TĐTUL SĐYAHISI
– investisiya proqramına
daxil edilmiş müəssisələrin (obyektlərin) adbaad
siyahısıdır. Hər bir tikinti üçün vəzifələri təyin
edən sənəddir: güclərin istifadəyə verilməsi və
əsas fondların istifadəyə verilməsi, kapital
qoyuluşunun həyata keçirilməsi, tikinti və
quraşdırma işlərinin, başa çatdırılmamış tikintinin
həcmi. Tikintinin titul siyahısında adı, yerləşdiyi
yer və tabeçiliyi, sahə mənsubiyyəti, tikintinin
xarakteri (yeni, genişlənmə və s.), tikintinin
müddəti (başlanğıc ili və başa çatma ili), layihə
gücü,
baş
podratçının
(kontraktorun)
və
avadanlıqları komplektləşdirən təşkilatın adı,
layihə gücü və illər üzrə bölünməklə, vəzifələr
göstərilir. Yeni başlanan və keçici tikintilərin
titulları
fərqləndirilir.
Keçici
tikintilərin
titullarının tərkibinə, yuxarıda sayılanlardan başqa,
keçmiş dövrdə yerinə yetirilmiş tapşırıqlar
haqqında göstəricilər və tikintinin sonunadək
yerinə yetirilməli olan tapşırıqlar da daxil edilir.
Titul
siyahısına
uyğun
olaraq,
kapital
qoyuluşunun maliyyələşdirilməsinin həcmi və
653
avadanlıqların, tikinti materiallarının göndərilmə
müddəti müəyyənləşdirilir, podrat müqaviləsi
bağlanır. Titul siyahısı, illər üzrə bölməklə,
tikintinin bütün dövrü üçün hazırlanır.
TĐKĐNTĐNĐN ÜMUMĐ MƏHSULU
– dəyər
ifadəsində tikinti sahəsində göstərilmiş iş və
xidmətlərin
dəyəridir.
Tikintinin
ümumi
məhsuluna podrat və təsərrüfat üsulu ilə tikinti və
quraşdırma işlərinin, bina və tikililərin əsaslı və
cari təmiri üzrə işlərin; digər podrat işlərinin;
podrat və ya təsərrüfat üsulu ilə fərdi bina
tikənlərin gücü ilə yerinə yetirilmiş fərdi yaşayış
tikintisi üzrə işlərin; layihə-axtarış və podrat
təşkilatları tərəfindən yerinə yetirilən layihə-
axtarış
işlərinin;
qazma
(istismar-qazma)
işlərinin; tikintidə əsas fondların ləğvindən olan
itkilərin; konservasiya olunmuş və müvəqqəti
dayandırılmış tikinti və obyektlər üzrə xərclərin;
sair əsaslı işlərin və xərclərin dəyəri daxildir.
Tikintinin ümumi məhsulu faktiki qiymətlərlə
əlavə
dəyərə
vergisiz
qiymətləndirilir.
Qiymətləndirmə müqayisəli qiymətlərlə də aparıla
bilər.
TĐKĐNTĐSĐ BAŞA ÇATMIŞ OBYEKTĐN
ĐSTĐSMARA QƏBUL AKTI
– tikintisi başa
çatmış obyektin istifadəyə verilməsini təsdiq edən
əsas sənəddir. Bu sənəd müvafiq səlahiyyətli
orqan
tərəfindən
təsdiq
edilmiş
dövlət
komissiyasının qəbul aktıdır. Obyektin istifadəyə
verilməsi haqqında məlumatın statistik hesabata
daxil edilməsi tikintisi başa çatmış obyektin
istismara qəbul aktı qeydə alındığı dövrdə həyata
keçirilir. Đş icraçısı qəbul aktı əsasında müqavilə
öhdəliklərinin
yerinə
yetirilməsi
haqqında
müəyyən edilmiş qaydada statistik hesabat təqdim
edir.
TĐKĐNTĐYƏ SMETA
– tikintinin smeta
dəyərinin müəyyən edilməsinin əsasında duran
sənədlərdir. Smeta sənədləri lokal smeta, lokal
smeta hesabları, obyekt smetası, obyekt smeta
hesabı, xərclərin ayrı-ayrı növlərinə smeta
hesabları, tikinti dəyərinin ümumi smeta hesabları,
yekun xərclər və digər sənədlərdən ibarətdir.
