A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə171/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   167   168   169   170   171   172   173   174   ...   182

 

UNĐVERSAL  MAĞAZA

  –  bu,  əhali  üçün 

əlverişli  olan  (adətən  şəhər  mərkəzlərində),  eyni 

bir  dam  altında  yerləşən,  geniş  çeşidli  istehlak 

malları (xüsusən məişət texnikası və geyim) təklif 

edən,  geniş  sahəyə  malik  olan  pərakəndə  ticarət 

müəssisəsidir.  Mallar  (və  bəzi  xidmətlər)  hər  biri 

ixtisaslaşmış  mağaza  kimi  fəaliyyət  göstərən 

şöbələrdə 

satılır. 

Universal 

mağazaların 

hüdudlarında  yerləşən  supermarketlərdə  ərzaq 

malları şöbəsi (satıcılar tərəfindən satılan qənnadı 

və delikates (zərif yemək) malları istisna olmaqla) 

adətən özünə xidmət prinsipi əsasında işləyir.  

 

URBANĐZASĐYA

 

(fr. 


urbanisation

ing. 


urbanization, lat. urbanus – şəhərli, urbs – şəhər) 

–  cəmiyyətin  inkişafında  şəhərlərin  rolunun tarixi 

artma  prosesidir;  istehsalın  yerləşdirilməsində  və 

ilk  növbədə  əhalinin  yerləşməsində,  onun  sosial-

peşə,  demoqrafik  strukturunda,  həyat  tərzində, 

mədəniyyətində  və  s.  dəyişiklikləri  əhatə  edir. 

Urbanizasiya 

– 

çoxtərəfli 



sosial-iqtisadi, 

demoqrafik  və  coğrafi  prosesdir:  tarixən  təşəkkül 

tapmış ictimai və ərazi əmək bölgüsü əsasında baş 

verir. Demoqrafik statistik anlayışda urbanizasiya 

– şəhərlərin, xüsusən böyük şəhərlərin artmasıdır, 

ölkədə, regionda, dünyada şəhər əhalisinin xüsusi 

çəkisinin 

yüksəlməsidir 

(əhalinin 

urbanizasiyası)

Đlk  şəhərlər  e.ə.  3-1-ci  minilliklərdə  Misirdə, 

Mesopotamiyada, 

Çində, 


həmçinin 

Aralıq 


dənizinə  yaxın  Avropa  və  Afrikanın  bəzi 

 

665


regionlarında  meydana  gəlmişdir.  Yunan-Roma 

dünyasında  Afina,  Roma,  Korfagen  kimi  şəhərlər 

çox  böyük  rol  oynayırdı.  Sənaye  cəmiyyətinin 

inkişafı  ilə  maddi  və  mənəvi  fəaliyyətin  müxtəlif 

forma 

və 


növlərinin 

təmərküzləşmə 

və 

inteqrasiyanın  zəruriliyi  urbanizasiya  prosesinin 



güclənməsinə,  əhalinin  daha  çox  şəhərlərdə 

cəmləşməsinə  səbəb  olmuşdur.  Urbanizasiya 

prosesinin  inkişafı  şəhər  əhalisinin  formalaşması 

və  şəhərlərin  artması  xüsusiyyətləri  ilə  sıx 

bağlıdır:  şəhər  əhalisinin  özünün  təbii  artımı; 

şəhərətrafı  ərazilərin  (şəhər,  qəsəbə  və  kəndlər 

daxil  olmaqla)  şəhər  hüduduna  daxil  edilməsi, 

yaxud  inzibati  tabeçiliyə  aid  edilməsi;  kənd 

yaşayış 

məntəqələrinin 

şəhər 

məntəqələrinə 



çevrilməsi. 

 

UŞAQ  ÖLÜMÜ

  –  0  yaşından  5  (0-4  yaş) 

yaşınadək  olan  uşaqların  ölümüdür.  1987-ci 

ilədək  uşaq  ölümü    ifadəsindən  körpə  ölümünün 

sinonimi kimi istifadə edilirdi.  

 

UŞAQ 

ÖLÜMÜ 

PARADOKSU

 

– 



demoqrafik 

ədəbiyyatlarda 

istifadə 

olunan 


termindir,  gələcək  ömrün  orta  uzunluğunun  adi 

vəziyyətdə  yaşa  dolduqca  azalmasından  fərqli 

olaraq,  onun  yaşa  dolduqca  artması  vəziyyətini 

ifadə  edir.  Uşaq  ölümünün  paradoksu  körpə 



ölümünün  nisbətən  yüksək  səviyyədə  olması 

zamanı müşahidə olunur və onunla bağlıdır ki, bir 

yaşadək ölənlərin böyük sayı ölüm cədvəlləri üzrə 

hesablanmış  və  doğulanda  gözlənilən  orta  ömür 

uzunluğuna  bərabər  olan  ölənlərin  orta  yaşını 

xeyli azaldır. Misal üçün, ömrünün birinci yaşında 

bütün  doğulanların  orta  hesabla  10%-i  0,5  il 

yaşında  ölür;  1  yaşa  çatmışlar  üçün  gözlənilən 

orta  ömür  uzunluğu  isə  59  yaş  təşkil  edir.  Onda 

yeni  doğulmuşlar  üçün  gözlənilən  orta  ömür 

uzunluğu bərabərdir:  

0,1 x 0,5 + 0,9 x (59 +1) = 54,05 il, yaxud 1 illik 

yaş  üçün  gözlənilən  orta  ömür  uzunluğuna 

nisbətən  demək  olar  ki,  5  il  az.  Körpə  ölümü 

əmsalı  10%-dən  aşağı  olduqda,  uşaq  ölümünün 

paradoksu praktiki olaraq müşahidə olmur. 

 

UŞAQ  SAĞLAMLIQ-TƏHSĐL  MÜƏSSĐ-

SƏSĐ 

– 

uşaqların 

sağlamlıq 

durumunun 

möhkəmləndirilməsi,  onların  gigiyenik  və  fiziki 

mədəniyyətinin  inkişaf  etdirilməsi,    qüvvələrinin 

bərpa  edilməsi,  özünün  peşə  müqəddəratını  təyin 

etmə,  yaradıcılığının  həyata  keçirilməsi,  hüquqi, 

vətəndaşlıq,  vətənpərvərlik,  ekoloji  tərbiyə  və 

uşaqların  inkişafına  yönəldilən  tibbi-profilaktik, 

idman,  təhsil,  asudə-mədəni  vaxt  proqramlarının 

və  xidmətlərinin  həyata  keçirilməsi  üçün  şəraitin 

yaradılmasını  təmin  edir.  Uşaq  sağlamlıq-təhsil 

müəssisəsinin  növləri  aşağıdakılardan  ibarətdir: 

stasionar  düşərgələrdən,  bağlardan,  şəhərkənarı 

sağlamlıq mərkəzlərindən, bazalardan və s. 

 

UŞAQLAR

  -  1)  yetkinlik  yaşına  çatmayan 

insanlardır.  Tədqiqatın  məqsədindən  asılı  olaraq, 

demoqrafiyada  onun  yuxarı  həddi  fərqlənən  yaş 

kateqoriyasıdır. 



Əhalinin 

təkrar 

istehsalı 

öyrənildikdə,  uşaqları  yaşlılardan  ayıran  hədd 

adətən  15  yaş  hesab  olunur.  Bu  yaş  həddi  çox 

aşağı  olsa  da,  nəzərdə  tutulur  ki,  bu  yaşda  olan 

adamlar  çox  nadir  halda  doğurlar,  lakin  bu,  5 

bölünən  ədəddir.  Bu  isə  müqayisə  etmək  və 

hesablamalar  üçün  rahatdır,  xüsusilə  5-illik  yaş 

qrupları 

üzrə 

qruplaşdırdıqda. 



