YAŞAYIŞ
MĐNĐMUMUNDAN
AŞAĞI
GƏLĐRĐ OLAN ƏHALĐNĐN SAYI
- gəliri
ev təsərrüfatının hər üzvünə hesabı ilə yaşayış
minimumundan az olan şəxslərin mütləq ifadədə
sayıdır. Faiz ifadəsi ilə - adambaşına gəlirin və
rəsmi yoxsulluq həddinin (yoxsulluq həddi)
səviyyəsinə görə əhali bölgüsü məlumatları
əsasında hesablanan yoxsulluğun nisbi göstəricisi,
başqa
sözlə,
gəlirin
səviyyəsi
yaşayış
minimumundan aşağı olanların əhalinin ümumi
sayına nisbətinin faizlə ifadə olunmasıdır.
YAŞAYIŞ SAHƏSĐ
– mənzil hüququnun
obyektidir. Yaşayış sahəsi dedikdə, Azərbaycan
Respublikasına Mülki Məcəlləyə uyğun olaraq,
daşınmaz əmlak hesab edilən və vətəndaşların
daimi yaşaması üçün yararlı olan (müəyyən
edilmiş sanitariya və texniki norma və qaydalara,
qanunvericiliyin digər tələblərinə cavab verən)
ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin
ümumi sahəsi vətəndaşların yaşayış sahəsində
yaşaması ilə əlaqədar onların məişət və digər
ehtiyaclarının ödənməsi üçün nəzərdə tutulan
yardımçı sahələrin (balkon və eyvanlar istisna
olmaqla) sahəsi daxil olmaqla, həmin yaşayış
sahəsinin
bütün
hissələrinin
sahəsinin
məcmusundan ibarətdir.
Yaşayış sahəsinə aiddir: yaşayış evi, yaşayış
evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq.
Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və
digər ehtiyacların ödənməsi üçün nəzərdə
tutulmuş
yardımçı
sahələrdən
ibarət
fərdi
müəyyən edilmiş ev yaşayışı hesab edilir.
Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə
əlaqədar məişət və digər ehtiyacların ödənməsi
üçün nəzərdə tutulmuş yardımçı sahədən ibarət,
çoxmənzilli binanın ümumi istifadədə olan
sahələrinə birbaşa daxil olmaq imkanını təmin
edən strukturca ayrıca hissəsi mənzil hesab edilir.
Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq
üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab
edilir.
Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə
insanların yaşamasıdır.
Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki
şəxslərə digər şəxslərin hüquqlarını və qanuni
mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən
edilmiş tələbləri pozmamaq şərtilə, həmin yaşayış
sahəsindən peşə fəaliyyətini və ya fərdi
sahibkarlıq
fəaliyyətini
həyata
keçirmək
məqsədilə istifadəsinə yol verilir.
YAŞAYIŞ SAHƏSĐNƏ GÖRƏ HAQQIN
MĐQDARI
– yaşayış sahəsinin saxlanması və
təmirinə görə çoxmənzilli binanın ümumi
əmlakının qanunvericiliyin tələblərinə müvafiq
olaraq saxlanmasını təmin edən miqdarda
müəyyən edilən haqdır.
Dövlət və bələdiyyə mənzil fondunun yaşayış
sahələrinin sosial kirayə və ya kirayə müqavilələri
üçün yaşayış sahələrinin kirayəçiləri üçün yaşayış
sahəsindən
istifadəyə
görə
haqqın
(kirayə
haqqının), yaşayış sahəsinin saxlanması və
təmirinə görə haqqın miqdarı onların tutduqları
yaşayış
sahəsinin
ümumi
sahəsindən
(yataqxanaların ayrıca otaqlarında həmin otaqların
sahəsindən),
həmçinin
yaşayış
sahəsinin
keyfiyyəti və abadlığından, evin (binanın)
yerləşdiyi yerdən asılı olaraq, dövlət mənzil fondu
barəsində müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, bələdiyyə mənzil fondu barəsində isə
müvafiq bələdiyyələr tərəfindən müəyyən edilir.
