  sığortaya  və  müavinətlərə  ayırmalara  daxil 

edilən,  sosial  sığorta  proqramı  üzrə  istehsal 

olunmayan,  ev  təsərrüfatlarına  ödənilən  cari 

transferlərdir.  Deməli,  onlar  sosial  təminat 

fondları  tərəfindən  verilən  bütün  müavinətləri 

özündə birləşdirmir. 

 

SOSĐAL-ĐQTĐSADĐ 



PROQNOZ

 



cəmiyyətin,  yaxud  insan  fəaliyyətinin  ayrı-ayrı 

vacib 


sferalarının 

(iqtisadiyyat, 

sosial 

münasibətlər,  siyasət  və  s.)  gələcək  vəziyyəti 



haqda səmərəli məlumatdır. Çox vaxt demoqrafik 

proqnozun 

məlumatlarına 

əsaslanır. 

Sosial 

proseslərin  proqnozlaşdırılması  insan  şüurunun 



həqiqəti  qabaqcadan  əks  etdirmə  qabiliyyətidir. 

Elmi  hipotetik  fərziyyələrdən  və  başqa,  gələcəyi 

qabaqcadan  sezmə  formalarından  fərqli  olaraq, 

sosial-iqtisadi 

proqnozda 

sosial 


hadisələrin 

gözlənilən  inkişafına  kəmiyyətcə  qiymət  verilir, 

bu  və  ya  digər  hadisələrin  başlanma  ehtimalı  və 

müddətləri 

müəyyənləşdirilir. 

Sosial-iqtisadi 

proqnozlarda  mövcud  alternativlərdən  optimal 

variantlar seçmək üçün istifadə olunur. 



 

596 


Proqnozlaşdırma – gələcək haqda bilgi verməkdir, 

sosial  inkişafın  mövcud  ilk  şərtlərinin  (maddi-

texniki  şərait,  təbii  resurslar,  elmi-texniki  və 

intellektual  potensial,  sosial  və  siyasi  qüvvələrin 

nisbəti,  həmçinin  ayrı-ayrı  insanlar  tərəfindən 

güdülən  məqsədlər)  təhlilinə  əsaslanır.  Təbiətdə 

baş  verən  proseslərin  proqnozlaşdırılmasından 

fərqli  olaraq,  sosial-iqtisadi  proqnoz  insan 

şüuruna  və  əxlaqına  təsir  edir,  insanları 

qabaqcadan  xəbər  verilmiş  hadisələrin  (istənilən 

kimi  qavranıldıqda)  həyata  keçirilməsinə  nail 

olmağa,  yaxud  onların  aradan  qaldırılması  üçün 

səylər  (onlar  arzuolunmaz  olduqda,  mümkün 

təhlükələr olduqda) qoymağa vadar edir.  

Sosial-iqtisadi proqnozun 4 əsas növü var: axtarış 

proqnozları  (bəzən  onları  kəşfiyyatçı,  yaxud 

realist adlandırırlar) hadisələrin ən ehtimal olunan 

təbii  gedişi  və  müşahidə  edilən  meyllərin  davam 

etməsi  haqda  fərziyyədən  çıxış  edərək  tərtib 

olunur.  Normativ  proqnozlar  gələcəkdə  müəyyən 

məqsədlərə  çatmaq  üçün  konkret  tövsiyələri  olan 

proqnozlardır.  Xəbərdarlıq  proqnozları,  sosial 

proseslərin inkişafının mümkün əlverişsiz və hətta 

ağır  nəticələrinin  ayrılması  üçün  tərtib  olunur. 

Onların  qarşısını  almaq  üçün  müvafiq  tədbirlərin 

görülməsi  zəruridir.  Analitik  proqnozlar  ciddi 

idrak-elmi  məqsədlə  gələcəyin  müxtəlif  tədqiqi 

metodlarının 

doğruluğunu 

yoxlamaq 

və 

təkmilləşdirmək üçün işlənilir. 