Uşaqlar 

kateqoriyasını 

demoqrafik 

və 


sosial 

xüsusiyyətlərinə  görə  (onun  sayının  əvvəlki 

illərdə  doğumların  sayından  və  ömrünün  birinci 

ilində  ölüm  səviyyəsindəki  fərqlərdən  asılılığı) 

adətən  daha  kiçik  qruplara  bölürlər.  Südəmər 

(körpə)  uşaqlar  qrupu  0  il  yaşında  (yəni 

doğulduqdan  dəqiq  1  yaşadək  olan  intervalda) 

xüsusilə  vacib  hesab  olunur,  körpə  ölümünü 

öyrənən  zaman  onu  aylar,  hətta  həftələr  üzrə 

bölürlər.  Birinci  5-illik  qrup  üzrə  0–4  yaşda 

uşaqlar 

(doğulduqdan 

dəqiq 



yaşınadək) 



haqqında məlumatlar əhalinin siyahıyaalınması və 

müayinə 


məlumatları 

üzrə 


uşaqlı 

olma 


göstəricilərini  hesablamaq  üçün  tətbiq  olunur. 

Demoqrafik  təhlildə  uşaqlar  kateqoriyası  əhalinin 

təkrar  istehsalının  nəticəsi  və  onun  perspektivini 

qiymətləndirmək üçün əsas kimi vacibdir. 

Đqtisadi-coğrafi  tədqiqatlarda  uşaq  yaşının  yuxarı 

həddi  qanunvericilikdə  təsbit  olunan  əmək 

qabiliyyətinin  başlandığı  yaş  (16  yaş)  götürülür. 

Sosioloji  tədqiqatlarda  14–15  yaşlı  uşaqlar 

yeniyetmələr;  planlaşdırma  ehtiyacları  üçün  ölkə 

statistikası  südəmər,  yaşlı,  məktəbəqədər  və 

məktəbyaşlı uşaqlar fərqləndirilir. 

2) Düz (birbaşa) xətt üzrə 1-ci qohumluq dərəcəli 

kişi  və  qadının  gələcək  nəsli  – oğul  və  qızlarıdır. 

Ailə vəziyyətinin kateqoriyalarından biridir. Ailədə 

uşaqların  sayı  ailənin  həyat  sikli  mərhələlərinin 

vacib 

xarakteristikasıdır. 



Ailə 

haqqında 

məlumatlar əhalinin siyahıyaalınması üzrə onların 

tərkibində  uşaqları  yaşından  asılı  olmayaraq 

ayırırlar  və  bu  zaman  uşaqlar    kateqoriyasını 

azyaşlı  uşaqlarla  eyniləşdirmək  lazım  deyil. 

“Uşaqlar”  termininin  doğumun  xarakteristikası 

kimi istifadə olunması düzgün deyil. Çünki bütün 

doğulmuş  uşaqlar  sağ  qalmır  və    onların  hamısı 

həmin ailənin tərkibinə daxil olmur. 

3)  Doğum  və  diri  doğuş  anlayışının  sinonimidir. 

Bu  mənada  ailədə  uşaqların  sayı  uşaq  doğma 

dövrünün  sonuna  qadın  nəslində  doğuşların  sayı 

kimi  başa  düşülür,  doğumun  və  demoqrafik 

əxlaqın 

ailədə 


ideal, 

gözlənilən, 

istənilən, 


 

666 


planlaşdırılan 

uşaqların 

sayının 

öyrənilməsi 

zamanı işlədilir. 

