TƏKRAR ĐSTEHSAL REJĐMĐNĐN MÜ-
TƏRƏQQĐLĐK ƏMSALI
– “Həqiqi əmsal”a
bax.
TƏKRAR SATIŞ ÜÇÜN NƏZƏRDƏ
TUTULMUŞ MALLARA ÜMUMĐ QĐY-
MƏT ARTIMI
– sonradan emala məruz
qalmadan təkrar satış üçün nəzərdə tutulmuş mal
635
və xidmətlərin alınmasına aiddir. Emal edilmədən
təkrar satış üçün alınmış mal və xidmətlərin
dövriyyəsi,
alışın
həcmi
və
ehtiyatlarının
dəyişməsi əsasında hesablanır. Təkrar satış üçün
nəzərdə
tutulmuş
mal
və
xidmətlərin
dövriyyəsinin,
alınmasının
və
ehtiyatlarının
dəyişməsinin həcmi, satışın həcminə alındıqları
şəkildə daxil edilirlər.
Belə qiymət artımı ümumi ticarət qiymət artımı
adlanır.
Təkrar satış üçün nəzərdə tutulmuş malların
ümumi qiymət artımı aşağıdakı kimi hesablanır:
Alış və təkrar satışla bağlı ticarət fəaliyyətinin
dövriyyəsi – (çıxılsın) alınmış şəkildə təkrar satış
üçün nəzərdə tutulmuş mal və xidmətlərin alışı +/-
(üstəgəl və ya çıxılsın) əldə olunmuş şəkildə
təkrar satış üçün alınmış mal ehtiyatlarının
dəyişməsi = təkrar satış üçün nəzərdə tutulmuş
malların ümumi qiymət artımı.
TƏKRAR SATIŞ ÜÇÜN YEGANƏ TƏ-
DARÜKÇÜDƏN SATIN ALINAN BÜTÜN
VƏ YA ƏKSƏR MALLAR
– göstəricisi,
tədarükü əhəmiyyətli dərəcədə yeganə bir
satıcıdan asılı olan müəssisələrə aiddir. Tədarükçü
öz fəaliyyətini həm rəsmi müqavilələr əsasında,
həm də onlarsız topdansatış ticarət üzrə həyata
keçirə bilər.
TƏKRAR SEÇMƏ (QAYITMA ĐLƏ,
YENĐ-DƏN)
– bir dəfə seçilmiş vahid sonrakı
seçmələrdən kənarlaşdırılmır və təkrarən yenidən
seçilə bilər.
TƏKRAR SIĞORTA
– balanslaşdırılmış
sığorta portfelini yaratmaq, öz xüsusi maliyyə
dayanıqlığını və rentabelliyini təmin etmək
məqsədi ilə, sığortaçı müəyyən riskləri sığortaya
qəbul edərək öz maliyyə imkanlarını nəzərə
almaqla,
cavabdehliyinin
bir
hissəsini
razılaşdırılmış şərtlərlə digər sığortaçılara verdiyi
iqtisadi münasibətlər sistemidir.
TƏQDĐM EDƏNĐN QĐYMƏTLĐ KAĞIZ-
LARI
– onu təqdim edənə aid olması hüququnu
təsdiq edən hüquqi sənəddir.
TƏQVĐM GÜNÜ FONDU
– bir işçiyə və ya
bütün işçilərə hesablanan müəyyən təqvim dövrlü
(ay, rüb, il və s.) günlərin sayıdır. Bir işçi üçün –
ayın, rübün, ilin təqvim günləridir, bütün işçilər
üçün isə - günlərin sayının işçilərin orta siyahı
sayına hasilidir (“Đşçilərin orta siyahı sayı”na
bax). Təqvim günü fondu işçinin (bir işçinin və
bütün işçilərin) işə gəlmə və işə gəlməyən
günlərinin sayından ibarətdir. Đşə gəlmənin
adam–günü – faktiki işlənmiş adam-günlərin və
tam işsiz dayanma (tam növbəli) günlərinin
cəmidir. Đşə gəlinməyən adam – günü – üzrlü və
üzrsüz səbəbdən işə çıxılmayan adam-günlərin
cəmidir.
Üzrlü
səbəbli
məzuniyyətlər
(müdiriyyətin təşəbbüsü ilə məzuniyyətlərdən
başqa), bayramlar və istirahət günləri, xəstəliyə və
s. görə işə çıxılmamalar daxildir; üzrsüz səbəblərə
müdiriyyətin icazəsi ilə, o cümlədən müdiriyyətin
təşəbbüsü ilə məzuniyyətlər və üzrsüz işə
çıxılmamalar daxildir. Üzrsüz səbəbdən işə
çıxılmamalar və tam gün ərzində işsiz dayanmalar
iş vaxtının itirilməsi sayılır (“Đş vaxtı”na bax).
TƏLƏB
– bazarın mühüm kateqoriyasıdır,
bazarda verilən pulla ifadə olunan tələbatı
xarakterizə edir.
TƏLƏB ƏYRĐSĐ
– tələbin qiymətdən asılılığını
göstərir d=f(p). Ehtimal edilir ki, bu funksiya
azalandır, yəni
)
( p
f ′
<0. Oxşar olaraq təklifin
artan funksiyası da müəyyən edilmişdir S=g(p),
)
( p
g ′
>0. P qiymətinin ümumi amili funksiyaya
əks təsir göstərir. Əyrilər
p
nöqtəsində (bazar və
taraz qiymət) kəsişirlər. Əgər
p
p <
olarsa, bu
zaman tələb təklifi keçir və qiymət artır. Əgər
p
p >
olarsa, onda təklif tələbi keçir və qiymət
düşür.
Təsadüfi hallarda nöqtələr əyri boyunca səpələnir,
təsadüfi sapmalar dəyişən izahlarla korrelyasiya
olunmamışdır.
Nöqtələrin
böyük
hissəsi
müvazinət nöqtəsi ətrafında toplanmışdır.
TƏLƏB QANUNU
–
tələbin həcminin
qiymətdən asılılığına uyğun olan prinsipdir. Tələb
təkliflə tarazlığa cəhd edir, qiymət isə onların
tənzimləyicisi kimi çıxış edir (digər amillərin
sabitliyi şəraitində).
TƏLƏB ÜZRƏ ELASTĐKLĐK
– tələbin amil
dəyişməsinə
reaksiyasını
xarakterizə
edən
göstəricidir. Adətən, tədqiq edilir: qiymətə görə
tələb elastikliyi (mənfi işarəli olur), gəlirə görə
tələb elastikliyi (müsbət işarəli olur), çarpaz
elastiklik
(digər
əmtəənin
qiymətinə
olan
reaksiya).
Elastiklik əmsalı tələb və qiymət artımlarının
nisbi kəmiyyətlərinin nisbəti kimi hesablanır
d
d
E
p
d
∆
=
⋅
:
p
p
∆
və ya (lnd)´.
Oxşar olaraq, qiymətə görə təklif elastikliyi
hesablanır:
s
s
E
p
s
∆
=
⋅
:
p
p
∆
və ya (lns)´.
636
TƏLƏB VƏ TƏKLĐF ELASTĐKLĐYĐ
–
istehlakçı və tədarükçülərin bazarda sosial-iqtisadi
şəraitin - ilk öncə, əmtəə qiymətlərinin və şəxsi
gəlirlərin dəyişməsinə reaksiyasıdır. Tələb və
təklif elastikliyinin ölçüsü elastiklik əmsallarıdır.
TƏLƏB VƏ TƏKLĐFĐN TARAZLIĞI
–
qiymətlərin
müəyyən
səviyyəsində
(tarazlıq
qiymətləri) təklifin həcminin tələbin həcmi ilə
uyğun gəldiyi vaxtda bazarın vəziyyətidir.
TƏLƏBATIN
(TƏLƏBĐN)
ĐNFLYA-
SĐYASI
– bazar iqtisadiyyatında məcmu tələbin
məcmu təklif üzərində qısamüddətli artması ilə
şərtlənən inflyasiyadır. Məcmu tələbin artımı son
məhsulun qiymətinin artmasına, istehsalın real
həcminin çoxalmasına, işsizliyin azalmasına,
bütün bunlarla yanaşı, istehsal amillərinin
qiymətinin artmasına səbəb olur. Məcmu tələbin
davam edən artımında, son məhsulun qiymətinin
artım tempi istehsal proseslərində qiymətlərin
artımını qabaqlayır və bu da işsizliyin aşağı
səviyyəsində
və
real
istehsalın
artımında
qiymətlərin daimi artımına gətirib çıxarır.
TƏLƏBĐN ELASTĐKLĐK ƏMSALI
–
“Elastiklik” ifadəsinə bax.
TƏLƏB-TƏKLĐF BALANSI
– tələb və
təklifin həcm və strukturunun uyğunluğunu
(balanslaşdırılmasını) xarakterizə edən sistemli
modeldir.
Əmtəə təklifi
Alıcı tələbatı
Π=ƒ(χ
1
, χ
2
, ..., χ
n
)
C=ƒ(χ
1
, χ
2
, ..., χ
n
)
SALDO (-)
SALDO (+)
Tələb və təklifin (χ
1
, χ
2
, ..., χ
n
)
amilləri
qiymətlər, istehsal potensialı, əhalinin adambaşına
düşən gəlirləri, demoqrafik amillər və s. hesab
edilir.
TƏLĐMAT
(ərəb. idarəetmə aktı) – qanun
qüvvəli akt mənasındadır. Təlimat hər hansı
fəaliyyətin həyata keçirilməsi qaydasını və
şərtlərini tənzim edən norma və qaydalardan
ibarət olan hüquqi aktdır. Təlimatlar, bir qayda
olaraq, nazirliklər, dövlət komitələri və baş
idarələr tərəfindən verilir. Azərbaycanda dövlət
əhəmiyyətli ən mühüm təlimatlar Nazirlər
Kabineti tərəfindən təsdiq edilir.
TƏMƏRKÜZLƏŞMƏ
ƏMSALLARI
–
inhisara alma səviyyəsini qiymətləndirən və
bazarın strukturunu təhlil etməyə imkan verən
göstəricilərdir. Təmərküzləşmə əmsalları özündə
sənaye sahəsinin bütün müəssisələrində istehsalın
ümumi həcmindən sonradan çıxma qaydasında
sıraya düzülmüş iri istehsalçı-müəssisələrin payını
əks etdirir. Beynəlxalq təcrübədə təmərküzləşmə
əmsalları əsasən sahənin 3, 4, 6, 8, ..., 50 iri
müəssisələrini birləşdirən müəssisələr qrupu üzrə
hesablanır. Sahələrin və bazarların inhisarlaşma
səviyyəsinin kəmiyyət xarakteristikasında əsas
meyar 3, 4, 6 və 8 iri müəssisənin istehsal
olunmuş məhsulun ümumi həcmində payı hesab
edilir.
TƏMĐR
-
əmtəələrin
ilkin
vəziyyətinə
gətirilməsi üçün onların bərpası üzrə əməliyyatdır.
Əsaslı və ya cari təmirlərdən ibarət ola bilər.
TƏMSĐLÇĐ (SƏLAHĐYYƏTLĐ) SEÇMƏ
–
X baş məcmusunun öyrənilən xüsusiyyətlərinin
tamlığını və eyniliyini təmsil edənin müayinə
olunan hissəsidir. Bütün baş məcmunun deyil,
yalnız onun bir hissəsinin müayinə edilməsi
nəticəsində yaranan səhv təmsilçi xəta adlanır.
Xətanın
qiyməti
baş
məcmunun
hansı
elementlərinin seçməyə düşməsindən, yəni seçmə
üsulundan və seçmənin həcmindən asılıdır. Eyni
ehtimallı sadə təsadüfi seçmə seçmənin ən sadə
üsulu hesab edilir. Əgər σ
2
dispersiyasının
normal bölüşdürmənin M X riyazi gözlənməsi
məlumdursa, onda təmsilçilik xətası (MX və bu
seçmə ilə hesablanan hesabi orta arasındakı fərqin
modulu) ε-dan çox olmamaqla seçmənin γ
ehtimalı ilə gözlənilən n seçməsinin həcmi
aşağıdakı düsturla hesablanır:
n=t
2
2
/
γ
σ
2
/ ε
2
,
burada t
2
/
γ
kəmiyyəti - Ф(t) =
π
2
1
∫
−
t
x
e
0
2
2
dx
Laplas funksiyasının arqumentinin qiyməti
olur, harada ki, Ф(t)= γ/2.
TƏMSĐLÇĐ-ƏMTƏƏ
- əmtəə qrupu, əmtəənin
(xidmətin)
keyfiyyətinə
və
əsas
istehlak
xüsusiyyətinə təsir etməyən cüzi xüsusiyyətlərinə
(detallarına) görə bir-birindən fərqlənən və
özünün istehlak təyinatına görə eyni olan,
müəyyən əmtəə (xidmət) növlərinin bütövlükdə
çoxluğu başa düşülür. Əmtəə-təmsilçiləri qrupda
istehsalın (satışın) həcmində əsas rol oynamalı,
istehsalda
(ticarətdə)
xüsusiyyətlərin
nisbi
stabilliyi və daimi mövcudluğu ilə xarakterizə
olunmalı, həmçinin bütün əmtəə qrupunun qiymət
dinamikasını əks etdirməlidir. Regional səviyyədə
əmtəəni təsvir etmək üçün elə xüsusiyyətlərdən
istifadə olunur ki, onlar qiymətin qeydiyyata
alınması üçün konkret əmtəəni göstərən alət
olsun.
637
TƏMSĐLÇĐ-MALLARIN
SĐYAHISI
–
beynəlxalq müqayisə üçün “səbət”ə daxil edilən
təmsilçi-malların siyahısıdır. Bu siyahıya ümumi
daxili məhsulun son istifadəsini təşkil edən (ev
təsərrüfatlarının istehlakı, investisiya malları
(maşınlar və avadanlıqlar), tikinti işləri), mal və
xidmətlərin bütün məcmusundan seçilən mallar,
xidmətlər, şərti obyektlər daxil edilir.
TƏNƏZZÜL EDƏN ƏHALĐ
(lat. regressio –
geriyə hərəkət, qayıtma) – azalan əhalinin nəzəri
modelidir, əhalinin dar təkrar istehsalı rejimini əks
etdirir. Praktikada tənəzzül edən əhalinin mənfi
artım tempi r olan eksponensial əhaliyə
müvafiqdir. Tənəzzül edən əhalini həmçinin
birdən az olan əhalinin təkrar istehsalının netto-
əmsalı ilə xarakterizə etmək olar. Tənəzzül edən
əhalinin strukturu “reqressiv” tipə uyğundur (dar
əsası və geniş zirvəsi olan yaş piramidası kimi
təsvir olunur). “Tənəzzül edən əhali” termini
Đsveç alimi Q.Sundberqin işləri ilə bağlı meydana
gəlmişdi. O, XX əsrin əvvəlində əhalinin üç tipli
yaş strukturu: proqressiv, stasionar və reqressiv
tiplər haqda müddəa irəli sürmüşdü.
Tənəzzül edən əhalidə doğum əmsalları (b) ölüm
əmsalından (d) azdır. Bu vəziyyətin uzun müddət
saxlanılması depopulyasiyaya – əhalinin təbii
azalmasına gətirib çıxarır. Daha geniş mənada
tənəzzül edən əhali b
>
d, yəni təbii artımın müsbət
əmsalında tənəzzül edən əhalinin yeri var, lakin
daimi mənfi olan miqrasiya saldosu vaxtı, onun
kəmiyyəti
əhalinin
artım
göstəricisindən
yüksəkdir
(məsələn,
kənd
yerlərinin
bəzi
rayonlarında).
“Tənəzzül edən əhali” termini nadir hallarda
tətbiq olunur, ədəbiyyatda “azalan əhali” termini
daha çox yayılmışdır.
TƏNLĐKLƏR
SĐSTEMĐ
ÜZRƏ
PROQNOZ
– ekonometrik modelin ү
1,.....,
ү
p
dəyişən endogeninin proqnozudur. Bərabərlik
sistemi üzrə proqnoz modelin formasına modelin
özündən kənarda alınan (q>ρ) dəyişən ekzogen
χ
1......,
χ
q,
proqnoz
qiymətlərini
dəyişməklə
generasiya edilir.
TƏRƏQQĐ EDƏN ƏHALĐ
(lat. progressio –
irəliyə hərəkət, artma) – artan əhalinin nəzəri
modelidir, əhalinin geniş təkrar istehsalı rejimini
əks etdirir. Praktikada tərəqqi edən əhalinin
müsbət artma tempi r olan eksponensial əhaliyə
uyğundur. Onu həmçinin birdən çox olan əhalinin
təkrar
istehsalının
netto-əmsalı
ilə
səciyyələndirmək olar. Tərəqqi edən əhalinin yaş
strukturu “proqressiv” tipə uyğundur – geniş əsası
və dar zirvəsi olan yaş-cins piramida.
Tərəqqi edən əhalinin modeli V.Đ.Bortkeviç
tərəfindən (1911) əsaslandırılmış və A.C.Lotkanın
stabil əhali nəzəriyyəsində inkişaf etdirilmişdir.
“Tərəqqi edən əhali” terminini Bortkeviç Đsveç
alimi A.Q.Sundberqdən götürmüşdü. O, 1899-cu
ildə üç tipdə yaş strukturunu: proqressiv, stasionar
və reqressiv təklif etmişdi. Müasir demoqrafiya
ədəbiyyatında bu anlayış az tətbiq olunur, çünki
daimi artma tempi ilə çoxalan əhali eksponensial
əhali modelində ümumiləşdirilmişdir.
TƏSADÜFĐ DƏYĐŞMƏ
– müəyyən ehtimalla
xarakterizə olunan, verilmiş kəmiyyətdən (orta
səviyyədən, trenddən və s.) kənarlaşmadır.
TƏSADÜFĐ DƏYĐŞMƏLƏRDƏ VAXT SI-
RALARININ YOXLANMASI
– fərziyyələrin
yoxlanmasıdır.
( ) (
) (
)
h
t
t
x
h
t
t
x
t
x
n
n
+
=
+
=
−1
1
2
1
,...
,
müvəqqəti sırasının üzvləri, bir sıra təsadüfi
kəmiyyətlərin müstəqil müşahidəsinin nəticəsi
hesab edilir. Bu fərziyyələrin yoxlanmasının
müxtəlif meyarları mövcuddur: “dönmə nöqtələri”
meyarı, “yüksəliş nöqtələri” meyarı, dərəcə
meyarı və s. Meyarın seçilməsi alternativ
fərziyyəyə
dair
təkliflərdən,
paylanma
xarakterindən və s. şəraitdən asılıdır.
TƏSADÜFĐ KƏMĐYYƏT
– təsadüfi amillərin
təsiri altında dəyişən kəmiyyətdir. Təsadüfi
kəmiyyətin
özünün
mümkün
qiymətlərinin
ixtiyari
altçoxluğuna
düşmə
ehtimalının
hesablanmasına imkan verən özünün paylanma
qanunu ilə verilir. Tətbiqi tədqiqatlarda ümumi
çoxluğu təşkil edən obyektlərin əlamətlərinə
təsadüfi kəmiyyət kimi baxılır.
Təsadüfi kəmiyyət çoxölçülü və birölçülü,
aramsız və diskret, saylı, sıralı, nominallı
kəmiyyətə bölünür (sonuncu kateqoriyalaşdırılmış
və qeyri-kateqoriyalaşdlırılmış olur).
TƏSƏRRÜFAT FƏALĐYYƏTĐNĐN SUB-
YEKTĐ
– sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
məqsədilə əmlak dövriyyəsində çıxış edən hüquqi
subyektdir.
TƏSĐRĐN
(VASĐTƏNĐN)
NƏTĐCƏSĐ
(EFFEKTĐ)
– borc səviyyəsinin bankın şəxsi
kapitalının gəlir səviyyəsinə təsirini göstərən
ifadədir. Təsirin nəticəsi yalnız o zaman işləyir ki,
həyata keçən bank əməliyyatlarının gəlirliliyi
bank maliyyə ehtiyatlarının bir hissəsi olan borc
kapitalının dəyərindən çox olur.
TƏSĐSÇĐ (ĐŞTĐRAKÇI)
- təsərrüfatçılıq
yoldaşlığının və ya cəmiyyətinin təşkilatçısıdır.
638
TƏSĐSÇĐLĐK SƏNƏDLƏRĐ
- kommersiya
strukturunun, o cümlədən səhmdar cəmiyyətinin
təsis edilməsi üçün zəruri sənədlərdir. Sənədlərin
siyahısı dövlət tərəfindən müəyyənləşdirilir. Əsas
təsis sənədi cəmiyyətin nizamnaməsi hesab edilir.
TƏSADÜFĐ SEÇMƏ
– seçmənin həyata
keçirilməsinə qədər baş məcmunun hər bir vahidi
seçməyə düşmüş hesab olunmaq üçün (təsadüfi
halda – bərabər) əvvəlcədən verilmiş müəyyən
ehtimala malik seçimdir. Təsadüfi seçmə qayıdan
və qayıtmayan ola bilər. Qayıdan seçmə (sadə
təsadüfi seçmə) baş məcmunun bütün vahidlərinin
seçməyə düşməsinə (seçilməsi) bərabər imkan
yaradır. Qayıtmayan seçmə zamanı seçməyə
düşmə ehtimalı müxtəlifdir, lakin hesablanılandır.
Təsadüfi seçmənin təşkili üçün ya təsadüfi
rəqəmlərin cədvəllərindən, yaxud da püşkatma
üsulundan istifadə edilir. Püşkatma zamanı
seçmənin hər bir vahidi üçün sıra nömrəsi verilən
kartoçka tərtib edilir. Kartoçkalar əsaslı surətdə
qarışdırıldıqdan sonra onlardan biri götürülür,
sonra yenidən biri götürülür və bu proses seçilən
vahidlərin tələb olunan sayı alınana qədər davam
etdirilir. Seçilən kartoçkaların nömrələri seçmə
məcmusuna daxil olan vahidlərin nömrəsini təşkil
edir.
TƏSNĐFATLARIN ĐŞLƏNMƏSĐ (HAZIR-
LANMASI)
– müəyyənləşdirilmiş qaydalara
uyğun olaraq, təşkilati-metodiki birliyi təmin
etmək məqsədi ilə milli təsnifatları işləmək üçün
aşağıdakı mərhələlər nəzərdə tutulmuşdur:
-
cavabdeh
nazirlik
(təşkilat)
tərəfindən
təsnifatların işlənməsinin təşkili – texniki-iqtisadi
sosial informasiyanın baxılan növünün tədqiqatı
aparılır. Bu zaman müxtəlif beynəlxalq və xarici
analoqlar, sənədlər nəzərə alınır;
- təsnifatların layihəsi (ilkin variantı) işlənir -
beynəlxalq təsnifatlar nəzərə alınmaqla, çıxış
obyektləri çoxluğunun aşkar edilməsi və təhlili;
verilmiş obyektlər çoxluğunun təsnifləşdirilməsi;
obyektlərin
adlarının
tərtib
edilməsi
və
yazılmasının unifikasiyası (vahid şəklə salınması);
verilmiş obyektlər çoxluğunun kodlaşdırılması
həyata keçirilir. Layihənin əlaqədar təşkilatlara
göndərilməsi;
- daxil olmuş rəylər nəzərə alınmaqla, təsnifat
layihəsinin son variantının hazırlanması və
Azərbaycan
Respublikası
Dövlət
Statistika
Komitəsinin Kollegiyasının təsdiqinə təqdim
olunması.
Azərbaycan
Respublikasında
“Standartlaşdırma
haqqında”
Azərbaycan
Respublikası Qanununa uyğun olaraq, qeydiyyata
alınması üçün Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə təqdim olunması;
- Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində
qeydiyyatdan keçirilmiş təsnifatın nəşri.
Dostları ilə paylaş: |