TĐKĐNTĐ TƏYĐNATLI ƏSAS FONDLAR
– tikinti istehsalında: binalarda, qurğularda,
maşınlarda
və
avadanlıqlarda,
kommunikasiyalarda
və
s.
işlədilən
əmək
vasitələrinin məcmusudur. Bunlar istifadə olunma
prosesində dəyərlərini tədricən özlərinin aşınma
(amortizasiyası)
həddində
istehsal
edilmiş
məhsulun dəyərinə keçirirlər.
TĐKĐNTĐ VƏ QURAŞDIRMA ĐŞLƏRĐNĐN
MAYA DƏYƏRĐ
– tikinti təşkilatlarının tikinti
və quraşdırma işlərinin istehsal və onların
sifarişçiyə təhvil verilmə xərclərinin (“Tikinti
istehsalına çəkilən xərclər”ə bax) həcmidir.
TĐKĐNTĐ VƏ QURAŞDIRMA ĐŞLƏRĐNĐN
MEXANĐKLƏŞDĐRĐLMƏSĐ
–
tikintidə
texniki siyasətin istiqamətidir. Bir və ya bir neçə
əsas əməliyyatları (işləri) tikinti maşın və
mexanizmlərinin köməyi ilə yerinə yetirilən işlər
mexanikləşdirilmiş (qismən) sayılır. Bütün əsas
və qismən köməkçi əməliyyatları tikinti maşın və
mexanizmləri ilə yerinə yetirilən işlər kompleks-
mexanikləşdirilmiş hesab edilir. Tikinti və
quraşdırma
işlərinin
mexanikləşdirilməsinin
səviyyəsi (əmsalı) mexanikləşdirilmiş işlərin
həcminin bu növdən olan bütün işlərin həcminə
nisbəti kimi hesablanır. Tikinti və quraşdırma
işlərinin kompleks mexanikləşdirmə səviyyəsi
(əmsalı) kompleks-mexanikləşdirmə üsulu ilə
yerinə yetirilmiş işlərin həcminin ümumi işlərin
həcminə nisbəti ilə müəyyənləşdirilir.
TĐKĐNTĐ VƏ QURAŞDIRMA TƏŞKĐLA-
TI
– müəyyənləşdirilmiş qaydada qeydiyyatdan
keçən və tikinti fəaliyyətinə lisenziya almış
istehsal müəssisəsidir. Tikinti və quraşdırma
təşkilatlarının əsas fəaliyyəti, müxtəlif təyinatlı
tikinti obyektlərinin ucaldılması, həmçinin onların
yenidən qurulması və təmiri üzrə işlərin yerinə
yetirilməsindən ibarətdir. Tikinti statistikasında
müşahidə vəzifəsindən asılı olaraq, hesabat
vahidləri ilkin tikinti təşkilatları, tikinti və
quraşdırma birlikləri, trestlər ola bilərlər.
TĐKĐNTĐ
VƏ
QURAŞDIRMA
TƏŞ-
KĐLATLARININ ĐSTEHSAL GÜCÜ
– öz
sərəncamında olan ehtiyatlardan (maşın və
mexanizmlərdən, işçi qüvvəsindən) tam istifadə
etməklə, təşkilatın öz gücü ilə yerinə yetirə
biləcəyi tikinti məhsulunun maksimum həcmidir.
Tikinti və quraşdırma təşkilatlarının istehsal
gücünün
hesablanmasının
məqsədi
mövcud
ehtiyatların üzə çıxarılması və işlənməsi üzrə
təşkilati-texniki
tədbirlər
planının
işlənib
hazırlanması üçün real istehsal imkanlarının və
onların
faktiki
istifadə
səviyyəsinin
qiymətləndirilməsi; tikinti istehsalının və işlərin
keyfiyyətinin
səmərəliliyinin
yüksəldilməsi;
tikinti və quraşdırma təşkilatlarının istehsal
güclərinin inkişafının planlaşdırılması üçün ilkin
məlumatların hazırlanması; onun inkişafı üzrə
kompleks tədbirlərin işlənib hazırlanmasını həyata
keçirməkdən ibarətdir.
TĐKĐNTĐ VƏ SƏNAYE FƏALĐYYƏTĐN-
DƏN DÖVRĐYYƏ
- Đqtisadi Fəaliyyət Növləri
Təsnifatının müvafiq bölmələrində təsnif olunan
müvafiq fəaliyyət növləri üzrə alınan hissədir.
Bu göstəriciyə subpodrat münasibətlər obyekti
olan əmtəə və xidmətlərin satışından alınan
dövriyyə daxildir. Alınmış vəziyyətdə, emal
edilmədən təkrar satılmaq üçün alınan əmtəə və
xidmətlər dövriyyəsi istisna edilir.
TĐKĐNTĐDƏ BĐRBAŞA XƏRCLƏR
–
bilavasitə tikinti işlərinin yerinə yetirilməsi ilə
əlaqədar olan tikinti istehsalına çəkilən xərclərdir.
Đşçilərin
əmək
haqqının,
materialların,
məmulatların, konstruksiyaların və tikinti
maşınlarının dəyərinin ödənilməsini nəzərə alır.
Faktiki birbaşa xərclər mühasibat uçotunun
məlumatları əsasında müəyyənləşdirilir.
TĐKĐNTĐDƏ BURAXILIŞ OBYEKTLƏRĐ
– hazırkı dövrdə (hesabat ilində) fəaliyyətə
verilməli olan tikinti və obyektlərdir. Həmin
dövrdə tikilən, fəaliyyətə verilməsi hazırkı
dövrdən sonrakı dövrdə nəzərdə tutulan tikinti
obyektləri keçici obyektlərə aiddir.
TĐKĐNTĐDƏ ƏMƏYĐN ENERJĐ TƏC-
HĐZATI
– quraşdırılmış mühərriklərin yekun
güclərinin tikinti və quraşdırma işləri ilə məşğul
olan işçilərin orta ümumi sayına nisbəti ilə
xarakterizə edilən mexanikləşdirmə səviyyəsinin
göstəricisidir.
TĐKĐNTĐDƏ ƏSAS ĐSTEHSAL
– bina və
qurğuların
tikilməsi,
yenidən
qurulması,
genişləndirilməsi, layihələşdirilməsi, həmçinin
onların əsaslı təmiri üzrə tikinti təşkilatlarının
650
bölmələri tərəfindən həyata keçirilən tikinti və
quraşdırma işlərinin istehsalıdır.
TĐKĐNTĐDƏ XĐDMƏT
– tikinti obyektlərinin
istifadəsi və onların istismarının təmin edilməsi
ilə əlaqədar xidmətlər kompleksidir. Tikintidə
xidmət iki yerə – satışdan əvvəl və satışdan
sonrakı xidmətlərə bölünür.
TĐKĐNTĐDƏ ĐXTĐSASLAŞMA
– tikinti
təşkilatlarının fəaliyyətinin eyni tipli işlərin yerinə
yetirilməsinə, ya da eyni təyinatlı obyektlərin
ucaldılmasına
cəmləşdirilməsidir.
Tikintinin
ixtisaslaşdırılmasında iki növ fərqləndirilir – sahə
və texnoloji. Sahə üzrə tikintidə ixtisaslaşma
dedikdə, tikinti və quraşdırma təşkilatlarının
fəaliyyətinin müəyyən sahələrin obyektlərinin və
ya
tikinti
növlərinin
tikintisinə,
məsələn,
elektrostansiyaların, metallurgiya zavodlarının,
yaşayış
evlərinin
və
s.
tikintisinə
cəmləşdirilməsidir. Texnoloji ixtisaslaşmaya (iş
növləri üzrə) bina və tikililərin müəyyən
hissələrinin qurulmasında zəruri olan tikinti və
quraşdırma işlərinin ayrı-ayrı növlərinin istehsalı,
məsələn, torpaq işlərinin, bünövrənin qoyulması,
dəmir-beton
konstruksiyaların
quraşdırılması,
bəzək
işləri
və
s.
aid
edilir.
Tikintidə
ixtisaslaşmanın texnoloji səviyyəsi tikinti və
quraşdırma təşkilatlarının yerinə yetirdikləri
işlərin həcminin yerinə yetirilmiş ümumi işin
həcmində, texnoloji profilə uyğun olaraq, xüsusi
çəkisi ilə xarakterizə olunur.
TĐKĐNTĐDƏ ĐŞ NÖVLƏRĐ TƏSNĐFATI
–
Đqtisadi Fəaliyyət Növləri Təsnifatına uyğun
olaraq, tikinti və obyektlərdə tikinti və quraşdırma
işlərinin həyata keçirilməsi zamanı layihə-smeta
sənədlərində yerinə yetirilməsi nəzərdə tutulmuş
iş növlərinin məcmusudur.
TĐKĐNTĐDƏ QĐYMƏT ĐNDEKSLƏRĐ
-
statistika
təcrübəsində
tikintidə
qiymət
indekslərinin
hesablanmasının
müxtəlif
metodlarından istifadə olunur. Onlardan hər biri
uçota lazım olan həddə öz xüsusi elementlərini
daxil edir. Đstifadə olunacaq metodun seçilməsi
mövcud olan resurslarla; iqtisadi fəaliyyət növü
kimi tikintinin təşkili üsulu ilə; müxtəlif
informasiya mənbələrindən alınan məlumatların
mövcudluğu və əldə edilə bilməsi ilə müəyyən
edilir.
Tikintidə qiymət indekslərinin yaradılmasının
əsas metodları aşağıdakılardan ibarətdir: yekun
qiymətlər metodu, reqressiv təhlil metodu
(gedonik yanaşma), tikintinin xərc elementləri
metodu, tərkib elementləri metodu, modelli
metod. Onlardan bəziləri alıcı nöqteyi-nəzərdən
(funksional xüsusiyyətlərin qiymətləndirilməsi)
yanaşmaya, digərləri podratçı nöqteyi-nəzərdən
(görülən işlərin göstəriciləri üzrə) yanaşmaya
əsaslanır, bəziləri isə dəqiq fərqlərlə tədqiq
edilmir.
Yekun qiymətlər metodu üzrə standart tikinti
vahidlərinin (yaşayış binaları, zavodlar, məktəblər
və s.) ilkin seçimi, onların ətraflı təsvirinin-
səciyyələrinin işlənməsi və bazis ilində bu tip
tikintinin (1 kv.m-ə düşən göstəricilər əsasında)
şərti-hesablanma qiymətlərinin müəyyən edilməsi
nəzərdə
tutulur.
Hesabat
dövründə
yekun
qiymətlər
(real,
yaxud
nəzərdə
tutulan)
məlumatına malik tikinti firmalarında real
layihələr haqqında sorğu aparılır. Bu zaman bazis
dövründəki tikinti texnologiyasının dəyişilməz
qalması əsas şərt kimi götürülür. Bu yolla
müəyyən edilən hipogetik düzülüşün qiyməti
əməyin istehsal qabiliyyətinin, yeni material və
avadanlıqların tətbiqinin təsirini aradan qaldırmaq
məqsədi ilə təshih edilir. Hər bir layihə üzrə
alınmış yekun qiymət, bu cür layihənin bazis
dövründə olan şərti-hesablanma qiymətləri ilə
müqayisə edilir. Seçilməyə daxil edilmiş hər bir
tikinti layihəsi üçün sonralar yüksək səviyyədə-
ümumilikdə tikintiyə aqreqasiya ediləcək qiymət
indeksləri hesablanır. Bu indeks Paaşe indeksi
adlanır ki, burada cari dövr ərzində tikilən
binaların yekun dəyərində hər bir tikinti
obyektinin payı çəkilər kimi çıxış edir.
Yuxarıda təsvir edilən metodun bir variantı
gedonik yanaşma, yaxud keyfiyyət parametrləri
metodu adlanır. O, məhsulun müxtəlif keyfiyyət
xarakteristikaları
və
ya
istifadəçilər
üçün
yararlılığı ilə qiymətləri arasında olan əlaqələrin
mövcudluğuna
əsaslanır.
Əgər
keyfiyyət
xarakteristikalarının müxtəlif kombinasiyalarını
özündə əks etdirən fərqli məhsul modellərini və
onların qiymətlərini müşahidə etmək olsa, onda
qiymətlərin reqressiya bərabərliyini hesablamaq
olar.
Tikintidə qiymət statistikası təcrübəsində xərc
elementləri metodundan daha geniş miqyasda
istifadə olunur. Belə ki, tikinti obyektlərinin
qiymətlərinə
nəzərən
xərc
elementlərinin
qiymətləri daha asan uçota alınır. Bu zaman tikinti
məhsullarının qiymətlərinin formalaşmasına təsir
edən əsas amillərin (tikinti materiallarının
qiymətləri,
əmək
haqqı,
istifadə
olunan
avadanlıqların
səviyyəsi
və
digərləri)
dinamikasının təhlilinə əsaslanır. Çıxış anı - bazis
dövründə
məhsulun
dəyərinin
tərkib
elementlərinin strukturunu müəyyən etmək və
“standart” konstruksiyanı işləyib hazırlamaqdır.
Tikintidə
istehsalçı
qiymətləri
indeksinin
hesablanmasının daha bir metodu, yuxarıda
göstərilən iki metodun (xərc elementləri metodu
651
və yekun qiymətlər metodu) əsas prinsiplərinə
əsaslanan tərkib elementləri metodudur. Bu
metod ona əsaslanır ki, tikinti məhsullarının bəzi
tərkib elementləri son məhsul olmasalar da, xərc
elementləri arasında özünəməxsus yer tutur.
“Tərkib elementləri” metodu ona əsaslanır ki,
tikinti obyektlərinin konstruktiv dəstinə (özül,
pəncərə, döşəmə və s.) və onların quraşdırılması
üçün digər iş növlərinə (torpaq, quraşdırma,
rəngsaz və s.) əsaslanır. Hər bir element üçün
qiymətə təsir edən elementlər müəyyən edilir.
Ölkə üçün xarakterik olan eyni tipli tikinti
obyektləri seçilir. Eyni tipli obyektlər üzrə
indeksin hesablanması seçilmiş binanın ümumi
tikinti dəyərində hər bir elementin çəkiləri üzrə
aparılır. Đndeks Laspeyres düsturu ilə hesablanılır.
TĐKĐNTĐDƏ LAYĐHƏ
– gələcək müəssisənin
və ya binanın texnologiyası və avadanlığı üzrə
qərarlardan,
arxitektura-planlaşdırma
və
konstruksiya
qərarlarından,
texniki-iqtisadi
hesablamalar və əsaslandırmalardan, smeta və
zəruri izahatlardan ibarət olan qrafik və mətnli
kompleks materiallardır.
TĐKĐNTĐDƏ LAYĐHƏLƏNDĐRMƏ MƏR-
HƏLƏSĐ
– yeni tikintilərin, fəaliyyətdə olan
müəssisələrin genişləndirilməsinin və texniki
təchizat vasitələrinin tamamilə yeniləşdirilməsinin,
iqtisadiyyat sahələrinin bina və qurğularının,
sənaye sahələri və inşaat növlərinin tikintidə
layihə-smeta sənədləşməsinin yaradılmasının başa
çatdırılmasının
layihələşdirmə
prosesinin
hissəsidir.
Müəssisə,
bina
və
qurğuların
layihələşdirilməsi müəssisə, bina və qurğuların
mürəkkəbliyi və böyüklüyündən asılı olaraq, bir
və iki mərhələdə həyata keçirilir.
TĐKĐNTĐDƏ
SĐYAHIYAALMALAR
-
əsaslı tikintidə rəsmi statistik müşahidələrin
başdan-başa uçotu əsasında xüsusi təşkil olunmuş
formasıdır. Azərbaycanda ilk dəfə tikintidə
siyahıyaalma 1932-ci ildə “Tikinti sənayesinin
siyahıyaalınması”
adı
altında
keçirilmişdir.
Sonrakı illərdə bu növ siyahıyaalmalar həyata
keçirilmişdir
ki,
onların
arasında
da
ən
əhəmiyyətli
siyahıyaalmalar
başa
çatmamış
tikililərin, texnikanın, tikintidəki material və
avadanlıq
ehtiyatlarının,
podrat
tikinti
təşkilatlarının siyahıyaalınması olmuşdur.
TĐKĐNTĐDƏ TƏQVĐM PLANI
– tikintinin
həyata keçirilməsinin ardıcıllığını və vaxtını
müəyyənləşdirən sənədlər toplusudur. Tikintidə
təqvim planı tikintinin təşkili və işlərin istehsalı
layihələrinin tərkibində əsas sənəd hesab edilir.
Tikintidə təqvim planına uyğun olaraq, işçi
kadrların və maddi-texniki ehtiyatların hərəkət
qrafiki işlənib hazırlanır. Tikintidə təqvim planına
əməl edilməsi tikinti işlərinin ahəngdarlığını
təmin edir.
TĐKĐNTĐLƏRĐN QALIQ SMETA DƏ-
YƏRĐ
– tikintinin tam başa çatdırılması və ya
istifadəyə verilməsi üçün tikinti smetasında
nəzərdə tutulmuş vəsaitdən qalıq müəyyən edilən
dövrə istifadə edilməmiş hissəsidir. Tikilinin tam
smeta dəyərindən qalıq müəyyən edilən dövrədək
istifadə
edilmiş
əsas
kapitala
yönəldilmiş
investisiyanın həcmini çıxmaqla, tikintinin qalıq
smeta dəyəri müəyyən edilir.
TĐKĐNTĐLƏRĐN SĐYAHIYAALINMASI
–
müəyyən
tarixə
tikintilərin
vəziyyətinin
öyrənilməsi üçün həyata keçirilən statistika
müayinəsidir. Đstehsal və qeyri-istehsal təyinatlı
tikintilər üzrə keçirilə bilər. Tikinti və quraşdırma
işləri həyata keçirilən, müvəqqəti və ya tamamilə
dayandırılmış və dondurulmuş tikintilər nəzərə
alınır. Siyahıyaalmaya daxil edilmiş hər bir tikinti
üzrə tikintinin xarakteri (yeni, genişləndirilmə,
yenidənqurma),
tikintinin
dəyəri,
hazırlıq
dərəcəsi, istifadəyə verilməli olan güclərin
ölçüləri və bir sıra digər göstəricilər müəyyən
edilir. Statistika orqanlarında bu iş xüsusi
hazırlanmış və təsdiq edilmiş formalar və
proqramlar üzrə aparılır.
TĐKĐNTĐNĐN DAXĐLĐ TĐTUL SĐYAHISI
–
tikinti obyektlərinin siyahısını müəyyənləşdirən
sənəddir. Bu sənəddə hər bir tikinti obyekti üzrə
tikintinin dəyəri, təhvil verilmiş quraşdırılmış
avadanlıqların və tikinti və quraşdırma işlərinin
dəyəri çıxılmaqla, kapital qoyuluşunun həcmi,
güclərin istifadəyə verilməsinin və əsas fondların
istifadəyə verilməsinin kəmiyyəti, istifadəyə
vermənin vaxtı, başa çatdırılmamış tikintinin
həcmi göstərilir.
TĐKĐNTĐNĐN DAVAMĐYYƏT MÜDDƏTĐ
–
tikinti
meydançasında
hazırlıq
işlərinin
başlanmasından
müəssisələrin,
onların
növbələrinin, buraxılış komplekslərinin və ayrı-
ayrı obyektlərin güclərinin istifadəyə verilməsinə,
layihədə nəzərdə tutulmuş işlərin tamamilə yerinə
yetirilməsinə qədər olan dövr ərzindəki vaxtdır.
Statistika təcrübəsində bir qrup müəssisə üzrə
tikintinin orta davamiyyət müddəti tikintinin gücü
və ya dəyəri üzrə orta hesabi çəkidə müəyyən
olunur.
TĐKĐNTĐNĐN FAKTĐKĐ DƏYƏRĐ
– sifarişçi
təşkilatın tikintisini həyata keçirdiyi tikili və
obyektlərin istifadəyə verilməsi təmin edilənə
652
qədər (layihə-smeta sənədlərinə əsasən) sərf
edilmiş
investisiyanın
cəmidir:
tikinti
və
quraşdırma işlərinə görə sifarişçi tərəfindən
ödənilmiş xərclərin faktiki məbləği; sifarişçinin
əldə etdiyi avadanlıq, alət, inventarın faktiki
dəyərinə çəkilən xərclər; layihə-axtarış işlərinə
çəkilən xərclər və məsrəflər; həmçinin tikinti
obyektinin inventar dəyərinə aid olan məsrəflər.
TĐKĐNTĐNĐN FONDLA TƏCHĐZATI (SĐ-
LAHLANMA)
– tikinti istehsalının əsas
fondlarla təchizatını xarakterizə edən göstəricidir.
Tikinti təyinatlı əsas fondların orta illik dəyərinin
tikinti və montaj işlərinin illik həcminə nisbəti ilə
müəyyən edilir. Tikintinin fondla təchizatı iqtisadi
mahiyyətinə görə fond tutumuna uyğundur.
TĐKĐNTĐNĐN HAZIR MƏHSULU (POD-
RAT TĐKĐNTĐ TƏŞKĐLATLARININ HA-
ZIR MƏHSULU)
– tikintisi başa çatmış və
dövlət komissiyasının qəbul aktları əsasında
istismara qəbul edilmiş tikili və obyektlərdir.
Tikintinin hazır məhsulu yerinə yetirilmiş tikinti
və quraşdırma işlərinin həcmini, yəni istifadəyə
verilmiş tikili və obyektlərin dəyərinin bilavasitə
tikintidə yaradılan hissəsini əhatə edir.
TĐKĐNTĐNĐN
HAZIRLIĞI
–
ayrı-ayrı
tikintilər üçün müəyyən tarixə istifadəyə verilmiş
buraxılış komplekslərinin (növbələrinin) gücünün,
tikilinin və ya tikinti obyektinin tam layihə
gücünə nisbəti ilə müəyyən olunur. Tikintilərin
məcmusu üzrə, həmçinin ayrı-ayrı tikili və
obyektlər üzrə tikintinin hazırlığı müəyyən tarixə
əsas kapitala yönəldilmiş investisiyanın istifadə
edilmiş
dəyərinin
müqayisəli
qiymətlərdə
tikintinin tam dəyərinə nisbəti ilə müəyyən
olunur.
TĐKĐNTĐNĐN XALĐS MƏHSULU
- maddi
istehsal sahəsi kimi, tikintidə yaradılmış milli
gəlirin hissəsidir. Tikintinin ümumi məhsulundan
material xərclərinin çıxılması ilə hesablanır.
Tikintinin xalis məhsulu faktiki fəaliyyətdə olan
qiymətlərlə və müqayisəli qiymətlərlə müəyyən
edilir. Axırıncı halda qiymət indekslərinin köməyi
ilə müqayisəli qiymətlərdə ümumi məhsulun
yenidən hesablanması həyata keçirilir.
TĐKĐNTĐNĐN
QĐSMƏN
ĐSTĐFADƏYƏ
VERĐLMƏSĐ
–
tikintinin
ayrı-ayrı
obyektlərinin müddətlər üzrə ayrılıqda istifadəyə
verilməsinin layihədə nəzərdə tutulmasını göstərir.
TĐKĐNTĐNĐN LAYĐHƏLƏŞDĐRĐLMƏSĐ
–
nəticəsi, bina və tikililərin tikintisi üçün zəruri
olan texniki sənədlər hesab edilən qarşılıqlı
əlaqəli işlər kompleksidir.
TĐKĐNTĐNĐN MEXANĐZMLƏRLƏ SĐ-
LAHLANMASI
– tikinti istehsalının texniki
təchizatının xarakteristikasıdır. Tikinti maşın və
mexanizmlərinin orta illik dəyərinin il ərzində
yerinə yetirilmiş tikinti və quraşdırma işlərinin
dəyərinə
nisbəti
kimi
hesablanır.
Tikinti
təşkilatlarının istehsal fondlarının aktiv hissəsinə
tələbatın hesablanmasında, əmək vasitələrindən
istifadənin
texniki
səviyyəsinin
xarakteristikasında və təhlilində istifadə edilir.
TĐKĐNTĐNĐN SMETA DƏYƏRĐ
– müəssisə,
bina və tikililərin layihəsinə uyğun olaraq,
tikintinin həyata keçirilməsi üçün lazım olan pul
vəsaitlərinin məbləğidir. Tikintinin smeta dəyəri
tikinti məhsuluna sərbəst (müqavilə) qiymət
formalaşdırılması,
qoyulan
investisiyanın
həcminin
təyin
edilməsi,
tikintinin
maliyyələşdirilməsi üçün əsasdır. Tikintinin smeta
dəyərinin təyin edilməsi üçün əsaslar kimi, layihə
və işçi sənədləşdirməsi, fəaliyyətdə olan smeta
normativləri (o cümlədən ehtiyatlar), eyni
zamanda müvafiq tikintiyə aid olan təchizat,
mebel, inventar, ayrı-ayrı əşyaların buraxılış
qiyməti, mərkəzi və digər dövlət idarəetmə
orqanlarının qərarları xidmət edir. Texnoloji
struktura uyğun olaraq, tikintinin smeta dəyərinə
qoyulan
investisiya
tikinti
işinin
dəyəri;
avadanlıqların quraşdırılması üzrə iş (quraşdırma
işi); avadanlıq, mebel və inventar əldə edilməsinə
(hazırlanması) xərclərə və digər xərclərə bölünür.
Dostları ilə paylaş: |