(III) - iqtisadiyyatın sahəsidir. Onun iqtisadiyyata
təsiri (birbaşa, dolayısı ilə və ya vasitəli) əlavə
dəyərin yaradılmasında, məşğulluğun artmasında,
regionların inkişafında və s. danılmazdır.
TURĐZM (SƏYAHƏT) XƏRCLƏRĐ
-
“müştəri tərəfindən və ya onun adından səfər
etmək üçün, səyahət zamanı və təyin olunmuş
yerdə çəkilmiş ümumi istehlak xərcləri” kimi
müəyyənləşdirilir.
Bu konsepsiya özündə çox müxtəlif mövqeləri
birləşdirir. Bunlara, səyahətdə və istirahətdə olma
ilə bağlı istehlak mallarının və xidmətlərin, özü
üçün uzunmüddətli istifadə üçün az miqdarda
istehlak mallarının, həmçinin öz ailəsi və dostları
üçün suvenirlərin və hədiyyələrin alınması
daxildir. Turizm xərcləri səyahət zamanı olan
xərclərlə məhdudlaşmır. Onlar, həmçinin səyahətə
hazırlıq və onun gerçəkləşdirilməsi, səyahətlə
bağlı və səyahətdən döndükdən sonra daimi
yaşayış yerində edilən alış-veriş xərclərini də
özündə birləşdirir. Bu kateqoriyaya, həmçinin
səyahət zamanı sığortalanma, nəqliyyat, bələdçi
xərcləri və s. də aiddir.
Xərclərin və ya əldə etmələrin elə növləri
mövcuddur ki, onları turizmə məsrəflərdən
çıxmaq lazımdır. Bunlara kommersiya məqsədləri
üçün alınan mallar, kapital qoyuluşu ilə bağlı
investisiyalar və ya sövdələşmələr (məsələn,
daşınmaz əmlak, avtomobil, gəmilər və s. ilə
bağlı), hətta gələcəkdə onlardan turist məqsədləri
üçün istifadə olunsa belə, həmçinin şəxslərə və ya
təsisatlara turist əmtəə və xidmətlərinin alışını
özündə əks etdirməyən ianə və ya nağd verilən
pullar aid deyil.
Turizmin ümumi xərclərini aşağıdakı mövqelərə
uyğun olaraq bölmək olar:
- daxili və beynəlxalq turizmə çəkilən xərclər;
- beynəlxalq turizmə xərcləri öz növbəsində
nəqliyyat və digər xərclər;
- bir günlük səyahət üçün çəkilmiş xərclərə
(gecələmə ilə və ya onsuz);
- məhsullara sərf edilmiş xərclər.
TURĐZM FƏALĐYYƏTĐ
- bəzi iqtisadi
fəaliyyət
növlərinin
mövcudluğu
turizmdən
asılıdır, məsələn, turistlərin yerləşdirilməsi üçün
şəraitlər, turizm agentlikləri, uzaq məsafəli
sərnişin
nəqliyyatları.
Restoran
və
barlar,
avtomobillərin icarəyə verilməsi üzrə xidmətlər,
əyləncə və attraksionlar kimi digər fəaliyyət
növləri verilmiş mərhələdə turizmə arxalanmaq
tendensiyasına malikdir. Təyin edilmiş fəaliyyət
növlü müəssisələrin turizmdən asılılığına onların
yerləşdiyi yer də təsir edir.
TURĐZM GÖNDƏRĐŞ BLANKI
- ciddi
hesabat olmaqla, proqramla nəzərdə tutulmuş
xidmətlərin ödənildiyini təsdiq edən sənəddir.
TURĐZM
XĐDMƏTĐNĐN
TƏKLĐF
EDĐLMƏSĐ
-
turizmin
özünün
müəyyənləşdirilməsindən irəli gəlir. Buna görə
də, səfər müddətində gələnlərin (turistlərin)
tələbatının ödənilməsi üzrə bütün aktiv, mal və
xidmətlərin təqdim edilməsi və ya zəruri olan
alınmaların təmin edilməsi kimi müəyyən edilə
bilər.
TURĐZM XĐDMƏTLƏRĐNƏ TƏLƏBAT
–
turoperatorlar, turagentliklər, mehmanxanalar və
restoranların
turizmlə
əlaqədar
olan
digər
infrastuktur vahidlərin (muzeylər, tarixi-mədəni
abidələr
və
s.)
fəaliyyətinin
xidmətlər
məcmusudur. Tələbat nöqteyi-nəzərdən, yəni
turizm xidmətləri göstərilmiş şəxslərin sayı ilə
müəyyən edilir. Bu şəxslər müştərilər (gələnlər)
adlandırılır.
TURĐZM MƏHSULU
- turistin səyahəti
müddətində onun tələbatlarının ödənilməsi üçün
lazım olan maddi və qeyri-maddi istehlak
dəyərlərinin məcmusudur. Turizm məhsulu 3
hissədən ibarətdir: tur (müəyyən olunmuş marşrut
üzrə turist gəzintisi); turizm-ekskursiya xidmətləri
(yerləşdirmə, qidalanma, nəqliyyat, səyahətin
məqsədindən asılı olaraq, marşrut üzrə ekskursiya
və digər proqramlar) və mallar – istehlak şeyləri.
TURĐZM MÜƏSSĐSƏLƏRĐ
– turist bazaları,
yurdları, mehmanxanaları, motelləri, kempinqləri
və digərləridir. Turizm müəssisələrində yaşamaq
xidmətləri (məcburi xidmətlər), qidalanma və
turist-ekskursiya xidmətləri göstərilir.
TURĐZM
STRATEGĐYASI
-
reallaşdırılmasına xeyli vaxt və maliyyə resursları
tələb edilən ümumi inkişaf konsepsiyalarının və
məqsədli proqramların işlənib hazırlanmasıdır.
661
TURĐZM TAKTĐKASI
- qarşıya qoyulmuş
məqsədə çatmaq üçün həyata keçirilən konkret
tədbirlər məcmusudur.
TURĐZM VAUÇERĐ
- xarici turistlərə xidmət
göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr
aparılması üçün əsas olmaqla, turun tərkibinə
daxil olan xidmətlər üzərində turistin hüququnu
müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi
faktını təsdiq edən sənəddir.
TURĐZM VƏ EKSKURSĐYALAR SA-
HƏSĐNDƏ XĐDMƏTLƏR
– səyahətlərin və
ekskursiyaların (səfərlərin marşrutları haqqında
məlumatların
verilməsi
və
məsləhətlər,
marşrutların planlaşdırılması, səfərlərin təşkili,
səyahətlərin
və
turistlərin
yaşayış
yerləri,
nəqliyyat vasitələri, biletlər və ekskursiya rəhbəri
ilə təmin edilməsi) təşkili üzrə xidmətlərdir.
ТUROPERATOR
– turist marşrutlarını işləyib
hazırlayan, turların komplektləşdirilməsi, onların
fəaliyyətinin təmin edilməsi və reklamını təşkil
edən turizm müəssisəsidir. Turoperator, həmçinin
normativlərə uyğun olaraq, turların qiymətinin
hesablanması və təsbit edilmiş qaydada bu
marşrutlar
üzrə
turların
qiymətinin
təsdiq
edilməsi, eləcə də öz lisenziyası əsasında yollayış
blanklarının buraxılması və satılması məqsədilə
turların turagentlərə satılması ilə də məşğul olur.
Fəaliyyət
göstərdiyi
ərazi
baxımından,
turoperatorlar təşəbbüskar və daxili (reseptiv)
turoperatorlara bölünür.
TURPAKET
- fərdi və qrup halında səyahət
üçün təqdim edilən əsas (mütləq) xidmətlər
kompleksi olub, seriyalı xarakter daşıyır və geniş
satış üçün təklif olunur. 4 mütləq elementi vardır:
turist mərkəzi, nəqliyyat, yerləşdirmə vasitələri və
transfer (yəni turist mərkəzi daxilində turistin
müxtəlif istiqamətlərdə daşınması (məsələn,
aeroportdan, dəmiryolu stansiyasından, dəniz
limanından otelə və geriyə, teatr, muzey və s. kimi
yerlərə aparılması). Təsbit edilmiş qiymətə
malikdir.
TVĐST
– hakimiyyətin tarif dərəcələrinə əks
istiqamətli
tədbirlərdən
ibarət
siyasətidir.
Məsələn, ABŞ-də Tvist tədiyyə balansının
tarazlaşdırılmasının bərpasında, daxili bazarda
yerləşdirilmiş xüsusi və xarici kapitalların
cəlbediciliyinin
yüksəldilməsində,
investisiya
həcminin artırılması hesabına yüksək iqtisadi
artım sürətinin saxlanılmasında istifadə olunur.
662
-U-
Ucuz əsas dərman vasitələrini əldə etməyə
həmişə imkanı olan əhalinin sayı ............... 663
Ucuz turlar.................................................. 663
Uçot ............................................................ 663
Uçot anı ...................................................... 663
Uçot dövrü.................................................. 663
Uçot faizi .................................................... 663
Uçot registrləri ........................................... 663
Uçot sənədləri ............................................ 664
Uçotun avtomatlaşdırılması ....................... 664
Uçuş mərhələsi ........................................... 664
Udma .......................................................... 664
Udulma ....................................................... 664
Ulpianın cədvəli ......................................... 664
Unitar müəssisə .......................................... 664
Universal mağaza ....................................... 664
Urbanizasiya............................................... 664
Uşaq ölümü ................................................ 665
Uşaq ölümü paradoksu ............................... 665
Uşaq sağlamlıq-təhsil müəssisəsi ............... 665
Uşaqlar ....................................................... 665
Uşaqların arzu olunan sayı ......................... 666
Uşaqların gözlənilən sayı ........................... 666
Uşaqların ideal sayı .................................... 667
Uşaqların məktəbəqədər təhsil müəssisələri
ilə təmin olunması ...................................... 667
Uşaqların məktəbəqədər təhsil
müəssisələrində yerlərlə təmin olunması ... 667
Uşaqların orta sayı ..................................... 667
Uşaqların planlaşdırılan sayı ...................... 668
Uşaqlı olma indeksi ................................... 668
Uşaqlılıq göstəricisi ................................... 668
Uyğunlaşma (adaptiv) modeli .................... 668
Uyğunlaşma parametri ............................... 668
Uyğunluq ................................................... 668
Uyğunluq meyarları ................................... 668
Uzun ömür ................................................. 669
Uzunmüddətli aktivlər ............................... 669
Uzunmüddətli dövlət istiqraz vərəqəsi ...... 669
Uzunmüddətli icarə üçün ödəmələr və
malların əməliyyat lizinqi .......................... 669
Uzunmüddətli icarə üçün ödəmələr və
mallarin maliyyə lizinqi ............................. 669
Uzunmüddətli icarə və material aktivlərinin
əməliyyat lizinqinə görə ödəmələr ............. 669
Uzunmüddətli investisiyalar ...................... 670
Uzunmüddətli istifadə üçün istehlak
malları ........................................................ 670
Uzunmüddətli kredit .................................. 670
Uzunmüddətli maliyyə qoyuluşu formasında
investisiyalar .............................................. 670
Uzunmüddətli saxlama üçün məlumatlar
bazası ......................................................... 670
Uzununa təhlil ............................................ 670
663
UCUZ ƏSAS DƏRMAN VASĐTƏLƏRĐNĐ
ƏLDƏ ETMƏYƏ HƏMĐŞƏ ĐMKANI
OLAN
ƏHALĐNĐN
SAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf
göstəricilərindən) - 20 addan az olmayan ən
zəruri dərmanları almağa imkanı olan əhalinin
faizidir. Đnsanların yaşadığı (yerləşdiyi) yerdən bir
saatdan çox olmayan piyada getmək məsafəsində
yerləşən, dövlət və ya özəl tibbi, yaxud aptek
müəssisələrində əhali üçün əlverişli qiymətlə
dərmanların daimi mövcudluğu kimi müəyyən
edilir. Əsas dərman vasitələri əhalinin böyük
əksəriyyətinin tibbi tələbatlarını ödəyən dərmanlar
hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı üzv
ölkələr
və
digər
partnyorlarla
geniş
məsləhətləşmələr
aparmaqla,
əsas
dərman
vasitələrinin müntəzəm olaraq yeniləşdirilən
nümunəvi siyahısını hazırlamışdır. Beləliklə, əsas
dərman
vasitələrinin
əldə
edilməsinin
genişləndirilməsinin
inkişaf
etdirilməsi
hökumətlərin, BMT, dövlət və özəl müəssisələri,
qeyri-hökumət təşkilatları və həmkarlar birlikləri
kimi strateji partnyorların birgə səylərinin nəticəsi
hesab edilir (Əsas dərman vasitələri üzrə ÜST-nin
ekspertlər Komitəsi, 1999-cu il, noyabr).
Ümumdünya Səhiyyə Təşkilatı minimum 20 ən
zəruri dərmanın əldə edilməsinə dair müntəzəm
olaraq monitorinq həyata keçirir.
UCUZ TURLAR
- qiymətinə yalnız zəruri
xərclər
daxil
edilmiş
turist
xidmətləri
kompleksidir. Adətən, baha olmayan aviareyslə
uçuşu və ya qatarla səyahəti, orta səviyyəli
mehmanxanada gündə bir dəfə qidalanmanı
nəzərdə tutur. Bu cür turlara ekskursiya və
bələdçinin xidmətləri daxil edilmir.
UÇOT – iqtisadi fəaliyyətin və ictimai
həyatın vəziyyətinin və dəyişikliklərinin
öyrənilməsi məqsədi ilə onlardakı proseslərin
müntəzəm qeydiyyatıdır. Uçotu natura-əşya
formasında, dəyər ifadəsində, əmək ölçü
vahidində aparmaq olar. Uçotun müxtəlif
metodlarının və formalarının tətbiqi sosial-
iqtisadi münasibətlərin inkişafı dərəcəsindən,
uçot obyektlərinin xarakteri və mürəkkəblik
səviyyəsindən asılıdır.
UÇOT ANI –
su, dəmir yolu, avtomobil, hava
nəqliyyatlarında daşımalarda malların idxalı
(gətirilməsi) və ixracı (aparılması) anıdır. Uçot anı
gömrük yük bəyannaməsində göstərilən malların
buraxılmasına
dair
gömrük
orqanının
nümayəndəsi tərəfindən verilən icazənin tarixinə
görə aparılır. Boru kəməri nəqliyyatı ilə təşkil
edilmiş malların, habelə elektrik ötürücü xətlər
vasitələri ilə ötürülən elektrik enerjisinin idxal və
ixrac tarixi, sərhəd və müvafiq boru kəməri və
elektrik ötürücü xətlərinin nəzarət–paylaşdırıcı
məntəqələrində
tərtib
edilən
təhvil-təslim
aktlarının tarixi hesab edilir.
UÇOT DÖVRÜ
– sorğu metodundan istifadə
olunarkən gəlirlərin, istehlakın və xərclərin hər bir
maddəsi üzrə müəyyənləşdirilməsi xüsusi diqqət
tələb edən amildir. Uçot dövrü həddən artıq qısa
olduqda, ona daha az qiymət düşür ki, bunun
nəticəsində də seçmədə böyük səhvlərə yol verilir.
Həddən artıq uzun uçot dövrü isə unutqanlıqdan
düzgün olmayan cavablarla nəticələnə bilər. Buna
görə də, uçot dövrünün müəyyənləşdirilməsində
gəlirlər, istehlak və xərclər axınının normal
modelini nəzərə almaq zəruridir və bu, ayrı-ayrı
maddələr üzrə müxtəlif ola bilər.
UÇOT FAĐZĐ (UÇOT DƏRƏCƏSĐ
) -
veksellər uçota alınan zaman, yəni onların bank
tərəfindən alındığı zaman ödənişlərin vaxtı
gələnədək banklar tərəfindən tutulan faizdir.
Veksellər uçota alınarkən, bank kreditinə görə
müvafiq
ödəmələrdən əlavələri
(diskontanı)
çıxmaqla, veksellərin nominal dəyərini onları
təqdim edənə ödəyir. Veksel üzrə pulun tələb
olunması hüququ banka keçir. O ya vaxtın
bitməsini
gözləyir
və
vekselin
sahibindən
veksellərdə göstərilmiş məbləği alır, ya da vekseli
(həmçinin əlavə ilə birlikdə) pul bazarında
yenidən satır. Əgər vekselin bazarda satışı
çətinləşmişdirsə,
onda
kommersiya
vekseli
Mərkəzi Bankda yenidən uçota alına bilər. Bu
zaman o, əməliyyata görə bank tərəfindən
müəyyənləşdirilmiş rəsmi uçot faizi dərəcəsini
ödəməlidir.
UÇOT REGĐSTRLƏRĐ
- uçot yazıları üçün
nəzərdə
tutulmuş
mühasibat
sənədləridir.
Mühasibat sənədləri vasitəsi ilə hesablamaların
düzgünlüyü, onlarda təsərrüfat əməliyyatlarının
rəsmiləşdirilməsinin
qanunauyğunluğu
və
məqsədəuyğunluğu yoxlanır. Sonra isə mühasibat
uçotunun sintetik və analitik hesabları sistemində
onların qeydiyyatı və iqtisadi qruplaşmaları
həyata keçirilir. Bu məqsədlə, əmlakın qalıqları,
təsərrüfat vasitələri və onların formalaşması
mənbələrinə dair məlumatlar, həmçinin mühasibat
uçotu hesablarında təsərrüfat əməliyyatlarını əks
etdirmək üçün istifadə olunan müvafiq ilkin
sənədlərdən təsərrüfat əməliyyatları haqqında
məlumatlar uçot registrlərində yazılır.
Quruluşundan
asılı
olaraq
uçot
registrləri
xronoloji və müntəzəmə bölünür. Xronoloji
registrlərdə təsərrüfat əməliyyatları haqqında
məlumatlar baş verdikdə, onlar ardıcıllıqla yazılır.
664
Müntəzəm uçot registrlərində bundan əlavə,
müəyyənləşdirilmiş əlamətlər üzrə təsərrüfat
əməliyyatları qruplaşdırılır. Uçot registrləri kitab,
jurnal, siyahı, kart, maşinoqram və ayrı-ayrı
vərəqlər formasında aparılır. Sintetik uçot sintetik
registrlər adlanan registrdə, analitik uçot isə
analitik registrlərdə həyata keçirilir. Registrlərdə
yazılar həm əllə, həm də hesablama texnikası
vasitələrindən istifadə etməklə aparılır.
UÇOT SƏNƏDLƏRĐ
(tikintidə) - tikintidə
təsərrüfat əməliyyatlarının və təsərrüfat işlərinin
ucdantutma yazılı qeydiyyatı üçün sifarişçi
müəssisələrin və təşkilatların, həmçinin podrat
tikinti, layihə və axtarış (kəşfiyyat) təşkilatlarının
uçot sənədlərinin məcmusudur. Uçot sənədləri
müəyyənləşdirilmiş formalar üzrə aparılır və
vəzifəli şəxslər tərəfindən imzalanır. Statistika
müşahidələrinin formalarının tərtib olunması üçün
əsas mənbə sayılır. Uçot sənədlərinin tərkibində
material və maliyyə qiymətlərinin hərəkətinin
rəsmiləşdirilməsi,
maşın
və
mexanizmlərin
mövcudluğu və istifadəsi, işçi qüvvəsi və əmək
haqqına dair sənədlər olur.
UÇOTUN AVTOMATLAŞDIRILMASI
–
istehsal-texniki, iqtisadi və sosial proseslərin
məlumatlarının müşahidəsi, ölçülməsi, qeydə
alınması və həmçinin məlumatların işlənməsinin
bu proseslərin idarə edilməsində hesablama
texnikasından və digər elektron vasitələrindən
istifadə olunmasıdır. Bu zaman uçotun bütün
mərhələləri
və
növləri
üzrə
məlumatların
işlənməsi
prosesləri
avtomatlaşdırılır:
ilkin,
operativ-texniki,
mühasibat,
statistik.
Đnformasiyaların işlənməsinin avtomatlaşdırılması
məlumatların doğruluğunu, onun sosial və
təsərrüfat proseslərinin idarə edilməsində səmərəli
istifadəsinə yararlı olan şəklə salınmasını təmin
edən vasitələrlə (EHM, sayğaclar, qeydiyyatçılar
və s.) həyata keçirilir.
UÇUŞ MƏRHƏLƏSĐ
– verilmiş reysdə uçuş
anından sonrakı yerə enməyədək hava gəmisinin
uçuşudur. Sərnişin daşınmasının orta məsafəsi
yerinə yetirilmiş sərnişin dövriyyəsinin aviasiya
nəqliyyatı ilə daşınmış sərnişinlərin sayına nisbəti
ilə müəyyən edilir.
UDMA
– müəyyən statistik vahidlərin digər belə
statistik vahidlər tərəfindən udulmasına, yəni öz
tərkibinə daxil edilməsinə dair müəssisələrin
demoqrafiyasına aid olan hadisələrdir.
UDULMA
– iki firmanın udan firmanın hüquqi
şəxs kimi qalmasını, udulan firmanın isə bütün
əmlakını,
öhdəliklərini,
borclarını
birinciyə
verməklə ləğv edilməsini nəzərdə tutan birləşmə
növüdür. Udan firma öz aktivlərini udulan
firmanın xalis aktivləri məbləğində artırır, onun
səhmdarlarına isə onların hər birinin iştirakına
müvafiq yeni səhmləri almaq hüququ verilir. Çox
vaxt udulma məcburi qaydada keçirilir.
ULPĐANIN CƏDVƏLĐ
– məlum olan ən
qədim ölüm cədvəlidir. Tərtibçisi olan Roma
hüquqşünası və dövlət xadimi Domisiy Ulpianın
adı ilə adlandırılmışdır. Məqsəd – müxtəlif yaşda
olan şəxslərə ömürlük renta ödənilməli olan illərin
sayının müəyyən edilməsidir.
UNĐTAR MÜƏSSĐSƏ
- əmlak mülkiyyətçisi
tərəfindən ona təhkim edilmiş mülkiyyətə hüququ
olmayan
kommersiya
təşkilatıdır.
Unitar
müəssisənin əmlakı bölünməz hesab edilir və
qoyuluşlar (paylar, hissələr) üzrə, o cümlədən
müəssisələrin işçiləri arasında bölüşdürülə bilməz.
Unitar müəssisə formasında yalnız dövlət və
bələdiyyə müəssisələri yaradıla bilər. Onların
əmlakı, uyğun olaraq, dövlət və bələdiyyə
mülkiyyətində olur və bu müəssisələrə təsərrüfatın
aparılması və operativ idarə etmə hüququ aid olur.
Dostları ilə paylaş: |