Sosial-iqtisadi  proqnozun  əsas  metodları:  1) 

ekstrapolyasiya; 

2) 

tarixi 


analogiyalar; 

3) 


mürəkkəb 

sosial 


sistemlərin 

kompüter 

modelləşdirilməsi;  4)  gələcəyin  müxtəlif  güman 

edilən  ssenarilərin  tərtib  edilməsi;  5)  ekspert 

qiymətləndirmə. Sosial-iqtisadi proqnozlar işlənən 

konkret  metodikalarının  bir  sıra  metodların 

birləşməsi yolu ilə yaranır. 

 

SOSĐOLOJĐ  METODLAR



  –  demoqrafiya 

elmində tətbiq olunan nəzəri tədqiqatlar, həmçinin 

ilk  sosioloji  informasiyanın  toplanması  və  onun 

emalının sosioloji metodlarıdır. 

Sosioloji metodlar demoqrafiyada tətbiqi əhalinin 

doğum,  ölüm,  miqrasiya  amillərinin,  nikah  və 

boşanma  problemlərinin  tədqiqinin  dərinləşməsi 

ilə  əlaqədar  genişlənir.  Demoqrafik  prosesləri  və 

hadisələri  izah  etmək  üçün  təkcə  bu  və  ya  digər 

demoqrafik  hadisələri  xarakterizə  edən  amilləri 

deyil,  həm  də  onların  insanın  şüurunda  əks 

olunmasını  təhlil  etmək  zəruridir.  Motivlərin  və 

demoqrafik  göstərişlərin  öyrənilməsi  bir  sıra 

sosioloji metodlardan istifadəni şərtləndirir. 1970–

90-cı  illərdə  sosioloji-demoqrafik  tədqiqatlar 

geniş  yayılmışdı.  Onlarda  demoqrafik  əxlaqın 

təhlili,  xüsusilə KAR  (KAR  –  ingilis  sözləri  olan 

knowledge – bilik, attitude – göstəriş və practice – 

praktiki  fəaliyyət  -  abreviaturasıdır)  adlanan 

tədqiqatlar  həyata  keçirilir,  doğuma  təsir  edən 

müxtəlif amillər aydınlaşdırılır.  

Demoqrafik  hadisə  və  proseslər  öyrənilərkən 

sosiologiyada  işlənilmiş  konseptual  modellərdən, 

anlayışlardan  və  nəzəri  prinsiplərdən  istifadə 

səmərəlidir.  Əsasən  sosial  institut  və  kiçik  qrup 

kimi,  ailənin  təhlilini,  doğum  problemləri  üzrə 

ailədaxili 

kommunikasiyanı, 

doğum, 


nikah, 

boşanmadakı  fərqlərə  təsir  göstərən  amilləri 

öyrənmək  üçün  sosioloji-demoqrafik  sistemin 

seçilməsini, 

boşanmanın 

və 


nikahların 

səbəblərinin təhlilini göstərmək olar. 

Demoqrafiyada  informasiyanın  toplanması  və 

işlənməsində  sosioloji  metodlar  tətbiq  olunur. 

Sosiologiyada  üç  əsas  sosioloji  informasiyanın 

toplanması  növü  seçilir:  sorğu,  sənədlərin  təhlili 

və  müşahidə.  Sorğu  müsahibə  yolu  ilə,  yaxud 

sorğu  vərəqini  doldurmaqla  (anket  vasitəsilə) 

aparılır.  Kütləvi    fikirlər  (geniş  insanlar 

dairəsində), 

göstərişlər 

və 


faktlar 

barədə 


informasiyanın  toplanması  üçün  aparılan  və 

verilmiş problem üzrə yalnız səlahiyyətli şəxslərin 

fikrini 

bilməyə 


istiqamətlənmiş 

ekspert 


sorğularına 

bölünür. 

Sosioloji 

tədqiqatlarda 

sənədlərin 

təhlili 


dedikdə, 

istənilən 

informasiyanın  iki  tip  təhlili  (çap,  yaxud 

əlyazması  mətnində,  maqnit  lentində,  foto  və 

kinoplyonkada  təsbit  edilmiş)  -  ənənəvi  təhlil  və 

məzmunlu-təhlil  başa  düşülür.  Ənənəvi  təhlil, 

müəyyən  məqsəd  və  vəzifələrə  müvafiq  olaraq, 

sənədlərin  izahlı  təhlilidir.  Məzmunlu-təhlil  – 

kütləvi  mətnli  (yaxud  plyonkaya  yazılmış) 

informasiyanın 

kəmiyyət 

göstəricilərinə 

keçirilməsidir.  Müşahidə  dedikdə  isə,  adətən, 

sosiologiyada  hadisələrin  bilavasitə  şahidlərdən 

alınmış  məlumatlara  əsasən  qeydə  alınması  başa 

düşülür. 

Sorğu  –  sənədlərin  təhlili  ilə  yanaşı,  istənilən 

demoqrafik  informasiyanın  alınması  üçün  ilk 

mənbədir. Bu zaman xüsusi sorğu vərəqələri tərtib 

olunur  və  onlar  müxtəlif  amillərin  demoqrafik 

əxlaqın  və  göstərişlərin  komponentlərinə  təsiri 

haqda  məlumatın  alınması  məqsədini  daşıyır. 

Demoqrafik  göstərişlər  öyrənildikdə,  mürəkkəb 

ölçü  metodları  işlənilir,  insanlar  və  testlər  tətbiq 

olunur.  Xaricdə  həmçinin  ekspert  sorğuları 

yayılmışdı.  Demoqraflar  çox  vaxt  məlumat 

toplamaq  üçün  spesifik  seçmə  metodlarından, 

sosioloji  tədqiqatlarda  işlədilən  nəticələrin  emalı 

metodlarından,  məsələn,  klaster  təhlili,  faktor 

(amil)  təhlili  kimi  metodlardan  istifadə  edir. 

Demoqrafik proses və hadisələrin hərtərəfli təhlili 

üçün  onlara  təsir  edən  bir  sıra  sosioloji  amillər 

öyrənilməli 

olduğu 


üçün, 

ilkin 


sosioloji 

informasiyanın təhlili, toplanması və işlənməsində 

sosioloji metodların tətbiqi daim artır. 

 


 

597


SÖVDƏLƏŞMƏ  VALYUTASI

  –  xarici 

ticarət sazişlərində  əmtəənin  qiymətinin  müəyyən 

edildiyi  və  ya  verilmiş  kreditin  məbləğinin  ifadə 

olunduğu valyutadır. Sövdələşmə valyutası ödəniş 



valyutası  ilə  uyğun  gəlir.  Lakin  onların  uyğun 

gəlməməsi  də  mümkündür,  xüsusilə    klirinq 

hesablaşmalarında, yəni dövlətlər arasında banklar 

vasitəsilə  nağdsız  hesablaşmalarda.  Sövdələşmə 

valyutasının  ödəniş  valyutasına    hesablanması, 

ödəniş  vaxtının  çatdığı  dövrdə  fəaliyyət  göstərən 

valyuta kursu ilə həyata keçirilir.  

 

SÖZ



  (proqramlaşdırmada)  –  EHM-in,  tərkibi 

birləşmiş  işarə  (simvol,  bit)  ardıcıllığından  ibarət 

olan (bütöv vahid kimi baxılan) əməliyyat yaddaşı 

tutumunun  ölçü  vahididir.  Sözün  uzunluğu 

müxtəlif  EHM-lər  üçün  fərqlidir  (EHM-in  vahid 

sistemi  –  4  bayt).  Proqramlarda  “söz”ün 

törəmələrindən istifadə olunur. 

 

SÖZLƏR ÜZƏRĐNDƏ ƏMƏLĐYYATLAR



 

–  sözlər  üzərində  EHM-in  əmrlər  sistemini  

nəzərdə tutan fəaliyyətdir. 

 

SPESĐFĐKASĐYA

  (proqramlaşdırmada)  –  1) 

avadanlıqların,  proqramların,  ya  da  ayrı-ayrı 

modulların  xarakteristikalarının  formal  təsviridir; 

2) üsulların formal parametrlərinin növ və sinifləri 

haqqında informasiyadır. 

 

SPOT



  –  1)  hər  hansı  bir  anlıq  qərarın  həll 

edilməsi  üçün  bankın  öz  müştərisinə  istisna 

qaydada 

verdiyi 


qısamüddətli 

(1-3 


aylıq) 

kreditdir.  Bu  kreditdən  sürətlə  istifadə  edilir,  pul 

bazarının tarifi üzrə indeksləşdirilir, kifayət qədər 

riskli  hesab  olunur;  2)  SPOT  -  sövdələşmədir  – 

dərhal ödənilməli olan sövdələşmədir. 

 

SPRED



  –  eyni  mala  fyuçers  sazişlərinin  eyni 

zamanda  alınması  və  satılmasıdır,  amma  fərqli 

çatdırma  müddəti,  ya  da  fərqli  bazarlar  üçündür. 

SPRED  birjadaxili,  birjalararası,  məhsullararası, 

müvəqqəti  ola  bilər.  SPRED-in  məqsədi  qiymət 

fərqinin oynamasından gəlir əldə etməkdir. 

 

SSUDA  BORCLARI  –  təyin  olunmuş 

müddət 


ərzində 

banklara 

qaytar

ılmamış 


ssudalardır. 

 

STANDARTLAŞMANIN  VASĐTƏLĐ  ME-



TODU

 – demoqrafik əmsalların standartlaşdırma 

metodlarından 

biridir; 

verilmiş 

qrupun 


demoqrafik  hadisələrinin  faktiki  sayının  əhalidə 

demoqrafik  proseslərin  intensivlik  səviyyəsinə 

müvafiq  onların  sayı  ilə  standart  kimi  qəbul 

olunmuş  müqayisəsinə  əsaslanır,  həmin  əhali 

qrupunun xüsusiyyətləri saxlanılır. 

 

STANSĐYALARDA  VAQONLARIN  BOŞ-



DAYANMALARININ  UÇOTU

  –  qatarların 

tərkibində  gəlmə  anından  getmə  (yola  salma) 

anınadək  vaqonların  stansiyalarda  kateqoriyalar 

üzrə boşdayanma (yerli, emal edilməklə tranzit və 

emalsız 


tranzit) 

vaxtlarına 

ümumi 

sərfin 


müəyyənləşdirilməsi üçün təşkil edilir. 

Stansiyalarda vaqonların boşdayanmalarının uçotu 



vaqon  dövriyyəsindən  asılı  olaraq  nömrəsiz  və 

nömrəli sistem üzrə aparılır. Nömrəsiz sistem üzrə 

stansiyalarda vaqonların boşdayanmalarının uçotu 

hər 


bir 

saatın 


sonuna 

boşdayanmaların 

kateqoriyaları  üzrə  (yerli,  emal  edilməklə  tranzit) 

vaqonların 

stansiyalarda 

qalıqlarının 

müəyyənləşdirilməsinə  əsaslanır,  bir  şərtlə  ki, 

vaqonların  bu  sayı  bütün  saat  ərzində  boş 

dayansın.  Boşdayanmaların  ümumi  vaxtı  hesabat 

dövründə  saatlardakı  qalıqların  cəmləşdirilməsi 

ilə  alınır.  Boş  dayanmış  vaqonların  sayı  daxil 

olma  və  yola  salınmış  vaqonların  yarısı  kimi 

hesablanır.  Emalsız  tranzitlə  vaqonlar  üçün 

boşdayanma vaxtı qatarın tərkibinin boş dayanma 

vaxtının 

tərkibdə 

olan 

vaqonların 



sayına 

vurulması  ilə  tapılır.  Nömrəli  sistem  üzrə 

stansiyalarda  boşdayanmaların  uçotu  ayrılıqda 

boşdayanmaların hər bir kateqoriyası üzrə hesabat 

dövründə  göndərilmiş  vaqonlar  üzrə  sonradan 

toplanmaqla  ayrı-ayrı  vaqonların  stansiyada  olma 

vaxtının uçotuna əsaslanır. 

 

STANSĐYANIN  YÜK  DÖVRĐYYƏSĐ



  – 

hesabat  dövründə  stansiyadan  göndərilən  və 

stansiyaya gətirilmiş yüklərin həcminin cəmidir. 

 

STASĐONAR  ƏHALĐ

  (lat.  stationarius  – 

hərəkətsiz)  –  nəzəri  əhali,  əsl  təbii  artım  əmsalı 

r=0 və əhalinin dəyişməz sayı P(t)=P(0) olduqda, 

stabil 

əhalinin 

tipik 


olmayan 

hadisəsidir. 

Stasionar  əhali  nəzəriyyəsinin  əsası  E.Qalleyin 

(1693)  əsərlərində  qoyulmuşdu.  XIX  əsrin 

sonuncu  rübündə  Q.F.Knapp  stasionar  əhalinin 

əsas  kəmiyyət  nisbətlərini  ətraflı  işləmişdi.  Son 

şəkildə A.C.Lotkanın əsərlərində XX əsrin birinci 

yarısında  yazılmışdı.  Đlk  əvvəl,  stasionar  əhaliyə 

doğulanların  dəyişməz  illik  sayı  olan  və  nəslin 

kəsilməsi  ardıcıllığı,  doğum  rejimi  haqda  heç  bir 

hipoteza  olmayan  əhali  kimi  baxılır.  Belə  şərh 

stasionar  əhalini  ekponensial  əhalinin  tipik 

olmayan hadisəsi edir. 

Stasionar  əhali  nəzəriyyəsinin  əsas  məzmunu 

doğulanların,  yaşayanların,  ölənlərin  müxtəlif 

qruplarının  sayları  ilə  ölüm  (ömür)  və  doğulma 

ehtimalları  arasında  nisbətlər  sistemidir.  Bu 

nisbətlər  müxtəlif  demoqrafik  cədvəllərin,  ilk 



 

598 


növbədə ölüm cədvəllərinin qurulmasında istifadə 

olunur. Stasionar əhalinin yaş strukturu bir mənalı 

olaraq  ömür  funksiyası  l(x)  ilə  müəyyən  olunur. 

Belə ki, yaş strukturunun sıxlığı bərabərdir:  



=



0

)

(



)

(

)



(

dx

x

l

x

l

x

c

 

burada x



1

x



2

 yaş intervallarında şəxslərin payı  

2

1



)

(

x



x

dx

x

c

 -dir. 


Stasionar  əhalinin  ölümünün  ümumi  əmsalı  (m

doğumun  ümumi  əmsalına  (b)  bərabərdir  və 

0

1

e



m

b

=

=



,  burada  e

-  doğulduqda  ömrün 



gözlənilən uzunluğudur. 

 

STASĐONAR 

SOSĐAL 

XĐDMƏT 

ĐDARƏLƏRĐ

  –  kənar  sosial-məişət,  tibbi 

xidmətlərə  və  qulluğa  ehtiyacı  olan  qoca  və 

əlillərin  daimi,  müvəqqəti  (2  aydan  6  ayadək), 

həftəlik, gündəlik yaşayışı üçün nəzərdə tutulmuş 

müəssisələrdir.  Stasionar  müəssisələrin  dörd  əsas 

növü  fərqləndirilir:  qoca  və  əlillər  üçün  internat 

evləri  (ümumi  tipli);  psixonevroloji  internatlar; 

əqli  cəhətdən  qüsurlu  uşaqlar  üçün  uşaq  evləri; 

fiziki  cəhətdən  qüsurlu  uşaqlar  üçün  uşaq  evləri. 

Göstərilən  müəssisələrin  bazalarında  onlarda 

yaşayanların 

kontingentindən 

asılı 


olaraq, 

aşağıdakı 

müəssisələri 

təşkil 


edə 

bilərlər: 

müharibə  və  əmək  veteranlarının  pansionatları, 

şəfqət evləri, əlillər üçün reabilitasiya mərkəzləri. 