Çox vaxt “uşaqlar” termini müxtəlif anlayışları və 

ölçüləri  işarə  etmək  üçün  tətbiq    olunur  və  onun 

düzgün tətbiq olunmaması yanlış nəticələrə gətirib 

çıxara  bilər.  Siyahıyaalma  vaxtına  ailədə  diri  və 

ya yaşayan uşaqların sayının qadının doğuşlarının 

sayı  ilə  eyniləşdirilməsi  daha  çox  yol  verilən 

səhvlərdəndir.  Bir  halda  ki,  bəzi  uşaqlar  kiçik 

yaşlarında  ölür,  yetkinlik  yaşına  çatmır,  yaxud 

ayrı yaşayır, anaları ilə birlikdə yaşayan uşaqların 

sayı  hətta  uşaq  ölümünün aşağı  səviyyədə  olması 

zamanı,  orta  hesabla  həmişə  doğulan  uşaqların 

sayından  azdır.  Bu  səbəbdən  də,  qadınların 

(ailələrin) 

uşaqların 

sayına 


görə 

bölgüsü 


doğumların  sayına  görə  onların  bölgüsündən 

fərqlənir  və  ananın  yaşı  artdıqca  ailənin 

böyüməsinin  xarakteristikası  kimi  izah  etmək 

olar. 


4) Yetkinlik yaşına çatmayan şəxslər (hüquqi). 

Mülki,  ailə,  pensiya  qanunvericiliyində  “uşaqlar” 

termini  həmçinin  qanunla  müəyyən  olunmuş 

yetkinlik  yaşına  çatmış  şəxslər  barədə  də  tətbiq 

olunur.  

 

UŞAQLARIN  ARZU  OLUNAN  SAYI



  –  öz 

arzusundan  çıxış  edərək,  fərdin  ailəsində  istədiyi 

uşaqların sayının olmasıdır. Uşaqların arzu olunan 

sayı  şəxsiyyətin  dəyərləndirmə  oriyentasiyası, 

onun  sosiallaşma  xüsusiyyətləri,  ailə  təcrübəsi  və 

başqa fərdi keyfiyyətlərlə bağlıdır. 

Uşaqların  arzu  olunan  sayı  haqda  informasiya 

əhali  arasında  müşahidə  aparılan  zaman  verilən 

xüsusi suala cavab kimi alınır. Adətən belə suallar 

verilir:  “Neçə  uşağın  olmasını  istəyərsiniz?”,  

yaxud    “Əgər  bunun  üçün  şərait  olarsa,  ailədə 

neçə uşağın olmasını istəyərsiniz?”. 

Cavab 

rəqəmlə 


ifadə 

olunan 


kəmiyyət 

xarakteristikasıdır.  Məlumatlar  işləndikdə  qeyri-

müəyyən  cavablar istisna  olunur,  alternativ  (“iki” 

yaxud  “üç”)  cavablar  isə  orta  kəmiyyətlə 

müəyyənləşir.  Xaricdə  aparılan  müşahidələrdə 

qrup göstəricilər iki variantda: birmənalı olmayan 

cavabların  minimum  və  maksimum  kəmiyyətləri 

üzrə verilir. Eyni cinsli sosial qruplar çərçivəsində 

uşaqların arzu olunan sayı haqda suala cavabların 

variasiyası adətən çox olur, nəinki uşaqların ideal 

sayı haqda suala. 

Uşaqların 

arzu 

olunan 


sayı 

qrupunun 

xarakteristikası  kimi,  sayca  müəyyən  cavabların 

bölgüsü  növündə  ifadə  olur.  Bu  bölgünün 

parametrlərindən  ən  çox  orta  hesabi  (uşaqların 

arzu  olunan  orta  sayı)  göstərici  tətbiq  olunur, 

bəzən  də  ortanın  ətrafında  cavabların  variasiyası 

ölçülərini göstərməklə müşayiət edilir. 

Đlk  dəfə  uşaqların  arzu  olunan  sayı  haqda 

məlumatlar  ABŞ-da  XX  əsrin  50-ci  illərinin 

ortalarında  alınmışdır.  Sonrakı  illərdə  uşaqların 

arzu  olunan  sayı  haqda  sual  müxtəlif  ölkələrdə 

aparılan müşahidələrə daxil edilmişdir. 

Keçmiş  SSRĐ-də  uşaqların  arzu  olunan  sayı 

haqqında  informasiya  isə  60-cı  illərin  sonunda 

alınmışdır. 1980-ci ilə kimi 10-dan çox müşahidə 

aparılmış  və  bu  sual  ora  salınsa  da,  onlar  lokal 

xarakter  daşımışdır.  Qrup  səviyyədə  uşaqların 

arzu  olunan  orta  sayı  –  uşaqların  gözlənilən  orta 

sayından bir  qədər  yüksəkdir. Fərdi səviyyədə  bu 

kəmiyyətlər  müxtəlif  ola  bilər,  lakin  uşaqların 

gözlənilən  sayının  sistematik  olaraq  istənilən 

saydan  çox  olması  doğumun  azalması  başlayan 

əhali qruplarında olur. Uşaqların arzu olunan sayı 

göstəricilərinin  mənasının  izahı  müxtəlifdir. 

Müəlliflərin  çoxu  bunu  reproduktiv  məqsədin 

vacib  xarakteristikası  və  uşaqlara  olan  tələbatın 

əksi hesab edir.  

 

UŞAQLARIN  GÖZLƏNĐLƏN  SAYI

  – 


konkret  həyat  vəziyyətini  və  şəxsi  üstünlüklərini 

nəzərə  alaraq,  öz  ailəsində  fərdin  fikrində  olan 

uşaqların  sayıdır.  Bu  halda  nəzərdə  tutulur  ki, 

“olmaq” və “doğmaq” anlayışları eynidir və uşaq 

doğumu  ailədə  uşaqların  olmasının  yeganə 

mənbəyidir, ona görə də, uşaqların gözlənilən sayı 

fərdi  uşaq  doğumu  planının  uyğun  əks  edilməsi 

hesab  oluna  bilər.  “Uşaqların  gözlənilən  sayı” 

anlayışı  yalnız  uşaq  doğumunun  ailədaxili 

tənzimlənməsi yayıldığı əhali üçün məna daşıyır. 

Uşaqların gözlənilən sayı haqda məlumat əhalinin 

müşahidəsi  zamanı  qoyulan  xüsusi  suallara 

cavablardan  alınır  –  “Cəmi  neçə  uşağın  olmasını 

istəyirsiniz?”,  “Daha  neçə  uşağın  olmasını 

nəzərdə  tutursunuz?”.  Suallar  bir  qayda  olaraq 

ərdə  olan  reproduktiv  yaşlı  qadınlara  ünvanlanır. 

Cavablar  çox  vaxt  müəyyən  xarakter  daşıyır  və 

birmənalıdır.  Buna  görə  də,  onların  statistik 

işlənilməsi çətinlik törətmir. 

Ailədə 


uşaqların 

gözlənilən 

sayı 

haqda 


məlumatlar  ilk  dəfə  1955-ci  ildə  ABŞ  alimləri 

tərəfindən  Amerika  ailələrinin  artımının  tədqiq 

edildiyi  zaman  alınmışdır.  Sorğu  aparılan  hər 

qadınla öz ailəsinin inkişaf proqnozunun verilməsi 

təklif  olunmuşdu.  Bu  şəxsi  proqnozlar  əsasında 

ölkə 


əhalisinin 

perspektivdə 

inkişafını 

qiymətləndirməyə  cəhd  edilmişdi.  Sonralar  bu 

göstərici  əhalinin  proqnozları  üçün  praktiki 

istifadədə xüsusi əhəmiyyətə malik oldu. 

