EKSPERT
KOMĐS-
SĐYASI
– əmək və əhalinin sosial müdafiəsi
orqanları sisteminə (strukturuna) daxildir və tibbi-
sosial ekspertizanı həyata keçirir. Vətəndaşların
642
tibbi-sosial
ekspertizası,
dövlət
xidmətində
yoxlanması
və
reabilitasiya
tədbirləri
vətəndaşların məcburi tibbi sığortası proqramının
bazasına daxil edilir və məcburi tibbi sığortanın
dövlət və ərazi fondlarından maliyyələşdirilir.
Tibbi-sosial ekspert komissiyasının vəzifələrinə
aşağıdakılar daxildir: 1) əlillik qruplarının, onun
səbəblərinin,
müddətinin,
başlama
vaxtının,
əlillərin
müxtəlif
sosial-müdafiəyə
olan
tələbatlarının müəyyənləşdirilməsi; 2) əlillərin
reabilitasiyasının fərdi proqramlarının işlənməsi;
3) əhalinin əlillik səbəblərinin və səviyyəsinin
öyrənilməsi; 4) əlillərin profilaktikasının, tibbi-
sosial
reabilitasiyasının
və
əlillərin
sosial
müdafiəsinin
kompleks
proqramlarının
işlənməsində iştirakı; 5) peşə xəstəliyi və ya əmək
əlili olmuş şəxslərin peşəkar əmək qabiliyyətinin
itirilməsi səviyyəsinin müəyyənləşdirilməsi; 6)
ölən əlilin ailəsinə imtiyazların verilməsinə
baxılması
üçün
əlilin
ölüm
səbəblərinin
müəyyənləşdirilməsi.
Tibbi-sosial ekspert komissiyasının qərarının
müvafiq dövlət hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, mülkiyyət formasından
və təşkilati-hüquqi formasından asılı olmayaraq,
digər təşkilatlar tərəfindən yerinə yetirilməsi
mütləqdir.
TĐBBĐ-SOSĐAL EKSPERTĐZA
– müayinə
edilən
şəxsin
orqanizminin
funksiyalarının
davamlı olaraq pozulması ilə əlaqədar həyat
fəaliyyətinin
məhdudlaşmasının
qiymətləndirilməsi əsasında, müəyyən edilmiş
qaydalar üzrə, həmin şəxsin sosial müdafiə
tədbirlərinə, o cümlədən reabilitasiyaya olan
ehtiyacını təyin edən qurumdur.
Tibbi-sosial ekspertiza müəyyən edilmiş qaydada
hazırlanmış və təsdiq edilmiş təsnifat və
meyarlardan istifadə etməklə, müayinə edilən
şəxsin klinik-funksional, sosial-məişət, peşə-
əmək, psixoloji vəziyyətinə dair məlumatların
təhlili əsasında orqanizmin fəaliyyətinin kompleks
qiymətləndirilməsi
nəzərə
alınmaqla
həyata
keçirilir.
Tibbi-sosial ekspertiza əlilliyin səbəbini və
qrupunu, əmək qabiliyyətinin itirilməsi dərəcəsini;
reabilitasiya aparılmasının növünü, həcmini və
müddətlərini və sosial müdafiə tədbirlərini
müəyyən edir, vətəndaşların işə düzəlməsinə dair
tövsiyələr verir. Tibbi-sosial ekspertiza əhalinin
sosial müdafiəsi sisteminə daxil olan komissiyalar
tərəfindən
aparılır.
Tibbi-sosial
ekspertiza
komissiyasının vətəndaşların işə düzəlməsinə dair
tövsiyələri,
mülkiyyət
formasından
asılı
olmayaraq, bütün müəssisələrin müdiriyyəti üçün
məcburidir.
TĐCARƏT
– (I) - 1) əmtəələrin bazarda alqı-
satqısıdır; 2) əmtəə-vasitəçilik funksiyasının
yerinə yetirilməsində ixtisaslaşmış fəaliyyət
növüdür, müəssisələr kompleksidir.
Ticarət fəaliyyəti haqqında qanunvericilikdə
“ticarət” fəaliyyəti anlayışı “mülki” anlayışla
müqayisə olunur.
Ticarət fəaliyyətinin həyata keçirilməsi leqal
reklam üsullarına aiddir. Bu fəaliyyət növünə aid
olan
digər
tərəflərlə
mübahisələrə
ticarət
məhkəmələrinin məsuliyyəti (cavabdehliyi) ilə
baxılır və ticarət hüquq qanunlarına uyğun olaraq
həll edilir.
Gəlirli ticarət hüquqi vahidə tətbiq olunan
fəaliyyətdir, onun hüquqi formasına uyğun olaraq,
məqsədi gəlir əldə etməkdən və onu kapital
sahibləri arasında bölüşdürməkdən ibarətdir.
Qeyri-ticarət (gəlirsiz) – hüquqi subyektlər
özünün hüquqi formasından asılı olaraq, gəlir əldə
olunduğu halda, onun kapital sahibləri arasında
bölüşdürməsini qarşısına məqsəd qoymur.
(II) - (topdan və pərakəndə) – kommersiya
fəaliyyətinin iki növü fərqləndirilir: topdansatış
ticarət və pərakəndə ticarət. Bunlar da öz
növbəsində daha üç formaya bölünürlər: müstəqil
ayrıca ticarət, müstəqil assosasiyalı ticarət və
kompleks və ya cəmlənmiş ticarət. “Qeyri-
cəmləşdirilməmiş ticarət” terminindən bəzən
birinci iki növ ticarətin adı üçün istifadə edilir:
müstəqil birləşdirilməmiş ticarət və müstəqil
birləşmiş ticarət. Təcrübədə ticarətin bu növləri
daimi və ya müvəqqəti ticarət nöqtəsinə, ya
səyyar
(küçə)
ticarətinə,
yaxud
da
ixtisaslaşdırılmış
və
ya
ixtisaslaşdırılmamış
ticarətə icazəsi ola bilər. Komisyonçular (məsələn,
ticarət nümayəndələri) da həmçinin ticarət
bölməsinin bir hissəsi hesab edilir.
TĐCARƏT
ANBARLARI
–
malların
saxlanılması üçün xüsusi təchiz edilmiş yerdir.
Ümumi anbarlar və ixtisaslaşdırılmış anbarlar
(tərəvəz və kartof anbarları, soyuducular, neft
anbarları və s.) fərqləndirilir. Ticarət anbarlarının
tutumu sahəsi (m
2
), ya da həcminə (m
3
) görə
müəyyən edilir.
TĐCARƏT BALANSI
– Avropa Đttifaqının
xarici
ticarət
statistikası
üçün
hesablanan
əmtəələrin ixracı/göndərilməsi və idxalı/daxil
olması arasındakı fərqdir, həmçinin dəyər, sığorta
fraxt/franko-bort və ya franko-bort/franko-bort
şərtlərində AĐ-yə üzv ölkələr arasında ticarətdir.
Ticarət balansı tədiyyə balansının tərkib hissəsi
kimi AĐ xarici ticarət üzrə statistik məlumatlar
bazasında tərtib olunan balansdan və fərqli
metodologiyalar üzrə AĐ-yə üzv ölkələr arasındakı
ticarətdən fərqlənir (məsələn, mülkiyyət hüququ
643
dəyişmədən ticarət məlumatları istisna olmaqla;
xarici ticarət və AĐ-yə üzv ölkələr arasında ticarət
üzrə
statistik
məlumatlarda
qeydiyyatdan
keçməyən xarici tərəfdaşlarla aparılan bəzi ticarət
əməliyyatları istisna olmaqla).
TĐCARƏT XƏRCLƏRĐ
- istismar (əməliyyat)
xərclərinin (işçi qüvvəsinə çəkilən xərclər nəzərə
alınmadan) funksional bölüşdürmə göstəricisidir.
Ticarət xərclərinə reklam, əmtəələrin daşınması,
ezamiyyət, mehmanxanada qalma, nümayəndəlik
və əmtəələrin satışı ilə əlaqədar olan digər xərclər
(vasitəçilərin (agentlik işçiləri) haqqı) aiddir.
TĐCARƏT MEYDANI
– yerin, əmtəələrin
satışı və sərgisi üçün nəzərdə tutulmuş müəyyən
hissəsidir, yəni:
- geyinib baxma otaqları da daxil olmaqla,
alıcıların daxil ola bildiyi ümumi sahədir;
- piştaxta və vitrinlər tərəfindən tutulmuş sahədir;
- piştaxtanın arxasında satıcıların dayandığı
sahədir.
Ticarət
meydanına
(sahəsinə)
rəhbərliyin
kabinetləri,
anbarlar,
əmtəələrin
satışa
hazırlandığı
yerlər,
atelyelər,
nərdivanlar,
qarderoblar və istirahət otaqları daxil edilmir.
TĐCARƏT MƏRKƏZĐ
- pərakəndə ticarət
dükanları və digər xidmət sahəsi müəssisələrindən
ibarət kompleksdir. Əsasən, ayrıca vahid kimi
layihələndirilir, planlaşdırılır, tikilir və idarə
olunur. Əksər hallarda belə komplekslər alıcı və
işçi
heyətin
avtomobilləri
üçün
öz
dayanacaqlarına malik olurlar. Ticarət növü və
ticarət müəssisələrinin ölçüləri də daxil olmaqla,
bütün kompleks elə hazırlanır ki, verilmiş
radiusda yaşayan əhalinin və mövcud kommersiya
vasitələri nəzərə alınmaqla, mərkəzin xidmət
göstərəcəyi ayrı-ayrı alıcıların tələbatlarını ödəyə
bilsin.
TĐCARƏT PALATALARI
- əksər Avropa
ölkələrində Ticarət Palataları ictimai təşkilatlar
hesab edilir və direktorlar şurası sənaye və
kommersiya sahibkarlarının nümayəndələrindən
seçilir.
TĐCARƏT POTENSĐALININ MÖHKƏM-
LƏNDĐRĐLMƏSĐ ÜÇÜN AYRILAN ĐRY-
ĐN
HĐSSƏSĐ
(Minilliyin bəyannaməsində əks
olunmuş inkişaf göstəricilərindən) - ĐƏĐT/ĐYK
tərəfindən tərtib olunmuş, yardım alanların
siyahısına daxil edilmiş, inkişaf etməkdə olan ölkə
və ərazilərə təqdim olunan subsidiya və
istiqrazları birləşdirir ki, bu da əsas etibarilə
iqtisadi inkişafa yardım və güzəştli maliyyə
şərtləri ilə (istiqrazı təqdim etdikdə, onun
qaytarılmayan hissəsi 25%-dən az olmamalıdır)
rifaha nail olunması məqsədilə rəsmi sektor
tərəfindən ayrılır. Həmçinin texniki əməkdaşlıq da
bura daxildir. Belə yardımlara hərbi məqsədlər
üçün ayrılmış subsidiyalar, istiqraz və kreditlər
daxil edilmir. Đnkişaf etməkdə olan ölkələrdən
daha inkişaf etmiş ölkələrə, həmçinin ĐYK-da
müəyyən edildiyi kimi, keçid iqtisadiyyatlı
ölkələrə edilən yardımlar da bu kateqoriyaya daxil
edilmir.
Ticarət
potensialının
möhkəmləndirilməsində
yardım göstərilməsi üzrə fəaliyyət alıcı-ölkələrin
aşağıdakı
məsələlər
üzrə
imkanlarını
genişləndirir:
ticarətin inkişaf strategiyasının formalaşdırılması
və həyata keçirilməsi, həmçinin ixracın həcminin
və qiymətlilərin dəyərinin artırılması üçün
əlverişli şəraitin yaradılması, ixrac mallarının və
bazarların diversifikasiyası, həmçinin iş yerlərinin
yaradılması və ticarətin genişləndirilməsi üçün
böyük həcmli xarici investisiyaların cəlb edilməsi;
yerli firmaların ticarətinin stimullaşdırılması və
ticarət
sahəsinə
istiqamətləndirilmiş
investisiyaların həvəsləndirilməsi;
əsasən müvafiq müəssisələrin fəaliyyəti ilə
əlaqədar, həmçinin milli ticarət siyasətini, eləcə
də beynəlxalq ticarətin norma və praktikasını
formalaşdıran danışıqlar və digər proseslərdə
iştirak edilməsi.
Bu fəaliyyət ĐƏĐT/ÜTT-nin (Ümumdünya Ticarət
Təşkilatı) ticarətə texniki yardım və potensialın
möhkəmləndirilməsi
məsələləri ilə
əlaqədar
birinci birgə hesabatında (2002-ci il) iki əsas
kateqoriya üzrə ətraflı təsnifləşdirilir: ticarət
siyasəti və ticarətin nizama salınması kateqoriyası
(12 altkateqoriyaya bölünməklə) və ticarətin
inkişafı
kateqoriyası
(6
altkateqoriyaya
bölünməklə).
TĐCARƏT REGĐSTRĐ
- əksər Avropa
ölkələrində dövlət hüquqi registrlərinə verilmiş
addır.
TĐCARƏT ƏLAVƏSĐ
- 1) əmtəələrin satış və
alış qiymətləri arasındakı fərqdir, əmtəələrin
satışından əldə edilən mənfəətin və ticarətdə
yaradılan ümumi daxili məhsulun hesablanmasına
xidmət edir; 2) əmtəələrin satışından tədavül
xərclərinin ödənilməsi və gəlirlərin yaradılması
üçün nəzərdə tutulmuş qiymət elementidir.
TĐCARƏT FORMALARI
- müəssisənin yerli
vahidinin ticarət forması aşağıda göstərilmiş
siniflərdən biri və bir neçəsi kimi təqdim edilə
bilər:
- supermarket və mağazalarda ticarət;
644
- daimi bazar köşklərində və ya çadırlarda ticarət;
- səyyar ticarət;
- poçt sifarişləri üzrə satışlar;
- digər ticarət formaları.
Mağazalar alıcıların gəldiyi və zəruri bazarlıq
etdikləri daimi ticarət yeri kimi müəyyən edilir.
Daimi bazar köşklərində və ya çadırlarda
ticarət ictimai yerlərdə daimi qurulmuş köşk və
ya çadırlarda həyata keçirilir; adətən, alıcılar bu
ticarət yerlərinə daxil olmur.
Səyyar ticarət daimi ticarət yerinə malik olmayan
(hərəkətli ticarət çadırlarının sahibləri, küçə
tacirləri,
loto
oynayanlar
və
paylayıcılar)
kommersiya müəssisələrinin ticarət formasıdır.
Səyyar və ya “küçə ticarəti” termini öz mallarını
yoldan keçənlərə satan alverçilərə aid edilir;
“qapıdan qapıya ticarət” termini satıcının öz
malları ilə evləri gəzdiyi hallarda tətbiq edilir.
Evdə ticarət zamanı satıcı birbaşa potensial
müştərinin yaşadığı evə gedir.
Poçt
sifarişi
Đqtisadi
Fəaliyyət
Növləri
Təsnifatında
pərakəndə
satış
kimi
müəyyənləşdirilir.
Poçt sifarişləri üzrə satışlar – bu, malların
kataloqlar, elanlar, reklamların köməyi (dövri
mətbuat, radio, televiziya) və ya firmanın
nümayəndəsi vasitəsilə sifariş edildiyi və sifariş
edilmiş malların poçtla və ya digər vasitələrlə
alıcıya çatdırıldığı ticarət formasıdır. Bu ticarət
forması əmtəə istehsalçıları (sifariş üzrə birbaşa
satış), bu formanın vahid və ya demək olar ki,
vahid fəaliyyət növü (evə poçt sifarişləri) olan
pərakəndə
ticarət
müəssisələri
və
istehsal
imkanları və münasiblikdən başqa ənənəvi
pərakəndə ticarətə xas olan və sifarişlər üzrə
satışlar üçün müvafiq qaydada avadanlıqlarla
təmin edilmiş şöbələrə (sifarişlərin işlənməsi,
əmtəələrin göndərilməsi və s. avadanlıqlarla)
malik olan müəssisələrdə tətbiq edilir. Ümumi və
ixtisaslaşdırılmış kataloqlar fərqləndirilir.
Digər ticarət formaları əsas etibarilə ticarət
avtomatlarının köməyi ilə satışlardan ibarətdir.
TĐCARƏT SĐYAHIYAALMASI
- əsas
fəaliyyət növü əmtəələrin satışı əsas fəaliyyət
növü hesab olunan, ticarət müəssisələrinin baş
məcmusu haqqında məlumatın əldə edilməsi
məqsədi ilə xüsusi təşkil olunmuş tam statistik
müşahidədir. Ticarət siyahıyaalmalarının məqsədi
– ölkə və yerli səviyyələrdə, mülkiyyət formasına
görə, əsas fəaliyyəti və satış vasitələri üzrə,
ticarətin maddi-texniki bazasının vəziyyətini və
inkişafını
xarakterizə
etmək,
onların
mal
dövriyyəsinin həcmini müəyyən etmək, maliyyə-
təsərrüfat fəaliyyətini əks etdirməkdir. Ticarət
siyahıyaalınmasının
məlumatları
ticarət
müəssisələri registrinin yaradılması üçün əsas,
ticarət fəaliyyətinin cari seçmə uçotunun təşkili
üçün baza sayılır.
Ticarət siyahıyaalması ilə, mülkiyyət və təşkilati-
hüquqi formasından asılı olmayaraq, müstəqil
balansda olan bütün müəssisələr əhatə olunur.
Qeyri-ticarət
müəssisələrinin
(sənaye,
kənd
təsərrüfatı, tədris müəssisələri və s.) balansında
olanlar hesaba alınmır. Ticarət siyahıyaalmasının
yekunu üzrə aşağıdakılar işlənib hazırlanır:
özəlləşdirilmə vasitəsilə onların yaranma dövrünə
görə (onların maliyyə-təsərrüfat fəaliyyətinin əsas
göstəriciləri ilə) müəssisələrin qruplaşdırılması;
müxtəlif
mülkiyyət
formalı
müəssisələrin
işçilərinin sayına görə qruplaşdırılması; əmtəə
dövriyyəsinin miqdarına və fəaliyyət növlərinə
görə müəssisələrin bölüşdürülməsi.
TĐCARƏT ŞƏBƏKƏLƏRĐNĐN SIXLIĞI
-
əhalinin ticarət müəssisələri ilə təmin olunması
səviyyəsini əks etdirən göstəricidir. Ticarət
şəbəkələrinin sıxlığı iki variantda hesablanır:
1) bir müəssisəyə düşən əhalinin sayı;
2) 10 min nəfər əhaliyə düşən müəssisələrin sayı.
Müəssisənin ölçü faktorunu aradan qaldırmaq
üçün ticarət şəbəkəsinin sıxlığı - 10 min nəfər
əhaliyə düşən ticarət sahəsi kimi hesablanır
(ictimai iaşə müəssisələrində müştəri yerlərinin
sayı). Ticarət şəbəkələrinin sıxlığı – bütövlükdə
ölkə üzrə və regionlar üzrə hesablanır. Ticarət
şəbəkələrinin sıxlığının artım sürəti və regional
variasiya
göstəriciləri
hesablanır.
Ticarət
şəbəkələrinin
sıxlığı
göstəricilərindən
infrastruktur
statistikasında
istifadə
olunur,
həmçinin o, bazar fəaliyyətinin sosial səmərəlilik
xarakteristikalarından biri hesab edilir.
TĐCARƏT ŞƏRTLƏRĐ
- ixracın orta qiymət
indeksinin
idxalın
orta
qiymət
indeksinə
bölünməsidir.
TĐCARƏT ŞĐRKƏTĐ
– hüquqi forması onun
təsisçiləri tərəfindən seçilən və nizamnaməsində
yazılan şirkətdir. Ticarət şirkəti mülki və ya
ticarət fəaliyyətinin bütün növlərini həyata keçirə
bilir. Ticarət şirkətləri şərikli və ya səhmdar
şirkəti ola bilər.
TĐCARƏT TƏRƏFDAŞLARI
-
AĐ-nin
ticarət nəticələrinin mənşə ölkəsi və göndərilmə
(malların)
ölkəsi
və
təyinat
ölkəsi
üzrə
bölüşdürülmüşdür. Bu proses AĐ-nin xarici ticarəti
və onun “Geonomenklatura” (Geon) adlanan üzv
ölkələri arasında ticarət üzrə statistik məlumatlar
üçün ölkələrin nomenklaturasına uyğun olaraq
həyata keçirilir. Əsasən, üçüncü ölkələrdən idxal
edilən (gələn) və AĐ ərazisində sərbəst tədavülə
buraxılmayan malların idxalı zamanı statistik
645
məlumatlarda
mənşə
ölkə
göstərilir.
Eyni
zamanda, üçüncü ölkədə buraxılan və AĐ
ərazisində ixracda sərbəst tədavülə buraxılmış
əmtəələr üçün statistik məlumatlarda malların
göndərilmə ölkəsi və təyinat ölkəsi göstərilir.
TĐCARƏT VASĐTƏÇĐLƏRĐ
- əmtəələri alan
və təkrar satan ticarət müəssisələrdir, əmtəə
hərəkətinin təşkilatçılarıdır.
TĐCARƏT VƏ ĐAŞƏ XĐDMƏTLƏRĐNĐN
GÖSTƏRĐLMƏSĐ (BURAXILIŞI)
– əsasən
istehlak mallarının istehsalının başa çatdırılması
və əhaliyə çatdırılması üzrə xidmətlərin dəyəridir.
Buraxılışın tərkibinə ölkədaxili və xarici ticarət,
kino-kirayə xidmətləri, ərzaq və iaşə xidmətləri
daxildir. Ölkə daxili ticarət xidmətlərinin
göstərilməsi satışın bütün kanalları üzrə ticarət
əlavələrinin və ticarətdə əmtəə ehtiyatlarının
dəyər dəyişkənliyinin cəmi ilə müəyyən edilir.
Satılmış ticarət əlavələri satılmış əmtəələrin alış
və satış qiymətləri arasındakı fərq hesabına
yaranır.
Onun satılmış hissəsindəki iaşə məhsullarının
buraxılışı
-
onun
əmtəə
dövriyyəsinə
bərabərləşdirilir. Bu, yeməklərin hazırlanmasında
istifadə olunan və ya bufetlər vasitəsilə satılan
ərzaqların dəyərinin həcmini ticarət əlavələrinin
dəyəri qədər artırır.
Kino
kirayə
məhsullarının
buraxılışı
kinofilmlərin kirayəyə verilməsi haqqı ilə ölçülür.
Xarici ticarət yaxın və uzaq xarici ölkələrlə ixrac
və idxal əməliyyatlarını əhatə edir və ona istehlak
malları ilə əməliyyatlar daxil olduğu kimi, istehsal
vasitələri ilə əməliyyatlar da daxildir.
Xarici ticarət xidmətlərinin göstərilməsi daxili
ticarətin buraxılışına oxşar kimi hesablanır.
Satılmış ticarət əlavələrinin kəmiyyəti məhsulun
xarici və ölkə daxili ticarət qiymətlərindəki
dəyərlərin fərqi kimi müəyyən edilir.
TĐCARƏTDƏ ARALIQ ĐSTEHLAK
– cari
dövrdə ticarət müəssisələri tərəfindən tam istehlak
olunan
məhsul
və
xidmətlərin
dəyəridir:
müəssisənin təsərrüfat və digər ehtiyaclarına
istifadə olunmuş yanacaq və enerjinin dəyəri;
malların saxlanması, işlənməsi, çeşidlənməsi və
qablaşdırılması üzrə xərclər; tara alınması, icarə
ödəmələri,
xidmətlərin
ödənilməsi
üzrə
məsrəflərdən ibarətdir.
TĐCARƏTDƏ ÜMUMĐ BURAXILIŞ
-
ticarət əlavələrinin məbləğidir.
Dostları ilə paylaş: |