TĐKĐNTĐYƏ, BĐNALARIN VƏ YA TĐKĐ-
LĐLƏRĐN YENĐDƏN QURULMASINA
ĐNVESTĐSĐYA QOYULUŞLARI
– hesabat
dövrü ərzində tikintiyə və binaların və ya
tikililərin
yenidən
qurulmasına,
genişləndirilməsinə çəkilən xərclərdir, həmçinin
cari təmir və saxlamağa çəkilən xərclər istisna
olmaqla, vahidə məxsus olan və ya onun
tərəfindən icarəyə götürülmüş bina və ya
daşınmaz əmlakın digər növlərinin təmiri və
saxlanmasına çəkilən xərclərdir.
TĐPĐK FƏALĐYYƏT
- mühasibat uçotu
kontekstində tipik fəaliyyət özündə, adətən,
müəssisə tərəfindən həyata keçirilən istehsal və
maliyyə fəaliyyətlərini birləşdirir. Fövqəladə
fəaliyyətlər bura daxil edilmir.
TĐPĐK FƏALĐYYƏTLƏRDƏN GƏLĐR
–
tipik istehsal və maliyyə fəaliyyətlərindən olan
gəlirlərin cəmidir. Bu, əmtəə və xidmətlərin
satışından (dövriyyədən) gəlirlərin, subsidiyaların,
istehsalla bağlı investisiyadan gəlirlərin, faizlər və
buna oxşar maliyyə gəlirlərinin cəmidir.
Əsas fondların satışı daxil edilmir.
Bu gəlir uçotun aşağıdakı maddələri üzrə birbaşa
yolla hesablanır:
Təmiz dövriyyə
+ Đstehsal fəaliyyətindən olan digər gəlir
+ Kapitalda iştirakdan olan gəlir
+ Əsas fondların bir hissəsini təşkil edən digər
investisiya və ssudalardan olan gəlir
+ Alınan faizlərdən olan və buna oxşar digər
gəlirlər
= Tipik fəaliyyətlərdən gəlir
TĐPĐK QRUPLAŞDIRMA
- statistika
məcmusunun yekcins hissələrə və ya ictimai-
iqtisadi tiplərə ayrılmasıdır. Burada məqsəd,
yekcins
olmayan
sosial-iqtisadi
hadisələrin
yekcins
tiplərə
ayrılması
nəzərdə
tutulur.
Müəssisələrin
təşkilati-hüquqi
formasına,
mülkiyyət növlərinə və s. görə qruplaşdırılmasını
misal göstərmək olar.
TĐPOLOJĐ
TƏHLĐL
–
tədqiq
olunan
obyektlərin qruplara (siniflərə) bölünməsinə və
oxşar
obyektlərin
araşdırılmasına
əsaslanır.
Tipoloji təhlilə olan zərurət oxşar olmayan
obyektlər çoxluğunun araşdırılması və ya hər
hansı bir qanunauyğunluğun öyrənilməsi ilə
bağlıdır. Tipoloji təhlil məsələlərin həllində çox
vaxt müşahidələrin çoxölçülü təsnifləşdirilməsi
metodlarından istifadə edilir.
Tipləşdirmə (oxşar qrupların aşkar edilməsi)
prosesi aşağıdakı mərhələləri əhatə edir: konkret
tədqiq olunan çoxluğun (məcmunun) təhlilində
istifadə olunan tipləşdirici əlamətlərin ekspert və
statistik
qiymətləndirilməsində
əlamətlərin
seçilməsi;
təsnifləşdirmənin
alqoritmlərinin
seçilməsi və istifadə edilməsi; nəticələrin təhlili,
alınmış siniflərin yayılması. Belə prosesə,
məsələnin
qoyuluşuna
müvafiq
olaraq
(“obyektlərin yaxınlığı” dərəcəsinə, sinif daxili
səpələnmənin
qiymətlərinə
görə
və
s.),
qiymətləndirilən, nəzərdə tutulan eyni tipli
654
obyektlərin alınmasınadək bir neçə təsvir (şərh)
daxil edilə bilər.
Tipoloji təhlil iqtisadi və sosioloji tədqiqatlarda
tətbiq olunur.
TOLLĐNG
ƏMƏLĐYYATLARI
–
sifarişçinin
xammalının
emalı
üzrə
əməliyyatlardır.
TOPDAN SATIŞ BAZASI
– satış üzrə
müəyyən sayda (ayrılıqda iri, orta və ya hətta
kiçik) müəssisələri birləşdirən təşkilatdır və bu
təşkilatın məqsədi yaradılmış alıcılıq və satış
potensialı hesabına, alış planında (qiymət və alış
şəraitində) olduğu kimi, müxtəlif növ kömək və
yardım mexanizmi planında da əmtəə satışı
(topdan və ya pərakəndə satış) sahəsində,
həmçinin idarəetmə, sənədlərin hazırlanması və
maliyyələşdirmə sahəsində tədarükçüdən ən yaxşı
şəraiti əldə etməkdir.
TOPDANSATIŞ QĐYMƏT
– topdan satıldığı
şəraitdə əmtəənin qiymətidir. Müəssisənin öz
əmtəəsini vasitəçisiz satdığı qiymətdir. Adətən,
pərakəndə satış qiymətindən aşağıdır, çünki
topdansatışda hər əmtəə vahidinə düşən tədavül
məsrəfləri aşağı olur.
TOPDANSATIŞ
TĐCARƏT
DÖVRĐY-
YƏSĐ
- əvvəllər emal etmək, yenidən satılmaq və
ya digər peşəkar istifadə üçün kənardan alınmış
əmtəələrin kənara göndərilməsinin (verilməsinin)
dəyərini əks etdirir. Topdansatış ticarət dövriyyəsi,
bundan əlavə, özündə digər şəxs və ya firmaların
adından və ya hesabına alış-satış sövdələşmələrini
həyata keçirən topdansatış vasitəçilərinin əmək
haqlarını da birləşdirir.
TOPDANSATIŞ TĐCARƏT: ALICILA-
RIN (MÜŞTƏRĐLƏRĐN) ƏSAS SEK-
TORU
– topdansatış ticarətlə məşğul olan
müəssisələrin dövriyyəsinin onun alıcılarının
işgüzar fəallığının növlərinə uyğun olaraq
təhlilidir. Bu halda topdansatış ticarətçilərdən
satışlarının təqribən (faizlə) aşağıdakı kimi
bölüşdürülməsi tələb olunur:
- digər topdansatış ticarətçilərə və ya topdansatış
bazalarına;
- pərakəndə satış ticarətçilərə;
- əmtəə istehsalçılarına (fermerlərə, kustarlara və
s.);
- təşkilatlara, dövlət idarələrinə;
- digər alıcılara (xidmət göstərən şəxslərə və s.).
TOPDANSATIŞ TĐCARƏTĐ
– 1) ticarətin
vasitəçilik əməliyyatları, həmçinin istehsalçılara
və digər kütləvi istehlakçılara əmtəə satmaq üzrə
ixtisaslaşan altsahəsidir;
2) əmtəələri pərakəndə satış ticarətçilərinə, sənaye,
kommersiya,
institusional
və
ya
peşəkar
istehlakçılara,
yaxud
digər
topdansatış
ticarətçilərinə təkrar satışından ibarət olan
fəaliyyətdir;
3) ticarətin elə bir növüdür ki, bu zaman əmtəələr
böyük miqdarda alınır, saxlanılır və son
istehlakçılara deyil, alverçilərə, ixtisaslaşmış
fərdlərə və ya qruplara razılaşdırılmış miqdarda
hissə-hissə satılır.
TORPAĞA GÖRƏ ÖDƏMƏ (HAQQ)
-
torpaq vergisi və ya icarə haqqı şəklində həyata
keçirilən, torpaqdan istifadəyə görə ödəmələrdir.
Mülkiyyətində, mülkündə və istifadəsində torpaq
sahələri olan vətəndaşlar və hüquqi şəxslər vergi
ödəyiciləri hesab edilirlər. Dövlət, bələdiyyə və
xüsusi mülkiyyətdən, icarəyə verilmiş torpaq
sahələrinə görə vətəndaş və hüquqi şəxslərdən
icarə haqqı alınır. Torpaq mülkiyyətçilərinin və
istifadəçilərinin
təsərrüfat
fəaliyyətinin
nəticələrindən asılı olmayaraq, torpaq vergisi
torpaq sahəsinə görə sabit tədiyyə formasında
hesablanır.
Torpaq
vergisinin
miqdarı
qanunvericiliklə müəyyən olunmuş orta tarif
əsasında torpağın keyfiyyətindən və yerləşdiyi
yerdən asılı olaraq müəyyənləşdirilir. Torpağa
görə icarə haqqının kəmiyyəti mülkiyyətçi ilə və
icarədar arasında müqavilə ilə müəyyən edilir.
Dövlət və ya bələdiyyə torpaqlarının icarəsi
zamanı icra hakimiyyətinin müvafiq orqanları
torpaqdan
istifadə
növləri
və
icarədarın
kateqoriyaları üzrə icarə haqqının baza ölçülərini
müəyyənləşdirirlər.
TORPAĞA QOYULAN ÜMUMĐ ĐNVES-
TĐSĐYALAR
– bu göstərici torpaqdan başqa
yeraltı faydalı qazıntı mədənlərinə, meşələrə və
daxili sulara qoyulan investisiyaları da əks etdirir.
Əgər torpaq, üzərində mövcud olan binalarla
birlikdə alınırsa və bu iki komponentin dəyəri
bölünməzdirsə və torpağın qiyməti üzərində
yerləşən binaların qiymətindən çoxdursa, onda
ümumi
məbləğ
torpağa
qoyulan
ümumi
investisiya maddəsi ilə qeydiyyata alınır. Əgər
mövcud binaların dəyəri torpağın dəyərindən
çoxdursa, onda ümumi məbləğ “Mövcud bina və
tikililərə qoyulan ümumi investisiya” maddəsi
üzrə qeydiyyata alınır. Torpağın hamarlaşdırma
yolu
ilə
yaxşılaşdırılması
dəyərləri,
boru
kəmərlərinin, piyada və şose yollarının çəkilişinin
dəyərləri də buraya daxil edilir. Birləşdirmə yolu
ilə əldə olunan torpağın dəyəri isə daxil edilmir.
655
Torpağa qoyulan ümumi investisiyalar “maddi
aktivlərə
qoyulan
ümumi
investisiyalar”
göstəricisinin bir hissəsidir.
TORPAĞIN MONĐTORĐNQĐ
– torpağın
vəziyyəti
üzərində
müntəzəm
müşahidədir
(şəklinin çəkilməsi, müayinəsi və tədqiqatı), baş
verən dəyişikliklərin aşkar edilməsi və onların
qiymətləndirilməsidir. Monitorinqin obyektinə
ölkənin bütün torpaqları daxil edilir. Torpağın
monitorinqinə
aşağıdakı
vəzifələr
daxildir:
torpağın vəziyyətində baş verən dəyişikliklərin
vaxtında
üzə
çıxarılması,
onların
qiymətləndirilməsi, proqnozlaşdırılması, neqativ
proseslərin qarşısının alınması və nəticələrinin
aradan
qaldırılması
üzrə
tövsiyələrin
hazırlanması;
dövlət
torpaq
kadastrının
aparılmasının,
torpaq
ehtiyatları
dövlət
idarələrinin torpaqdan səmərəli istifadəsi, yer
quruluşu, torpaqdan istifadə və mühafizəsinə
nəzarət edilməsinin və digər funksiyalarının
məlumatlarla təmin olunması. Məqsəd və əhatə
olunan
ərazidən
asılı
olaraq,
torpaq
monitorinqinin ölkə, region, rayon və lokal
formaları olur və müəyyən proqramlara müvafiq
həyata keçirilir.
TORPAĞIN TƏRKĐBĐ
– vəziyyətinə görə
torpağın mövcudluğu və nisbəti, təyinatı və
istifadəsi üzrə statistika praktikasında istifadə
edilən göstəricilərin məcmusudur. Məqsədli
təyinat və hüquq rejimi üzrə torpaq aşağıdakı əsas
kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı
torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin və
kənd məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat,
rabitə,
radio
verilişlərinin
idarə
şəbəkəsi,
televiziya, informatika, kosmik təmin etmə,
energetika, müdafiə və digər sənaye təyinatlı
torpaqlar; xüsusi qorunan ərazi və obyektlərin
torpaqları (təbiəti mühafizə, təbiət qoruqları,
sağlamlaşdırma, tənəffüs, tarixi-mədəni təyinatlı);
meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat
torpaqlar. Torpaq dövlət, bələdiyyə və xüsusi
mülkiyyətə ayrılır.
Torpağın sahibi torpaq istifadəçilərinin qrupları
nöqteyi-nəzərindən uçota alınır – kənd təsərrüfatı
müəssisələri (onların tipi və formaları üzrə),
sənaye, nəqliyyat və s. müəssisələri, meşə və su
təsərrüfatı
təşkilatları,
bağ
və
bostançılıq
təsərrüfatları daxil edilməklə, əhali təsərrüfatı.
Yerlər növlər üzrə kənd təsərrüfatı və qeyri-kənd
təsərrüfatı yerlərinə ayrılır. Kənd təsərrüfatı
yerlərinin tərkibinə əkin yerləri, çoxillik əkilmə
altında olan sahələr, biçənək, otlaq və dincə
qoyulmuş
torpaqlar
daxildir.
Qeyri-kənd
təsərrüfatı yerlərinə meşə, kolluq, bataqlıq, tikinti
və inşaat, yol, sualtı, qumluq, dağ silsiləsi və s. ilə
tutulmuş torpaqlar aid edilir.
Suvarılan və qurudulmuş (meliorasiya edilmiş)
torpaqların həcmi və tərkibi xüsusi olaraq uçota
alınır. Təsərrüfat yerlərinin ayrı-ayrı növlərinin
vəziyyətinin qiymətləndirilməsində, hər şeydən
əvvəl, eroziyaya uğramış, bataqlaşmış, daşlarla
zibillənmiş, ekoloji sağlam olmayan və digər
torpaqları ayırırlar.
TORPAQ
– iqtisadiyyatda istehsalın dörd əsas
amillərindən biridir, adətən, məhsuldar olmaq
üçün əmək və kapitalla birləşməlidir.
Torpağın uçotunda aşağıdakıları fərqləndirmək
lazımdır:
- tikinti altında istifadə olunmayan torpaq
sahələri;
- şirkətə aid olan binaların yerləşdiyi torpaq
sahələri;
- müəssisəyə aid olmayan binaların yerləşdiyi
torpaq sahələri.
Milli Hesablar Sistemində torpaq, sahiblik hüququ
müəyyənləşdirilmiş torpaq örtüyü və onunla bağlı
istənilən səth suları daxil edilməklə, torpaq
(süxur) kimi müəyyənləşdirilir. Torpaq bina və
tikililər altında olan torpaqlardan, becərilən
torpaqlardan, dincə qoyulmuş torpaqlardan və
onunla bağlı səth sularından və sair torpaqlardan
ibarətdir.
TORPAQ EHTĐYATLARININ MÜHAFĐ-
ZƏSĐ STATĐSTĐKASI
– torpaq ehtiyatlarının
istifadəsinin səmərəlilik səviyyəsini (dərəcəsini)
və mühafizəsini, birinci növbədə onların zərərli
maddələrlə
(məhsullar)
çirklənməsinə
qarşı
mühafizə edilməsini, çirklənmiş torpaqların
təmizlənməsi və bərpa edilməsini və s. xarakterizə
edir. Torpaq ehtiyatlarına dəymiş zərərlərin,
həmçinin su və hava eroziyası, deflyasiya, quruma
və bataqlaşma, şoranlaşma və s. ilə mübarizə üzrə
işlərin uçotu buraya aid edilə bilər.
TORPAQ RENTASI
– mülkiyyətdən gəlir
forması olan, torpaq sahibinin icarədardan aldığı
icarə haqqıdır. Renta hesablanmış məbləğ
əsasında nəzərə alınır, yəni rentaya torpaq sahibi
ilə
icarədar
arasında
bağlanmış
sazişdə
göstərilmiş, bütün dövr ərzində torpaq sahibinə
fasiləsiz hesablanmış haqq kimi baxılır.
TÖRƏMƏ (ĐKĐNCĐ) GƏLĐRLƏR
– ilkin
gəlirlərin bazasında, onun bir hissəsinin bir
sahibkardan
digərinə
verilməsi
nəticəsində
yaranan gəlirlərdir. Đqtisadiyyat üzrə ümumilikdə
verilmiş və alınmış gəlirlər bir-birinə uyğun gəlir,
hər bir sahibkar üzrə isə əhəmiyyətli dərəcədə
656
fərqlənir, bunun nəticəsində də verilən və alınan
gəlirlərin müsbət və mənfi saldosu formalaşır.
Planlı iqtisadiyyat dövründə Xalq Təsərrüfatının
Balansı (XTB) sistemində müxtəlif mülkiyyət
formalı müəssisə və təşkilatlar, əhali və dövlət
(dövlət büdcəsi) gəlir sahibləri kimi çıxış edirdi.
Törəmə (ikinci) gəlirlərə büdcəyə vergi və qeyri-
vergi ödəmələri, büdcədən ödəmələr, sığorta
ödəmələri, istiqraz faizləri, pay və ianələr, qeyri-
istehsal sferasının işçilərinin əməyinin ödənilməsi,
pensiyaların,
təqaüdlərin,
müavinətlərin
ödənilməsi daxil edilir.
Milli Hesablar Sistemində isə institusional
vahidlər və ya onların məcmusu (iqtisadiyyat
sektorları) gəlir sahibləri kimi çıxış edir. Törəmə
(ikinci) gəlirlərə vergilər, sığorta ödəmələri,
istehsala dövlət subsidiyaları, ev təsərrüfatlarına
pulsuz və güzəştli qiymətlərlə xidmətlərin
göstərilməsi, pensiya və imtiyazlar, pul və natural
formasında olan digər sosial transferlər daxil
edilir.
TÖRƏMƏ SƏHMDAR CƏMĐYYƏTĐ
-
nizamnamə kapitalında iştirakının daha çox
olması və ya digər səbəbdən fəaliyyəti əsas
səhmdar cəmiyyətinin tam nəzarəti altında olan
digər səhmdar cəmiyyətidir. Ya da cəmiyyət o
halda törəmə cəmiyyət sayılır ki, digər (əsas)
təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun
nizamnamə kapitalında üstün iştirakına görə və ya
onlar arasında bağlanmış müqaviləyə əsasən
həmin
cəmiyyətin
qəbul
etdiyi
qərarları
müəyyənləşdirmək imkanına malik olur. Törəmə
cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları
üçün cavabdeh deyildir.
TÖRƏMƏ ŞĐRKƏT
- kapitalının böyük
hissəsinə malik olan hüquqi şəxs tərəfindən
nəzarət olunan hüquqi vahiddir. (Qeyd: “Bölmə”
ifadəsi ilə qarışdırmaq olmaz).
TRANSFER
QĐYMƏTĐ
–
istehsalçı
müəssisənin
qiymətlərinin
müxtəlif
növlü
olmasıdır. Eyni bir müəssisənin bölmələri
arasında kommersiya əməliyyatlarında tətbiq
edilir. Həm hazır məmulatlar, yarımfabrikatlar,
xammallar, həm də xidmətlər (işlər), o cümlədən
idarəçilik üzrə müəyyənləşdirilir.
TRANSFERLƏR
– (I) - əməliyyatın bir
iştirakçısı tərəfindən digərinə birtərəfli qaydada
əvəzi ödənilmədən verilən iqtisadi (təqdim edilən)
qiymətlilərdir; əvəzində digər iştirakçıdan iqtisadi
qiymətli ola bilən heç nə alınmır. Cari transferlər
(məsələn, xaricdən olan humanitar kömək) cari
əməliyyatlar hesablarına daxil edilir, kapital
transferlər isə (kapital investisiyası ilə əlaqədar
əmtəə və xidmətlərin əldə olunması çərçivəsində
xaricdən
kömək)
kapitalla
əməliyyatlar
hesablarında əks olunurlar.
Dostları ilə paylaş: |