Keçmiş  SSRĐ-də  uşaqların  gözlənilən  sayı 

haqqında  informasiya  ötən  əsrin  60-cı  illərin 

ortalarından  alınmağa  başlamışdı.  Uşaqların 

gözlənilən  sayı  reproduktiv  göstəricinin  bu  və  ya 

digər  aspektlərinin  aşkara  çıxarılması  ilə  bağlı 

yeganə  suallardan  biri  idi  ki,  ümumittifaq 

müşahidələrə  salınırdı.  Uşaqların  gözlənilən  sayı 

haqda 


məlumatlar 

demoqrafik 

vəziyyətin 


 

667


təhlilində, 

doğum 


dinamikasının 

və 


diferensiasiyasının  izah  olunmasında  vacib  yer 

tutur. 


Uşaqların 

gözlənilən 

sayı 

qrup 


xarakteristikalarının  izahı  onların  real  koqortada 

doğulma illəri üzrə, yaxud real nikah koqortasında 

doğum 

saylarının 



proqnozlaşdırılmasında 

istifadəsi  ilə  bağlıdır.  Bu  zaman  nəzərdə  tutulur 

ki,  uşaqların  gözlənilən  sayı  ilə  doğulmuş 

uşaqların  sayı  arasında  fərq  koqorta  üzvlərinin 

gələcək  reproduktiv  fəaliyyətində  orta  hesabla 

olmasını istəyən uşaqların sayıdır.  

 

UŞAQLARIN ĐDEAL SAYI

 – konkret həyati 

şərait  və  şəxsi  üstünlüklər  nəzərə  alınmadan 

fərdin,  ümumiyyətlə,  ailədə  uşaqların  ən  yaxşı 

sayı haqda təsəvvürdür. Uşaqların ideal sayı ideal 

həyat 

tərzi 


haqqında 

ümumi 


təsəvvürlər 

kompleksinin elementlərindən biridir.  

Eyni 

sosial-mədəni 



birliklər 

çərçivəsində 

uşaqların  ideal  sayı  haqqında  təsəvvür  məhdud 

müxtəlifliklə  fərqlənir.  Qruplar  arasında  fərqlər 

mövcud  olur.  Bu  təsəvvürlər,  bir  insanda  hansı 

ailədən söhbət getdiyindən (şəhər və kənd, maddi 

cəhətdən yaxşı, yaxud nisbətən pis təmin olunmuş 

və s.) asılı olaraq, fərqlənə bilər. 

Uşaqların  ideal  sayı  haqda  məlumatlar  əhalidə 

müşahidələrin  aparılması  zamanı  verilən  xüsusi 

suallara  cavab  kimi  alınır.  “Fikrinizcə,  ailədə 

uşaqların  ən  yaxşı  (ideal)  sayı  neçədir?”, 

“Ümumiyyətlə,  ailədə  neçə  uşağın  olması 

yaxşıdır?”  sualları  daha  geniş  yayılmışdır.  Bəzən 

qeyd  olunur  ki,  sual  eyni  təbəqədən  olan,  yaxud 

eyni şəraitdə yaşayan ailələrə aiddir. 

Rəqəmlə  ifadə  olunan  kəmiyyət  xarakteristikaları 

növündə cavabları almağa çalışırlar. Lakin bu heç 

də  həmişə  mümkün  olmur,  ona  görə  də  “iki-üç”, 

yaxud  “üç-dörd”  tipli  cavablara  yol  verilir.  Onlar 

orta kəmiyyətlə nəzərə alınır. 

Đlk  dəfə  uşaqların  ideal  sayı  haqda  məlumatlar 

1936-cı ildə ABŞ-da Qellap  Đctimai Rəy  Đnstitutu 

tərəfindən  alınmışdı.  ABŞ-da  uşaqların  ideal  sayı 

haqqında sual 1955-ci ildən doğumun ümummilli 

müşahidələrinə  daxil  edilir.  Bu  sual  Doğumun 

ümumdünya 

müşahidəsi 

Proqramına 

daxil 


edilmişdir.  Bu  proqram  BMT-nin  tövsiyəsi  ilə 

dünya  ölkələrinin  çoxunda  1972–77-ci  illərdə 

həyata keçirilirdi.  

Keçmiş  SSRĐ-də  uşaqların  ideal  sayı  haqda 

məlumat  60-cı  illərin  ortalarından  əhalinin  ayrı-

ayrı  qrupları  üzrə  alınırdı.  Uşaqların  ideal  sayı 

haqda sual daxil edilmiş ümumittifaq müşahidələr 

1969  və  1989-cu  illərdə  keçirilmişdir.  20  il 

ərzində  ərdə  olan  cavan  qadınların  (18–29  yaş) 

rəyində  uşaqların  ideal  sayının  aşağı  düşməsində 

nəzərəçarpacaq  dəyişiklik  baş  vermişdi  və  iki 

uşaqlı 


ailəyə 

üstünlük 

verilirdi. 

Təhsil 


səviyyəsindən, 

etnik 


mənsubiyyətindən, 

respondentlərin yaşadığı məskun tipindən və bəzi 

başqa  amillərdən  asılı  olaraq,  təbəqələşmə  aşkar 

olunmuşdu. 

Uşaqların ideal sayı haqda məlumatlar demoqrafik 

vəziyyətin, 

doğumun 

dinamika 

və 

təbəqələşməsinin  təhlilində  mühüm  rol  oynayır. 



Lakin  doğumun  determinasiyasının  ümumi  qəbul 

olunmuş  nəzəriyyəsinin  olmaması  səbəbindən 

müxtəlif  müəlliflərdə  uşaqların  ideal  sayı  haqda 

məlumatların  izahı  üst-üstə  düşmür.  Çoxları 

uşaqların ideal sayını reproduktiv göstərişin vacib 

xarakteristikalarından  biri  sayır.  Uşaqların  ideal 

sayı 

həmçinin 



reproduktiv 

əxlaqın 


sosial 

normaları 

və 

doğum 


nəzəriyyəsinin 

digər  


anlayışları ilə əlaqələndirilir.  

 

UŞAQLARIN  MƏKTƏBƏQƏDƏR  TƏH-



SĐL 

MÜƏSSĐSƏLƏRĐ 

ĐLƏ 

TƏMĐN 

OLUNMASI

 

– 

məktəbəqədər 

təhsil 

müəssisələrinə 



gələn 

uşaqların 

sayının 

demoqrafiya  statistikasının  məlumatları  üzrə  1-5 

yaşlarında  olan  uşaqların  sayına  nisbəti  kimi 

müəyyən edilir. Bu göstərici region, şəhər və kənd 

yerləri üzrə hesablanır. 

 

UŞAQLARIN  MƏKTƏBƏQƏDƏR  TƏH-

SĐL  MÜƏSSĐSƏLƏRĐNDƏ  YERLƏRLƏ 

TƏMĐN OLUNMASI

 (hər 1000 nəfərə düşən 

yer)  –  məktəbəqədər  təhsil  müəssisələrindəki 

yerlərin 

sayının 

demoqrafiya 

statistikasının 

göstəriciləri  üzrə  1-5  yaşlarında  olan  uşaqların 

sayına  nisbəti  kimi  hesablanır.  Hesablamalar 

region, şəhər və kənd yerləri üzrə aparılır. 

 

UŞAQLARIN  ORTA  SAYI

  –  uşaqların 

sayına 


görə 

sorğu 


edilmiş 

qadınların 

bölüşdürülməsi 

əsasında 



əhalinin 

siyahıyaalınması 

və 

ya 

müayinəsinin 

məlumatlarından 

əldə 

edilən 


doğum 

sayı 


göstəricisidir.  Sualın  xarakterindən  asılı  olaraq, 

göstərici  fərqli  tərkibdə  ola  bilər:  anadan  olmuş 

uşaqların  orta  sayı;  doğulanların  sayından 

siyahıyaalma  (müayinə)  anına  qədər  yaşayan 

uşaqların orta sayı; siyahıyaalma (müayinə) anına 

ailədə  yaşayan  uşaqların  orta  sayı;  uşaqların  orta 

ideal sayı; uşaqların gözlənilən orta sayı və s. Bu 

göstəricilərin  hesablanma  metodikası  oxşardır, 

lakin  onlar  fərqli  məna  daşıyır  və  qarşılıqlı  əvəz 

edilmir,  qarşılıqlı  olaraq  bir-birini  tamamlayır. 

Əhalinin  fərqli  qruplarında  uşaqların  orta  sayının 

müqayisəsində 

göstəricilər 

öz 


reproduktiv 

dövrünün  eyni  mərhələsində  olan  koqortalara  aid 

edilməlidir. 

 


 

668 


UŞAQLARIN  PLANLAŞDIRILAN  SAYI

 

–  reproduktiv  məqsədin  xarakteristikalarından 

biridir.  Müşahidələr  zamanı  uşaqların  sayı 

haqqında  suala  cavab  kimi  alınır  və  sorğu 

aparılanın 

nikah 


bağladığı 

zaman 


istədiyi 

(planlaşdırdığı) 

uşaqların 

sayını 


göstərir. 

Uşaqların  ideal  sayı,  uşaqların  istənilən  sayı  ilə 

yanaşı,  uşaqların  planlaşdırılan  sayı  göstəricisi 

doğumun 

uzununa 


müşahidələrində 

istifadə 

olunur;  60–70-ci  illərdə  əsasən  inkişaf  etmiş 

ölkələrdə  yayılmışdır,  lakin  nə  “Ümumdünya 

doğumun  müşahidəsi”nə,  nə  də  başqa  beynəlxalq 

layihələrə  daxil  edilmişdir.  8  inkişaf  etmiş  ölkə 

üzrə məlumatların müqayisəli tədqiqi göstərmişdir 

ki,  uşaqların  planlaşdırılan  sayı  reproduktiv 

məqsədin  başqa  xarakteristikaları  kimi  eyni 

amillərdən asılılığını aydınlaşdırır. 

 

UŞAQLI  OLMA  ĐNDEKSĐ

  –  hipotetik 

nəsildə  doğum  səviyyəsini  dolayı  ölçən  uşaqlı 

olma  indeksi  yüklənmə  göstəricilərinə  aiddir, 

çünki kiçik yaşda olan uşaqların sayının yaşa görə 

onların  anası  ola  bilən  qadınların  sayına  nisbətini 

xarakterizə  edir.  Uşaqlı  olma  indeksi  (Q)  –  0–4 

yaşlı  (S

0-4


),  yaxud  0–9  yaşlı  (S

0-9


)  uşaqların  sayı 

20–49  yaşlı  (W

20-49

)  1000  qadına  nisbəti  ilə 



hesablanır. Birinci halda:  

1000


49

20

4



0

4

0



=





W



S

Q

 

Đkinci halda: 



1000

49

20



9

0

9



0

=





W

S

Q

 

Uşaqlı  olma  indeksi  öz-özlüyündə  nəsillərin  əvəz 



olunma  səviyyəsini  xarakterizə  etməsə  də, 

müxtəlif  əhali  qruplarında  (yaxud  dinamikada 

eyni  əhalidə)  uşaqlı  olma  indeksi  doğum 

səviyyəsində  fərqləri  (dəyişiklikləri)  çox  düzgün 

xarakterizə edir. Buna görə də, əhalinin hər hansı 

qrupunun  cins-yaş  tərkibi  haqqında  yalnız 

siyahıyaalma 

məlumatları 

olduqda 

və 


bu 

qruplarda 

doğum 

haqqında 



məlumatlar 

olmadıqda,  uşaqlı  olma  indeksi  bu  qruplar 

arasında doğumdakı fərqləri xarakterizə edə bilər. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin