SORĞU
– statistika müşahidəsi prosesində
toplanılan
məlumatların
əldə
edilməsi
üsullarından biridir. Sorğu zamanı hər bir
müşahidə vahidi haqqında məlumat sorğu
olunanların sözlərinə əsasən yazılır. Sorğu
əsasında əhalinin siyahıyaalma və müayinə
blankları doldurulur.
SORĞU
METODU
–
“Əhalinin
siyahıyaalınması (müayinəsi) metodları”na bax.
SOSĐAL XARAKTERLĐ ÖDƏMƏLƏR
–
müəssisə (təşkilat, idarə) tərəfindən işçilərə
verilən, o cümlədən müalicə, istirahət, gediş
haqqı, işə düzəlmək üçün kompensasiyalar və
sosial güzəştlərdir. Sosial xarakterli ödəmələrə
könüllü tibbi sığorta, həmçinin işçilərin xeyrinə
şəxsi və əmək sığortasına dair bağlanmış
müqavilələr üzrə müəssisələr tərəfindən ödənilən
sığorta (pensiya və səhiyyədən başqa) haqqı, tibb
müəssisələri
xidmətlərinin
ödənilməsi
üzrə
xərclər, işçilərin və onların ailə üzvlərinin
istirahət, müalicə, ekskursiya və səyahətləri üçün
verilən göndərişlərin (putyovkaların) ödənişi,
məktəbəqədər müəssisələrdə uşaqların saxlanma
xərcləri həcmində valideynlərə verilən yardım,
müəssisələrin ləğvi, işçilərin sayının ixtisara
düşməsi və s. ilə əlaqədar onlara verilən maddi
yardım və işə düzəlmə məbləği daxildir (əgər iş
yerində olan sosial müavinətlərə aid edilirsə).
SOSĐAL ƏDALƏT VƏ MƏNƏVĐYYAT
-
əksər
cəmiyyətlərdə
və
ictimai
dəyərlər
sistemində
insan
bədbəxtliyinin
hüdudları
haqqında fundamental xarakter daşıyan anlayışdır.
XVIII əsrdə bu anlayış Adam Smit tərəfindən belə
ifadə olunmuşdur: “Şübhəsiz, heç bir cəmiyyət,
əgər onun üzvlərinin əksər hissəsi yoxsul və
bədbəxtdirsə, çiçəklənə və xoşbəxt ola bilməz”.
SOSĐAL XĐDMƏTLƏR
– uşaqlara, əlillərə,
qocalara və özünə xidmət imkanları məhdud olan
şəxslərin xüsusi kateqoriyalarına sosial köməyin
göstərilməsi
üzrə
xidmətlərdir.
Beynəlxalq
standartlara uyğun olaraq, sosial xidmətin
apardığı sosial iş dedikdə, fərdlərə, ailələrə,
insanlar qrupuna çətinlikləri aşkar etmədə və
onları yardım, müdafiə, reabilitasiya vasitəsi ilə
aradan götürməyə kömək edən peşə fəaliyyəti
başa düşülür. Sosial xidmətin əsas kontingenti
uşaqlar,
yeniyetmələr,
yetkinlik
yaşına
çatmayanlar; həbsdə olanlar və cinayətkarlar;
xəstələr, qocalar və əlillər; sosial güzəştlərdən
istifadə edən ailələr və sairdir. Sosial xidmətə,
xüsusən hamilik işinə namizədlər seçilərkən
psixoloji peşəyə yararlılıq meyarı (özünü yaxşı
tənzimləmə, şəxsi intizam, qayğıkeşlik və s.)
işləyir. Bu onunla bağlıdır ki, sosial xidmətin
çoxprofilli komandaları doğum evlərində, əsəb
592
xəstəxanalarında və digər tibb idarələrində fiziki
çatışmazlıqları olan insanlarla; məhkəmələrdə,
penitensiar müəssisələrində işləyirlər. Sosial
xidmət dövlət, yerli hakimiyyət orqanları,
xeyriyyə cəmiyyətləri tərəfindən, həmçinin xüsusi
layihələr (kommunal proqramlar, xüsusi inkişaf
fondları və s.) vasitəsi ilə maliyyələşir. Bu,
yaşayışı
təmin
etməklə
(yetimlər
üçün
sığınacaqlar,
uşaqlar
üçün
internatlar
və
yataqxanalar, həddi-buluğa çatmamış qanun
pozucuları üçün islahedici evlər, ahıllar üçün,
həmçinin fiziki və əqli çatışmazlıqlı şəxslər üçün
evlər) və ya təmin etməməklə (məsləhətlər,
qəyyumluq, qaçqınlara kömək, işə düzəltmə,
kömək haqqında xahişin ödənilməsi, evdə və ya
digər yerlərdə ayrı-ayrı şəxslərə və ailələrə
göstərilən oxşar xidmətlər) göstərilir.
SOSĐAL
ĐNDĐKATORLAR
–
əhalinin
demoqrafik inkişafı, həyat səviyyəsi və sosial-
iqtisadi tərəqqinin standartlarını əks etdirən
statistik göstəricilər dəstidir. Sosial indikatorlar
sosial-demoqrafik statistikada, əhalinin sosial
rifahı sahəsində (sosial tənzimləyicilər, yaxud
normativlər) istifadə olunur. Cəmiyyətin inkişaf
səviyyəsini ilkin qiymətləndirmək üçün Qərbi
Avropa ölkələrinin metodikasında körpə ölümü
səviyyəsi, bir həkimə düşən sakinlərin sayı,
intihar,
yol-nəqliyyat
hadisələrində
ölüm
hallarının səviyyəsi, ali məktəblərdə tələbələrin
sayı və s. bu kimi sosial indikatorlar var. BMT-
nin tövsiyələrində geniş, müxtəlif istifadə üçün
indikatorlar
qurulduğu
zaman
maksimum
elastiklik yaradan statistik cədvəllər var. BMT-nin
sosial indikatorlar təsnifatı xüsusi nəşrdə “Hand
Book on Social Indicatore” verilir və 11 böyük
bölmədən ibarətdir: əhali, insan məskənləri, ev
təsərrüfatları və ailələr, təhsil sahəsi, sosial
təhlükəsizlik, sağlamlıq və səhiyyə sahəsi, ictimai
qayda-qanun və təhlükəsizlik, vaxtdan istifadə,
iqtisadi təsnifləşdirmə. Hər bölməyə əhalinin 4
qrupuna
aid
baxılır:
qadınlara,
qocalara,
cavanlara, əmək qabiliyyəti olmayanlara. Sosial
indikatorlar mütləq və nisbi (faiz) göstəricilər,
məcmuların
statistik
bölgüsü,
əhalidə
uyğunluqlar,
onun
dinamikası,
demoqrafik
əmsallar, məcmuların illik dəyişmə templəri kimi
təsvir olunur.
SOSĐAL ĐNFRASTRUKTURUN ĐQTĐSA-
DĐYYATI
- assosiasiyalar, qarşılıqlı sığorta
cəmiyyətləri, kooperativ təşkilatlar və ya öz
üzvləri ilə münasibətləri və xüsusilə həmrəylik
məqsədlərini qarşısına qoyan digər hüquqi
təşkilatlar tərəfindən yaradılan və istismar edilən
müəssisələr kompleksidir. Sosial infrastruktur
müəssisələri öz fəaliyyətlərini bazar çərçivəsində
həyata keçirirlər, lakin digər iş, idarəetmə və
gəlirlərin bölüşdürülməsi prinsiplərindən istifadə
edirlər.
SOSĐAL MĐNĐMUM
– sosial cəhətdən məqbul
səviyyədə ailələrin, yaxud tənha şəxslərin tipik
tələbatlarının ödənilməsinə yönəldilmiş istehlak
dəstidir; yaşayış minimumundan sosial-mədəni
təyinatlı əmtəə və xidmətlərin daha geniş çeşidi,
əhalinin cins, yaş, əmək fəallığı və s. üzrə
nümunəvi strukturunun uçotu ilə fərqlənir. Sosial
siyasət sahəsində mütəxəssislərin çoxu sosial
minimuma yalnız informasiya-analitik kateqoriya
kimi baxır.
Sosial minimum hesablamaları 1960-cı illərin
əvvəlində Şərqi və Mərkəzi Avropa ölkələrində
aparılmışdır. Đnkişaf etmiş ölkələrdə “sosial
minimum” termini yoxdur, əhalinin yoxsulluq
problemləri üzrə geniş nəşrlərdə bu terminə ən
yaxını “həyatın minimum standartı“ anlayışıdır.
Bu anlayış, məsələn, fransız ədəbiyyatında
müəyyən
sosial
kateqoriyasının
istehlak
vərdişlərinə cavab verən nemətlərin kəmiyyət və
keyfiyyət dəsti kimi başa düşülür. Buna orta
qazanc səviyyəsində olan ailələrin aşağı, son
yaşayış həddi kimi baxıla bilər. Bu həddən sonra
onlar aztəminatlı dərəcəsinə düşür. Đngilis dilli
ədəbiyyatda
“sosial
minimum”
anlayışına
moderato (orta) kimi ifadə olunan dəst yaxındır.
BMT
nəşrlərində
sosial
minimum
həyat
səviyyəsinə bərabər qəbul olunur.
SOSĐAL MOBĐLLĐLĐK
– sosiologiyada,
demoqrafiyada və iqtisad elmlərində fərdlərin bir
sosial
qrup
və
təbəqələrdən,
sosial-peşə
qruplarından
digərlərinə
keçidin,
onların
cəmiyyətin sosial strukturunda tutduğu yerin
dəyişməsinin ifadəsidir (“sosial yerdəyişmə” və
“sosial hərəkətlilik” terminləri də tətbiq olunur).
Sosial mobillilik anlayışı 1927-ci ildə P.Sorokin
tərəfindən “fərdin, yaxud sosial obyektin, yəni
insan fəaliyyəti ilə yaradılmış və ya modifikasiya
edilmiş hamısının bir sosial mövqedən digərinə”
istənilən keçidi xarakterizə etmək üçün tətbiq
edilmişdi.
Sosial mobillilik həm fərdin sosial strukturunun
dəyişməsi, həm də şəxsi fəallığının ümumi
meylləri ilə bağlıdır. Şaquli sosial mobillilik –
sosial mövqelər sistemində “yuxarı”, yaxud
“aşağı” hərəkət və üfüqi sosial mobillilik – fərdin
eyni bir sosial səviyyədə hərəkət etməsidir və bu
fərqləndirilir. Onun həmçinin baş və ikinci
dərəcəli, tipik və təsadüfi, kütləvi və tək-tək
istiqamətləri və kanalları ayrılır. Sosial mobillilik
sosial mövqelərin bir nəsil, iki (atalar və uşaqlar),
üç (babalar, atalar və uşaqlar) nəsil çərçivəsində
dəyişiklikləri əks etdirir.
593
SOSĐAL MÜAVĐNƏT
- ev təsərrüfatları
tərəfindən alınan və müəyyən hadisə və ya şəraitlə
bağlı baş verən ehtiyacların təmin olunması üçün
nəzərdə tutulmuş cari transferlərdir. Məsələn,
xəstəlik, işsizlik, təqaüdə çıxma, mənzil problemi
və ya ailə vəziyyəti ilə əlaqədar meydana çıxan
ehtiyacların ödənilməsi üçün müəyyən edilmiş
cari transferlər. Đki növ sosial müavinət növü
vardır: sosial sığorta üzrə müavinət və sosial
kömək üzrə müavinət.
SOSĐAL ÖDƏNĐŞLƏR VƏ ĐMTĐYAZLAR
– müəyyən əhali qruplarına maliyyə, natura
şəkilində və digər formada yardım növləri
sistemidir; dövlət, qeyri-dövlət müəssisələri,
ictimai və dini təşkilatlar tərəfindən göstərilir.
Əsas növlərinə pensiyalar, qoca və ahıllara sanitar
yardımlar, ailə müavinətləri, əlilliyə, hamiləlik və
doğuşa,
istehsalat
travmatizmi
və
peşə
xəstəliklərinə görə müavinətlər aiddir. Sosial
ödənişlər və imtiyazların minimum normaları
xüsusi Beynəlxalq Konvensiyada, həmçinin BƏT-
in tövsiyələrində nəzərə tutulmuşdur, onların əsas
ilkin bloku 1933-cü ildə qəbul edilmiş, sonralar
isə modifikasiya olunmuşdur. Dünya praktikasına
iki və çoxtərəfli sazişlər daxil edilmişdir ki,
onlarda da məqsəd, əhalinin miqrasiyasından asılı
olmayaraq,
sosial-əmək
güzəştlərinin
saxlanılmasıdır. Đnkişaf etmiş ölkələr üçün bir sıra
sosial müavinətlərin vahid aşağı hədləri və ölçü
meyarları müəyyən edilmişdir.
Dünya əhalisinin qocalması ona gətirib çıxarır ki,
1970-ci illərin ortalarından sosial ödənişlər və
imtiyazlarda əsas diqqət ahıllara və əlillərə yardım
göstərilməsinə yönəldilir.
SOSĐAL SIĞORTA
– ölkədə işləyənlərin
maddi təminatına və sosial xidmətinə təminat
verən dövlət sosial təminat sisteminin əsas
elementlərindən
biridir.
Qanunla
müəyyən
olunmuş dövlət sosial sığorta haqları müəssisələr,
idarələr, təşkilatlar, fərdi sahibkarlıqla məşğul
olan fiziki şəxslər tərəfindən, həmçinin işçilərin
öz qazancından ödənilir. Đşəgötürən tərəfindən
dövlət sosial sığorta haqlarının ödənilməsi işçini
dövlət sosial sığorta vəsaitləri hesabına təminat
hüququndan məhrum etmir.
Đşçilər, müvafiq hallarda isə onların ailələri sosial
sığorta vəsaitləri hesabına əmək qabiliyyətinin
müvəqqəti itirilməsi üzrə müavinətlə, qadınlar isə
bundan əlavə hamiləlik və doğumla əlaqədar,
uşağa qulluqla bağlı, uşağın doğulması ilə
əlaqədar verilən müavinətlərlə; qocalığa, əlilliyə,
ailə başçısının itirilməsinə görə pensiyalarla təmin
olunur. Đşçi, yaxud onun ailə üzvü vəfat etdiyi
halda, dövlət sosial sığorta vəsaitləri hesabına
onların ailəsinə müavinət verilir. Dövlət sosial
sığorta vəsaitlərindən müəyyən olunmuş qaydada
sığorta
olunmuşların
sanatoriya-kurort
müalicəsinə, istirahətinə, uşaqları üçün sağlamlıq
düşərgələrinin saxlanmasına çəkilən xərclərin
ödənilməsinə istifadə olunur.
SOSĐAL SIĞORTA PROQRAMLARI
–
bu, cari və ya gələcək illərdə muzdlu işçilərə və ya
digər ödəyicilərə, onların himayəsində olanlara və
yaxud sağ qalmış ailə üzvlərinə sosial sığorta üzrə
müavinətlərə hüququ təmin etməkdən ötrü,
əsasında muzdlu işçilər tərəfindən və ya
işverənlərin öz muzdlu işçiləri adından sosial
sığortaya
ayırmaların
ödənilməsinə
dair
proqramlardır. Onlar xüsusi qaydada dövlət
təşkilatları tərəfindən təşkil edilə bilər. Sosial
sığorta üzrə müavinətlər pul və ya natura
formasında verilə bilər.
SOSĐAL SIĞORTALAR ÜZRƏ MÜAVĐ-
NƏTLƏR
– sosial sığortalar üzrə müavinətlər
kimi təsnifləşdirilməsi üçün, transferlər sosial
sığorta proqramlarının təşkilinə uyğun olaraq
verilməlidir. Sosial sığortalar üzrə müavinətlər
sosial təminatın ümumi proqramlarına, sosial
sığortanın xüsusi fondlarının proqramlarına və ya
sığorta təşkilatları və pensiya fondları formasında
üçüncü tərəf cəlb edilmədən hazırkı və ya keçmiş
muzdlu işçilərin xeyrinə işverən tərəfindən təşkil
olunan, fondlarla əlaqədar olmayan proqramlara
görə verilə bilər.
SOSĐAL SIĞORTAYA AYIRMALAR
– 1)
əmək qabiliyyətini itirmiş işçilərin saxlanması
üçün nəzərdə tutulmuş fondlara (pensiya, sosial
sığorta, tibbi sığorta) ayırmaların məcmusudur.
Đşə götürənlər, muzdlu işçilər, muzdla işləyən
şəxslər, muzdsuz işləyən şəxslər və məşğul
olmayan şəxslər tərəfindən həyata keçirilən
ödəmələrdir; 2) sosial sığorta üzrə müavinət
ödənişlərinin vəsait təminatı üçün sosial sığorta
proqramları üzrə faktiki və ya şərti hesablanmış
ödənişlərdir.
SOSĐAL SIĞORTAYA XƏRCLƏR
– öz
işçilərinin sosial müavinət hüquqlarını təmin
etmək üçün işverənlər tərəfindən sosial sığortaya
ödənilən vəsaitin məbləğidir.
Đşverənlərin sosial sığortaya xərcləri – işçilərinə
yaşına görə pensiya, xəstəlik, hamiləlik və doğuş,
əlillik, istehsalda zədələnmə və xəstəliklə bağlı
işsizliyinə görə müavinəti, ailə müavinətini təmin
etmək üçün proqram üzrə, həmçinin digər
proqramlar
üzrə
onların
sosial
sığortasına
ödəmələri (üzvlük haqlarını) birləşdirir.
594
Bu xərclərə bütün muzdlu işçilərin, o cümlədən
evdə iş görənlərin və şagirdlərin xərcləri də daxil
edilir.
Onların qanunla müəyyənləşdirilməsi, kollektiv
müqavilələrlə, sazişlər və ya könüllülük xarakteri
daşıması hesab olunmasından asılı olmayaraq,
bütün proqramlar üzrə xərclər daxil edilir.
Đşverənin xəstəlik, istehsalat zədələri, hamiləlik və
ya iş vaxtının ixtisara salınması hallarında əmək
haqqı ödənilməsini davam etdirdiyi fəhlə və
qulluqçulara müəssisələrdə qəbul edilmiş uçot
sistemlərindən asılı olaraq, bu göstəricidə və ya
ümumi əmək haqqında nəzərə alına bilər.
Đqtisadiyyatda sosial sığorta xərclərini aşağıdakı
kimi bölmək olar:
Đşverənlərin sosial sığortaya faktiki ödəmələri, iş
verənlərin öz işçilərinin xeyrinə sığortaçılara
(sosial sığorta fondlarına və qeyri-dövlət və
xüsusi fondlara) ödəmələrdən ibarətdir. Bu
ödəmələr qanunvericiliklə müəyyən edilmiş,
müqavilə və ya sazişlərlə şərtləndirilmiş sosial
risklərin və ehtiyacların sığortalanması üzrə
könüllü ödəmələri (üzvlük haqlarını) əhatə edir.
Đşverənlərin sosial sığortaya şərti hesablanmış
ödəmələri (üzvlük haqları) özündə məcburi və
könüllü üzvlük haqlarının ekvivalentini (işçilərin
özlərinin sosial sığortaya mümkün üzvlük haqları
istisna olmaqla) əks etdirir və iş verən tərəfindən
öz işçilərinə və ya keçmiş işçilərinə, yaxud da
onları almağa hüququ olan digər şəxslərə sığorta
şirkətlərinin və ya muxtar pensiya fondlarının
iştirakı olmadan və bu məqsəd üçün xüsusi fond
və ya ayrıca ehtiyat yaratmadan, bir başa ödənilir.
məcburi
f
könüllü
müəssisələr
statistikası
faktiki
şərti
hesablanmış
milli hesablar
birbaşa
yığıla bilər
hesablamalar
üzrə
cəmlənmiş
Sosial sığortaya könüllü ödəmələr (üzvlük
haqları) də, həmçinin işverənlər üçün xərclər
hesab edilir.
SOSĐAL SIĞORTAYA KÖNÜLLÜ ÖDƏ-
MƏLƏR VƏ ĐŞÇĐ QÜVVƏSĐNƏ DĐGƏR
XƏRCLƏR
– məcburi proqramlardan əlavə,
sosial xeyriyyə yardımlarının dəyəridir. Bu,
bilavasitə özünün hazırkı və keçmiş işçilərinə və
yaxud istehsal zədəsi və ya ailədə ağır itki və s.
hallarda birdəfəlik pul ödənişi kimi ödəmələrə
hüququ olan şəxslərə verilən yardımdır.
SOSĐAL STATĐSTĐKA
– sosial prosesləri və
hadisələri öyrənən və təsvir edən statistika
sahəsidir. Sosial statistikanın əsas məqsədi sosial
siyasətin həyata keçirilməsi və effektivliyinə
nəzarət etmək, iqtisadi inkişafın nəticələrini
əhalinin rifah halı, həyat səviyyəsinin ölçülməsi
nöqteyi-nəzərdən qiymətləndirmək üçün statistik
göstəricilərin işlənib hazırlanması və onlardan
istifadədir (“Sosial indikatorlar”a bax).
Sosial
statistika
sahəsində
hər
il
Böyük
Britaniyada
buraxılan
“Sosial
Trends”
ən
qocaman dövri nəşr hesab olunur, orada analitik,
diskussiya
materialları,
məqalələr,
statistik
cədvəllər verilir. BMT çərçivəsində sosial,
demoqrafik
və
statistikanın
başqa
qonşu
sahələrinin inteqrasiyası üçün əsaslar işlənib
hazırlanmışdır, sosial statistikanın universal
göstəricilər sistemi işlənmişdir (Social indicators:
guidelines and illustrative series, N.Y.,1978);
xüsusi
beynəlxalq
proqramlarla
(“Qadının
onilliyi”, “Əlillərin onilliyi”, “2000-ci ilə hamı
üçün
sağlamlıq”
və
s.)
əlaqədar
sosial
göstəricilərin
tərtib
olunması
üzrə
daima
metodoloji iş aparılır. ĐƏĐT ölkələri üzrə birinci
göstəricilər toplusu 1986-cı ildə nəşr olunmuşdur
(Living conditions in OECD countries: a
compendium of social indicators, P., 1986). Bir
sıra tematik (mövzu) məcmuələr UNĐSEF-lə
birlikdə dərc olunur.
SOSĐAL TƏMĐNAT
– 1) öz təşkilati strukturu
vasitəsilə işçi və qulluqçuları, bəzən isə öz şəxsi
işləri ilə məşğul olan şəxsləri sosial müdafiə
mexanizmləri ilə idarə edir. Qismən müəssisələr
tərəfindən qoyulan əmanətlərlə maliyyələşdirilən
sosial təminat orqanları statistiklər üçün tükənməz
məlumat
mənbəyi
olan
inzibati
registrin
aparılması və idarə edilməsini həyata keçirirlər; 2)
vətəndaşların qocalıq dövründə, müvəqqəti əmək
qabiliyyətini itirmə dövrlərində, ailə başçısı
itirildikdə
maddi
təminatına;
ana
olmuş
qadınların, orta gəlirdən nisbətən aşağı gəlirləri
olan ailələrin və digərlərinin müavinətlə təmin
edilməsi və güzəştlər verilməsinə zəmanət verən
sosial-iqtisadi
tədbirləri
qanunvericiliklə
möhkəmləndirilmiş sistemdir. Sosial təminat
dövlət
idarələri,
yaxud
qanunverici
orqan
qarşısında məsul olan hökumət orqanı tərəfindən
idarə olunur. Sosial təminat sistemi eyni zamanda
xəstəxanalarda,
ambulatoriya-poliklinika
müəssisələrində; sanatoriya-kurort müalicələrində
pulsuz, ya da güzəştli tibbi yardım və müayinəyə;
qocalar və əlillərin internat-evlərində, uşaqların
məktəbəqədər
müəssisələrində,
sağlamlıq
düşərgələrində saxlanmasına zəmanət verir. Sosial
təminatın əsas növü qocalıq, əlillik, ailə başçısının
itirilməsi hallarına və s. görə pensiya hesab edilir.
595
Sosial təminat sahəsində beynəlxalq hüquq
sisteminin əsas məzmunu BƏT-in tövsiyələrində
verilmişdir. Sosial təminatın minimum normaları
xüsusi beynəlxalq konvensiya ilə, həmçinin BƏT-
in digər konvensiya və tövsiyələrində nəzərdə
tutulmuşdur, onların əsas ilkin bloku 1933 ildə
qəbul
edilmiş,
sonralar
isə
modifikasiya
olunmuşdur. Đnkişaf etmiş ölkələr üçün əlilliyə,
qocalığa,
ailə
başçısının
itirildiyinə
görə
müavinətlərin vahid aşağı (minimum) həddi
müəyyən edilmişdir; həmçinin bu müavinətlərin
yuxarı (maksimum) hədləri də mövcuddur.
Sosial təminatın vacib istiqamətlərindən biri sosial
sığortadır:
xəstəliyə,
əlilliyə,
ölümə
görə
sığortalanma; istehsalda bədbəxt hadisələrdən;
pensiya sığortası; əlavə pensiya və s. Sosial
təminat fondları adətən sosial xərclərin
3
1
həcmini təşkil edir.
Dostları ilə paylaş: |