A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə181/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   174   175   176   177   178   179   180   181   182

YERĐNĐ DƏYĐŞMĐŞ ŞƏXS

 – 1946-cı il BMT 

EKOSOS-un  qətnaməsinə  əsasən,  hakimiyyətin 

hərəkətləri  nəticəsində  vətəndaşı  olduğu  ölkədən, 

yaxud  əvvəlki  yaşayış  yerindən  köçürülmüş, 

yaxud  dini,  siyasi  və  başqa  səbəblər  üzündən 

yerini tərk etməyə  məcbur olmuş şəxsdir. Termin 

hərbi  əməliyyatlar,  sənaye  qəzaları,  bədbəxt 

hadisələrin  (aclıq,  zəlzələ  və  s.)  qurbanlarına  aid 

olunur. 


Qaçqınlar 

kimi, 


xüsusiləşdirilmiş 

beynəlxalq müdafiə və yardım obyekti olmayaraq, 

yerini dəyişmiş şəxs bir sıra beynəlxalq idarələrin 

diqqət  və  fəaliyyət  sferasına  daxildir:  UNĐSEF, 

bədbəxt  hadisələrdə  yardım  göstərilməsi  üzrə 

BMT  əlaqələndiricisinin  bürosu,  Beynəlxalq 

Qırmızı Xaç Komitəsi, həmçinin humanitar qeyri-

hökumət  təşkilatları  (aclıq  çəkənlərə  Oksford 

Yardım  Komitəsi,  “Sərhədsiz  həkimlər”  və  s.), 

Ümumdünya  Ərzaq  Proqramı.  Xüsusi  hallarda 

BMT Baş katibi, yaxud Baş Assambleyanın qərarı 

ilə, yerini dəyişmiş şəxs BMT-nin Qaçqınlar üzrə 



Ali  Komissarlığı  (məsələn,  1970-ci  ilin  sonu  – 

1980-ci illərin əvvəlində – Şimali-Şərqi Afrika və 

Cənubi-Şərqi  Asiyanın  bir  sıra  ölkələrində) 

sferasına daxil edilir.  

 

YERLĐ

  –  sifətdir.  Registrdə  istifadə  olunan  ən 

kiçik coğrafi bölgüdür. 

 

YERLĐ  ĐDARƏETMƏ  ORQANLARI

  –  


idarəetmə  orqanlarının  altbölməsidir.  Ayrıca 

institusional vahidlərdən və əsasən yerli idarəetmə 

orqanları  tərəfindən  maliyyələşən  və  nəzarət 

olunan 


qeyri-kommersiya 

təşkilatlarından 

ibarətdir. 

 

YERLĐ  ĐŞ  ƏMSALI

  –  dəmir  yolu  şəbəkəsi 

bölməsində orta hesabla vaqonun işlənməsinin bir 

tsiklinə  (dövrünə)  düşən  vaqonların  yüklənmə  və 

boşaldılma əməliyyatlarının sayıdır. Yüklənmiş və 

boşaldılmış  vaqonların  sayının  dəmir  yolu 

şəbəkəsi  bölməsində,  sahəsində  görülmüş  işlərə 

nisbəti ilə müəyyən edilir (“Dəmir yolunun işi”nə 

bax). 


 

YERLĐ  ÖZÜNÜĐDARƏ

  –  insan  inkişafı 

layihələrinin 

və 


proqramlarının 

həyata 


keçirilməsində  iştirakın  ən  kompleks  formasıdır. 

Đki 


şəkildə 

mövcud 


ola 

bilər: 


inzibati-

təsərrüfatçılıq  və  inzibati-siyasi  müstəqillik. 

Birinci  halda,  yerli  orqanların  rəhbərləri  mərkəzi 

hakimiyyət  tərəfindən  təyin  edilir  və  hakimiyyət 

lokal  (yerli)  səviyyədə  təmsil  edilir.  Đkinci  halda, 

yerli  orqanların  rəhbərləri  müəyyən  siyasi 

müstəqilliyi olan seçkilərlə təyin edilir.   

 

YERLĐ  PƏRAKƏNDƏ  TĐCARƏT  VA-

HĐDLƏRĐNĐN  SAYI

  -  topdan  və  pərakəndə 

ticarətin  öyrənilməsi  üçün  ticarətlə  məşğul  olan 

vahidlər  (dükanlar,  şəhər  bazarlarında  çadırlar) 

hesab  olunur  və  müəssisə  bir  neçə  regionda 

yerləşən minlərlə dükana malik ola bilər. Bundan 

əlavə,  ticarətlə  məşğul  olan  yerli  vahidin  işgüzar 

fəaliyyət  növü  onların  asılı  olduğu  müəssisənin 

fəaliyyət  növündən  fərqlənir.  Məsələn,  ayaqqabı 

və  dəri  mallarının  pərakəndə  ticarəti  kimi 

təsnifləşdirilən  yerli  vahid  ayaqqabı  istehsalı 

sahəsində  təsnifləşdirilən  müəssisədən  asılı  ola 

bilər.  


 

YERLĐ VAHĐD

 – (I) - hüquqi şəxslərin struktur 

bölməsidir. 



(II)  -  coğrafi  cəhətdən  bir  ərazidə  yerləşən 

müəssisədir  və  ya  onun  bir  hissəsidir  (məsələn, 

sex, kontor, şaxta və ya anbar). Bu yerdə və ya bu 

yerdən  eyni  bir  müəssisə  üçün  bir  və  ya  bir  neçə 

şəxs tərəfindən (hətta iş vaxtı tam olmasa da), bəzi 

istisnalar  olmaqla,  iqtisadi  fəaliyyət  həyata 

keçirilir. Yerli vahid statistik vahid hesab edilir. 

Yerli  vahidlər  onların  əsas  fəaliyyət  növü  üzrə 

Avropa  Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatına  (2-

ci  versiya)  uyğun  olaraq  təsnifləşdirilir.  Yerli 

vahidin  əsas  fəaliyyət  növü  heç  də  həmişə  bu 

vahidin aid olduğu müəssisənin əsas fəaliyyəti ilə 

eyni olmur. Yerli vahid özünün göstərdiyi xidmət 

növünə  görə  “layihə  bürosu”  kimi  təsnifləşdirilə 

bilər  ki,  bu  da  əsas  fəaliyyət  növü  sənaye  olan 

müəssisənin bir hissəsi ola bilər. 

Müəssisəyə  gədikdə  isə,  onun  bütün  yerli 

vahidləri, hətta muzdu işçilərə malik olmasa belə, 

nəzərə alınmalıdırlar. 

 

YERLĐ 

VAHĐDLƏRĐN 

SAYI

 

– 

bu 


göstəricidən  müəssisələr  registrində  qeydiyyatdan 

keçmiş  yerli  vahidlərin  uçotu  üçün  istifadə  edilir 

və  buraya  yalnız  fəaliyyətdə  olan  yerli  vahidlər 

(hətta  onlarda  muzdla  işləyənlər  olmadıqda  belə) 

daxil  edilir.  Adətən,  belə  məlumatlar  ani  statistik 

müşahidə  əsasında  əldə  edilir  və  müəyyən  dövrə 

vəziyyəti əks etdirir.  

 

YETĐM  UŞAQLAR  VƏ  VALĐDEYN  HĐ-

MAYƏSĐNDƏN  MƏHRUM  UŞAQLAR 

ÜÇÜN  TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐ

  -  əsas 

vəzifələri  şəxsiyyətin  əqli,  emosional  və  fiziki 

inkişafına  kömək  edən,  ev  şəraitinə  uyğun 

əlverişli  şəraitin  yaradılması;  tərbiyə  olunanların 

sosial  müdafiəsi;  tibbi-psixoloji  və  tibbi-pedaqoji 

reabilitasiyanın  və  sosial  adaptasiyanın  təmin 

edilməsi;  təhsil  proqramının  mənimsənilməsi, 

şəxsiyyətin  cəmiyyətin  və  dövlətin  maraqları 

istiqamətində  öyrədilməsi  və  tərbiyə  olunması; 


 

704 


tərbiyə  olunanların  qorunmasının  təmin  olunması 

sağlamlığının 

gücləndirilməsi 

hesab 


edilən 

müəssisələrdir.  Müəssisələrdə  tərbiyə  olunanların 

saxlanması  və  öyrədilməsi  tam  dövlət  təminatı 

hesabına  həyata  keçirilir.  Müəssisələrin  növləri 

aşağıdakılardan  ibarətdir:  körpə  evləri;  uşaq 

evləri;  uşaq  ev-məktəbləri;  yetim  uşaqlar  və 

valideyn himayəsindən məhrum olan uşaqlar üçün 

internat-məktəblər;  sanatoriya  uşaq  evləri;  xüsusi 

uşaq evləri; xüsusi internat-məktəbləri. 

 

YETKĐNLĐK YAŞINA ÇATMA

 (hüquqda) – 

qanunla  müəyyən  olunmuş  yaşdır  –  bu  yaşa 

çatmaqla  vətəndaşın  hüquq  səlahiyyəti  (yəni  öz 

hərəkətləri  ilə  vətəndaş  hüquqları  almaq  və  özü 

üçün  vətəndaşlıq  vəzifələri  yaratmaq  imkanı) 

başlayır,  həmçinin  digər  hüquq  və  vəzifələri 

(seçki  hüququ,  nikah  və  ailə  sahəsində  hüquq  və 

vəzifələr)  yaranır.  Yetkinlik  yaşı  Azərbaycan 

Respublikasında – 18 yaşdır. 

 

YETKĐNLĐK  YAŞINA  ÇATMAYANLAR

 

–  18  yaşına  çatmamış  vətəndaşlardır.  Mülki 



hüquq  vətəndaşların  yaşı  ilə  (yetkinlik  yaşına 

çatması)  tam  hüquq  səlahiyyətinin  başlanmasını, 

yəni öz hərəkətləri ilə bütün fəaliyyət sahələrində 

hüquq və vəzifələrini müəyyən etmək imkanlarını 

(hüquqa  malik  olma,  yəni  mülki  hüquq  və 

vəzifələrə  malik  olma  qabiliyyəti  doğulduğu 

andan yaranır) müəyyənləşdirir. Qanunvericilikdə 

hüquqi 


nəticə 

verməyən 

yetkinlik 

yaşına 


çatmayanlar  (15  yaşadək)  və  məhdud  hüquqa 

malik  yetkinlik  yaşına  çatmayanlar  fərqləndirilir 

(15  yaşdan  18  yaşadək).  Yetkinlik  yaşına  (18 

yaşa)  çatmayanlara  nikaha  girməyə  yol  verilirsə, 

onda  onlar  nikaha  düşdüyü  vaxtdan  tam  həcmdə 

hüquq  və  vəzifələrə  malik  olur.  Hüquqi  nəticə 

verməyən  yetkinlik  yaşına  çatmayanlar  adından 

hüquqi  hərəkətləri  onların  qanuni  nümayəndələri 

–  valideynləri,  övladlığa  götürənləri,  qəyyumları 

aparır.  Lakin  ayrı-ayrı  hallarda  hüquqi  nəticə 

verən  hərəkətlər  etmək  üçün  yetkinlik  yaşına 

çatmayanların hüququ tanınır. Məsələn, 10 yaşına 

çatmış  yetkinlik  yaşına  çatmayanı  övladlığa 

götürmək üçün onun razılığı olmalıdır. 

Əmlaka  varis  olma  zamanı  yetkinlik  yaşına 

çatmayanlara  mühüm  güzəştlər  verilir  (onların 

mirasda  mütləq  paya  hüququ  var,  yəni  vəsiyyətin 

məzmunundan  asılı  olmayaraq,  onlara 

3

2

  az 



olmayan payı miras qalır). 

Əmək  hüquq  münasibətlərində  yetkinlik  yaşına 

çatmayanlar  yetkinlik  yaşına  çatanlara  bərabər 

tutulur,  əməyin  mühafizəsi,  iş  vaxtı,  məzuniyyət 

vaxtı,  bir  neçə  digər  əmək  şəraiti  sahəsində  bir 

çox güzəştlərdən istifadə edirlər. 

Yaşı  18-dən  az  olan  işçilərin  əməyindən  istifadə 

olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq 

təminatlar  nəzərdə  tutulur.  Belə  ki,  Azərbaycan 

Respublikasının  Əmək  Məcəlləsinə  əsasən,  yaşı 

18-dən  az  olan  işçilər  üçün  müəyyən  edilmiş 

təminatlara  işəgötürən  tərəfindən  əməl  olunması 

məcburidir.  Bu  işçilərlə  müqavilə  bağlayarkən, 

onların  əmək  və  peşə  vərdişlərinin  artırılması 

üçün  işəgötürən  tərəfindən  təmin  edilməli  olan 

əlavə  şərtlər,  öhdəliklər  nəzərdə  tutulmalıdır. 

Onların  iş  günü  ərzində  peşə  hazırlığına  sərf 

etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi 

nəzərə alınır. 

Bu  şəxslərin  azsaylı  olduğuna  və  ya  əmək 

vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı 

olmasına  görə  işə  qəbul  olunmasından  imtina 

edilə bilməz. 

Yaşı  15-dən  az  olan  şəxslərin,  bir  qayda  olaraq, 

işə 


qəbul 

edilməsinə 

yol 

verilmir. 



Orta 

ümumtəhsil  peşə  məktəblərinin,  liseylərin  və  orta 

ixtisas  tədris  müəssisələrinin  14  yaşına  çatmış 

şagirdlərinin  istehsalat  təlimi  keçmələri  üçün 

dərsdən  asudə  vaxtda  onların  səhhətinə  ziyan 

yetirməyən  yüngül  işlər  yerinə  yetirməklə, 

valideynlərin,  yaxud  onları  əvəz  edən  şəxslərin 

razılığı ilə işə qəbul edilməsinə yol verilir. 

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı 

tunellərdə,  şaxtalarda  və  digər  yeraltı  işlərdə, 

habelə  əxlaqi  kamilliyin  inkişafına  mənfi  təsir 

göstərən  iş  yerlərində,  o  cümlədən  gecə 

klublarında, barlarda, kazinolarda, spirtli içkilərin, 

narkotik  vasitələrin  və  toksiki  preparatların 

istehsalı,  daşınması,  satışı  və  saxlanılması 

işlərində yaşı 18-dən az olan şəxslərin əməyindən 

istifadə qadağandır. 

Yaşı  18-dən  az  olan  işçi  tərəfindən  ağırlıq 

qaldırma ilə bağlı işlərdə məhdudiyyət qoyulur. 

Əmək  Məcəlləsinə  əsasən,  yaşı  18-dən  az  olan 

şəxslər  işə  yalnız  tibbi  müayinə  keçirildikdən 

sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək 

hər  il  işəgötürənin  vəsaiti  hesabına  hökmən  tibbi 

müayinədən  keçməlidirlər.  Bu  Məcəllə  ilə 

müəyyən  edilmiş  qısaldılmış  iş  vaxtı  şəraitində 

onlara  əmək  haqları  müvafiq  vəzifələr  və  peşələr 

üzrə  işləyən  yaşlı  işçilər  üçün  müəyyən  edilmiş 

tam məbləğdə ödənilir. Həmçinin işəmuzd işlərdə 

çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən 

edilmiş 


işəmuzd 

qiymətlər 

üzrə 

ödənilir. 



Qısaldılmış  iş  vaxtı  ilə  yaşlı  işçilərin  gündəlik  iş 

vaxtı  arasındakı  müddət  fərqi  üçün  onlara  tarif 

dərəcəsi üzrə əlavə haqq verilir. 

Yeniyetmə işçilərin gecə vaxtı işlərə, iş vaxtından 

artıq  işlərə,  istirahət  və  bayram  günləri,  iş  günü 

hesab olunmayan digər günlərdə işə cəlb edilməsi, 

habelə 

onların 


ezamiyyətə 

göndərilməsi 

qadağandır.  Axşam  saat  20-dən  səhər  saat  7-dək 

olan  müddətdə  yaşı  18-dən  az  olan  işçilər  üçün 

gecə vaxtı hesab edilir. 


 

705


Đxtisası  (peşəsi)  üzrə  peşəkarlıq  səviyyəsi  kifayət 

dərəcədə  olmadığı  üçün  tutduğu  vəzifəyə  uyğun 

gəlmədiyinə  görə,  Əmək  Məcəlləsinə  (70-ci 

maddəsinin “c” bəndi) əsasən, yaşı 18-dən az olan 

işçinin əmək müqaviləsi ləğv edilə bilməz. 

“Sosial 


müavinətlər 

haqqında” 

Azərbaycan 

Respublikasının  Qanunu  müavinətlərin  təyin 

olunması  və  verilməsinin  hüquqi  əsaslarını 

müəyyən  edir.  Belə  ki,  yeniyetmələrə  nəzərdə 

tutulmuş  müavinətlər  aşağıdakı  müddətlərə  təyin 

edilir:  a)  əlilliyə  görə  16  yaşınadək  əlil  uşaqlara 

müavinət  –  əlillik  müddətinə;  b)  vəfat  etmiş 

şəxsin  18  yaşına  çatanadək  uşağına  (əyani  təhsil 

alanlara təhsili bitirənədək); v) vəfat etmiş şəxsin 

8  yaşınadək  uşaqlarına  baxan  və  işləməyən 

valideynlərdən,  qardaş,  bacı,  baba  və  nənələrdən 

birinə;  q)  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya 

şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində 

əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına 

müavinət.  

18  yaşına  çatmamış  şəxslər  cinayət  qanununun 

xüsusi  mühafizəsindədirlər.  Belə  ki,  azyaşlıya 

qarşı  cinayət  etmə,  yetkinlik  yaşına  çatmayanlar 

cinayətə  təhrik  etmək,  yaxud  iştiraka  cəlb  etmək 

məsuliyyəti  ağırlaşdıran  şərtlər  sayılır.  Yetkinlik 

yaşına  çatmayanların  düzgün  inkişaf  maraqlarını 

incitmə,  cinsi  yetkinliyə  çatmamış  şəxslə  cinsi 

əlaqəyə  girmə,  pozğun  hərəkətlər  etmə,  aliment 

ödəməkdən 

qəsdən 


yayınma, 

qəyyumluq 

vəzifələrinə  sui-qəsd,  spirtli  içkilərlə  ticarət 

qaydalarının  pozulması,  cinayətə,  sərxoşluğa, 

narkomanlığa cəlb etmə və s. bu kimi hərəkətlərə 

görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. 

Yetkinlik  yaşına  çatmamış  şəxs  tərəfindən 

cinayətin 

törədilməsi 

faktına 


məsuliyyəti 

yüngülləşdirən  şərt  kimi  baxılır.  18  yaşına 

çatmayanadək  cinayət  törətmiş  şəxslər  ömürlük, 

yaxud  10  ildən  çox  müddətə  azadlıqdan  məhrum 

oluna  bilməz.  Yetkinlik  yaşına  çatmayanlar 

azadlıqdan  məhrum  etmə  cəzasını  böyüklərdən 

ayrı  koloniyalarda  keçirlər.  Qanunvericilikdə 

göstərilmiş  yaşa  çatanadək  ictimai  təhlükəli 

hərəkətlər  etdikdə,  cinayət  məsuliyyəti  istisna 

olunur, lakin onlara qarşı tərbiyə tədbirləri (xüsusi 

məktəblərə  yaxud  xüsusi  peşə  məktəblərinə  və  s. 

göndərmə) görülə bilər. 



Cinayət-prosessual  hüquqda  yetkinlik  yaşına 

çatmayanlar  üçün  hüquq  və  qanuni  maraqlarına 

əlavə  təminatlar  nəzərdə  tutan  xüsusi  normalar 

mövcuddur. 



 

YIĞILMIŞ  ĐTKĐLƏR

  -  əvvəlki  maliyyə 

illərinin bağlanmasında ortaya çıxan itkilərdir. Bu 

itkilər ehtiyatlara aid edilmirlər və ya nizamnamə 

kapitalından 

çıxmaqla 

silinmirlər. 

Sonrakı 

maliyyə  ilinin  mənfəətindən  çıxıla  və  ya  onun 

defisitinə (kəsirinə) əlavə edilə bilər. 

 

YIĞILMIŞ  MƏNFƏƏT

  –  illik  hesabları 

yoxlayan  orqan  tərəfindən  bölüşdürülməsi  daha 

uzun müddətə təxirə salınan mənfəətdir. 



 

YIĞIM 

–  gəlirlərin  istifadə  olunması  hesabında 

iki  versiyada  balanslaşdırıcı  maddədir.  Onun 

kəmiyyəti, son istehlaka xərclər çıxıldıqdan sonra 

sərəncamda  qalan  gəlir  kimi  və  faktiki  son 

istehlak  çıxılmaqla  təshih  edilmiş  sərəncamda 

qalan  gəlir  kimi  alındığından  asılı  olmayaraq, 

dəyişməz qalır. 

 

YIĞIM  HESABI

  –  MHS-nin  hesabı  olmaqla, 

onda  müəyyən  dövr  üçün  iqtisadi  fəaliyyət 

sektorlarının  və  institusional  vahidlərin  iqtisadi 

fəaliyyətləri  nəticəsində  maliyyə    qeyri-maliyyə 

aktivlərinin  dəyişmələri  və  xarici  iqtisadi  təsirlər 

təsbit  edilir.  Ona  dörd  hesab  aiddir:  kapitalla 



əməliyyat  hesabı;  maliyyə  hesabı;  yenidən 

qiymətləndirmə hesabı; aktivlərin həcmində digər 

dəyişikliklər hesabı. 

 

YIĞIMA  MEYL

  -  əhalinin  mövcud  real 

gəlirlərindən 

yığım 

məqsədinə 



ayırdıqları 

hissəsidir.  Đqtisadi  nəzəriyyədə  və  iqtisadi-riyazi 

modelləşdirmədə  son  yığım  meyli  –  mövcud  real 

gəlirin  əlavə  vahidinin  əlavə  yığıma  yönəldilmiş 

hissəsidir. Bir qayda olaraq, real gəlirin səviyyəsi 

nə qədər yüksək olarsa, son yığım  meyli də bir o 

qədər yüksək olar. Son istehlaka meyl məbləğinin 

və son yığıma meylin cəmi vahidə bərabərdir. 



 

YIĞMA  TĐKĐNTĐ

  –  bina  və  tikililərin  tikinti 

sahəsində yüksək dərəcədə zavod hazırlığı olan iri 

elementlərdən,  konstruksiyalardan  və  detallardan 

ucaldılan tikinti metodudur. 

 

YOXLAMA  (FĐLTR)

  –  faydalı  məlumat 

tərkibli  dinamiki  sıradan  anormal  halları  aradan 

qaldıran 

alətdir. 

Xətti 


süzgəcdən 

keçmə 


əməliyyatı  bu  sıranın  müşahidə  yekunlarının 

ardıcıl hesablanmasıdır: 

                            

+



=

=



t

p

t

i

i

i

t

x

w

S

1

                       (1) 



burada 

t

S

  -  ölçülmüş  orta; 



i

w

-  i  müşahidəsinin 

çəkisi; 

i

x

  -  sıranın i  anında  səviyyə  qiyməti;  p  – 

müşahidələrin  S  hesabında  istifadə  olunan  sayı;  t 

vaxtın  cari  anıdır.  (1)  tipli  ifadə  xətti  yoxlama,  

dəyişəni giriş, isə fitrin çıxışı adlanır. 

Adi  yoxlama  halında  sürüşkən  ortadan  istifadə 

edilir  ki,  burada  da  müşahidələr  eyni  w=1/p 


 

706 


çəkiyə  malikdirlər,  daha  əvvəlki  və  ya  daha 

sonrakı verilənlərin çəkisi isə sıfırdır.  

Yoxlamaya,  həmçinin  eksponensial  sürüşkən  orta 

da aiddir:  

1

)

1



(



+

=

t



t

t

S

S

α

αχ



burada  0  <  α  <  1,  o  halda  ki,  yoxlama  aşağıdakı 

şəkildə yazıla bilər: 

+



+

+



=



2

2

1



)

1

(



)

1

(



t

t

t

t

S

χ

α



α

χ

α



α

αχ

 ... 



Burada  ən  böyük  çəki 

t

χ

-nin  cari  qiymətidir, 



daha köhnə müşahidələr üçün çəki həndəsi azalır. 

Adaptiv  yoxlamada  çəkinin  dəyişənləri  istifadə 

olunur,  burada  vaxt  sırası  boyunca  hərəkətin  hər 

bir addımında onların üzərində düzəlişlər aparılır. 



 

YOXLAMA BLANKI

 – statistik formulyardır, 

əhalinin  yoxlanması  proqramına  daxil  edilmiş 

əlamətlər  üzrə  suallara  cavabların  yazılması  üçün 

nəzərdə tutulur. Tətbiq olunan blank – kartoçkalar 

(fərdi  formulyarlar)  yalnız  bir  şəxs,  yaxud  digər 

müşahidə  vahidi  (ailə,  ev  təsərrüfatı,  mənzil) 

haqqında  cavabları  yazmaq  üçün,  yaxud  blank-

siyahılar  (siyahı  formulyarı)  –  bir  neçə  şəxslər, 

yaxud 


digər 

müşahidə 

vahidləri 

haqqında 

cavabları  yazmaq  üçündür;  sonuncu  halda  hər 

şəxs üçün ayrıca sətir və ya sütun ayrılır. Cavablar 

yoxlama  blankında  sözlə  deyilənləri  yazmaqla, 

cavabların  təklif  olunan  variantlarından  birinin 

altında xətt çəkməklə, yaxud qrafik işarə qoymaq 

yolu  ilə  qeyd  edilir.  Siyahı  vərəqəsi,  ailə  kartı, 

müxtəlif  anketlər  yoxlama  blankına  aiddir; 

yoxlama  blankı  yoxlama  aparan  işçilər,  yaxud 

sorğu  aparılanların  özləri  tərəfindən  doldurulur, 

misal üçün, anket sorğusu aparılan zaman. 



 

YOXSULLUĞUN 

GƏRGĐNLĐK 

ĐN-

DEKSĐ

    –  kvadrata  yüksəldilmiş  və  müvafiq 

region üzrə seçmədə ailələrin ümumi sayına daxil 

edilmiş  aşağı  gəlirin  orta  aralığıdır.  Bu  göstərici 

daha  kasıb  ailələrin  gəlirlərinin  defisitliyini 

müəyyən edir. 

 

YOXSULLUQ

  –  pul,  əmlak  və  s.  ehtiyatlarla 

təminat səviyyəsi nisbətən aşağı olan və buna görə 

də  özünün  maddi  və  mənəvi  tələblərini  aşağı 

səviyyədə ödəyən əhalinin və ailənin vəziyyətidir. 

Yoxsul  əhalinin  sayı  və  onun  həyat  səviyyəsi 

ölkənin 


inkişaf 

səviyyəsindən 

asılıdır. 

Yoxsulluğun  sərhədləri,  əhalinin  şəxsi  istehlak 

üçün  ehtiyatlarla  təminatının  faktiki  və  normativ 

əsasları  əsasında  və  uyğun  olaraq,  adamların 

maddi 

və 


mənəvi 

tələblərinin 

ödənilməsi 

səviyyəsi  ilə  qiymətləndirilə  bilər.  Statistika 

təcrübəsində  yoxsulluğun  qiymətləndirilməsində 

müxtəlif 

metodlardan 

və 


onların 

kombinasiyalarından  istifadə  edilir:  1)  statistik  - 

əhalinin  gəlirlər  üzrə  bölüşdürülməsi  əsasında 

(şəxsi  ehtiyatların  əsas  tərkibi  kimi);        2) 



normativ - maddi və mənəvi sərvət və xidmətlərin 

(natura  və  dəyər  ifadəsində)  istehlakının  zəruri 

ictimai  minimum  normalarının  müəyyən  edilməsi 

əsasında;  3)  öz-özünü  qiymətləndirmə  metodu  

əhalinin  xüsusi  sorğu  məlumatları  əsasında 

(“Yaşayış minimumu”na bax). 

Yoxsulluq 

insan 


inkişafının 

imkanlarının 

genişləndirilməsi  yolunda  əsas  maneələrdən 

biridir. Hazırda dünyanın müxtəlif ölkələrində bir 

milyarda  yaxın  insan  yoxsulluqdan  və  doyunca 

yeməməkdən əziyyət çəkir. Buna görə də, təsadüfi 

deyil  ki,  2000-ci  ilin  sentyabr  ayında  Minilliyin 

Sammitində  Birləşmiş Millətlər Təşkilatının  üzvü 

olan 189 ölkə tərəfindən qəbul edilmiş Minilliyin 

Bəyannaməsində  yoxsulluğun  ifrat  formaları  ilə 

mübarizə  inkişafın  əsas  məqsədləri  siyahısında 

birinci  adlandırılmışdır.    Yoxsulluğun  müəyyən 

edilməsinin  bir  neçə  yanaşması  mövcuddur.  Đki 

ənənəvi yanaşma, mütləq və nisbi yanaşma istisna 

olaraq,  gəlir  və  ya  istehlakla  əlaqələndirilir. 

Müasir 


dünyada 

yoxsulluq 

anlayışı 

genişlənmişdir.  Buna  görə  də,  “çoxşaxəli” 

yoxsulluğun şərhinə və ölçülməsinin  metodlarına 

yeni yanaşma təklif olunur. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin