(II) - əməliyyat kimi müəyyənləşdirilir. Bu
zaman bir institusional vahid ikinci vahidə mal,
xidmət və aktivlər verir, lakin ikincidən əvəzinə
hər hansı bir mal, xidmət və ya aktiv almır.
TRANSMĐLLĐ BĐRLĐKLƏR
- istehsal,
investisiya,
kommersiya
və
maliyyə-kredit
fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın
müasir formalarından biridir və bilavasitə milli
müəssisələr arasında qarşılıqlı əmtəə mübadiləsi
əsasında kooperasiya əlaqələrinin yaradılmasına
yönəldilmişdir.
"Transmilli
şirkət"
əsasən
beynəlxalq xarakter daşıyan fəaliyyət göstərmək
məqsədilə və milli kapitalın payının üstünlük
təşkil etməsi ilə yaradılan təsərrüfat vahidi kimi
müəyyənləşdirilir. Transmilli şirkətlər öz iş
fəallığını, bir qayda olaraq, xarici ölkələrdə
yerləşən istehsal filiallarının geniş şəbəkəsinə
istinad edərək həyata keçirirlər. Transmilli
birliklər aşağıdakı formalarda yaradılır: müştərək
maliyyə-sənaye qrupları; beynəlxalq təsərrüfat
birlikləri;
korporasiyalar;
holdinq
şirkətləri;
assosiasiyalar; ittifaqlar; müştərək müəssisələr;
ticarət
evləri
şəklində
ticarət-vasitəçilik
təşkilatları; agentlər və beynəlxalq birjalar;
müştərək kommersiya bankları və onların
birlikləri; maliyyə və sığorta şirkətləri.
TRANSMĐLLĐ
BĐRLĐKLƏRĐN ĐDXALI –
transmilli birliklər tərəfindən xaricdən gətirilmiş
əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini
keçən anda idxal edən ölkənin SĐF və ya franko-
sərhəd qiymətləri ilə qiymətləndirilir.
TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN ĐXRACI
–
transmilli birliklər tərəfindən xaricə göndərilən
əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini
keçən anda ixrac edən ölkənin FOB və ya franko-
sərhəd qiymətləri ilə qiymətləndirilir
TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN ĐSTEHSA-
LININ HƏCMĐ
- hazır məhsulların və kənara
satılmış yarımfabrikatların, həmçinin əlavə dəyərə
vergisiz, xüsusi vergisiz və aksiz yığımsız
buraxılış qiymətlərlə kənarın sifarişi əsasında
yerinə
yetirilmiş
sənaye
xarakterli
işlərin
dəyəridir.
Transmilli
birliklərin
satılmış
məhsullarının həcmi – transmilli birliklərin
yerləşdikləri ölkələrdə satdıqları əmtəə və
xidmətlərdən, həmçinin transmilli birliklərin
təsisçi
ölkələri
arasında
məhsulların
dəyişdirilməsi formasında əmtəə və xidmətlərin
satışından ibarətdir.
657
TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN NĐZAM-
NAMƏ FONDU
– transmilli birliklərin qeyd
sənədlərində qeyd edilmiş kapitalın həcmidir.
Nizamnamə fondu, transmilli birliklərin əsas və
dövriyyə vəsaitlərinin yaradılmasının mənbəyi
kimi təsisçilərin əmanətləri və pay haqları
hesabına formalaşdırılır.
Transmilli birliklərin nizamnamə fondunda tərəf
müqabillərinin payı – mənfəət əldə etmək
məqsədilə
transmilli
birliklərin
istehsal
fəaliyyətinə nəzarət etmək üçün onun nizamnamə
fonduna xarici sahibkar tərəfindən qoyulmuş
kapitalın nisbi həcmidir.
TRANSMĐLLĐ KORPORASĐYALAR
–
BMT-nin işləyib hazırladığı tərifə görə mənşə
ölkəsindən asılı olmayaraq iki və ya daha çox
dövlətdə qəbul edilmiş qərarlar sisteminə uyğun
fəaliyyət göstərən strukturlara malik xüsusi,
qarışıq müəssisələr və dövlət müəssisələridir.
TRAST
– etibarlılıq mülkiyyəti institutudur.
Trast sistemində adətən üç tərəf iştirak edir: trastı
təsis edən, etibarlı mülkiyyətçi və benefisiarçı
(xeyir götürən). Trastın hüquqi əsası, trastı təsis
edənlə, yəni trast satılan mülkiyyət sahibi ilə
etibarlı mülkiyyətçi (ona keçən mülkiyyətin idarə
olunma öhdəliklərini öz üzərinə götürən tərəf)
arasında bağlanan müqavilədir. Trast təsisçisi
sahibkar
olur, lakin o,
müqaviləyə
görə
mülkiyyətin idarə olunmasının bütün hüquqlarını
etibarlı mülkiyyətçiyə (məsələn, banka) verir.
Trast, bir qayda olaraq, məxfi sahibkara keçən
mülkiyyətin idarə olunmasında ona tam sərbəstlik
verir - mülkiyyətin istifadəsindən əldə olunan
xeyrin, gəlirlərin (mədaxilin, istiqrazlara görə
faizlərin və s.) benefisiarçıya verilməsi şərti ilə.
Trast əməliyyatları aşağıdakılara bölünür: fərdi
trast xidmətləri (ayrı-ayrı vətəndaşlar üçün);
institusional trast xidmətləri, uzunmüddətli borc
öhdəliklərinin emitenti arasında və ya bu
öhdəliklərin qanunvericisi və bu öhdəlikləri idarə
edən hüquqi şəxs arasında bağlanılan müqavilə
əsasında, yaxud şirkətlə və ya digər hüquqi şəxs –
sahibkar və bu mülkiyyətin idarə olunması üzrə
ixtisaslaşmış və “master trast” (bank və ya trast
şirkəti tərəfindən pensiya fonduna və ya digər
şirkətlər qrupuna, vəkalət verənlərin gəlirlərinin
maksimum olması məqsədi ilə onların ümumi
hesabını idarə etməklə göstərilən xidmətlər) tipli
xidmətlər təqdim edən trast şirkəti arasında
bağlanan müqavilə əsasında göstərilən xidmətlər.
Trast, həmçinin müəyyən mülkiyyətin xüsusi
şərtlərlə bankın nəzarəti və idarəsi altına
verilməsidir. Vəkalət verən şəxs, trast şirkətinə və
ya bankın trast-şöbəsinə onun mülkiyyəti ilə
əməliyyatların aparılmasını etibar edən şəxsdir.
Belə olduqda, vəkalət verənin tapşırığı ilə bu
əməliyyatları yerinə yetirən trast-şöbə etibarlı şəxs
kimi iştirak edir.
Etibar
olunan
mülkiyyətin
idarə
olunma
xüsusiyyətinə görə, trastlar aktiv və passivlərə
bölünürlər. Aktiv trastda olan mülkiyyət satıla,
borc verilə, girov qoyula bilər, yəni etibarlı şəxsin
əlavə razılığı olmadan şəklini dəyişə bilər
(məsələn, pulların qızıla, qiymətli kağızlara
çevrilməsi). Passiv trastlar, müəyyən mülkiyyətin
etibarlı şəxs tərəfindən satıla və ya girov qoyula
bilmədiyi xidmətləri göstərir (məsələn, müəssisə,
torpaq, daşınmaz əmlak).
Aşağıdakılar trastın ən çox yayılan xidmətləridir:
- müştərinin şəxsi bank hesablarının aparılması
(onun hesablarının ödənilməsi, ona düşən
ödənişlərin alınması);
- müştərinin qiymətli kağızlarının, riskin “norma”
dərəcəsində
onun
gəlirlərinin
maksimumlaşdırılması (çoxaldılması) ilə alışı və
satışı;
- müştərinin vergi bəyannaməsinin hazırlanması
(onun hesab yazıları əsasında ilin nəticəsi üzrə);
- gəlirlərin müştərinin xeyrinə yığılması
(dividentlər, faizlər və s.).
TRAST FĐRMALARI
– qeyri-adi maliyyə
institusioal vahididir. Bir qayda olaraq, bank
idarələri ilə birlikdə, etibar edilmiş əmlakın;
himayə altında olan varisliyin, mülkiyyətin;
səhmlərin verilməsi və qeydiyyatı və digər
xidmətlərin
göstərilməsinin
idarə
edilməsi
məqsədi ilə etibarlı şəxs, fidusiar və ya agent kimi
fəaliyyət göstərir. Bundan əlavə, trast maliyyə
idarələri vəsiyyət edilmiş vəsaitlərin (yəni fidusiar
fəaliyyət
həyata
keçirir)
idarə
olunması
(investisiyalaşdırma) ilə məşğul olur.
TREND
– sıranın “orta” səviyyəsinin dəyişmə
xüsusiyyətidir. Determinik və stoxastik trendlər
fərqləndirilir. Determinik trendlər dedikdə, ən
kiçik kvadratlar üsulunun istifadəsi ilə seçmə
məlumatlar əsasında qiymətləndirilən vaxtın bu və
ya digər determinik funksiyasını ifadə edən
müvəqqəti sıranın əsas uzunmüddətli meyli başa
düşülür. Belə determinik funksiyalara misal kimi,
polinomial, eksponensial, loqorifmik və s.
funksiyaları göstərmək olar.
Stoxastik proseslərə baxılan zaman
t
X
sırası çox
vaxt iki təsadüfi komponent kimi təsvir edilir:
t
X
=
t
t
ε
ξ
+
burada
t
ξ
sıranın
“səviyyəsinin”
təsadüfi
olmasını xarakterizə edir, yəni stoxastik trenddir,
t
ε
- bu “səviyyədən” təsadüfi kənarlaşmadır.
t
ξ
658
və
t
ε
kəmiyyətləri sıranın digər üzvlərindən əlaqə
xüsusiyyətinə görə fərqlənirlər.
t
ε
dəyişəni
yalnız
t
X
sırasının sinxron üzvü ilə əlaqəlidir, bu
zaman isə
t
ξ
kəmiyyəti ilə vaxtın müxtəlif
anlarına aid olan sıra üzvlərinin qarşılıqlı təsiri
həyata keçirilir.
Stoxastik trendə misal kimi aşağıdakı funksiyanı
göstərmək olar:
∑
=
−
+
=
+
=
t
i
i
t
t
t
u
u
1
0
1
ξ
ξ
ξ
burada
0
ξ
- müəyyən ilkin qiymət;
i
u
- orta
kəmiyyət
sıfıra
bərabər
təsadüfi
sərbəst
dəyişəndir.
Trendin müəyyən edilməsi üçün sürüşkən orta
kəmiyyət,
eksponensial
hamarlaşma
üçün
eyniləşdirmə
(hamarlaşdırma)
üsullarından
istifadə olunur.
TULLANTILAR
– ətraf mühitin mühafizəsinə
çəkilən xərclərin ölçülməsi zamanı müəyyən
olunan göstəricilərdən biridir. Bu, tullantıların
azaldılmasına, qarşısının alınmasına, onların
yığılmasına,
daşınmasına,
emalına
və
yerdəyişməsinə, avadanlıqların quraşdırılmasına,
həmçinin tullantıların monitorinqinə çəkilən
xərcləri
birləşdirir.
Əsasən
tullantıların
azaldılmasına və onlardan istifadə edilməsinə
yönəldilmiş emal üzrə fəaliyyət növləri daxil
edilir.
TULLANTILARDAN ĐSTĐFADƏ (EMAL,
UTĐLĐZASĐYA) EDĐLMƏSĐ
– əhaliyə satış
da nəzərə alınmaqla, istehsal prosesində təkrar
(ikinci dəfə) istifadə olunmuş və ya kənara
(pulsuz və ya kommersiya əsasında) satılmış
tullantıların miqdarıdır. Həmçinin məhsul və ya
yarımfabrikatların əldə edilməsi şərti ilə xüsusi
dəzgahlarda və zibili emaletmə zavodlarında
işlənmiş tullantılar da buraya daxil edilir. Đstehsal
və məişət tullantıları yandırıldıqda, onlardan
əmələ gələn istiliyin yalnız faydalı istifadə olunan
hissəsi utilizasiyaya aid edilir. Đstifadə olunmuş
tullantılara konkret müəssisələrin (müəssisələr
qrupunun) texnoloji iş rejiminə ilkin olaraq
qoyulması ilə əldə edilmiş və işlənmiş eyni
istiqamətdə olan məhsullar daxil edilmir. Bu,
xüsusilə
ət
emalı
kombinatlarının
subməhsullarına, buynuzlara, dırnaqlara, qana və
s. aid edilir.
Statistikada istehsal və məişət tullantılarının
istifadəsində (işlənməsində) onlar çəki (kq, ton),
həcm (m
3
) və s. ilə ayrı-ayrı növlər və
iriləşdirilmiş qruplar şəklində nəzərə alınır
(öyrənilir).
Yekun
(ümumiləşdirilmiş)
məlumatların işlənməsi fəaliyyət növü və ərazi
üzrə həyata keçirilir.
TULLANTILARIN BASDIRILMASI (ZƏ-
RƏRSĐZLƏŞDĐRĐLMƏSĐ, ANBARA YI-
ĞILMASI)
–
təhlükəli tullantılar daxil
edilməklə, istehsal və istehlak tullantılarının tam,
daimi və ya qismən, müvəqqəti izolyasiya
edilməsi, həmçinin natamam neytrallaşdırılması
ilə təmizlənməsi metodudur. Bu metod sonradan
tullantıların istifadəsi (utilizasiya-tullantılardan
istifadə edilməsi) ilə əlaqədar deyil.
Statistikada müvafiq tullantıların mövcudluğu,
yığılması (toplanması), müvəqqəti saxlanması,
birdəfəlik basdırılması, zərərsizləşdirilməsi və s.
öyrənilir. Məlumatların toplanılması və onun
təhlili müxtəlif ölçü vahidlərindən (çəki, həcm və
s.) istifadə etməklə, siniflər (qruplar) və konkret
istehsal və istehlak tullantıları üzrə ayrıca həyata
keçirilir.
TULLANTILARIN TRANSSƏRHƏD DA-
ŞINMALARI
(YERDƏYĐŞMƏSĐ)
–
tullantıların bir dövlətin milli yurisdiksiyası
altında
olan
rayondan
digər
dövlətin
yurisdiksiyası altında olan rayona (və ya rayondan
keçərək)
yerdəyişməsidir.
Tullantıların
transsərhəd
daşınmasının
(yerdəyişməsinin)
uçotu, tullantıları idxal və ixrac edən bütün
mülkiyyət növlü təsərrüfat obyektlərindən hesabat
məlumatlarının yığılması və təhlili ilə həyata
keçirilir. Bundan başqa, gömrük statistikasının
məlumatlarından istifadə olunur. Tullantıların
transsərhəd
daşınmasını
(yerdəyişməsini)
xarakterizə edən məlumatların əldə olunması üçün
dövlətlərarası sıx əməkdaşlıq, tullantıların idxal
və ixracı haqqında məlumatların qarşılıqlı
müqayisəsi və qarşılıqlı nəzarəti vacibdir.
TUNC VEKSEL (ÜMĐDSĐZ VEKSEL)
–
əmtəə ilə ödənilə bilməyən (təminatı olmayan)
vekseldir.
TUR
- konkret müddətdə konkret marşrut üzrə və
səyahətin məqsədindən asılı olaraq, müxtəlif
xidmətlər kompleksindən ibarət olan turizm
məhsulunun vauçer şəklində satılan formasıdır.
TURAGENT
-
turoperator
tərəfindən
formalaşdırılmış
turların
bilavasitə
turizm
bazarında satışı üzrə vasitəçilik fəaliyyəti göstərən
fiziki və ya hüquqi şəxsdir. Turagent öz fəaliyyəti
müqabilində komisyon mükafatlar alır (turun
dəyərinin 7-15%-i). Turagent turun keyfiyyətinə
görə məsuliyyət daşımır.
659
TURBROKER
- turların topdansatışı ilə məşğul
olan firma tərəfindən turların tərkibinə daxil
edilmiş
nəqliyyat
xidmətlərini
göstərmək
məqsədilə şəxsi nəqliyyat vasitəsinə malik
olmayan, lakin onu icarəyə götürən hüquqi və ya
fiziki şəxsdir.
TURĐST
- istirahət, müalicə, tanış olma, idrakı
(tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə
və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi
istisna olmaqla), idman və dini məqsədlərlə
getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul
olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə
müvəqqəti olan şəxsdir.
TURĐST
MARŞRUTLARI
–
getmə
davamlılığı bir gündən artıq olan, özündə
nəqliyyat,
yemək,
hərəkət
boyunca
turist
xidmətləri daxil olmaqla, turist yollayışları və ya
digər
gediş
sənədləri
üzrə
vətəndaşların
dincəlməsi və gəzintisi üçün nəzərdə tutulmuş
turist marşrutlarıdır.
TURĐSTLƏRĐN SIĞORTALANMASI
–
sığortanın xüsusi forması olub, turist səfərləri,
səyahətlər və şop-turlar zamanı vətəndaşların
mülki maraqlarının qorunması məqsədilə həyata
keçirilir. Bu sığorta növü yüksək riskli sığorta
əməliyyatları qrupuna aid olub, əsas xarakterik
cəhəti qısamüddətli (6 aydan çox olmayaraq)
olması və sığorta hadisəsinin baş vermə vaxtının
və
mümkün
zərərin
həcminin
müəyyənləşdirilməsinin
qeyri-mümkünlüyüdür.
Xaricə səfərə gedən turistlərin sığortalanması
dedikdə, adətən, turistin gözlənilmədən xəstəliyə
tutulması və ya bədbəxt hadisə nəticəsində bədən
xəsarəti alması hallarına qarşı könüllü tibbi
sığorta nəzərdə tutulur. Bəzən turistlərin tibbi
yardımdan başqa, hüquqi, texniki, inzibati və s.
kimi yardımlara da ehtiyacı olur.
TURĐSTLƏRĐN
YERLƏŞDĐRĐLMƏSĐ
ÜÇÜN ŞƏRAĐT
- “gecələmək üçün turistlərə
müntəzəm olaraq (və ya hərdənbir) təqdim olunan
istənilən yer” kimi müəyyənləşdirilir.
Öz yaşayış yerlərindən kənarda olan qonaqlara
kommersiya əsasında daimi xidmət göstərən
yerlərlə təsadüfən gecələmək üçün təklif olunan
yerləri fərqləndirmək zəruridir. Belə ki, turistlərin
yerləşdirilməsi üçün şərait iki əsas qrupa bölünür:
Kollektiv yaşayış müəssisəsi: səyyahların otaqda
və
ya
digər
yerdə
gecələmək
üçün
yerləşdirilməsini təmin edən yaşayış müəssisəsi
kimi müəyyən edilir, lakin bu zaman təqdim
edilən yerlərin sayı bir ailədən artıq şəxslər qrupu
üçün nəzərdə tutulmuş minimumdan artıq olmalı
və hətta gəlir gətirməsə belə, müəssisədəki bütün
yerlər ümumi kommersiya idarəetməsi altında
olmalıdır. Bu qrup üç kiçik qrupa bölünür:
mehmanxanalar və onlara oxşar müəssisələr,
ixtisaslaşdırılmış müəssisələr və digər kollektiv
müəssisələr. Bu kiçik qruplar daha 9 kiçik
qruplara bölünür.
Özəl
turist
müəssisələri:
kollektiv
turist
mənzillərinin müəyyən edilməsinə uyğun gəlmir
və turistlərin yerləşdirilməsi formasını əks etdirir.
Bu müəssisə iki kiçik qrupa və beş vahid qrupuna
bölünür. Kiçik qruplar arasında “özəl tutulmuş
mənzil” və “özəl tutulmamış mənzil” qruplarını
fərqləndirmək vacibdir. Belə ki, birinci mənzilin
tutulması və bununla əlaqədar xərclər tələb edilir,
eyni zamanda bu, sonuncu qrupa aid deyildir.
TURĐZM
–
(I)
-
ölkə vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli
fəaliyyətlə məşğul olmamaq şərti ilə, istirahət,
müalicə, tanış olma, idrakı (tarix və mədəniyyət
sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə
borclarının icra edilməsi istisna olmaqla), idman
və dini məqsədlərlə daimi yaşayış yerlərindən
müvəqqəti getmələridir (səyahətləridir).
(II) - istirahət, işgüzar və digər məqsədlərlə
səyahət edən və ardıcıl bir ildən artıq olmayan
dövr ərzində öz yaşayış yerindən fərqli olan yerdə
qalan şəxslərin fəaliyyəti kimi müəyyən olunur.
Verilmiş əraziyə münasibətdə (məsələn, rayon,
ölkə, ölkələr qrupu) üç elementar turizm forması
mövcuddur:
- daxili turizm: öz yaşayış yerindən kənar olan,
bəzi ərazilərin hüdudlarında səyahət edən bu
ərazilərin rezidentlərinin fəaliyyəti kimi müəyyən
olunur;
Qeyd: Verilmiş kontekstdəki “daxili” termini
Milli
Hesablar
Sistemində
istifadə
edilən
termindən fərqlənir. Milli hesablar kontekstində
bu termin verilmiş ərazidə səyahət edən rezident
və qeyri-rezidentlərin fəaliyyəti və xərclərinə aid
edilir, turist fəaliyyətini xarakterizə edən termin
isə daxili turizm və xarici ölkə sərhədlərinə turizm
hesab edilir.
- giriş turizmi (sərhəddən kənardan): öz yaşayış
yerlərindən kənar bəzi ərazilərə səyahət edən
qeyri-rezidentlərin fəaliyyəti daxildir;
- çıxış turizmi (sərhəddən kənara): bəzi ərazilərin
(və öz yaşadıqları ərazidən kənar) hüdudlarında
yerləşən yerlərə səyahət edən və vaxt keçirən bu
ərazilərin rezidentlərinin fəaliyyətini əks etdirir;
Əraziyə bir neçə ölkə qəbul edildiyi halda,
aşağıdakı turizm kateqoriyalarını müəyyən
etmək üçün üç əsas turizm forması müxtəlif
formada birləşdirilə (əlaqələndirilə) bilər:
- “daxili turizm” və “giriş turizm”i daxil olan
“daxili turizm”;
660
- “daxili turizm” və “çıxış turizm”i daxil olan
“milli turizm”;
- “çıxış turizm”i və “giriş turizm”dən ibarət olan
“beynəlxalq turizm”.
Qarışıqlıqdan qaçmaq üçün, bu üç terminin bir
ölkə ilə münasibətdə turizm üçün ehtiyatda
saxlanılması məsləhət görülür. Digər hallarda
verilmiş terminin hansı coğrafi və ya inzibati
səviyyəyə aid olmasını dəqiq müəyyən etmək
vacibdir, məsələn, “əyalət səviyyəsində çıxış
turizmi”, “Avropa Đttifaqında daxili turizm”.
Dostları ilə paylaş: |