TĐCARƏTDƏ ÜMUMĐ ƏLAVƏ DƏYƏR
–
ticarət
sahəsinin
bazar
fəaliyyətinin
son
nəticəsində payıdır və ticarətdə ümumi buraxılış
ilə aralıq istehlak arasındakı fərq kimi hesablanır.
TĐCARƏTĐN HƏRƏKƏTĐ
– səyyar və ya
qeyri-stasionar ticarətlə
məşğul
olan
yerli
vahidlərdir. Qeyri-stasionar və ya bazar ticarəti,
adətən, müəyyənləşdirilmiş bir yerdə: bazar
meydançalarında, icarəyə götürülmüş sərgilərdə
həyata keçirilən ticarətdir. Buraya, həmçinin
ticarətçi öz mallarını küçədə keçənlərə satdığı
səyyar və ya küçə ticarəti, ticarətçi evdən-evə
gedərək, öz mallarının çeşidlərini təklif etməklə,
nəzərdə tutulan alıcının bilavasitə evinə gəldiyi
ticarət də daxildir.
“TĐK”
– qiymətli kağızın qiymətində, birja
ticarətinin
qanunları
ilə
müəyyən
edilmiş
minimum hədlərdə enib-qalxmalarıdır.
TĐKĐLĐ
– natural-maddi əlamətlər üzrə əsas
fondların növüdür. Tikiliyə təyinatı əmək
predmetinin dəyişməsi ilə əlaqəli olmayan bu və
ya digər texniki funksiyaların yerinə yetirilməsi
yolu ilə istehsal prosesinin həyata keçirilməsi
üçün, ya da müxtəlif qeyri-istehsal funksiyaların
yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması
hesab edilən mühəndis-tikinti obyektləri aid edilir.
TĐKĐNTĐ
– (I) – müəyyən edilmiş qaydada
təsdiq olunmuş vahid layihə-smeta sənədləri üzrə
tikintisi həyata keçirilən bina və qurğuların yeni
tikintisinin,
yenidən
qurulmasının
və
genişləndirilməsinin
məcmusudur.
Tikinti
məhsuluna həmçinin tikinti mənşəli obyektlərin
əsaslı təmiri də aiddir. Tikintinin xüsusiyyəti
ondan ibarətdir ki, o, əsas fondları onların
gələcəkdə fəaliyyətdə olacaq yerlərində istehsal
edir.
Tikintiyə aiddir: istehsal və qeyri-istehsal
təyinatlı
bina
və
tikililərin
ucaldılması;
avadanlıqların
quraşdırılması;
müəyyən
obyektlərin ucaldılması ilə əlaqədar layihə, axtarış,
qazma və s. işlər; bina və tikililərin əsaslı təmiri.
(II) - bir qayda olaraq, müəyyənləşdirilmiş
qaydada ayrıca tikintinin titulu və ya onu əvəz
edən sənədi təsdiq edilmiş vahid layihə-smeta
sənədləri üzrə həyata keçirilən binaların və
tikililərin
(obyektlərin)
tikintisinin,
genişləndirilməsinin və yenidən qurulmasının
məcmusudur.
TĐKĐNTĐ FƏALĐYYƏTĐNDƏN DÖVRĐY-
YƏ
- Đqtisadi Fəaliyyət Növləri Təsnifatının
müvafiq bölmələrində təsnif olunan müvafiq
fəaliyyət növü üzrə alınan hissədir.
Bu göstəriciyə subpodrat münasibətlərinin obyekti
olan əmtəə və xidmətlərin satışından alınan
dövriyyə daxildir. Alınmış vəziyyətdə təkrar
646
satılmaq üçün alınan əmtəə və xidmətlər
dövriyyəsi istisna edilir.
Tikinti fəaliyyəti dövriyyəsi şirkətin hesablarında
ayrıca göstərilə bilməz. Bu göstərici “Xalis
dövriyyə”nin və “Đstehsal fəaliyyətindən digər
gəlirlər”in bir hissəsidir.
TĐKĐNTĐ ĐSTEHSALI
– nəticəsi, istismara
hazır olan bina və tikililər və ya onların
quraşdırmaya
və
texniki
avadanlığın
quraşdırılmasına hazır olan hissələri hesab edilən
qarşılıqlı əlaqəli tikinti və quraşdırma işlərinin
kompleksidir.
TĐKĐNTĐ ĐSTEHSALINA (ĐŞLƏRĐNƏ)
ÇƏKĐLƏN XƏRCLƏR
– tikinti təşkilatlarının
tikinti
məhsullarının
istehsalına
çəkdikləri
xərclərin pul formasında ifadəsidir. Statistika bu
xərcləri elementlər və xərc maddələri üzrə
öyrənir. Tikinti istehsalına çəkilən xərclərin
tərkibinə material xərcləri, əməyin ödənilməsinə
xərclər,
sosial
ehtiyaclara
ayırmalar,
əsas
fondların amortizasiyası və digər xərclər daxil
edilir.
Onların işin maya dəyərinə daxil edilməsi
üsulundan asılı olaraq, tikinti istehsalına çəkilən
xərclər birbaşa və əlavə (dolayı) xərclərə bölünür.
TĐKĐNTĐ
ĐSTEHSALININ
AHƏNG-
DARLIĞI
– tikinti müəssisəsinin istehsal
gücündən səmərəli istifadənin təmin olunması
üçün tələb olunan əsas şərtlərdən biri olub,
nəzərdə tutulmuş tikinti məhsullarının vaxtında
hazırlanması və onların razılaşdırılmış plan-
qrafikdə
müəyyənləşdirilmiş
vaxtda
təhvil
verilməsidir.
TĐKĐNTĐ
ĐSTEHSALININ
DĐVERSĐ-
FĐKASĐYASI
- tikinti-quraşdırma təşkilatı
çərçivəsində istehsalın tikinti fəaliyyəti növlərinin
inkişafı ilə yanaşı, onunla əlaqəsi olmayan,
istehsal
olunan
məmulat
və
xidmətlərin
çeşidlərinin genişləndirilməsidir.
TĐKĐNTĐ ĐSTEHSALININ ĐQTĐSADĐ SƏ-
MƏRƏLĐLĐYĐ
–
tikinti
və
quraşdırma
təşkilatlarının material və əmək ehtiyatları
məsrəflərinin minimuma endirilməsi ilə istehsalın
daha böyük nəticələrini əldə etmək nailiyyətlərini
ifadə edən kateqoriyadır. Tikinti istehsalının
iqtisadi səmərəliliyinin göstəriciləri kimi - xalis
məhsul; 1 manatlıq tikinti və quraşdırma işlərinə
məsrəflər; gəlir ola bilər.
TĐKĐNTĐ ĐSTEHSALININ TƏŞKĐLĐ
–
obyektlərin tikintisini, onların tikilməsi üçün
ehtiyatları (keçici (müvəqqəti), əmək, material,
pul), həmçinin obyektin tikilməsində verilmiş
nəticəyə nail olmaq üçün ehtiyatların qarşılıqlı
əlaqələndirilməsi
məhdudiyyətlərini
və
qaydalarını (istiqamətin ardıcıllığı, davamlılıq,
intensivlik, etibarlılıq) birləşdirən funksional
sistemdir.
TĐKĐNTĐ ĐSTĐSNA OLMAQLA, SƏNAYE
FƏALĐYYƏTĐNDƏN
DÖVRĐYYƏ
–
Đqtisadi Fəaliyyət Növləri Təsnifatının müvafiq
bölmələrində təsnif olunan müvafiq fəaliyyət
növləri üzrə alınan hissədir.
Bu göstəriciyə subpodrat münasibətlər obyekti
olan əmtəə və xidmətlərin satışından alınan
dövriyyə daxildir. Alınmış vəziyyətdə, emal
edilmədən təkrar satılmaq üçün alınan əmtəə və
xidmətlər dövriyyəsi istisna edilir.
Tikinti istisna olmaqla, sənaye fəaliyyətindən
dövriyyə şirkətin hesablarında ayrıla bilməz. Bu
göstərici
“Xalis
dövriyyə”nin
və
“Sənaye
fəaliyyətindən digər gəlirlər”in bir hissəsidir.
TĐKĐNTĐ ĐŞLƏRĐ
– bina və tikililərin
ucaldılması, yenidən qurulması, genişləndirilməsi,
əsaslı təmiri zamanı yerinə yetirilən işlərin
kompleksi kimi tikinti istehsalının nəticəsidir.
Tikinti işlərinə divarların hörülməsi və bina
konstruksiyalarının
quraşdırılması,
özüllərin
qoyulması, sahələrin mənimsənilməsi üzrə işlər,
tikinti ərazisinin hazırlanması və planlaşdırılması,
tikinti norma və qaydalarına uyğun olaraq, su
təchizatı, istilik, kanalizasiya və s. quraşdırılması
üzrə sanitar-texniki işlər daxildir.
TĐKĐNTĐ ĐŞLƏRĐNĐN ÖLÇÜ VAHĐDĐ
–
smeta hesablamalarında, normalaşdırmada və
uçotda
qəbul
olunmuş
tikinti
işlərinin
kəmiyyətinin ölçüsüdür. Tikinti işlərinin ölçü
vahidi natura və dəyər formasına bölünür. Đşlərin
həcminin dəyər ifadəsində (pulla) ölçülməsi
tikintidə smeta qiymətləri və smeta normativləri
əsasında müəyyənləşdirilir.
TĐKĐNTĐ KOMPLEKSĐ
– tikinti, quraşdırma,
layihə-axtarış və elmi-tədqiqat təşkilatlarının,
onlara xidmət göstərən müəssisələrin, həmçinin
tikinti materialları, hissələri və konstruksiyaları
istehsal edən müəssisələrin məcmusudur.
TĐKĐNTĐ MAŞIN VƏ MEXANĐZMLƏ-
RĐNDƏN ĐSTĐFADƏ GÖSTƏRĐCĐLƏRĐ
-
sayı, işləmə vaxtı, gücü (intensivliyi) və işlərin
həcmi üzrə maşınlarından istifadə göstəriciləri
sistemidir.
Maşınların
sayı
üzrə
istifadə
göstəriciləri – faktiki işləmiş maşınların sayının
647
müəyyən tarixə hesablanmış mövcud və ya işə
yararlı (saz) olan ümumi maşınları nisbətidir,
xüsusi çəkisidir. Đşləmə vaxtına görə maşınlardan
istifadə edilməsi bir sıra göstəricilərlə xarakterizə
olunur: təqvim, rejim, sərəncamında olan və digər
maşın
vaxtı
fondlarından
istifadə
əmsalı,
maşınların iş vaxtı normalarının yerinə yetirilmə
səviyyəsi,
vaxt
üzrə
maşınlardan
istifadə
səviyyəsi. Güc (intensivlik və ya məhsuldarlıq)
üzrə maşınlardan istifadə maşınların bazis və
hesabat
dövrlərində
intensiv
yüklənməsi
səviyyələrinin müqayisəsində hesablanan əmsalı
xarakterizə edir.
TĐKĐNTĐ MEYDANI
– layihəyə uyğun olaraq,
müəyyən obyektin və ya obyektlər kompleksinin
tikintisinə görə ayrılmış ərazidir. Tikinti meydanı,
tikintinin başa çatdırılması və obyektin, binanın,
tikilinin istismara verilməsinin rəsmiləşdirilməsi
anınadək tikinti rəisinin rəhbərlik etdiyi təşkilati
ayrılmış vahiddir.
TĐKĐNTĐ MƏHSULLARINA QĐYMƏT-
LƏR
– yeni tikintilərin, fəaliyyətdə olan istehsal
və
qeyri-istehsal
əsas
fondlarının
genişləndirilməsi, yenidən qurulması və texnika
ilə təchiz edilməsinin dəyərinin pulla ifadəsidir.
Smeta sənədlərinin tərkibində müəyyənləşdirilmiş
dəyərin
cari
(proqnoz)
səviyyəsi
əsasında
sifarişçilər
(investorlar)
və
podratçılar
(kontraktorlar)
tikinti
məhsullarına
sərbəst
(müqavilə) qiymətlərini formalaşdırırlar. Bu
qiymətlər açıq ola bilər, yəni tikintinin gedişində
və ya sonda (qəti olaraq) müqavilənin şərtlərinə
uyğun olaraq dəqiqləşdirilə bilər. Azərbaycanda
ümumi iqtisadi və vahid qiymət siyasətinə,
həmçinin tikintidə qiymət siyasətinin istiqamətləri
əsasında investisiya bazarında tələb və təklifi əks
etdirən qiymət münasibətlərinə uyğun olaraq,
tikinti
məhsullarına
sərbəst
(müqavilə)
qiymətlərinin
tətbiqi
sahəsinin
daha
da
genişləndirilməsi baş verir.
TĐKĐNTĐ MƏHSULLARINA SƏRBƏST
(MÜQAVĐLƏ) QĐYMƏTLƏR
– investor
(sifarişçi), podratçı (kontraktor) tərəfindən baş
layihə təşkilatının və subpodrat təşkilatının
binaların və tikililərin, o cümlədən keçirilmiş
müsabiqələrin (podrat sövdələşmələri) nəticələri
üzrə əsaslı tikintiyə və ya əsaslı təmirə
müəyyənləşdirdiyi qiymətlərdir. Əmək bazarı
şəraitində əmələ gələn tikinti məhsullarına tələb
və təklif, materialların, istifadə olunan maşın və
avadanlıqların dəyər konyunkturu, həmçinin
istehsalın
genişləndirilməsi
üçün
podrat
təşkilatının mənfəətinin təmin olunması nəzərə
alınmaqla,
tikintinin
smeta
dəyərinin
müəyyənləşdirilməsi üzrə mövcud normativ
sənədlərə uyğun olaraq formalaşdırılır.
TĐKĐNTĐ MƏHSULLARININ BURAXILI-
ŞI
– yeni istehsal və qeyri-istehsal təyinatlı bina
və tikililərin, qurğuların inşasının, mövcud
olanlarının isə genişləndirilməsinin, yenidən
qurulması və əsaslı təmirinin dəyəridir. Tikinti
məhsullarının
buraxılışına
dəyər
ifadəsində
obyektlərin tikinti-quraşdırma, geoloji-axtarış,
qazma, layihə-axtarış və inşaatı ilə əlaqədar olan
digər işlərin; bina və tikililərin əsaslı təmiri üzrə
işlərin; podrat və təsərrüfat üsulu ilə yerinə
yetirilən bina və tikililərin cari təmir işlərinin;
şəxsi evlərin və digər tikililərin inşaat dəyərləri
daxildir. Görülmüş işlərin dəyərinə, başa çatma
səviyyəsindən asılı olmayaraq, obyektlərin
tikintisinin buraxılış və ya onların təmir dəyəri
daxildir. Əgər kapital qoyuluşu hesabına tikilən
bina və tikililərin fəaliyyəti ilə bağlı olan çoxillik
əkmələrə çəkilən xərclər nəzərdə tutulursa, onda
onların əkilməsinə və onlara edilən qulluğa görə
işlərin dəyəri tikinti buraxılışının dəyərindən
çıxarılır və kənd təsərrüfatı buraxılışının dəyərinə
daxil edilir. Bundan əlavə, yeni tikinti üzrə
buraxılışın dəyərinin müəyyən edilməsi üçün
istifadə edilən kapital qoyuluşunun həcminə dair
statistik məlumatlardan aşağıdakılar çıxılır: dərin
kəşfiyyat qazmasının dəyəri; tikintinin əsas
fondlarının ləğvi zamanı olan itkilər; əsas
fondların
dəyərini
artırmayan
xərclər.
Quraşdırılan
avadanlığın
dəyəri
tikinti
məhsullarının buraxılış dəyərinə daxil edilmir.
TĐKĐNTĐ
MƏHSULLARININ
MATE-
RĐAL TUTUMU
– müəyyən həcmdə məhsulun
istehsalına sərf edilmiş material ehtiyatlarının
dəyəridir. Tikinti istehsalına xərclərin tərkibində
material sərfinin xüsusi çəkisi və həmçinin
qiymətin əmələ gəlməsi şərtlərindən asılı olaraq,
natura şəklində tikinti məhsullarının ayrı-ayrı
növlərinin vahidinə sərf edilmiş materialların
dəyəri ilə xarakterizə olunur. Məhsul vahidinə sərf
edilmiş materialların dəyər göstəricisi daha
dolğun məlumat verir.
TĐKĐNTĐ MƏHSULU
– tikinti və quraşdırma,
layihə və axtarış təşkilatlarının fəaliyyətinin
nəticəsidir. Tikintinin son məhsulu – istifadəyə
verilmiş və yenidən qurulmuş istehsal təyinatlı
obyektlərdən - müəssisələrdən, tikililərdən; qeyri-
istehsal
təyinatlı
obyektlərdən
–
yaşayış
binalarından, sosial-mədəni təyinatlı tikinti və
obyektlərdən, məktəb, teatr binalarından və s.
ibarətdir.
Statistik
müşahidələrdə
podrat
təşkilatları üçün tikinti məhsulu – tikinti və
quraşdırma, layihə və axtarış təşkilatlarının əsas
648
istehsal fəaliyyətinin birbaşa faydalı nəticəsidir.
Statistikada
tikinti
məhsulunun
aşağıdakı
göstəriciləri fərqləndirilir: istifadəyə verilmiş güc
və obyektlər, tikilmiş binaların ölçüsü (sahəsi) və
həcmi, tikinti-quraşdırma işlərinin həcmi, podrat
işlərinin həcmi, tikintinin ümumi məhsulu və
tikintinin xalis məhsulu.
TĐKĐNTĐ MƏRHƏLƏSĐ (LAQI)
– tikinti və
obyektlərin başa çatdırılması üçün layihə-smeta
sənədlərində
nəzərdə
tutulmuş
kapital
qoyuluşunun əsas fond və istehsal güclərinə
çevrilməsi üçün zəruri sayılan müddətdir.
TĐKĐNTĐ NÖVBƏSĐ
– məhsul istehsalını
təmin
edən,
müəssisənin
layihə
ilə
müəyyənləşdirilmiş hissəsidir. O bir və ya bir
neçə buraxılış kompleksindən ibarət ola bilər.
TĐKĐNTĐ OBYEKTĐ
– tikintisinə, yenidən
qurulmasına və yaxud genişləndirilməsinə, tikinti
cəhətdən yenidən təchiz olunmasına ayrılıqda
layihə və smeta tərtib edilməsi tələb olunan,
ayrıca yerləşən hər bir bina, qurğu və ya tikilidir
(ona aid olan bütün avadanlıqlarla, alətlərlə və
inventarlarla, qalereyalarla, estakadalarla, su
təchizatı, kanalizasiya, qaz xətti, istilik xətti,
elektrik təchizatı, radiolaşdırma kimi daxili
mühəndis şəbəkələri ilə, yardımçı və köməkçi
həyətyanı tikililərlə, abadlıq içləri ilə, digər işlər
və xərclərlə birlikdə). Müəssisələrin, yaşayış
qəsəbələrinin, elmi şəhərciklərin və s. tikintisində
xarici xidmət və köməkçi tikililər tikintinin
tərkibinə daxil olan ayrıca tikinti obyektləri hesab
edilirlər. Bir neçə sexin yerləşdiyi bina (korpus)
bir tikinti obyekti sayılır.
TĐKĐNTĐ
OBYEKTĐNĐN
ĐNVENTAR
DƏYƏRĐ
– istismara verildikdən sonra əsas
fondların elementi qismində sifarişçinin əsas
fəaliyyət balansına daxil olunan obyektin faktiki
dəyəridir.
TĐKĐNTĐ PODRATI MÜQAVĐLƏSĐ ÜZ-
RƏ YERĐNƏ YETĐRĐLMĐŞ ĐŞ
– tikinti
podratı müqavilələri və ya sifarişçilərlə bağlanmış
dövlət kontraktları üzrə yerinə yetirilmiş işlərdir.
Bu işin dəyərinə tikinti-quraşdırma işlərinin (yeni
tikintinin, yenidən qurmanın, genişlənmənin və
texniki təchizatın), əsaslı və cari təmir üzrə işlərin,
həmçinin sair podrat işlərinin (işə salma, mədəni-
texniki, hidroyuma, qazma-partlatma və s.) dəyəri
daxildir.
TĐKĐNTĐ REGĐSTRĐ
– müəyyən fərdi əlamət
və göstəricilər dəsti ilə daima aparılan tikinti
kartotekasıdır. Bu kartotekada hər bir obyektin
vəziyyətinin (tikintinin başlanması, istismara
təhvil verilməsi və s.) dəyişməsi və ya bütün
tikinti dövri ərzində hər bir tikili üzrə göstəricinin
kəmiyyətinin (tikintinin dəyəri, texniki hazırlığı
və s.) dəyişməsi qeydə alınır.
Tikinti registri
ixtiyari vaxt anında tikintinin vəziyyətini və
tikintilər üzrə müşahidə proqramı ilə əvvəlcədən
nəzərdə tutulmuş, verilən ixtiyari əlamətinə görə
tərtib edilmiş tikinti məcmusunun hərəkətini təhlil
etməyə imkan verir.
Müasir texniki bazada tikinti
registrinin statistik təcrübədə tətbiq edilməsi
məlumatların
təhlili
imkanını
yaxşılaşdırır,
göstəricilərin təkrarlanmasının qarşısını alır, ilkin
məlumatın
keyfiyyətinin
yaxşılaşdırılmasına,
etibarlılığının yüksəldilməsinə kömək edir.
TĐKĐNTĐ STATĐSTĐKASINDA QRUP-
LAŞDIRMALAR
–
sifarişçilərin,
tikinti
müəssisələrinin, tikililərin və obyektlərin zəruri
(əhəmiyyətli)
əlamətlər
üzrə
qruplara
bölünməsidir.
Statistika müşahidələri təcrübəsində
tikinti və quraşdırma işləri, avadanlıqlar, alətlər,
inventar, digər işlər və xərclərə daxil edilən
texnoloji tərkib üzrə investisiya qoyuluşunun
qruplaşmalarından istifadə olunur.
Đqtisadi təyinatına (istehsal və qeyri-istehsal) görə,
investisiya
qoyuluşunun
qruplaşdırılması
iqtisadiyyatın
maddi
sahəsində
və
sosial
kompleksində əsas fondların yaranmasına və
təkrar istehsalına yönəldilmiş investisiyaların
nisbətini müəyyən etməyə imkan verir.
Đqtisadiyyatın istehsal və qeyri-istehsal sahələrinə
investisiya qoyuluşları iqtisadiyyatın sahələri və
təsərrüfat subyektlərinin iqtisadi fəaliyyət növləri
üzrə bölüşdürülür.
Əsas fondların təkrar istehsalının (təkrar istehsal
strukturunun) istiqamətlərinə uyğun olaraq, bütün
əsas kapitala yönəldilmiş investisiyalar aşağıdakı
qruplara bölünür: yeni tikintiyə, genişləndirməyə,
yenidən qurmaya, fəaliyyət göstərən müəssisələrin
texniki cəhətdən yenidən təchiz edilməsinə və
fəaliyyət göstərən güclərin saxlanmasına.
Ümumiqtisadi əhəmiyyətli qruplaşmalardan əlavə,
əsas kapitala yönəldilmiş investisiyanın bəzi
istiqamətləri də statistik müşahidə obyektləri
hesab
edilir.
Məsələn,
təbiətin
qorunması
tədbirlərinə, konversiyaya, sosial proqramlara
yönəldilən investisiya qoyuluşları.
Đnstitusional dəyişikliklərin baş verdiyi bir
zamanda mülkiyyət növlərinin qüvvədə olan
təsnifatına uyğun olaraq, müxtəlif mülkiyyət
növlü müəssisə və təşkilatlar üzrə investisiya
qoyuluşları
üzərində
müşahidə
investisiya
fəaliyyətinin inkişafı üçün əhəmiyyətlidir.
Tikinti istehsalının öyrənilməsi zamanı tikinti
təşkilatlarının ixtisaslaşması, ölçüsü (tikinti və
649
quraşdırma işlərinin və əsas fondların həcmi,
işçilərin
sayı)
üzrə
bölüşdürülməsi
kimi
qruplaşdırmalar da tətbiq olunur.
Statistika təcrübəsində həmçinin regionlar və
iqtisadi rayonlar, əsas kapitala yönəldilmiş
investisiyaların
maliyyələşdirmə
mənbələri,
təşkilati-hüquqi formaları üzrə qruplaşdırmalardan
da istifadə olunur.
Dostları ilə paylaş: |