 

STASĐONAR  TĐCARƏT

  -  daimi  yerlərdə 

(məsələn,  mağazalarda  ticarət  və  ya  ticarət 

məntəqələrində 

pərakəndə 

ticarət) 

ticarət 


müəssisələri  tərəfindən  həyata  keçirilən  ticarət 

növüdür.  



 

STASĐONAR TĐPLĐ YATAQXANALAR

 – 

vahid  order  verilmiş  yaşayış  binalarıdır  və  yaxud 

yaşayış  evlərində  və  qeyri-yaşayış  tikililərində 

yaşayış  yerləridir.  Stasionar  tipli  yataqxanalara 

həmçinin uşaq evləri, əlillər və qocalar üçün evlər, 

məktəblər 

yanında 

internatlar 

və 

məktəb-


internatlar da daxildir. Daimi  yaşayanlara yaşayış 

yeri üzrə qeydiyyata alınanlar daxildir. 



 

STATĐSTĐK ASILILIQ

 – əgər birinin ehtimal 

bölgüsü  digərinin  kəmiyyətinin  mümkün  qiymət 

almasından  asılı  deyilsə,  onda  onlar  statistik  asılı 

olmayanlar  hesab  edilirlər  və  iki  təsadüfi 

kəmiyyətin  əlaqəsidir.  Əks  halda,  bu  kəmiyyətlər 

asılı adlanır.  

Đkidən  çox  təsadüfi  kəmiyyətin  müqayisəsində 

onları  qarşılıqlı  qeyri-asılı  adlandırırlar.  Onların 

bölünmə  qaydaları  qalan  təsadüfi  kəmiyyətlərin 

hansı təsadüfi kəmiyyəti almasından asılı deyildir. 

Statistik  asılı  olmamasından  keyfiyyətin  qeyri-

korrelyativliliyi irəli gəlir. Əksinin, ümumiyyətlə, 

yeri yoxdur. 

 

STATĐSTĐK  DƏYƏR

 

– 

vahid 


bazaya 

gətirilmiş  müqavilə  qiymətləri  üzrə  müəyyən 

edilən  əmtəələrin  dəyəridir.  Đdxalın  dəyəri  SĐF 

qiyməti bazasında – ölkə limanı, ya da SĐP – ölkə 

sərhədində  təyinat  məntəqəsi  bazasında  əmələ 

gəlir.  SĐF  (dəyər,  sığorta,  fraxt)  –  əmtəənin  satış 

şərtləridir ki, ona uyğun olaraq əmtəənin dəyərinə 

onun dəyəri və ölkə limanına qədər malın sığorta 

və  nəqliyyat  üzrə  xərcləri  daxil  edilir.  Đxracın 

dəyərinin  FOB  –  ölkə  limanı,  ya  da  DAF  – 

ölkənin sərhədindəki qiymətlərin bazasında əmələ 

gəlir.  FOB  (limanda  sərbəst)  –  malın  qiymətinə 

onun  dəyəri  və  gəmi  limanına  gətirilmə  və 

yüklənmə  üzrə  xərclərinin  daxil  edilməsinə  razı 

olan  malın  satış  müqaviləsidir.  SĐF,  FOB,  SĐP  və 

DAF 


“Đnkoterms-90” 

ticarət 


terminlərinin 

beynəlxalq 

izah  etmə 

qaydaları”na 

uyğun 

müəyyən 


edilir. 

Xarici 


ticarətin 

gömrük 


statistikasında  statistik  dəyər  əsasən  ABŞ  dolları 

ilə  qiymətləndirilir.  Azərbaycan  Respublikasında 

yenidən 

hesablanma 

yükün 

gömrük 


bəyannaməsinin  qəbul  edildiyi  gündə  Mərkəzi 

Bank tərəfindən təyin edilən məzənnə üzrə həyata 

keçirilir. 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin