UNĐVERSAL MAĞAZA
– bu, əhali üçün
əlverişli olan (adətən şəhər mərkəzlərində), eyni
bir dam altında yerləşən, geniş çeşidli istehlak
malları (xüsusən məişət texnikası və geyim) təklif
edən, geniş sahəyə malik olan pərakəndə ticarət
müəssisəsidir. Mallar (və bəzi xidmətlər) hər biri
ixtisaslaşmış mağaza kimi fəaliyyət göstərən
şöbələrdə
satılır.
Universal
mağazaların
hüdudlarında yerləşən supermarketlərdə ərzaq
malları şöbəsi (satıcılar tərəfindən satılan qənnadı
və delikates (zərif yemək) malları istisna olmaqla)
adətən özünə xidmət prinsipi əsasında işləyir.
URBANĐZASĐYA
(fr.
urbanisation,
ing.
urbanization, lat. urbanus – şəhərli, urbs – şəhər)
– cəmiyyətin inkişafında şəhərlərin rolunun tarixi
artma prosesidir; istehsalın yerləşdirilməsində və
ilk növbədə əhalinin yerləşməsində, onun sosial-
peşə, demoqrafik strukturunda, həyat tərzində,
mədəniyyətində və s. dəyişiklikləri əhatə edir.
Urbanizasiya
–
çoxtərəfli
sosial-iqtisadi,
demoqrafik və coğrafi prosesdir: tarixən təşəkkül
tapmış ictimai və ərazi əmək bölgüsü əsasında baş
verir. Demoqrafik statistik anlayışda urbanizasiya
– şəhərlərin, xüsusən böyük şəhərlərin artmasıdır,
ölkədə, regionda, dünyada şəhər əhalisinin xüsusi
çəkisinin
yüksəlməsidir
(əhalinin
urbanizasiyası).
Đlk şəhərlər e.ə. 3-1-ci minilliklərdə Misirdə,
Mesopotamiyada,
Çində,
həmçinin
Aralıq
dənizinə yaxın Avropa və Afrikanın bəzi
665
regionlarında meydana gəlmişdir. Yunan-Roma
dünyasında Afina, Roma, Korfagen kimi şəhərlər
çox böyük rol oynayırdı. Sənaye cəmiyyətinin
inkişafı ilə maddi və mənəvi fəaliyyətin müxtəlif
forma
və
növlərinin
təmərküzləşmə
və
inteqrasiyanın zəruriliyi urbanizasiya prosesinin
güclənməsinə, əhalinin daha çox şəhərlərdə
cəmləşməsinə səbəb olmuşdur. Urbanizasiya
prosesinin inkişafı şəhər əhalisinin formalaşması
və şəhərlərin artması xüsusiyyətləri ilə sıx
bağlıdır: şəhər əhalisinin özünün təbii artımı;
şəhərətrafı ərazilərin (şəhər, qəsəbə və kəndlər
daxil olmaqla) şəhər hüduduna daxil edilməsi,
yaxud inzibati tabeçiliyə aid edilməsi; kənd
yaşayış
məntəqələrinin
şəhər
məntəqələrinə
çevrilməsi.
UŞAQ ÖLÜMÜ
– 0 yaşından 5 (0-4 yaş)
yaşınadək olan uşaqların ölümüdür. 1987-ci
ilədək uşaq ölümü ifadəsindən körpə ölümünün
sinonimi kimi istifadə edilirdi.
UŞAQ
ÖLÜMÜ
PARADOKSU
–
demoqrafik
ədəbiyyatlarda
istifadə
olunan
termindir, gələcək ömrün orta uzunluğunun adi
vəziyyətdə yaşa dolduqca azalmasından fərqli
olaraq, onun yaşa dolduqca artması vəziyyətini
ifadə edir. Uşaq ölümünün paradoksu körpə
ölümünün nisbətən yüksək səviyyədə olması
zamanı müşahidə olunur və onunla bağlıdır ki, bir
yaşadək ölənlərin böyük sayı ölüm cədvəlləri üzrə
hesablanmış və doğulanda gözlənilən orta ömür
uzunluğuna bərabər olan ölənlərin orta yaşını
xeyli azaldır. Misal üçün, ömrünün birinci yaşında
bütün doğulanların orta hesabla 10%-i 0,5 il
yaşında ölür; 1 yaşa çatmışlar üçün gözlənilən
orta ömür uzunluğu isə 59 yaş təşkil edir. Onda
yeni doğulmuşlar üçün gözlənilən orta ömür
uzunluğu bərabərdir:
0,1 x 0,5 + 0,9 x (59 +1) = 54,05 il, yaxud 1 illik
yaş üçün gözlənilən orta ömür uzunluğuna
nisbətən demək olar ki, 5 il az. Körpə ölümü
əmsalı 10%-dən aşağı olduqda, uşaq ölümünün
paradoksu praktiki olaraq müşahidə olmur.
UŞAQ SAĞLAMLIQ-TƏHSĐL MÜƏSSĐ-
SƏSĐ
–
uşaqların
sağlamlıq
durumunun
möhkəmləndirilməsi, onların gigiyenik və fiziki
mədəniyyətinin inkişaf etdirilməsi, qüvvələrinin
bərpa edilməsi, özünün peşə müqəddəratını təyin
etmə, yaradıcılığının həyata keçirilməsi, hüquqi,
vətəndaşlıq, vətənpərvərlik, ekoloji tərbiyə və
uşaqların inkişafına yönəldilən tibbi-profilaktik,
idman, təhsil, asudə-mədəni vaxt proqramlarının
və xidmətlərinin həyata keçirilməsi üçün şəraitin
yaradılmasını təmin edir. Uşaq sağlamlıq-təhsil
müəssisəsinin növləri aşağıdakılardan ibarətdir:
stasionar düşərgələrdən, bağlardan, şəhərkənarı
sağlamlıq mərkəzlərindən, bazalardan və s.
UŞAQLAR
- 1) yetkinlik yaşına çatmayan
insanlardır. Tədqiqatın məqsədindən asılı olaraq,
demoqrafiyada onun yuxarı həddi fərqlənən yaş
kateqoriyasıdır.
Əhalinin
təkrar
istehsalı
öyrənildikdə, uşaqları yaşlılardan ayıran hədd
adətən 15 yaş hesab olunur. Bu yaş həddi çox
aşağı olsa da, nəzərdə tutulur ki, bu yaşda olan
adamlar çox nadir halda doğurlar, lakin bu, 5
bölünən ədəddir. Bu isə müqayisə etmək və
hesablamalar üçün rahatdır, xüsusilə 5-illik yaş
qrupları
üzrə
qruplaşdırdıqda.
Uşaqlar
kateqoriyasını
demoqrafik
və
sosial
xüsusiyyətlərinə görə (onun sayının əvvəlki
illərdə doğumların sayından və ömrünün birinci
ilində ölüm səviyyəsindəki fərqlərdən asılılığı)
adətən daha kiçik qruplara bölürlər. Südəmər
(körpə) uşaqlar qrupu 0 il yaşında (yəni
doğulduqdan dəqiq 1 yaşadək olan intervalda)
xüsusilə vacib hesab olunur, körpə ölümünü
öyrənən zaman onu aylar, hətta həftələr üzrə
bölürlər. Birinci 5-illik qrup üzrə 0–4 yaşda
uşaqlar
(doğulduqdan
dəqiq
5
yaşınadək)
haqqında məlumatlar əhalinin siyahıyaalınması və
müayinə
məlumatları
üzrə
uşaqlı
olma
göstəricilərini hesablamaq üçün tətbiq olunur.
Demoqrafik təhlildə uşaqlar kateqoriyası əhalinin
təkrar istehsalının nəticəsi və onun perspektivini
qiymətləndirmək üçün əsas kimi vacibdir.
Đqtisadi-coğrafi tədqiqatlarda uşaq yaşının yuxarı
həddi qanunvericilikdə təsbit olunan əmək
qabiliyyətinin başlandığı yaş (16 yaş) götürülür.
Sosioloji tədqiqatlarda 14–15 yaşlı uşaqlar
yeniyetmələr; planlaşdırma ehtiyacları üçün ölkə
statistikası südəmər, yaşlı, məktəbəqədər və
məktəbyaşlı uşaqlar fərqləndirilir.
2) Düz (birbaşa) xətt üzrə 1-ci qohumluq dərəcəli
kişi və qadının gələcək nəsli – oğul və qızlarıdır.
Ailə vəziyyətinin kateqoriyalarından biridir. Ailədə
uşaqların sayı ailənin həyat sikli mərhələlərinin
vacib
xarakteristikasıdır.
Ailə
haqqında
məlumatlar əhalinin siyahıyaalınması üzrə onların
tərkibində uşaqları yaşından asılı olmayaraq
ayırırlar və bu zaman uşaqlar kateqoriyasını
azyaşlı uşaqlarla eyniləşdirmək lazım deyil.
“Uşaqlar” termininin doğumun xarakteristikası
kimi istifadə olunması düzgün deyil. Çünki bütün
doğulmuş uşaqlar sağ qalmır və onların hamısı
həmin ailənin tərkibinə daxil olmur.
3) Doğum və diri doğuş anlayışının sinonimidir.
Bu mənada ailədə uşaqların sayı uşaq doğma
dövrünün sonuna qadın nəslində doğuşların sayı
kimi başa düşülür, doğumun və demoqrafik
əxlaqın
ailədə
ideal,
gözlənilən,
istənilən,
666
planlaşdırılan
uşaqların
sayının
öyrənilməsi
zamanı işlədilir.
Çox vaxt “uşaqlar” termini müxtəlif anlayışları və
ölçüləri işarə etmək üçün tətbiq olunur və onun
düzgün tətbiq olunmaması yanlış nəticələrə gətirib
çıxara bilər. Siyahıyaalma vaxtına ailədə diri və
ya yaşayan uşaqların sayının qadının doğuşlarının
sayı ilə eyniləşdirilməsi daha çox yol verilən
səhvlərdəndir. Bir halda ki, bəzi uşaqlar kiçik
yaşlarında ölür, yetkinlik yaşına çatmır, yaxud
ayrı yaşayır, anaları ilə birlikdə yaşayan uşaqların
sayı hətta uşaq ölümünün aşağı səviyyədə olması
zamanı, orta hesabla həmişə doğulan uşaqların
sayından azdır. Bu səbəbdən də, qadınların
(ailələrin)
uşaqların
sayına
görə
bölgüsü
doğumların sayına görə onların bölgüsündən
fərqlənir və ananın yaşı artdıqca ailənin
böyüməsinin xarakteristikası kimi izah etmək
olar.
4) Yetkinlik yaşına çatmayan şəxslər (hüquqi).
Mülki, ailə, pensiya qanunvericiliyində “uşaqlar”
termini həmçinin qanunla müəyyən olunmuş
yetkinlik yaşına çatmış şəxslər barədə də tətbiq
olunur.
UŞAQLARIN ARZU OLUNAN SAYI
– öz
arzusundan çıxış edərək, fərdin ailəsində istədiyi
uşaqların sayının olmasıdır. Uşaqların arzu olunan
sayı şəxsiyyətin dəyərləndirmə oriyentasiyası,
onun sosiallaşma xüsusiyyətləri, ailə təcrübəsi və
başqa fərdi keyfiyyətlərlə bağlıdır.
Uşaqların arzu olunan sayı haqda informasiya
əhali arasında müşahidə aparılan zaman verilən
xüsusi suala cavab kimi alınır. Adətən belə suallar
verilir: “Neçə uşağın olmasını istəyərsiniz?”,
yaxud “Əgər bunun üçün şərait olarsa, ailədə
neçə uşağın olmasını istəyərsiniz?”.
Cavab
rəqəmlə
ifadə
olunan
kəmiyyət
xarakteristikasıdır. Məlumatlar işləndikdə qeyri-
müəyyən cavablar istisna olunur, alternativ (“iki”
yaxud “üç”) cavablar isə orta kəmiyyətlə
müəyyənləşir. Xaricdə aparılan müşahidələrdə
qrup göstəricilər iki variantda: birmənalı olmayan
cavabların minimum və maksimum kəmiyyətləri
üzrə verilir. Eyni cinsli sosial qruplar çərçivəsində
uşaqların arzu olunan sayı haqda suala cavabların
variasiyası adətən çox olur, nəinki uşaqların ideal
sayı haqda suala.
Uşaqların
arzu
olunan
sayı
qrupunun
xarakteristikası kimi, sayca müəyyən cavabların
bölgüsü növündə ifadə olur. Bu bölgünün
parametrlərindən ən çox orta hesabi (uşaqların
arzu olunan orta sayı) göstərici tətbiq olunur,
bəzən də ortanın ətrafında cavabların variasiyası
ölçülərini göstərməklə müşayiət edilir.
Đlk dəfə uşaqların arzu olunan sayı haqda
məlumatlar ABŞ-da XX əsrin 50-ci illərinin
ortalarında alınmışdır. Sonrakı illərdə uşaqların
arzu olunan sayı haqda sual müxtəlif ölkələrdə
aparılan müşahidələrə daxil edilmişdir.
Keçmiş SSRĐ-də uşaqların arzu olunan sayı
haqqında informasiya isə 60-cı illərin sonunda
alınmışdır. 1980-ci ilə kimi 10-dan çox müşahidə
aparılmış və bu sual ora salınsa da, onlar lokal
xarakter daşımışdır. Qrup səviyyədə uşaqların
arzu olunan orta sayı – uşaqların gözlənilən orta
sayından bir qədər yüksəkdir. Fərdi səviyyədə bu
kəmiyyətlər müxtəlif ola bilər, lakin uşaqların
gözlənilən sayının sistematik olaraq istənilən
saydan çox olması doğumun azalması başlayan
əhali qruplarında olur. Uşaqların arzu olunan sayı
göstəricilərinin mənasının izahı müxtəlifdir.
Müəlliflərin çoxu bunu reproduktiv məqsədin
vacib xarakteristikası və uşaqlara olan tələbatın
əksi hesab edir.
UŞAQLARIN GÖZLƏNĐLƏN SAYI
–
konkret həyat vəziyyətini və şəxsi üstünlüklərini
nəzərə alaraq, öz ailəsində fərdin fikrində olan
uşaqların sayıdır. Bu halda nəzərdə tutulur ki,
“olmaq” və “doğmaq” anlayışları eynidir və uşaq
doğumu ailədə uşaqların olmasının yeganə
mənbəyidir, ona görə də, uşaqların gözlənilən sayı
fərdi uşaq doğumu planının uyğun əks edilməsi
hesab oluna bilər. “Uşaqların gözlənilən sayı”
anlayışı yalnız uşaq doğumunun ailədaxili
tənzimlənməsi yayıldığı əhali üçün məna daşıyır.
Uşaqların gözlənilən sayı haqda məlumat əhalinin
müşahidəsi zamanı qoyulan xüsusi suallara
cavablardan alınır – “Cəmi neçə uşağın olmasını
istəyirsiniz?”, “Daha neçə uşağın olmasını
nəzərdə tutursunuz?”. Suallar bir qayda olaraq
ərdə olan reproduktiv yaşlı qadınlara ünvanlanır.
Cavablar çox vaxt müəyyən xarakter daşıyır və
birmənalıdır. Buna görə də, onların statistik
işlənilməsi çətinlik törətmir.
Ailədə
uşaqların
gözlənilən
sayı
haqda
məlumatlar ilk dəfə 1955-ci ildə ABŞ alimləri
tərəfindən Amerika ailələrinin artımının tədqiq
edildiyi zaman alınmışdır. Sorğu aparılan hər
qadınla öz ailəsinin inkişaf proqnozunun verilməsi
təklif olunmuşdu. Bu şəxsi proqnozlar əsasında
ölkə
əhalisinin
perspektivdə
inkişafını
qiymətləndirməyə cəhd edilmişdi. Sonralar bu
göstərici əhalinin proqnozları üçün praktiki
istifadədə xüsusi əhəmiyyətə malik oldu.
Keçmiş SSRĐ-də uşaqların gözlənilən sayı
haqqında informasiya ötən əsrin 60-cı illərin
ortalarından alınmağa başlamışdı. Uşaqların
gözlənilən sayı reproduktiv göstəricinin bu və ya
digər aspektlərinin aşkara çıxarılması ilə bağlı
yeganə suallardan biri idi ki, ümumittifaq
müşahidələrə salınırdı. Uşaqların gözlənilən sayı
haqda
məlumatlar
demoqrafik
vəziyyətin
667
təhlilində,
doğum
dinamikasının
və
diferensiasiyasının izah olunmasında vacib yer
tutur.
Uşaqların
gözlənilən
sayı
qrup
xarakteristikalarının izahı onların real koqortada
doğulma illəri üzrə, yaxud real nikah koqortasında
doğum
saylarının
proqnozlaşdırılmasında
istifadəsi ilə bağlıdır. Bu zaman nəzərdə tutulur
ki, uşaqların gözlənilən sayı ilə doğulmuş
uşaqların sayı arasında fərq koqorta üzvlərinin
gələcək reproduktiv fəaliyyətində orta hesabla
olmasını istəyən uşaqların sayıdır.
UŞAQLARIN ĐDEAL SAYI
– konkret həyati
şərait və şəxsi üstünlüklər nəzərə alınmadan
fərdin, ümumiyyətlə, ailədə uşaqların ən yaxşı
sayı haqda təsəvvürdür. Uşaqların ideal sayı ideal
həyat
tərzi
haqqında
ümumi
təsəvvürlər
kompleksinin elementlərindən biridir.
Eyni
sosial-mədəni
birliklər
çərçivəsində
uşaqların ideal sayı haqqında təsəvvür məhdud
müxtəlifliklə fərqlənir. Qruplar arasında fərqlər
mövcud olur. Bu təsəvvürlər, bir insanda hansı
ailədən söhbət getdiyindən (şəhər və kənd, maddi
cəhətdən yaxşı, yaxud nisbətən pis təmin olunmuş
və s.) asılı olaraq, fərqlənə bilər.
Uşaqların ideal sayı haqda məlumatlar əhalidə
müşahidələrin aparılması zamanı verilən xüsusi
suallara cavab kimi alınır. “Fikrinizcə, ailədə
uşaqların ən yaxşı (ideal) sayı neçədir?”,
“Ümumiyyətlə, ailədə neçə uşağın olması
yaxşıdır?” sualları daha geniş yayılmışdır. Bəzən
qeyd olunur ki, sual eyni təbəqədən olan, yaxud
eyni şəraitdə yaşayan ailələrə aiddir.
Rəqəmlə ifadə olunan kəmiyyət xarakteristikaları
növündə cavabları almağa çalışırlar. Lakin bu heç
də həmişə mümkün olmur, ona görə də “iki-üç”,
yaxud “üç-dörd” tipli cavablara yol verilir. Onlar
orta kəmiyyətlə nəzərə alınır.
Đlk dəfə uşaqların ideal sayı haqda məlumatlar
1936-cı ildə ABŞ-da Qellap Đctimai Rəy Đnstitutu
tərəfindən alınmışdı. ABŞ-da uşaqların ideal sayı
haqqında sual 1955-ci ildən doğumun ümummilli
müşahidələrinə daxil edilir. Bu sual Doğumun
ümumdünya
müşahidəsi
Proqramına
daxil
edilmişdir. Bu proqram BMT-nin tövsiyəsi ilə
dünya ölkələrinin çoxunda 1972–77-ci illərdə
həyata keçirilirdi.
Keçmiş SSRĐ-də uşaqların ideal sayı haqda
məlumat 60-cı illərin ortalarından əhalinin ayrı-
ayrı qrupları üzrə alınırdı. Uşaqların ideal sayı
haqda sual daxil edilmiş ümumittifaq müşahidələr
1969 və 1989-cu illərdə keçirilmişdir. 20 il
ərzində ərdə olan cavan qadınların (18–29 yaş)
rəyində uşaqların ideal sayının aşağı düşməsində
nəzərəçarpacaq dəyişiklik baş vermişdi və iki
uşaqlı
ailəyə
üstünlük
verilirdi.
Təhsil
səviyyəsindən,
etnik
mənsubiyyətindən,
respondentlərin yaşadığı məskun tipindən və bəzi
başqa amillərdən asılı olaraq, təbəqələşmə aşkar
olunmuşdu.
Uşaqların ideal sayı haqda məlumatlar demoqrafik
vəziyyətin,
doğumun
dinamika
və
təbəqələşməsinin təhlilində mühüm rol oynayır.
Lakin doğumun determinasiyasının ümumi qəbul
olunmuş nəzəriyyəsinin olmaması səbəbindən
müxtəlif müəlliflərdə uşaqların ideal sayı haqda
məlumatların izahı üst-üstə düşmür. Çoxları
uşaqların ideal sayını reproduktiv göstərişin vacib
xarakteristikalarından biri sayır. Uşaqların ideal
sayı
həmçinin
reproduktiv
əxlaqın
sosial
normaları
və
doğum
nəzəriyyəsinin
digər
anlayışları ilə əlaqələndirilir.
UŞAQLARIN MƏKTƏBƏQƏDƏR TƏH-
SĐL
MÜƏSSĐSƏLƏRĐ
ĐLƏ
TƏMĐN
OLUNMASI
–
məktəbəqədər
təhsil
müəssisələrinə
gələn
uşaqların
sayının
demoqrafiya statistikasının məlumatları üzrə 1-5
yaşlarında olan uşaqların sayına nisbəti kimi
müəyyən edilir. Bu göstərici region, şəhər və kənd
yerləri üzrə hesablanır.
UŞAQLARIN MƏKTƏBƏQƏDƏR TƏH-
SĐL MÜƏSSĐSƏLƏRĐNDƏ YERLƏRLƏ
TƏMĐN OLUNMASI
(hər 1000 nəfərə düşən
yer) – məktəbəqədər təhsil müəssisələrindəki
yerlərin
sayının
demoqrafiya
statistikasının
göstəriciləri üzrə 1-5 yaşlarında olan uşaqların
sayına nisbəti kimi hesablanır. Hesablamalar
region, şəhər və kənd yerləri üzrə aparılır.
UŞAQLARIN ORTA SAYI
– uşaqların
sayına
görə
sorğu
edilmiş
qadınların
bölüşdürülməsi
əsasında
əhalinin
siyahıyaalınması
və
ya
müayinəsinin
məlumatlarından
əldə
edilən
doğum
sayı
göstəricisidir. Sualın xarakterindən asılı olaraq,
göstərici fərqli tərkibdə ola bilər: anadan olmuş
uşaqların orta sayı; doğulanların sayından
siyahıyaalma (müayinə) anına qədər yaşayan
uşaqların orta sayı; siyahıyaalma (müayinə) anına
ailədə yaşayan uşaqların orta sayı; uşaqların orta
ideal sayı; uşaqların gözlənilən orta sayı və s. Bu
göstəricilərin hesablanma metodikası oxşardır,
lakin onlar fərqli məna daşıyır və qarşılıqlı əvəz
edilmir, qarşılıqlı olaraq bir-birini tamamlayır.
Əhalinin fərqli qruplarında uşaqların orta sayının
müqayisəsində
göstəricilər
öz
reproduktiv
dövrünün eyni mərhələsində olan koqortalara aid
edilməlidir.
668
UŞAQLARIN PLANLAŞDIRILAN SAYI
– reproduktiv məqsədin xarakteristikalarından
biridir. Müşahidələr zamanı uşaqların sayı
haqqında suala cavab kimi alınır və sorğu
aparılanın
nikah
bağladığı
zaman
istədiyi
(planlaşdırdığı)
uşaqların
sayını
göstərir.
Uşaqların ideal sayı, uşaqların istənilən sayı ilə
yanaşı, uşaqların planlaşdırılan sayı göstəricisi
doğumun
uzununa
müşahidələrində
istifadə
olunur; 60–70-ci illərdə əsasən inkişaf etmiş
ölkələrdə yayılmışdır, lakin nə “Ümumdünya
doğumun müşahidəsi”nə, nə də başqa beynəlxalq
layihələrə daxil edilmişdir. 8 inkişaf etmiş ölkə
üzrə məlumatların müqayisəli tədqiqi göstərmişdir
ki, uşaqların planlaşdırılan sayı reproduktiv
məqsədin başqa xarakteristikaları kimi eyni
amillərdən asılılığını aydınlaşdırır.
UŞAQLI OLMA ĐNDEKSĐ
– hipotetik
nəsildə doğum səviyyəsini dolayı ölçən uşaqlı
olma indeksi yüklənmə göstəricilərinə aiddir,
çünki kiçik yaşda olan uşaqların sayının yaşa görə
onların anası ola bilən qadınların sayına nisbətini
xarakterizə edir. Uşaqlı olma indeksi (Q) – 0–4
yaşlı (S
0-4
), yaxud 0–9 yaşlı ( S
0-9
) uşaqların sayı
20–49 yaşlı (W
20-49
) 1000 qadına nisbəti ilə
hesablanır. Birinci halda:
1000
49
20
4
0
4
0
⋅
=
−
−
−
W
S
Q
Đkinci halda:
1000
49
20
9
0
9
0
⋅
=
−
−
−
W
S
Q
Uşaqlı olma indeksi öz-özlüyündə nəsillərin əvəz
olunma səviyyəsini xarakterizə etməsə də,
müxtəlif əhali qruplarında (yaxud dinamikada
eyni əhalidə) uşaqlı olma indeksi doğum
səviyyəsində fərqləri (dəyişiklikləri) çox düzgün
xarakterizə edir. Buna görə də, əhalinin hər hansı
qrupunun cins-yaş tərkibi haqqında yalnız
siyahıyaalma
məlumatları
olduqda
və
bu
qruplarda
doğum
haqqında
məlumatlar
olmadıqda, uşaqlı olma indeksi bu qruplar
arasında doğumdakı fərqləri xarakterizə edə bilər.
Dostları ilə paylaş: |