TƏSNĐFAT
- təsnifləşdirmə qruplarının və (və
ya) təsnifat obyektlərinin adlarının və kodlarının
sistemləşdirilmiş toplusunu əhatə edən normativ
sənəddir. Tətbiq olunma sahəsindən və təsdiq
edilmə (qəbul edilmə) səviyyəsindən asılı olaraq,
təsnifat aşağıdakı kateqoriyalara bölünür: ölkə
üzrə milli, sahələr (idarə) və müəssisələr
təsnifatına.
Öz
statusuna
görə
təsnifatlar
standartların müvafiq kateqoriyalarına bərabər
tutulur. Təsnifatların qurulmasında irəli sürülən
tərkibin, strukturun və tələblərin təsvirində
aşağıdakı termin və təriflərdən istifadə edilir.
Təsnifatın tutumu (həcmi) – təsnifatın saxlaya
bildiyi mövqelərin ən çox olan miqdarıdır. Qəbul
edilmiş kodlaşdırma metodlarını və kodun
strukturunu nəzərə almaqla, bu göstərici bütün
mümkün kodlaşdırma kombinasiyaları nəticəsində
təsnifatda kodlaşdırıla biləcək məlumatların
həcmini
qiymətləndirməyə
imkan
verir.
Təsnifatın ehtiyat tutumu – təsnifatda boş
(sərbəst) mövqelərin miqdarıdır. Təsnifata yeni
mövqelər
daxil
etməklə
onun
genişlənmə
imkanlarını xarakterizə edir. Təsnifatın mövqeyi –
təsnifləşdirmə qrupunun və ya təsnifat obyektinin
ad və kodlarıdır. Təsnifatın mövqeyinin tərkibinə
kodların mümkün səhvlərdən qorunması üçün
nəzarət rəqəmləri və təsnifləşdirmə qruplarının
xarakteristikası üçün əlavə əlamətlər də daxil
edilə bilər.
TƏSNĐFATIN APARILMASI
– (I) təsnifatın
düzgün vəziyyətdə saxlanmasıdır. Təsnifatların
aparılması, onun tərkib hissəsi hesab edilən və
tərkibində olan kodların, qrupların və ya digər
məlumatların daxil edilməsi, ləğv edilməsi və
dəyişdirilməsinə
aid
olan
dəyişikliklərin
aparılmasından ibarətdir. Dəyişikliklər təsnifatın
girişində, təsnifatda istifadə edilən qruplaşmaların
mahiyyətinin
açılmasının,
kateqoriyaların
müəyyənləşdirilməsinin əlifba-mövzu göstərici-
sində, əlavələrində, izahında aparıla bilər.
Dəyişikliklər dövlət hakimiyyəti orqanlarında
hazırlanan qanunvericilik və normativ aktlara,
milli
və
beynəlxalq
standartlara,
direktiv
xüsusiyyətli sənədlərə, idarələrarası sənədlər
sisteminə əsaslanır.
Azərbaycan Respublikasında milli sosial-iqtisadi
təsnifatlar əsasən Dövlət Statistika Komitəsi və
digər nazirlik və baş idarələr tərəfindən mövcud
beynəlxalq təsnifatlarla uzlaşdırılaraq hazırlanır.
Təsnifatların ilk layihə nüsxələri baxılmaq üçün
əlaqədar nazirlik və komitələrə, onların irad və
təklifləri nəzərə alındıqdan sonra isə son variantı
639
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinə göndərilir və sosial-iqtisadi
təsnifatlar dövlət standartı kimi qeydiyyata
götürülür. Daha sonra nəşr edilərək yerli
idarəetmə orqanlarına, yerli statistika orqanlarına,
istifadəçilərə və s. təşkilatlara göndərilir.
(II)
–
təsnifatların
“düzgün”
vəziyyətdə
saxlanması
məlumatların
tamlığının
təmin
olunması və onun istifadəçilər arasında yayılması
prosesidir.
TƏSNĐFATIN TƏTBĐQĐ
– təsnifatın nəzərdə
tutulmuş fəaliyyət sahəsində tətbiqini təmin edən
tədbirlər kompleksinin həyata keçirilməsidir.
Tərkibindən, məzmunundan və təyinatından asılı
olaraq, milli təsnifatlar statistikada, maliyyə və
bank
fəaliyyətində,
gömrük
işlərində,
standartlaşdırmada
və
iqtisadiyyatın
digər
sahələrində istifadə edilir. Təsnifat qruplarının ad
və kodlarının tətbiqi, sənədləşmənin aşağıdakı
ümumiləşdirilmiş sistemlərinə daxil olan sənəd
formalarında
həyata
keçirilir:
təşkilati
sərəncamverici; bank; maliyyə, büdcə idarə və
təşkilatlarının
uçot,
hesabat
və
mühasibat
sənədləri;
statistik-hesabat;
müəssisələrin
mühasibat uçotu və hesabatı sənədləri; əmək üzrə
sənədlər; ölkənin Sosial Müdafiə Fondunun
sənədləri;
xarici
ticarət
sənədlərində.
Təsnifatlardan
məlumat
fondlarının
yaradılmasında və dövlət və qeyri-dövlət məlumat
sistemlərində ölkə və region səviyyələrində,
həmçinin yerli özünüidarəetmə səviyyələrində
məlumat bazalarının yaradılması üçün istifadə
edilir. Rəsmi statistika təsnifatlarından Statistik
vahidlərin dövlət registrinin yaradılmasında geniş
istifadə
edilir.
Həmçinin
dövlət
statistika
müşahidəsinin
aparılmasında
məlumatların
işlənməsi üçün əsas kimi istifadə edilir.
Statistikada
təsnifatın
tətbiqi
dedikdə
-
göstəricilərin məlumat uyğunluğunun, habelə
iqtisadi təhlildə təsnifat qruplaşdırmalarından
istifadəni təmin etmək məqsədilə giriş və çıxış
məlumatlarının kodlaşdırılması üçün təsnifatdan
istifadə nəzərdə tutulur.
Statistikada
təsnifatların
tətbiqinin
əsas
istiqamətləri aşağıdakılardır:
- statistik
hesabat
formalarında,
habelə
məlumatların kompüter işlənilməsi zamanı bu və
ya digər təsnifatın kodlarından, kodlaşdırılmış
göstəricinin (məhsul, xidmət növlərinin və s.)
adlarından istifadə;
- müəssisələr registrində təsnifatın kodlarından
istifadə.
TƏSNĐFATLARIN HARMONĐZASĐYASI
(UYĞUNLAŞDIRILMASI)
–
milli
təsnifatların
strukturunun
və
məzmununun
beynəlxalq
təsnifatlara
uyğunlaşdırılmasıdır.
Göstəricilərin müqayisə olunması imkanının
təmin edilməsidir.
Beynəlxalq təsnifatlara uyğun olaraq, təsnifatların
harmonizasiyasına
milli
təsnifatların
hazırlanmasında məlumatların qruplaşdırılması
yolu
ilə
nail
olunur.
Ölkələrin
milli
xüsusiyyətlərinin
əks
olunması
beynəlxalq
təşkilatlar tərəfindən müəyyən edilmiş qaydalar və
tövsiyələrə
uyğun
olaraq
həyata
keçirilir.
Məsələn,
BMT-nin
Statistika
Komissiyası
tərəfindən təsdiq edilmiş və 4 rəqəmli koda malik
olan
iqtisadi
fəaliyyətin
bütün
növlərinin
Beynəlxalq Standart Sahə Təsnifatında (BSST)
qrupların həm onluq sistemin bir rəqəminin əlavə
olunması yolu ilə, həm də 4 rəqəmli kod
dairəsində
qrupların
bölünməsi
yolu
ilə
genişləndirilməsinin
mümkünlüyü
nəzərdə
tutulmuşdur. Milli və beynəlxalq təsnifatların
qruplaşmalarının
məzmununda
qarşılıqlı
uyğunluğun yaradılması üçün milli və beynəlxalq
təsnifatların (və əksinə) mövqelərinin (kodlarının)
razılaşdırılması haqqında məlumat əks olunan
keçid açarları (kodlaşdırılmış cədvəl) hazırlanır.
Təsnifatın
müxtəlif
əlamətlərinin
istifadəsi
nəticəsində kodların uyğunluğu heç də həmişə
birmənalı olmur. Belə hallarda keçid açarlarında
məlumat obyektlərinin girişini təsvir edən
izahedici məlumat verilir.
TƏSNĐFLƏŞDĐRMƏ
– texniki-iqtisadi və
sosial məlumat obyektləri çoxluğunun müəyyən
seçilmiş əlamətlər (obyektlərin xüsusiyyətləri,
xarakteristikası
və
parametrləri)
üzrə
təsnifləşdirmə obyektlərinin sistemləşdirilməsini
təmin edən, qəbul edilmiş metodlara uyğun
olaraq, uyğunluğu və fərqləri üzrə altçoxluğa
bölünməsidir. Əlamətin qiymətinin miqdarı bu
əlamət üzrə yaranan təsnifləşdirmə qruplarının
sayını müəyyən edir. Məsələn, məhsul təsnifatı
üçün aşağıdakı əlamətlərdən istifadə edilir: sahə
mənsubiyyəti, təyinatı, tətbiq edilmə sahəsi,
fəaliyyət prinsipi, konstruktiv xüsusiyyətləri,
hazırlanması üçün istifadə olunan üsul və
materiallar. Məhsul Növləri Təsnifatında polad
borular hazırlanma metoduna görə: dartılmış,
qaynaq edilmiş, mərkəzdənqaçma və s.; təyinatına
görə - qaz, su kəməri, neft kəməri, podşipnik və
s.; material növünə görə - paslanmayan, karbonlu,
minalanmış; ölçüsünə görə - 1020, 1220, 1420 və
s. mm-li kimi təsnifləşdirilir.
Təsnifləşdirmə prosesinin təsvir edilməsi üçün
anlayışların aşağıdakı ifadə və təriflərindən
istifadə
edilir:
təsnifləşdirmə
sistemi
–
təsnifləşdirmə metod və qaydalarının məcmusu və
onun
nəticəsi;
təsnifləşdirmə
obyekti
–
təsnifləşdirilən çoxluğun elementi; təsnifləşdirmə
640
əlaməti – təsnifləşdirmənin aparıldığı obyektin
xüsusiyyəti
və
ya
xarakteristikası;
təsnifləşdirmənin
pillələri
–
nəticəsində
təsnifləşdirmə
qruplarının
məcmusu
alınan,
iyerarxiya metodunda təsnifləşdirmə mərhələsidir;
təsnifləşdirmənin dərinliyi – konkret məsələlərin
həll edilməsi üçün zəruri olan qrupların və
əlamətlərin
sayının
konkretləşdirilməsi
dərəcəsindən asılı olan, təsnifləşdirmə pillələrinin
sayıdır; təsnifləşdirmə qrupları – təsnifləşdirmə
nəticəsində alınan obyektlərin altçoxluğudur.
Təsnifləşdirmə metodları iyerarxiya və faset
üsullarından ibarət olmaqla, iki yerə bölünür.
Təsnifləşdirmənin iyerarxiya metodu – ardıcıl
olaraq obyektlər çoxluğunun tabe təsnifləşdirmə
qruplarına bölünməsidir. Bu metodda obyektlər
çoxluğu əvvəlcə seçilmiş əlamətlərlə (bölünmənin
əsası) iri qruplara bölünür, sonra isə hər bir
təsnifləşdirmə
obyekti
konkretləşdirilərək,
qruplaşmanın digər əlamətləri üzrə bölünməklə
iyerarxiya (tabelik) müəyyənləşdirilir.
Təsnifatın faset metodu – obyektlər çoxluğunun
paralel
sərbəst
(asılı
olmayan)
təsnifatlar
qruplarına
bölünməsidir.
Bu
metodda
təsnifləşdirilən
məlumat
obyektləri
çoxluğu
müxtəlif tapşırıqların həlli üçün ayrıca istifadə
edilə bilən, bir-biri ilə sərt münasibətdə olmayan
sərbəst fasetlərin (siyahı) yığılması ilə təsvir
edilir.
Məsələn,
əhali
haqqında
məlumat
təsnifatında aşağıdakı fasetlərdən istifadə olunur:
cins, yaş, vətəndaşlıq, doğulduğu yer, dili və s.
TƏŞƏBBÜSKAR TUROPERATORLAR
-
bu tip turoperatorlar turistləri xarici ölkələrə ya
qəbuledici turoperatorlarla, ya da bilavasitə
xidmətləri təqdim edən müəssisələrlə bağlanmış
sazişlər
əsasında
göndərirlər.
Turizm
agentliklərindən fərqli olaraq, bu turoperatorlar
turizm məhsulunun (ÜTT normalarına uyğun
olaraq, turizm məhsulunun tərkibinə üçdən az
olmayaraq xidmət növü daxil edilir: yerləşdirmə,
turistlərin daşınması və sadalanan iki xidmətlə
bağlı
olmayan
digər
xidmət
növləri)
komplektləşdirilməsi ilə məşğul olur.
TƏŞKĐLAT
– hər hansı proqramı, yaxud
məqsədi birlikdə həyata keçirən, eləcə də
müəyyən edilmiş üsul və qaydalar əsasında
fəaliyyət göstərən insanların birliyidir.
TƏŞKĐLATĐ
STRUKTUR
–
iqtisadi
obyektin, müəssisələrin, şirkətlərin, təşkilatların
bölmələrə, şöbələrə, sexlərə, laboratoriyalara,
sahələrə,
qruplara
ayrılmasıdır.
Məqsəd
idarəetmənin nizamlanması, həlqələrin qarşılıqlı
əlaqəsinin
təmin
edilməsi,
tabeçiliyin,
məsuliyyətin təyin edilməsidir.
TƏŞKĐLATĐ
VAHĐD
(MÜƏSSĐSƏNĐN
TƏŞKĐLATĐ VAHĐDĐ)
– (I) – müəyyən bir
fəaliyyət növü ilə bir yerdə (coğrafi ərazidə)
sərbəst məşğul olan və bu fəaliyyətdən gəlir əldə
edən müəssisədir (və ya müəssisənin hissəsidir).
Başqa sözlə, idarə müəyyən növ işlərin həyata
keçirilməsi üzrə fəaliyyət yeridir.
(II) – Milli Hesablar Sisteminə (MHS) görə,
müəssisə bir yerdə yerləşən, yalnız bir istehsal
fəaliyyəti (yardımçı deyil) həyata keçirən və ya
istehsal fəaliyyətinin əsas növü əlavə dəyərin ən
çox hissəsini yaradan müəssisədir və ya
müəssisənin bir hissəsidir.
Statistik vahidlər haqqında izahata və Avropa
Milli Hesablar Sisteminə (AMHS) uyğun olaraq,
idarənin tərifi fəaliyyət növünün yerli vahidi kimi
statistik vahidə uyğun gəlir.
(III) - “Site” ingilis terminidir və fransız dilində
“Establissement” termininə ekvivalentdir. “Đdarə”
termininin ikili şərhinə yol verilir və tez-tez
müxtəlif mənalarda istifadə edilir. Bu terminin iki
mənası vardır:
1) Đdarə hüquqi vahiddir və ya hüquqi vahidin
xüsusi formasıdır. Məsələn, dövlət idarələri
(agentlik). Dövlət idarələri dövlət orqanlarının
qərarları ilə yaradılmış hüquqi vahidlər hesab
edilir.
2) Hər bir idarəyə hüquqi status verilmir. Lakin
“idarənin” bütün təriflərində daima iki ümumi
element iştirak edir:
- idarə - dəqiq müəyyənləşdirilmiş yerə malikdir;
- idarəyə rəhbər başçılıq edir. Avrostatın son
hüquqi
və
metodoloji
nəşrlərində
statistik
vahidlərin uçotunda “idarə” terminindən istifadə
edilmir.
Müəssisələr
statistikasının
Avropa
sistemində hətta bu termin çox vaxt Avrostatın
nəşrlərində “yerli vahid” termininə ekvivalent
kimi istifadə edilsə də, “Beynəlxalq Standart
Fəaliyyət Təsnifatı”nda fəaliyyət növünün yerli
vahidi kimi müəyyənləşdirilmişdir.
TƏŞKĐLATĐ-HÜQUQĐ
STRUKTUR
–
qanunvericiliklə
nəzərdə
tutulmuş
hüquqi
normalara əsasən müəssisənin, şirkətin, firmanın
növünün, tipinin müəyyən edilməsi və buna
uyğun
təşkilati
quruluşun
yaradılmasıdır;
müəssisənin,
şirkətin,
korporasiyanın
daxili
quruluşunun ölkə qanunları və başqa hüquqi
normalarla
nəzərdə
tutulan
növü,
üsulu,
qaydasıdır. Mülkiyyət növü, müəssisənin həcmi,
kapitalının
formalaşması,
bölmələrinin,
hissələrinin birləşməsi və uzlaşması səciyyəsindən
asılı olur.
TƏTBĐQĐ PROQRAM PAKETĐ (TPP)
- bir
qayda olaraq, məzmun və ya tətbiq olunan riyazi
641
metodlar üzrə bir-birinə yaxın olan müəyyən qrup
məsələlərin həlli üçün nəzərdə tutulan proqram və
modellər kompleksidir.
TƏTBĐQĐ TƏDQĐQATLARA XƏRCLƏR
– tətbiqi tədqiqatlar ya fundamental tədqiqatların
nəticələrinin
səmərəli
tətbiqinin
müəyyənləşdirilməsi
üçün,
ya
da
qarşıda
qoyulmuş
məqsədin
əvvəlcə
nəzərdə
tutulduğundan daha tez həllinə imkan verən yeni
yolların tapılması məqsədi ilə ayrılan xərclərdir.
Bu, artıq əldə olunmuş biliklərinin uçotunu və
xüsusi problemlərin həlli məqsədi ilə onların daha
da genişləndirilməsini nəzərdə tutur.
TƏTĐL
– kollektiv əmək mübahisələrini həll
etmək məqsədilə işçilərin öz vəzifələrini yerinə
yetirməkdən (tam və ya qismən) könüllü olaraq
imtina etmələridir. Statistika orqanları tərəfindən
tətil haqqında məlumatlar aşağıdakı göstəricilər
üzrə işlənilir: tətildə iştirak edən işçilərin sayı;
tətilin müddəti; tətilə cəlb edilmiş işçilər
tərəfindən işlənməmiş vaxtın (tətillə əlaqədar
itirilmiş iş vaxtının) həcmi; tətil baş vermiş
müəssisə və təşkilatların sayı; tətilin səbəbləri.
Tətildə bilavasitə iştirak edən işçilər və eləcə də
tətil nəticəsində işlərini məcburi dayandırmış
işçilər tətildə iştirak edən işçilərə daxil edilir.
Səbəblər arasında aşağıdakılar fərqlənir: əmək
haqqına aid olan problemlər; əmək təhlükəsizliyi
və şəraiti problemləri; müəssisələrdə kadr siyasəti
problemləri; tətilçilərə rəğbət və ya onlarla
həmrəylik; etiraz tətili; digər səbəblər.
TƏTĐLĐN
DAVAMLILIĞI
–
tətilin
keçirildiyi
dövr
ərzindəki
vaxtdır.
Tətilin
davamiyyəti işçilərin birinci qrupu arasında tətilin
başlandığı andan tətilə cəlb olunmuş işçilərin
sonuncu qrupunda onun başa çatmasına qədər
olan təqvim günlərində ifadə olunur. Bu göstərici
tətilin başlanma vaxtı ilə başa çatma vaxtı
haqqında müəssisə və təşkilatların verdiyi
məlumatlar əsasında müəyyən olunur.
TƏYĐNAT ÖLKƏSĐ
– yüklənmə anında malın
təyinat ölkəsi kimi məlum olan sonuncu ölkədir.
Təkrar istehsal üçün göndərilən malın təyinat
ölkəsi onun təkrar istehsala məruz qaldığı ölkədir.
Xarici ticarətin gömrük statistikasında təyinat
ölkəsi – ixracat zamanı ölkə-kontragentin
müəyyən edilməsi üçün əsasdır.
TƏYĐNAT REGĐONU
– AĐ-yə üzv ölkənin
mallarının daxil olduğu regiondur. Burada bu
mallar istehlak edilir, quraşdırılır, yığılır, emal
edilir, təmir edilir və ya lazımi qaydada saxlanır.
Bunlar olmadıqda, təyinat regionu dəyişdirilir və
mallar oraya göndərilir.
TĐBBĐ BAŞ ÇƏKMƏ (YOLUXMA)
–
xəstənin poliklinikada həkim yanına 1 dəfə
getməsinə və ya həkimin xəstə yanına evə 1 dəfə
gəlməsinə uyğun olan uçotdur.
TĐBBĐ KADRLAR
– ixtisaslar üzrə ümumi
sayda göstərilmiş həkimlər və orta tibb heyətidir.
Həkimlərə, müalicə-profilaktika müəssisələrində
əhaliyə tibbi yardımlar göstərən, həmçinin sanitar
təşkilatlarında, sosial müdafiə müəssisələrində,
elmi-tədqiqat institutlarında, kadr hazırlığı üzrə
müəssisələrdə, səhiyyə orqanlarının aparatlarında
və digər yerlərdə işləyən ali tibb təhsilli şəxslər
aid edilir. Peşə qrupları (feldşer, mama həkimi,
tibb bacısı və s.) üzrə orta tibbi təhsilli, müalicə-
profilaktika
müəssisələrində,
sanitar
təşkilatlarında, sosial müdafiə müəssisələrində,
məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə
və digər yerlərdə işləyən şəxslər orta tibb
heyətinin sayına daxil edilir. Həkim və orta tibb
heyəti ilə təminat göstəriciləri bütün həkimlərin
(fiziki şəxslərin) və orta tibb heyətinin sayının hər
10 min nəfər əhaliyə nisbəti ilə və yaxud bir
həkimə düşən əhalinin sayı kimi hesablanır.
TĐBBĐ SIĞORTA
- tibbi xidmətlərə görə
sığorta olunanların tibb təşkilatlarına müraciəti ilə
əlaqədar, əlavə sığorta xərclərinin qismən və ya
tam həcmdə kompensasiya edilməsində, sığorta
ödənişlərinin həyata keçirilməsi üzrə sığorta
edənin vəzifələrində nəzərdə tutulan sığorta
növlərinin
məcmusudur.
Azərbaycan
Respublikasında könüllü tibbi sığorta “Sığorta
haqqında”
və
“Azərbaycan
Respublikası
vətəndaşlarının
tibbi
sığortası
haqqında”
qanunlarla tənzimlənir.
TĐBBĐ SIĞORTA TƏŞKĐLATI
– məcburi və
(və ya) könüllü tibbi sığortanın keçirilməsi üçün
dövlət lisenziyasına malik, qanunvericilikdə
nəzərdə tutulan hər hansı bir təşkilati-hüquqi
formada olan, müstəqil təsərrüfat subyekti hesab
edilən hüquqi şəxsdir. Tibbi sığorta təşkilatı
səhiyyə sisteminə daxil olmur. Onun əsas vəzifəsi
vətəndaşların tibbi sığortalanmasını təşkil etmək,
tibbi yardımları ödəmək, həmçinin mütləq tibbi
sığortanın ərazi müqavilə və proqramlarına uyğun
olaraq, tibbi və digər xidmətlərin həcm və
keyfiyyətinə nəzarət etməkdir.
TĐBBĐ-SOSĐAL
Dostları ilə paylaş: |