Sosial xidmət sistemi evlərinin (binalarının)
yaşayış sahələrində, məcburi köçkünlərin və
qaçqın statusuna malik olan şəxslərin müvəqqəti
yerləşdirilməsi fondunun yaşayış sahələrində,
habelə yataqxanaların yaşayış sahələrində yaşayan
vətəndaşlar üçün yaşayış sahəsinə görə haqqın
miqdarı dövlət mülkiyyətində olan yaşayış
sahələrinə görə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, bələdiyyə mülkiyyətində olan yaşayış
sahələri
barəsində
müvafiq
bələdiyyələr
tərəfindən, özəl mülkiyyətdə olan yaşayış sahələri
barəsində isə onların mülkiyyətçiləri tərəfindən
müəyyən edilir.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və
ya mənzil-tikinti kooperativinin və ya digər
ixtisaslaşmış
istehlak
kooperativinin
yaradılmadığı
çoxmənzilli
binanın
yaşayış
sahəsinin saxlanması və təmirinə görə haqqın
697
miqdarı həmin binanın sahə mülkiyyətçilərinin
ümumi yığıncağında bir ildən az olmayan
müddətə müəyyən edilir.
Çoxmənzilli
binanın
ümumi
əmlakının
saxlanmasına və təmirinə görə çəkilən xərclərlə
bağlı
mənzil
mülkiyyətçiləri
müştərək
cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin
və ya digər ixtisaslaşmış istehlak kooperativinin
üzvlərinin (iştirakçılarının) mütləq (məcburi)
ödənişləri və (və ya) haqlarının miqdarı Mənzil
Məcəlləsinə və mənzil mülkiyyətçiləri müştərək
cəmiyyətinin
nizamnaməsinə
və
ya
digər
ixtisaslaşmış
istehlak
kooperativinin
nizamnaməsinə müvafiq olaraq müəyyənləşdirilir.
YAŞAYIŞ SAHƏSĐNƏ VƏ KOMMUNAL
XĐDMƏTLƏRƏ GÖRƏ HAQQIN TƏR-
KĐBĐ
– dövlət və ya bələdiyyə mənzil fondunun
yaşayış sahələrində sosial kirayə müqaviləsi üzrə
yaşayan
kirayəçinin
yaşayış
sahəsinə
və
kommunal xidmətlərə görə ödədiyi haqq və onun
tərkibi aşağıdakılardan ibarətdir:
- yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı);
- çoxmənzilli binanın idarə edilməsi, ümumi
əmlakının saxlanması və cari təmiri üzrə xidmət
və işlərə görə ödənilən haqqın daxil olduğu
yaşayış sahəsinin saxlanması və təmirinə görə
haqq. Çoxmənzilli binanın ümumi əmlakının
əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin
hesabına həyata keçirilir;
- kommunal xidmətlərə görə haqq.
Çoxmənzilli
binanın
yaşayış
sahəsinin
mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal
xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan
ibarətdir:
- çoxmənzilli binanın idarə edilməsi, ümumi
əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə
xidmət və işlərə görə ödənilən haqqın daxil
olduğu yaşayış sahəsinin saxlanması və təmirinə
görə haqq;
- kommunal xidmətlərə görə haqq.
Yaşayış binalarının mülkiyyətçiləri müvafiq
fəaliyyət növlərini həyata keçirən şəxslərlə
bağladıqları müqavilələrə uyğun olaraq, həmin
binaların saxlanması və təmiri üzrə xərcləri çəkir,
habelə kommunal xidmətlərə görə haqq ödəyir.
Kommunal xidmətlərə görə haqqa soyuq və isti su
təminatı, kanalizasiya, elektrik, qaz və istilik
təchizatına görə ödənilən haqlar daxildir.
YAŞAYIŞ YERĐ
– vətəndaşların daimi və ya
əsasən (mülkiyyətçi kimi, icarə müqaviləsi və ya
icarəyə götürmə üzrə, qanunvericilikdə nəzərdə
tutulmuş digər əsaslarla) yaşadığı yerdir – yaşayış
evləri,
mənzillər,
xidməti
yaşayış
yerləri,
ixtisaslaşdırılmış
evlər
(birgəyaşayış
yeri,
mehmanxana-sığınacaq, müəyyən fondun evləri,
kimsəsizlər və qocalar üçün evlər, əlillər,
veteranlar və digərləri üçün internat-evlər), habelə
digər yaşayış yerləridir.
YAŞIDLAR
–
eyni
yaşlı
insanlardır.
Demoqrafik təhlildə ya eyni dəqiq yaşa malik
olan, ya da yaş intervalında (illik, yaxud beşillik)
olan yaşıdlar məcmusu tətbiq olunur. Dəqiq yaşın
ardıcıl rəqəmləri üçün yaşıdların sayı yaşayanların
birinci
məcmularının
sayına
müvafiqdir
(“Demoqrafik məcmular”a bax). Onlar müəyyən
ana
aparılan
əhalinin
siyahıyaalınması
(müşahidəsi) zamanı alına bilməz, hesablama yolu
ilə müəyyən edilir. Əhalinin siyahıyaalınması
(müşahidəsi) zamanı sorğu aparılanların yaşı
(tamam olmuş illərin sayı) nəzərə alındıqda, yaş
intervalları üçün “Yaşıdlar”ən sayı alınır.
Uzununa təhlil zamanı hər hansı real bir nəslə
mənsub olan (məsələn, nikah koqortası, yaxud
doğulduğu ilə görə koqortanın qadınları) yaşıdlar
və bu nəsildə bu və ya digər yaşda baş verən
demoqrafik hadisələrin sayı (məsələn, onların
doğduğu uşaqların sayı) tədqiq edilir. Bu
məlumatlar
anamnestik
müşahidələrin
məlumatları əsasında retrospektiv alınır. Müxtəlif
nəsillərdəki yaşıdlar üçün eyni adlı göstəricilərin
müqayisəsi (məsələn, müxtəlif nəsillərdə olan
qadınlar tərəfindən eyni yaşda doğulan uşaqların
orta sayı) müvafiq demoqrafik prosesin bir
nəsildən
digər
nəslə
dəyişməsinin
xarakteristikasını verir. “Yaşıdlar”ın təhlili bəzən
təkcə eyni yaşda olan bütün şəxslərə deyil, həm də
müəyyən demoqrafik vəziyyətdə eyni uzunluqda
qalanlara da şamil edilir.
YAŞIN ĐNTERVALI
– yaşın sonrakı və
əvvəlki kəmiyyətləri arasındakı fərqdir. Bir qayda
olaraq, dəqiq yaşın illik kəmiyyətləri nəzərdə
tutulur. Yaş tamam olmuş illərin bütöv rəqəmi ilə
ölçüldüyünə görə, yaşın kəmiyyəti həmişə yaşın
intervalıdır. Adətən, aşağı həddi onun işarəsidir.
Məsələn, 20 yaş - dəqiq 20 yaşdan dəqiq 21
yaşadək interval deməkdir. Yaş intervalı 1 ildən
çox dövrü əhatə edən hallarda düzgündür.
Məsələn, 20–24 yaş - dəqiq 20 yaşdan dəqiq 25
yaşadək yaş intervalı deməkdir.
Yaş intervalı insanların həyatının müxtəlif
mərhələlərində demoqrafik və sosial-iqtisadi
proseslərin keçmə intensivliyini qiymətləndirmək
üçün tətbiq olunur. Birillik və beşillik yaş
intervalı daha çox yayılmışdır, onların ardıcıl
bölüşdürülməsi müxtəlif demoqrafik proseslərin
əsas yaş qanunauyğunluqlarını müəyyən etməyə
imkan verir.
Bir
qayda
olaraq,
demoqrafiyada
interval
variasiya sırasından istifadə olunduğu üçün, yaş
698
intervalı seçimi bu və ya digər hadisənin tətbiqi
zamanı böyük əhəmiyyətə malikdir.
Đqtisadi tədqiqatlar üçün insanın müəyyən
vəziyyətlərini müəyyən edən iriləşdirilmiş yaş
intervalı tətbiq olunur: 0–15 yaş və 60 yaş və
yuxarı – istehlakçı; 16–59 yaş – istehlakçı və
istehsalçı. Yaş intervalı nə qədər az olsa, bir o
qədər öyrənilən əlamətin enib-qalxma dərəcəsi
çox olur, bu, çox vaxt yaş bölgüsünün yığılma
effekti ilə şərtlənir.
Yaş intervalı bərabər və qeyri-bərabər fasiləli ola
bilər. Bu demoqrafik proseslərin təhlilinin
məqsədindən və yaş xüsusiyyətlərindən asılıdır;
açıq – yuxarı və aşağı sərhədinin kəmiyyəti
göstərilmədən; bağlı – intervalın hər iki
sərhədinin göstərilməsi.
Bəzən əhalinin bu və ya başqa əlamətləri üzrə
bölüşdürülməsi
haqda
statistik
məlumatlar
iriləşdirilmiş yaş intervalında göstərildiyi üçün, bu
intervalların parçalanmasına ehtiyac yaranır.
Məsələn, uşaq məsləhətxanalarının xüsusi nəzarəti
altında olan və uşaq evlərinin xidmətində olan 0-
dan 2 yaşadək (bu yaş daxil olmaqla) uşaqlar,
uşaq bağçalarının xidmətində olan məktəbəqədər
3–6 yaşda uşaqlar; məktəb kontingentləri: 7–13
yaş, 14–15 yaş və 16–17 yaş və s. 10-illik
intervallara qruplaşdırılmış məlumatları 5-illik
intervallara
parçalamaq
üçün
Nyutonun
interpolyasiya düsturundan istifadə olunur:
−
+
=
+
−
)
(
2
1
2
1
1
1
n
n
n
na
f
f
f
f
burada f
na
– verilmiş 10-illik qrupun birinci
yarısının hesablanan sayı; f
n
– bütün 10-illik
qrupun sayı; f
n-1
və f
n+1
– əvvəlki və sonrakı 10-
illik qrupların sayıdır.
Demoqrafik cədvəllərin və əhali modellərinin
hesablanması zamanı yaş intervalının orta
kəmiyyətlərindən istifadə olunur. Əgər yaşı x-lə,
bu yaşda insanların sayını isə P(x) ilə ifadə etsək,
onda yaş intervalında bu funksiyanın dəyişikliyi
xətti xarakterdə olduqda, onun bu interval üçün
kəmiyyəti onun orta riyazi yuxarı və aşağı
kəmiyyətlərinə bərabər olacaqdır.
Demoqrafik
cədvəllər
hesablanarkən
yaş
intervalının orta kəmiyyəti Bortkeviçin düzəlişi
nəzərə alınmaqla müəyyən edilir:
)
(
24
1
1
2
x
x −
, yəni
)
(
24
1
2
1
2
2
1
x
x
x
x
x
−
+
+
=
,
burada x – intervalın orta kəmiyyəti; x
1
–
intervalın aşağı sərhədi; x
2
– intervalın yuxarı
sərhədidir.
YAŞIN
TƏSNĐFLƏŞDĐRĐLMƏSĐ
–
insanların yaşlarının onların hər hansı sosial,
iqtisadi,
yaxud
demoqrafik
funksiyalarının
oxşarlığı əsasında birləşdirən daha böyük, yaxud
kiçik qruplara bölüşdürülməsidir. Adətən, bütün
əhaliyə, yaxud insanların böyük məcmusuna
tətbiq edilir. Yaşın təsnifləşdirilməsinin əsasında
yaşın dövrləşdirilməsi haqqında təsəvvür durur.
Yaşın təsnifləşdirilməsi bu və ya digər yaş
kontingentlərini ayırmağa imkan verir və onun
meyarları
tədqiqatın
məqsədindən
asılıdır.
Demoqrafiyada 1-illik və 5-illik qruplar üstündür,
sonuncu halda çox vaxt (məsələn, qısa ölüm
cədvəlləri hesablandıqda) birinci 5-illik qrup
xüsusi əhəmiyyətinə görə 1-illik qruplara bölünür.
Nikah və doğumun öyrənilməsi zamanı nikah
qabiliyyətli yaşlar və qadınların reproduktiv yaşı
seçilir. Đqtisadi demoqrafiyada yaşlar 3 qrupa
bölünür – əmək qabiliyyətli yaşa qədərki yaş,
əmək qabiliyyətli yaş və əmək qabiliyyətli yaşdan
sonrakı yaş. Onların sərhədləri müxtəlifdir: 3
qrupun hər birində bütöv rəqəmli 5-illik qruplar
daha çox işlənir (0–14, 15–59, 60 yaş və daha
çox, yaxud 0–14, 15–64, 65 yaş və daha çox).
Yaşın
belə
təsnifləşdirilməsi
beynəlxalq
praktikada qəbul olunmuşdur. Azərbaycanda
iqtisadi praktikada qrupa bölünmə belə tətbiq
edilir: 0–14, 15–64, 65 yaş və daha çox kişilər
üçün; 0–14, 15–59, 60 yaş və daha çox qadınlar
üçün. Əmək ehtiyatları strukturunun təhlili üçün
əhəmiyyəti
olan
yaşın
təsnifləşdirilməsi
S.Q.Strumilin və B.Urlanis tərəfindən işlənib
hazırlanmışdı. Bu zaman əhali 3 qrupa bölünür:
əmək qabiliyyətli yaşa qədərki – 15 yaşadək,
əmək qabiliyyətli yaş – 16–59 yaş (o cümlədən
gənclik 16–24, yetkinlik – 25–44 və gecikmiş
yetkinlik – 45–49), əmək qabiliyyətli yaşdan
sonra – 60 yaş və ondan yuxarı (o cümlədən ahıl
yaş – 60–69, erkən qocalıq – 70–79, dərin qocalıq
– 80 yaş və yuxarı). Əmək qabiliyyətli yaşda olan
əhalinin 2 yaş qrupuna ayrılması – 16–39 və 40–
60 yaş (böyük və kiçik yaş qruplarının nisbəti)
məşğul əhalinin qocalma dinamikasının, həmçinin
pensiyaqabağı
5-illik
qrupun
məşğulluq
siyasətində xüsusi yer tutduğu üçün və əmək
bazarında
ən
zəif
təbəqə
olduğu
üçün,
öyrənilməsi böyük əhəmiyyətə malikdir.
Azərbaycanda insan həyatının ikinci yarısının yaş
təsnifatından istifadə olunur. 45–49 yaş orta yaş
kimi, 70–74 - ahıl, 75 yaşdan yuxarı - qocalıq
kimi müəyyən edilir. Burada 90 yaşdan yuxarı
olan insanlar uzunömürlülərdir.
Universal
yaşın
təsnifləşdirilməsi
təklifinə
əvvəllər də cəhdlər edilirdi. Belə ki, XIX əsrin
birinci yarısının rus statistiki və demoqrafı A.P.
Roslavski-Petrovski aşağıdakı qrupları ayırırdı:
böyüməkdə olan nəsil – 15 yaşadək (o cümlədən
699
kiçikyaşlı – 5 yaşadək və 5–15 yaşlı uşaq),
çiçəklənən nəsil – 16–60 yaş (o cümlədən
cavanlar – 16–30, yaşa dolmuş nəsil – 30–45, ahıl
– 45–60 yaş), soluxan nəsil – 61–100 yaşdan
yuxarı (o cümlədən qocalar – 61–75, uzunsürən –
75–100 yaşdan yuxarı). 1939-cu ildə Amerika
Səhiyyə Assosiasiyasının demoqrafik statistika
seksiyasının təklif etdiyi yaşın təsnifləşdirilməsi
müasir beynəlxalq müqayisələrdə qəbul edilmiş
təsnifləşdirmələrə uyğundur. Bu, 8 dövrdən
ibarətdir: körpəlik – 1 yaşadək, məktəbəqədər yaş
– 1-dən 4 yaşadək, məktəb illəri – 5–14, cavanlıq
illəri – 15–24, ən fəal illər – 15–44, orta yaş – 45–
64, qocalığın erkən dövrü – 65–74, qocalıq – 75
yaşdan yuxarı.
YAŞIN YUVARLAQLAŞDIRILMASI
–
insanlar tərəfindən həqiqi yaşın illəri əvəzinə “0”
və ya “5” rəqəmi ilə qurtaran sayadək
yuvarlaqlaşdırılmış sayının göstərilməsi, yaşın
təhrif edilməsinin yayılmış formasıdır. Məsələn,
69 (yaxud 71) yaşında olan insan neçə yaşı tamam
olduğu haqda suala cavab verə bilər ki, onun 70
yaşı var. Bu halda dəqiq olmayan, təxmini,
yuvarlaqlaşdırılmış yaşını göstərir. Bununla
yanaşı, doğulduğu ilin yuvarlaqlaşdırılmasına da
rast gəlinir. Məsələn, 1899-cu, yaxud 1901-ci ildə
anadan olmuş insan deyə bilər ki, o, 1900-cu ildə
anadan olmuşdur. Yaşın yuvarlaqlaşdırılmasına
əhalinin siyahıyaalınması, vətəndaş vəziyyəti
akrlarının dövlət qeydiyyatı, müxtəlif müşahidələr
zamanı rast gəlinir və bu, yaş akkumulyasiyasına
gətirib çıxarır. Yaşın yuvarlaqlaşdırılması onunla
bağlı ola bilər ki, insan doğulduğu ili bilmir,
yaxud dəqiq ili yaddan çıxarıb; həm də onunla
bağlı ola bilər ki, o, öz yaşı haqda məlumat
vermək zərurəti ilə nadir hallarda rastlaşır;
nisbətən tez-tez yaşın yuvarlaqlaşdırılması o
hallarda baş verir ki, müxtəlif səbəblər üzündən
insanın yaşı haqda məlumatları o özü yox, əvəzinə
kimsə başqası verir.
YAŞLAR ÜZRƏ YERDƏYĐŞMƏ
(yaşların
yerdəyişmə metodu) – miqrasiyanın təsiri nəzərə
alınmadan
əhalinin
yaş-cins
strukturunun
perspektivə hesablanması üsuludur. Əgər əhalinin
siyahıyaalınması məlumatları üzrə verilmiş yaş-
cins qrupunda insanların müəyyən sayı qeydə
alınmışdırsa (S
x
,
i
), bir ildən sonra bu insanlar
sonrakı yaş qrupuna keçirlər. Đnsanlar növbəti
yaşadək
müəyyən
ölüm
cədvəllərindən
götürülmüş nisbətdə ömür əmsalı şəkilində (P
x
):
x
x
x
L
L
P
1
+
=
olur. Burada L
x+1
və L
x
– ölüm cədvəli
üzrə yaşayanların sayıdır. Siyahıyaalma üzrə yaş-
cins qrupunda (S
x
,
i
) əhalinin sayını müvafiq ömür
əmsalına (P
x
,
i
) vurduqda, onda alınan kəmiyyət
bir ildən sonra əhalinin sayını sonrakı yaşda
(S
x+1
,
i
)
xarakterizə
edəcək.
Yaşlar
üzrə
yerdəyişmə metodu ilə əhalinin perspektiv
hesablanmasının ümumi sxemi:
Yaş
(x)
Siyahıyaalma
üzrə əhalinin
sayı (S
x
,
i
)
Ömür
əmsalı
(P
x
,
i
)
Siyahıyaalma-
dan
bir
il
sonra əhalinin
sayı (S
x+1
,
i
)
0
1
2
3
S
0,t
P
0,t
=
S
1,t
S
1,t
P
1,t
=
S
2,t
S
2
, t,
S
2,t
P
2,t
=
S
3,t
S
3
, t
S
3,t
P
3,t
=
S
4,t
S
4
, t
Belə hesablamalar beşillik yaş intervalları üzrə də
aparıla bilər. Bu halda həm P
x
,
i
, həm də S
x
,
i
eyni
yaş intervalları kimi götürülməlidir.
O yaşda uşaqların gələcək sayı (yaxud 0–4 yaşda,
əgər hesablama beşillik yaş intervalları üzrə
aparılırsa) aşağıdakı sxem üzrə müəyyən edilir:
Dostları ilə paylaş: |