STATĐSTĐKA MƏLUMAT-HESABLAMA
SĐSTEMĐNĐN TEXNĐKĐ VASĐTƏLƏRĐ
(SMHS)
– müasir tələblərə uyğun olaraq,
statistika məlumat-hesablama sisteminin vasitələri
ilə yeni texnologiyalar əsasında məlumatların
toplanmasının,
ötürülməsinin,
işlənməsinin,
yığımının
və
təqdim
edilməsinin
həyata
keçirilməsinə yönəldilmiş inkişaf vasitəsidir.
Texniki siyasətin formalaşması zamanı hesablama
texnika
vasitələrinin
və
məlumatların
ötürülməsinin
proqram
təminatının
inkişafı
sahəsində
müasir
meyllər
nəzərə
alınır.
Statistikanın texniki bazasının inkişafının əsas
vəzifəsi yaradılmış lokal hesablama şəbəkəsinin,
yeni informasiya texnologiyalarının tətbiqi üçün,
güclü serverlər və işçi stansiyalarla təchiz
edilməsinin müasirləşdirilməsidir.
STATĐSTĐKA MÜŞAHĐDƏSĐ
– sosial-
iqtisadi həyatda baş verən hadisə və proseslər
haqqında,
onların
mühüm
əlamətlərinin
əvvəlcədən
işlənib
hazırlanmış
müşahidə
proqramı
üzrə
planlı,
elmi
cəhətdən
əsaslandırılmış şəkildə məlumatların yığılmasıdır.
Statistika müşahidəsinin məlumatları özündə
müşahidə olunan obyekt haqqında ilkin statistik
məlumatları əks etdirir ki, bu da ümumiləşdirilmiş
xarakteristikaları
almaq
üçün
əsas
sayılır.
Statistika müşahidəsi statistik tədqiqatların ilk
əsas mərhələlərindən biri hesab edilir. Statistika
müşahidəsi başdan-başa və qeyri-ümumi, fasiləli
və fasiləsiz ola bilər (“Başdan-başa müşahidə”yə,
“Qeyri-ümumi
müşahidə”,
“Fasiləli
müşahidələr” və “Fasiləsiz müşahidə”yə bax).
Statistika müşahidəsinin iki tipi mövcuddur:
statistika hesabatı və xüsusi təşkil olunmuş
müşahidə.
STATĐSTĐKA NƏŞRLƏRĐ
– məruzələr,
külliyyatlar, məcmuə və bülletenlər, bukletlər,
jurnallar, xülasələr, mətbu-buraxılışlar və s.
məlumat-təhlil materialları şəklində təqdim edilən
və geniş yayılma üçün nəzərdə tutulmuş işlənmiş
statistik məlumatlar sistemidir. Mövcud statistika
nəşrləri
sistemi
statistik
məlumatların
istehlakçıları üçün bərabər girişi və kifayət qədər
tam informasiya və təhlil bazasını təmin edir.
Müasir şəraitdə dövlət idarəetmə orqanları
tərəfindən rəsmi statistika nəşrləri buraxılır.
Azərbaycan Respublikasında Dövlət Statistika
Komitəsi ilə yanaşı, özünün məlumat yığma və
işləmə sistemi olan digər nazirlik və idarələr
(Maliyyə Nazirliyi, Daxili Đşlər Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Mərkəzi Bank, Dövlət
Miqrasiya
Xidməti
və
s.)
tərəfindən
də
məlumatlar nəşr olunur.
Bundan başqa, müxtəlif təşkilatlar, eyni zamanda
kommersiya təşkilatlarının sifarişi ilə iqtisadi və
sosial xarakterli müəyyən məlumatlar üzrə sorğu,
hər cür müayinə keçirən müxtəlif elmi mərkəzlər,
agentliklərin işləyib hazırladıqları qeyri–rəsmi
xarakterli statistik məlumatlar nəşr olunur.
Rəsmi statistika nəşrləri sistemi arasında aparıcı
yeri hər il təsdiq olunan “Statistik nəşrlərin
kataloqu”
əsasında
buraxılan
Azərbaycan
Respublikası
Dövlət
Statistika
Komitəsinin
nəşrləri tutur. Bu statistika nəşrlərinə həm rəsmi
statistika orqanları sistemi üzrə, həm də ayrı-ayrı
nazirlik və idarələr tərəfindən Dövlət Statistika
Komitəsinə
rəsmi
olaraq
təqdim
olunan
məlumatlar əsasında toplanmış və işlənmiş
məlumatlar daxil edilir (Səhiyyə Nazirliyi,
Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi və s.).
Dövlət Statistika Komitəsinin bütün statistika
nəşrlərinin
hazırlanmasında
cari
statistika,
əhalinin siyahıyaalınması, bir sıra seçmə və
birdəfəlik müayinələrin materiallarından istifadə
olunur.
Dövlət Statistika Komitəsinin rəsmi statistika
nəşrləri arasında əsas yeri illər üzrə ölkənin sosial-
iqtisadi vəziyyətini daha tam xarakterizə edən
statistik külliyyatlar tutur. Onlar iki qrupa
bölünür.
Birinci qrupa hər il buraxılan toplu statistika
külliyyatları daxildir: “Azərbaycan rəqəmlərdə”
qısa statistik külliyyatı və “Azərbaycanın statistik
göstəriciləri”. Belə külliyyatlar geniş proqram
üzrə buraxılır və bu külliyyatlara ölkənin
iqtisadiyyatı, maliyyə, qiymət, ticarət, təbii
ehtiyatlar, əhalinin həyat səviyyəsi, əhalinin sayı
və tərkibi, əmək ehtiyatları, məşğulluq və digər
sosial-iqtisadi göstəriciləri haqqında bir sıra illər
üzrə müxtəlif məlumatlar daxil edilir. Bir çox
göstəricilər
“Azərbaycanın
statistik
göstəriciləri”ndə
rayonların,
regionların,
Azərbaycan Respublikasının tərkibində olan
muxtar respublikanın iqtisadiyyatı üzrə verilir.
1995-ci ildən ingilis dilinə tərcümə ilə birlikdə
“Azərbaycan rəqəmlərdə” qısa statistik külliyyat
da buraxılır.
607
Đkinci qrupa həm illik, həm də böyük dövriliklə
buraxılan sahə və tematik statistik külliyyatlar
aid
edilir:
“Azərbaycanın
regionları”,
“Azərbaycanın
demoqrafik
göstəriciləri”,
“Azərbaycanda ailələr”, “Azərbaycanda qadınlar
və
kişilər”,
“Azərbaycanda
uşaqlar”,
“Azərbaycanın milli hesabları”, “Azərbaycanın
sənayesi”,
“Azərbaycanın
kənd
təsərrüfatı”,
“Kənd təsərrüfatı müəssisələrinin və ailə kəndli
təsərrüfatlarının
əsas
iqtisadi
göstəriciləri”,
“Azərbaycanda
ərzaq
təhlükəsizliyi”,
“Azərbaycanda
tikinti”,
“Azərbaycanın
nəqliyyatı”,
“Azərbaycanda
informasiya
cəmiyyəti” “Azərbaycanda telekommunikasiya və
poçt”, “Azərbaycanın yanacaq-enerji və material
resursları
balansı”,
“Ticarət
və
xidmət”,
“Azərbaycanın xarici ticarəti”, “Əmək bazarı”,
“Azərbaycanda
qiymətlər”,
“Maliyyə”,
“Azərbaycanda təhsil, elm və mədəniyyət”,
“Azərbaycanda
ətraf
mühit
və
səhiyyə”,
“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar”.
Belə nəşrlərdə daha hərtərəfli statistik məlumatlar
verilir.
Ümumi
göstəricilərlə
bərabər
iqtisadiyyatın sektorları, fəaliyyət növlərinin
məlumatları üçün xarakterik olan çoxlu spesifik
göstəricilər daxil edilir. Bu cür statistik nəşrlərdə
göstəricilərin əhatəsi daha genişdir və ümumilikdə
Azərbaycan üzrə yox, həm də regionlar üzrə
verilir.
Eyni
zamanda,
müəyyən
tarixi
günlərə,
Ümumdünya konfranslarına və s. statistik
külliyyatların buraxılışı tətbiq edilir.
Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsi
statistika
nəşrlərini
siyahıyaalma,
birdəfəlik və seçmə müayinələrin nəticələrinə
görə də təşkil edir.
“Azərbaycanda sosial-iqtisadi vəziyyət” haqqında
aylıq məruzə əsasında, sonuncu ay ərzində
ölkənin iqtisadiyyatında baş verən dəyişikliklər
haqqında cari məlumatları, eyni zamanda il
ərzində əsas meyllərin xarakteristikasını tərkibinə
daxil edən “Sosial-iqtisadi inkişaf” xülasəsi
buraxılır. Xülasədə makroiqtisadi göstəricilər,
ümumi daxili məhsul, istehsalın sahələri, qeyri-
iqtisadi fəaliyyətlər, istehlak bazarı və əmək
bazarında qiymətlər, maliyyə, həyat səviyyəsi və
əhalinin gəlirləri haqqında materiallar verilir.
Xülasəyə cədvəllər və qrafiklərdən başqa, qısa
təhlili məlumatlar da daxil edilir.
Dövlət Statistika Komitəsində daha aktual
məsələlər üzrə, əsasən mətn və cədvəldən
meydana gələn 1-2 səhifəlik mətbu-buraxılışlarda
hazırlanır.
Bu
məlumatlar
qiymətlərin
səviyyəsində,
işsizlikdə,
istehlak
bazarının
vəziyyətində, əhalinin pul gəlirlərində və yaşayış
minimumunun
kəmiyyətində,
müəssisələrə
ödəmələr və xərclərdəki olan dəyişikliklər
haqqında olur. Mətbu-buraxılışlar mütləq Dövlət
Statistika Komitəsinə istinad edilməklə, kütləvi
informasiya vasitələrində yayılma üçün nəzərdə
tutulmuşdur.
STATĐSTĐKA TƏDQĐQATLARI
– özündə
statistik məcmular (müşahidələr) haqqında kütləvi
məlumatların yığılmasını, onların işlənməsini
(qruplaşdırılmasını,
yekunlaşdırılmasını)
və
statistik qanunauyğunluqların aşkar edilməsi
məqsədi ilə əldə edilən nəticələrin təhlilini
birləşdirir.
Statistika tədqiqatlarının birinci mərhələsi eyni
proqram üzrə elmi cəhətdən təşkil olunmuş
ictimai həyat prosesləri və hadisələri haqqında
faktların uçotu və bu uçot əsasında əldə edilmiş
kütləvi ilkin məlumatların yığılmasıdır. Đlkin
statistik materialların yığılması iki üsulla təşkil
edilə bilər: iqtisadi subyektlərdən statistik
hesabatların müntəzəm olaraq əldə edilməsi yolu
ilə və birdəfəlik xüsusi statistik müayinələrin
təşkili vasitəsilə. Məcmu vahidlərin əhatəliliyinə
uyğun olaraq, statistik müşahidələr iki yerə ayrılır:
ümumi və qeyri ümumi. Öz növbəsində qeyri
ümumi
müşahidə
seçmə,
əsas
massivin
müşahidəsi, anket, monoqrafiya müşahidələrinə
bölünür. Statistik müşahidələrin ayrı-ayrı növləri
arasında vəzifəsi hər bir statistik məcmu vahidi
üzrə hər hansı hadisənin sayının tam uçotu və
tərkibinin xarakteristikası haqqında məlumatların
əldə olunmasında siyahıyaalmaya xüsusi fikir
verilir.
STATĐSTĐKA UÇOTU
- əvvəlcədən tərtib
edilmiş proqram əsasında, onların mühüm
əlamətlərinin müşahidəsi üzrə ictimai həyatın
hadisə və prosesləri haqqında məlumatların
qeydiyyatı yolu ilə planlı və elmi cəhətdən
əsaslandırılmış şəkildə toplanmasıdır. Statistika
uçotunun əsas vəzifələri aşağıdakılardan ibarətdir:
kəmiyyət münasibətlərinin tədqiqatı vasitəsilə
kütləvi ictimai hadisələrdə əlaqələrin səbəblərini
öyrənməkdir (bilməkdir); elmi əsaslandırılmış
göstəricilər sistemi əsasında cəmiyyətdə baş verən
dərin iqtisadi və sosial proseslərdə dəyişikliklərin
hərtərəfli tədqiqatı, ölkənin iqtisadi inkişaf
meyllərinin
ümumiləşdirilməsi
və
proqnozlaşdırılması, istehsalın mövcud səmərəli
ehtiyatlarının aşkar edilməsi, qanunvericilik
hakimiyyətinin, idarəetmə, icra və təsərrüfat
orqanlarının, həmçinin geniş ictimaiyyətin etibarlı
məlumatlarla
vaxtında
təmin
edilməsində
statistika uçotunun spesifik tərəfi müəyyən vaxtla
və yerlə bağlı, konkret - tarixi şəraitdə ictimai
hadisələrin kəmiyyətcə öyrənilməsidir. Statistika
uçotunda istifadə olunan özünəməxsus statistik
608
xüsusiyyət
onların
keyfiyyət
və
kəmiyyət
xüsusiyyətlərinin ayrılmaz (qırılmaz) vəhdətidir.
Statistika uçotu ucdantutma və qeyri-ucdantutma,
fasiləli və fasiləsiz ola bilər. Statistika uçotunun
iki növü mövcuddur: rəsmi statistika hesabatı və
xüsusi təşkil edilmiş müşahidə.
STATĐSTĐKADA MÜƏSSĐSƏLƏRĐN MA-
LĐYYƏ VƏZĐYYƏTĐNƏ GÖRƏ QRUP-
LAŞDIRILMASI
– müəssisələrin öyrənilən
məcmusunun maliyyə vəziyyəti, bazarın digər
subyektlərlə ödəmə və hesablaşma vəziyyəti,
maliyyə sabitliyi (davamlılığı) və ödəmə (tədiyyə)
qabiliyyəti üzrə bölüşdürülməsini xarakterizə edir.
Təhlilin məqsədindən asılı olaraq, aşağıdakı
qruplaşdırmalardan istifadə edilir: 1) maliyyə
nəticələri üzrə - mənfəət əldə etmiş və zərərə
düşmüş müəssisələr üzrə yekunlar işlənir; 2)
kiçik biznes müəssisələri üzrə - mənfəət və
gəlirlərin həcmi üzrə qruplaşmalar aparılır; 3)
ödəmə qabiliyyəti üzrə - vaxtı keçmiş debitor və
kreditor borclarına malik müəssisələr, həmçinin
ödəmə qabiliyyəti əmsalı üzrə müəyyənləşdirilmiş
intervala düşən müəssisələr ayrılır. Məsələn, cari
satıla bilmə əmsalı üzrə (“Ödəmə qabiliyyəti
əmsalları”na
bax)
qruplaşma
hazırlanarkən
aşağıdakı intervallar (sərhədlər) işlədilir (%-lə): 0-
50, 51-100, 101-150, 151-200, 200-dən yuxarı.
Hər bir intervala (sərhədə) düşən müəssisə onların
xarakterinə (təşkilatların ümumi sayına %-lə),
işçilərin orta siyahı sayına (işçilərin ümumi sayına
%-lə), kreditor və debitor borclarının həcminə
(ümumi məbləğə %-lə) görə xarakterizə olunur.
STATĐSTĐKADA
SEÇMƏ
–
seçmə
müşahidəsində seçmə məcmusunun təşkil
edilməsi prosesidir (“Seçmə müşahidəsi”nə bax).
STATĐSTĐKANIN
MƏLUMAT-HESAB-
LAMA SĐSTEMĐ (SMHS)
– hesablama
texnikasının, proqram vasitələrinin və yeni
texnoloji nəticələrin tətbiq edilməsi əsasında ölkə,
Muxtar Respublika, rayon (şəhər) səviyyələrində
statistik məlumatların toplanması, işlənməsi,
saxlanması, yığılması, aktuallaşdırılması, təhlili,
təqdim edilməsi, yayılması, istifadə edilməsi və
mühafizəsi proseslərinin avtomatlaşdırılmış metod
və vasitələrinin məcmusudur.
STATĐSTĐKANIN
MƏLUMAT-HESAB-
LAMA SĐSTEMĐNDƏ SORĞU STATĐS-
TĐKASI
– bu və ya digər sorğuya cavabı həyata
keçirən,
məlumat
bazası
sisteminin
sorğu
növlərinin və dəstlərin siyahısıdır.
STATĐSTĐKANIN
MƏLUMAT-HESAB-
LAMA SĐSTEMĐNĐN STANDARTLARI
–
sahə standartları və razılaşmalarının nümunəvi
standart həllidir. Özündə aşağıdakıları birləşdirir:
1) məlumatların elektron işlənməsi kompleksləri,
o cümlədən məlumat bankları və elektron-
nəşriyyat sistemləri ilə interfeyslərə tələbat üzrə
razılaşmanı; 2) statistik məlumatın tele-işlənmə
sisteminə (SMTS), o cümlədən SMTS-nin
məsafədən toplama sistemi ilə elektron-poçtun
interfeysi, kütləvi məlumatların mübadiləsində
olduğu kimi, məlumat bazaları ilə iş; elektron poçt
standartları; 3) elektron-nəşriyyat sistemləri üzrə
razılaşmanı.
STRATA – 1) müəyyən edilmiş meyarlara uyğun
olaraq seçilmiş, ümumilikdə bölməni müəyyən
etməyə imkan verən müəssisələrin, yaşayış
məntəqələrinin
məcmusunun
təbəqəsidir
(kəsiyidir).
2) Seçmə məcmuda sətir və sütun kəsişməsidir.
STRATEJĐ MARKETĐNQ MATRĐSĐ
–
bazarda firmanın mövqeyini qiymətləndirməyə və
marketinq strategiyasının işlənib hazırlanmasına
imkan verən məkan (zaman) modelidir. Strateji
marketinq matrisası (bəzən də strategiya şəbəkəsi
adlandırılır) 1957-ci ildə amerikalı iqtisadçı
Đ.Ansoffo tərəfindən təklif edilmiş və sonralar bir
sıra tədqiqatçılar tərəfindən təkmilləşdirilmişdir.
Bu matrisa müvafiq kəmiyyət və keyfiyyəti
xarakterizə edən iki amilin (və yaxud iki
kompleks amilin inteqral xarakteristikasının)
koordinatla kəsişməsini əmələ gətirir. Strateji
marketinq matrisası aşağıdakı sxemə malikdir:
B
az
ar
d
ak
ı
v
əz
iy
y
ət
1
A1B1
→
C1
PH
A1B2
→
C2
PH
2
A2B1
→
C2
PC
A2B2
→
C3
PB
1
2
Firmanın potensialları
Rəqəmlərlə hər bir amilin keyfiyyət qiymətləri
xarakterizə edilir: 1 – münasib vəziyyət (güclü
potensial); 2 – qeyri-münasib vəziyyət (zəif
potensial)
deməkdir.
Bu
xarakteristikalar
kəmiyyətcə
ifadə
oluna
bilər:
inteqral
xarakteristika üçün amillərin çoxölçülü balla
qiymətləndirilməsindən istifadə edilir ki, bu da
kəmiyyət və keyfiyyət qiymətləndirmələrinin
birləşdirilməsinə imkan verir. Hər bir amilə
ekspert qaydasında bazardakı vəziyyətə təsirinə və
firmanın potensialına (F
1
) görə çəki verilir; j
amilinin ayrıca i xarakteristikası üçün (Q
ij
) balı
müəyyənləşdirilir. Đnteqral xarakteristika özündə
orta kəmiyyəti əks etdirir
609
,
∑
∑
=
n
j
j
n
j
j
ij
F
F
Q
Q
burada n, j – x amillərinin sayıdır. Adətən,
∑
n
j
j
F
1-ə bərabər olur.
Firmanın mövqeyinin reytinqi AB inteqral
göstəricilərinin (strateji indeksin) orta həndəsi
hesablanması
və
yaxud
firmanın
müvafiq
kvadrant
matrisalarına
düşməsi
kimi
müəyyənləşdirilir. A1B1 kombinasiyası əlverişli
vəziyyəti və firmanın güclü potensialını bildirir,
riskin aşağı (PA)
səviyyəsini
və
hücum
strategiyasının (C1) seçilmə imkanlarını göstərir.
Əlverişsiz şəraitin və zəif potensialın birləşməsi
(A2B2) yüksək riskin (PB) olmasını göstərir və
bazardan çıxaraq, çəkilmə strategiyasını (C3)
diktə edir. Qalan iki kvadrant özündə yaxşı və pis
amillərin (A1B2 və A2B1) kombinasiyalarını əks
etdirir ki, bunlar da orta, mümkün riskə (PC)
uyğun gəlir və müdafiə strategiyası (C2) tövsiyə
edilir. Qruplaşdırma iki və daha çox əlamətlərə
görə aparıla bilər və bu halda kvadrantların
(sahələrin) sayı çox, aralıq variantlar hesabına
strategiyanın seçilməsi geniş ola bilər.
STRUKTUR BĐZNES STATĐSTĐKASI
-
müəssisələrin strukturuna və fəaliyyət növünə
uyğun olaraq, illik müşahidə əsasında toplanan
məlumatları
əhatə
edir.
Struktur
biznes
statistikasının əsas məqsədi sahibkarlıq sahəsində
müəssisələrin strukturu və fəaliyyəti haqqında
müəyyən
olunmuş
göstəricilər
üzrə
vahid
metodologiya əsasında müşahidələrin təşkili,
məlumatların toplanması və yayılmasını təmin
etməkdir. Biznes statistika əsas etibarilə Avropa
Đttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri
əsasında Avropa Statistika Bürosu tərəfindən
müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və
müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Avrostatın tövsiyələrinə uyğun olaraq, biznes
fəaliyyəti Đqtisadi Fəaliyyət Növləri Təsnifatına
görə, iqtisadiyyatın B - Mədənçıxarma sənayesi,
C - Emal sənayesi, D - Elektrik enerjisi, qaz,
buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, E
- Su təchizatı; Çirkli suların və tullantıların
təmizlənməsi, F – Tikinti, G - Topdan və
pərakəndə
ticarət;
Avtomobillərin
və
motosikletlərin təmiri, H - Nəqliyyat və anbar
təsərrüfatı, Đ - Yaşayışın təşkili və ictimai iaşə, J -
Đnformasiya və rabitə, K - Maliyyə və sığorta
fəaliyyəti, L - Daşınmaz əmlakla əlaqədar
əməliyyatlar, M - Peşə, elmi və texniki fəaliyyət,
N - Đnzibati və yardımçı xidmətlərin göstərilməsi,
P - Təhsil, Q - Əhaliyə səhiyyə və sosial
xidmətlərin göstərilməsi, R - Đstirahət, əyləncə və
incəsənət
sahəsi
seksiyalarında
cəmləşən
müəssisələrin fəaliyyətindən ibarətdir. Beynəlxalq
təcrübədə biznes statistikası göstəriciləri əsasən
struktur biznes statistikası və qısamüddətli biznes
statistikası göstəricilərinə bölünür. Struktur biznes
statistikaya 300-dən çox göstərici aiddir və onlar
xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Yerli
vahidlərinə,
işçilərinin
sayına,
investisiya
qoyuluşlarının həcminə, başqa ölkələrdə yerləşən
vahidlərinə görə müəssisələrin sayı və onların
bölgüsünə dair 25, məhsul buraxılışı, istehsal,
mənfəət və s. bağlı 14, əmtəə və xidmətlərin
sifarişi, qalıqlar, əmək haqqı xərcləri ilə bağlı 9,
torpağa, bina və tikililərə, proqram təminatına və
s. üzrə investisiyaya dair 8, yeni yaranmış
müəssisələrdə, fəaliyyət göstərən müəssisələrdə
çalışan işçilərin sayı, iş vaxtı üzrə 24, satış
məntəqələri ilə bağlı 2, sənaye, tikinti, xidmət
sahələri üzrə dövriyyə ilə bağlı 10, öhdəliklər,
xərclər, sığorta, vergilər, mənfəət, zərər və digər
maliyyə göstəriciləri ilə bağlı 63, maliyyə
investisiyaları, qiymətli kağızlar haqqında 21,
maliyyə təminatı, borclar, kapital və ehtiyatlarla
bağlı 18 və s. istiqamətlər üzrə göstəricilər
struktur biznes statistikanın əsas göstəriciləri
hesab olunurlar.
Dostları ilə paylaş: |