(II) - şirkətin öz məhsullarını və xidmətlərini
alıcıya çatdırmasına çəkdiyi bütün xərclərdir.
Onlar özündə məhsulun satışının və istehlakçıya
xidmətlərin təşkilinə yönəldilmiş fəaliyyətin
bütün növlərinə aid olan birbaşa və köməkçi
xərcləri birləşdirir.
TƏDĐYYƏ BALANSI
– (I) - müəyyən dövr
ərzində bir ölkənin digər ölkə ilə xarici iqtisadi
əməliyyatlar haqqında sistemləşdirilmiş yekun
məlumatlarını əks etdirən statistik cədvəldir.
Rezident və qeyri-rezidentlər arasında baş verən
belə əməliyyatlara əmtəə, xidmət və gəlirlərlə
əməliyyatlar; dünyanın qalan ölkələrinə olan
maliyyə tələb və öhdəliklərlə olan əməliyyatlar;
transferlər kimi təsnifləşdirilən əməliyyatlar
daxildir.
(II) - ölkənin qalan dünya ilə bütün beynəlxalq
əməliyyatları haqqında hesabatdır. O ölkə ilə
rezident və qeyri-rezidentləri arasında olan bütün
əməliyyatları
əhatə
edir.
Tədiyyə
balansı
aşağıdakı əsas hissələrdən ibarətdir: cari hesab və
investisiya və digər kapital əməliyyatları.
Mühasibat uçotunda tətbiq edilən ikili qeyd etmə
sisteminin köməyi ilə qeydiyyata alınmış bu
əməliyyat, özündə qiymətli kağızlar bazarı, xarici
valyuta ilə göstərilmiş və ya alınmış mallarla,
xidmətlərlə,
köçürmələrlə
(transferlərlə),
ssudalarla (borclarla) və s. aparılan əməliyyatları
birləşdirir.
Beynəlxalq ticarət xidmətləri tədiyyə balansının
cari
hesabında
göstərilir
və
“görünməyən
əməliyyatlar” adlanan hissəsini formalaşdırır.
Balansın cari hesabı özündə xarici ticarət
xidmətləri statistikası üzrə yeganə müqayisəli
məlumat bazasını əks etdirir.
TƏDĐYYƏ BALANSI HESABLARININ
QURULUŞU
– tədiyyə balansı çərçivəsində
aşağıdakı hesablardan istifadə olunur: cari
əməliyyatlar hesabı, kapitalla əməliyyatlar hesabı
və maliyyə hesabı. Cari əməliyyatlar hesabında
əmtəə və xidmətlərin idxal və ixracı, xaricdən
alınan gəlirlər və xaricə ödəmələr, xaricə və
xaricdən olan cari transferlərin göstəriciləri əks
etdirilir.
Cari
əməliyyatlar
hesablarının
əməliyyatları ümumi göstəricilərlə göstərilir ki, bu
da hər bir kateqoriya üzrə debet və kredit
müxabirləşməsinin olması deməkdir.
Kapitalla
əməliyyatlar
hesabında
kapital
transferləri
və
qeyri-istehsal
qeyri-maliyyə
aktivləri ilə (patent və müəllif hüquqları kimi)
əməliyyatlar göstərilir. Kapitalla əməliyyatlar
hesabında müxabirləşmələr üzrə həm də ümumi
göstəricilər göstərilir.
Maliyyə hesabı, rezidentlərin qeyri-rezidentlərə
olan maliyyə tələbləri (aktivlərlə) və rezidentlərin
qeyri-rezidentlər qarşısındakı öhdəlikləri ilə
əməliyyatlar üzrə məlumatları əks etdirir. Bu
əməliyyatlar kredit və istiqrazların istifadəsi və
ödənişini, xarici valyutaların alınmasını və
xərclənməsini; qiymətli kağızların buraxılmasını,
geri alınmasını, satışı və ya alışını və s. əks etdirir.
Maliyyə
hesabları
əməliyyatları
xalis
göstəricilərlə yazılır ki, bu da hər bir mövqenin ya
kredit, ya da debet üzrə müxabirləşməsini əks
etdirir.
TƏDĐYYƏ BALANSINDA ƏKS OLUNAN
ƏMTƏƏLƏR
– əmtəələrin tədiyyə balansına
daxil edilməsinin və xarici iqtisadi əməliyyatlarda
qeydiyyatı vaxtının müəyyən edilməsi üçün əsas
632
prinsip, əmtəəyə olan mülkiyyət hüququnun
əməliyyatın bir iştirakçısından digərinə keçməsi
anı hesab edilir. Daşınar əmtəələr, emal üçün
əmtəələr,
əmtəələrin
təmiri,
nəqliyyat
təşkilatlarının limanlarda aldıqları əmtəələr və
qeyri-monetar qızıl əmtəə hesabına daxil olan
komponentlərə daxildir.
TƏHKĐM OLUNMUŞ ƏHALĐ
– “Hüquqi
əhali”yə bax.
TƏHLÜKƏLĐ TULLANTILAR
– tərkibində
əhalinin sağlamlığı və ətraf mühit üçün xüsusilə
zəhərli maddələr və birləşmələr olan istehsal və
istehlak tullantılarıdır. Qüvvədə olan qaydalara
uyğun olaraq, təbii ətraf mühitə atılan bütün
tullantılar (inqredientlər) dörd sinfə bölünür: 1)
son dərəcə təhlükəli tullantılar; 2) yüksək dərəcəli
təhlükəli tullantılar; 3) orta dərəcəli təhlükəli
tullantılar; 4) az təhlükəli tullantılar. Sənayenin
mövcud təhlükəli tərkibli zəhərli tullantılarının
bütün
növlərinin
əmələ
gəlməsinin,
zərərsizləşdirilməsinin,
basdırılmasının
və
istifadəsinin (utilizasiyasının), həmçinin saxlanma
və ya daşınma prosesində korlanan, özünün
birbaşa təyinatı üzrə istifadə oluna bilməyən
(məsələn, istifadəyə yararsız hala düşən və qadağa
olunan pestisidlər) bütün təhlükəli məhsul və
məmulatların statistik uçotu aparılır. Lakin hazır
məhsul və ya yarımfabrikat olan zəhərli maddələr
(məhsullar, birləşmələr) uçota alınmır.
TƏHLÜKƏSĐZLĐK
TƏLƏBLƏRĐNƏ
CAVAB VERMƏYƏN AVADANLIQDA
MƏŞĞULLUQ (MƏŞĞUL OLANLAR)
–
istehsal avadanlıqları üçün təsdiq olunmuş
təhlükəsizlik tələblərinə və müvafiq standartlara
cavab verməyən istehsal avadanlıqlarından, maşın
və mexanizmlərdən istifadə edən şəxslərdir.
TƏHSĐL
– biliklərin alınması və toplanması,
qarşılıqlı münasibətlə informasiya mübadiləsi
qabiliyyətinin əldə olunmasını özündə əks etdirir.
Bu qabiliyyətlər müasir cəmiyyətin həyatında tam
hüquqla iştirak və ona öz töhfələrini vermək üçün
zəruridir. Hazırda təhsilin əhəmiyyəti daha
yüksəkdir
və
innovasiya
və
informasiya
texnologiyalarının
inkişafına
uyğun
olaraq
artmaqda davam edir.
Savadlılıq özündə istənilən təhsili almaq üçün
zəruri zəmini əks etdirir və buna görə də, yaşlı
əhalinin savadlılıq əmsalı insan inkişafının
ölçülməsinin əsas baza göstəricisi hesab edilir.
Bu, gündəlik həyata aid olan qısa sadə mövzuları
başa düşməklə oxuya və yaza bilən adamların 15
və yuxarı yaşlarda olan adamların faizlə nisbəti
kimi müəyyən edilir. Savadlılıq əmsalı real
əhaliyə aid edilir və vəziyyətin göstəricisi hesab
edilir, yəni təhsil sahəsində toplanmış nailiyyətləri
əks etdirir (bu, əhəmiyyətli dərəcədə keçən 10-20
ildə
savadlılığın
yayılmasından
asılıdır).
Savadlılıq səviyyəsini hesablayarkən həm birbaşa
məlumatlardan (adətən, hər 10 ildən bir aparılan
əhalinin
siyahıyaalınmalarının
nəticələri
əsasında), həm də əlavə məlumatlardan istifadə
etmək olar. Bazar iqtisadiyyatlı sənaye ölkələri
üçün savadlılıq səviyyəsi göstəricisi 99 faizə
bərabər
götürülür
və
bu
ölkələrdə
əhali
siyahıyaalmalarının proqramlarından savadlılıq
haqqında sual çıxarılmışdır. 1990-cı ildən
təhsillilik
indikatoru
kimi
savadlılıq
səviyyəsindən istifadə edilir.
Azərbaycan
Respublikasının
Konstitusiyasına
əsasən hər kəsin təhsil almaq hüququ vardır.
Dövlət pulsuz icbari ümumi orta təhsil almaq
hüququnu təmin edir. Təhsil sisteminə dövlət
tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən
asılı olmayaraq, istedadlı şəxslərin təhsilinin
davam etdirilməsinə dövlət zəmanət verir. Dövlət
minimum təhsil standartlarını müəyyən edir.
TƏHSĐL
XĐDMƏTLƏRĐNĐN
GÖSTƏ-
RĐLMƏSĐ
(BURAXILIŞI)
-
bütün
səviyyələrdə əhalinin təhsil alması məqsədi ilə və
əlavə
ixtisas
təhsili
(tədris
akademiyaları,
universitetlər, institutlar, məktəblər, digər ali və
orta ixtisas təhsilli kadrların hazırlanması üzrə
təhsil müəssisələri, ixtisasartırma kursları, uşaq
evləri), həmçinin məktəbəqədər təhsil və tərbiyə
üçün onlara göstərilən bazar və qeyri-bazar
xidmətlərinin dəyəridir.
Bu sahə üzrə bazar buraxılışı göstərilən pullu
xidmətlərin dəyərini ifadə edir.
Qeyri–bazar buraxılışı dövlət büdcəsindən və
qeyri-büdcə fondlarından maliyyələşən müəssisə
və təşkilatların cari xərclərinin, həmçinin sahənin
əsas kapital istehlakının həcminin cəmi ilə ifadə
olunur.
TƏHSĐL
MÜƏSSĐSƏLƏRĐNDƏ
OXU-
YANLARIN
SAYI
–
ümumi
təhsil
müəssisələrində; ilk peşə-ixtisas, orta ixtisas və ali
təhsil müəssisələrində oxuyanların sayıdır. Rəsmi
statistika hesabatlarında oxuyanların (tələbələrin)
sayı haqqında məlumatlar siniflər (kurslar), cins,
yaş, ixtisas və digər göstəricilər üzrə verilir.
TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNƏ QƏBUL
-
təsdiq olunmuş qaydalara uyğun olaraq, müvafiq
tədris ilində oxumağa qəbul edilmiş şəxslərin
sayının göstəricisidir. Đkinci ilə qalan və bərpa
olunmuşların sayı qəbul olunanların sayına daxil
olunmur.
Təhsilin
bu
səviyyəsində
təhsil
müəssisələrinə
qəbulun
kəmiyyət
633
xarakteristikalarına aşağıdakılar daxil edilir:
qəbulun sayı, təhsilin formaları, istiqamətləri və
baza təhsili üzrə qəbulun strukturu, təhsil
müəssisələrinə
müsabiqə,
müəyyən
təhsil
səviyyəsinə daxil olma dərəcəsi.
TƏHSĐL
MÜƏSSĐSƏLƏRĐNƏ
MÜSA-
BĐQƏ
– vətəndaşların ərizələrinə və qəbul
imtahanlarının
nəticələrinə
(qanunvericiliklə
nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, ali
təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə
müsabiqə
əsasında
qəbuldur.
Qəbulun
nəticələrinin təhlilində ərizə verənlərlə təhsil
alanların (imtahan verənlər) nisbətini xarakterizə
edən göstəricilərdən istifadə edilir və təhsil
müəssisələrində müsabiqə hər yüz yerə ərizə
verənlərlə ifadə olunur.
TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNĐN LĐSEN-
ZĐYALAŞDIRILMASI
– təhsil müəssisəsinin
təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə
müəyyən
edilmiş
qaydada
müvafiq
icra
hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya)
almasıdır. Dövlət təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) müddətsiz verilir. Hüquqi və
fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və
özəl
təhsil
müəssisələrinə
xüsusi
razılıq
(lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi
şəxslər
tərəfindən
təsis
edilmiş
təhsil
müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il
müddətinə verilir. Belə lisenziyanın verilməsində
məqsəd ölkə vətəndaşlarının peşə təhsili almaq
hüququnun qorunması, müxtəlif təşkilati-hüquqi
formaya məxsus peşə təhsili müəssisələrinin
sərbəst fəaliyyət göstərməsi və inkişaf etməsi
üçün hüquqi əsas yaratmaqdan ibarətdir
TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNĐN MADDĐ
BAZASI
– tədris-tərbiyə prosesinin təşkili üçün
istifadə edilən bina və avadanlıqlar kompleksidir.
Konkret
təhsil
səviyyəsinin
maddi-texniki
bazasını
xarakterizə
edən
göstəricilərə
aşağıdakılar daxildir: funksional təyinatına görə
sahənin həcmi, təhsil alan hər bir nəfərə düşən
tədris sahəsi, orada yaşayan hər bir sakinə düşən
yataqxana sahəsi, yataqxana ilə təminat, texniki
təhsil vasitələri, kitabxana fondu, ictimai iaşə
müəssisələri ilə təminat. Təhsil statistikası həm də
ümumtəhsil məktəblərinin binalarının texniki
vəziyyətini və onların abadlığını öyrənir.
TƏHSĐL
MÜƏSSĐSƏSĐNĐN
DÖVLƏT
TƏRƏFĐNDƏN AKKREDĐTƏ EDĐLMƏSĐ
–
təhsil
müəssisəsinin
statusunun
dövlət
tərəfindən
tanınması
prosesidir.
Dövlət
akkreditasiyasının məqsədi təhsil müəssisəsinə
statusun verilməsi, dövlət standartlarında nəzərdə
tutulmuş səviyyədə və vaxtda təhsilin alınmasında
vətəndaşların
hüquqlarının
qorunmasından
ibarətdir.
TƏHSĐL PROSESĐNĐN DAXĐLĐ SƏMƏ-
RƏLĐLĐYĐ
– ikiilçilik (bir sinifdə iki il qalmaq),
növbəti sinfə keçmə, çıxma (uzaqlaşma), buraxılış
əmsalları ilə xarakterizə edilir. Đkiilçilik əmsalı -
dərs ilini təkrarlayan (iki il bir sinifdə və ya
kursda qalan) şagirdlərin (tələbələrin) sayının
sinifdə (kursda) oxuyan şagirdlərin (tələbələrin)
sayına olan nisbəti ilə; növbəti sinfə (kursa)
keçmə əmsalı – növbəti sinfə keçənlərin sayının
sinifdə (kursda) oxuyanların sayına olan nisbəti
ilə; çıxma əmsalı – çıxan şagirdlərin (tələbələrin)
sayının sinifdə (kursda) oxuyanların sayına olan
nisbəti ilə; buraxılış əmsalı - axırıncı sinifdən
(kursdan) buraxılanların sayının axırıncı sinifdə
(kursda) oxuyanların sayına olan nisbəti ilə
müəyyən edilir.
TƏHSĐL SAHƏSĐNDƏ XĐDMƏTLƏR
–
dövlət, qeyri-dövlət təhsil müəssisələri, şəxsi
müəllimlər tərəfindən göstərilən xidmətlərdir.
Onlara məktəbəqədər və ibtidai təhsil, ümumi orta
və tam orta təhsil, orta ixtisas təhsili, ali təhsil
sistemində oxumayan yaşlılar üçün fasiləsiz təhsil
sahəsində xidmətlər; xüsusi ixtisaslaşmış pullu
təhsil müəssisələri və seminarları tərəfindən
göstərilən xidmətlər, kurslarda, pullu dərnəklərdə
göstərilən xidmətlər aiddir.
TƏHSĐL SENZĐ
– ölkənin təhsil haqqında
qanununa əsasən müəyyənləşdirilir. Azərbaycan
Respublikasında
təhsil
sistemi
aşağıdakı
quruluşda müəyyən olunmuşdur: məktəbəqədər
təhsil; ümumi təhsil (ibtidai təhsil; ümumi orta
təhsil; tam orta təhsil; ilk peşə-ixtisas təhsili, orta
peşə təhsili, ali təhsil).
TƏHSĐL STATĐSTĐKASI
– məktəbəqədər;
ümumi təhsil; ilk peşə-ixtisas təhsili, orta ixtisas
və ali təhsil müəssisələrinin fəaliyyətini öyrənən
sahədir. Göstəricilər sistemi təhsil sahəsində baş
verən kəmiyyət və keyfiyyət dəyişikliklərini
xarakterizə edir. Təhsilin hər bir səviyyəsi üzrə
təhsil müəssisələri, təhsil alanların kontingenti,
təhsil
prosesinin
daxili
səmərəliliyinin
xarakteristikası,
təhsil
müəssisələrinə
qəbul
haqqında məlumatlar, mütəxəssislərin buraxılışı,
müəllim
heyətinin
kəmiyyət
və
keyfiyyət
xarakteristikası, təhsil müəssisələrinin maddi-
texniki
bazalarının
vəziyyəti
haqqında
məlumatların alınmasına imkan yaradır. Təhsil
statistikasının praktiki vəzifəsi dövlət və ictimai
634
strukturlarını, elm sahələrini və vətəndaşları təhsil
haqqında məlumatlarla təmin etməkdən ibarətdir.
TƏHSĐL ÜZRƏ ĐXTĐSAS TƏSNĐFATI
–
təsnifləşdirmə obyekti ixtisas qrupları; fənn (elm)
sahəsi; orta ixtisas və ali təhsil ixtisasları;
hazırlığın istiqamətləri (ali təhsildə), həmçinin
ixtisaslaşma olan təsnifatdır. Təhsil üzrə ixtisas
təsnifatı ölkədə təhsil üzrə qəbul olunmuş
ixtisasları nizama salmaq üçün yaradılmışdır və
iqtisadiyyatın
idarə
olunmasının
bütün
səviyyələrində
aşağıdakı
vəzifələrin
həll
edilməsində avtomatlaşdırılmış işləmələr və
informasiya mübadiləsi prosesində istifadə üçün
nəzərdə tutulmuşdur: mütəxəssislərin qəbulu və
buraxılışının
nizama
salınmasında;
mütəxəssislərin
qəbulu,
buraxılışı
və
işə
düzəlməsinin statistika uçotunda; ölkənin ali və
orta ixtisas təhsili sisteminin beynəlxalq təhsil
sisteminə inteqrasiya edilməsində; milli təhsil
statistikasının digər ölkələrin statistikası ilə
müqayisəliliyinin təmin olunmasında.
TƏHSĐLLƏ ƏHATƏ OLUNMA
– müvafiq
yaş qrupuna uyğun olaraq, əhalinin təhsili
mənimsəmə səviyyəsi ilə xarakterizə olunan
göstəricidir. Əhalinin mövcud təhsil səviyyəsini
mənimsəmə göstəricisi xalis və ümumi
kontingentlərə görə əmsallarla müəyyən edilir.
Xalis (təmiz) kontingentə görə əmsal (netto
əmsal) – yaşa uyğun mövcud təhsil səviyyəsini
mənimsəyən əhalinin bir hissəsidir. Ümumi
kontingentə görə əmsal (brutto əmsal) – hansı
yaşda olmasından asılı olmayaraq, təhsilin
mövcud səviyyəsində təhsil alanların sayının
həmin yaşda olanların ümumi sayına nisbətidir.
TƏK (FƏRDĐ) SAHĐBLĐ MÜƏSSĐSƏNĐN
KAPĐTALI
– tək sahibli kimi istismar ediləcək
müəssisənin
(şirkətin)
yaradılmasıdır.
Bu
müəssisənin yaradılması zamanı onun başlanğıc
kapitalı aktiv və passivlərin dəyərləri fərqinə
bərabər olur və müvafiq qanunvericiliyin olmadığı
halda, müəssisənin sahibi öz müəssisəsinin
balansına bu fərqi yazmağı qərara alır.
Başlanğıc
kapital
sonradan
əlavə
kapital
qoyuluşları və ya onun sərfi, həmçinin gəlirin
bölüşdürülməsi nəticəsində dəyişir.
TƏK ANALAR
– Azərbaycanda uşağı atası
olmadan tərbiyə edən qadınlardır. Bir şərtlə ki,
doğum haqqında şəhadətnamədə atası haqda yazı
yoxdur və ya belə yazı həmin uşağın faktiki atası
ilə nikahda olmadığı ananın göstərişi ilə aparılıb.
Tək analara bir sıra güzəşt və üstünlüklər verilir.
Onlar üçün 14 yaşınadək xəstələnmiş uşağa
qulluqla
bağlı
əmək
qabiliyyəti
müəyyən
edildikdə əlavə təminatlar nəzərdə tutulur;
işçilərin sayı və ştatı ixtisara düşdükdə işdə
qalmaq üstünlüyünə malik olurlar. Tək analı
uşağa 16 yaşa çatanadək, oxuduğu və təqaüd
almadığı halda 18 yaşadək müavinət ödənilir.
TƏKBAŞINA SAHĐBLĐK
– 1) yalnız bir
fiziki şəxsə məxsus olan müəssisədir; 2)
idarəetmənin təşkili formasıdır; bu zaman
müəssisə, idarə, yaxud təşkilatın idarəetmə
orqanına bir fiziki şəxs başçılıq edir; ona hüquqi
cəhətdən məcburi, yəni hökmən icra olunmalı
qərarlar qəbul etmək səlahiyyəti verilir.
TƏKLĐF
(əmtəə təklifi) – bazar mexanizminin
vacib tərkib hissəsidir. Təkliflər – bazarda təmsil
edilmiş və müəyyən müddət ərzində bazara
çatdırıla biləcək əmtəələrdir.
TƏKLĐF
QANUNU
–
təklifin
artması
müqabilində həmin əmtəənin (digər amillərin
sabitliyi şəraitində) qiymətinin artması prinsipidir.
TƏKLĐF ÜZRƏ ELASTĐKLĐK
- əmtəə və
xidmətlərə olan təkliflərin onların qiymətlərinə
görə dəyişmə dərəcəsidir. Təklif elastikliyi
əmsalının köməyi ilə hesablanır.
TƏKLĐFĐN ELASTĐKLĐK ƏMSALI
-
“Elastiklik” ifadəsinə bax.
TƏKRAR
– registrdə vahidin səhvən iki dəfə və
ya daha çox yazılmasıdır.
TƏKRAR ĐSTEHSAL
– ölkə miqyasında
istehsalın fasiləsiz bərpa edilməsi prosesidir.
Maddi-əşya və dəyər formasında həyata keçirilir.
Təkrar istehsal sadə və geniş ola bilər. Sadə təkrar
istehsal prosesində hər bir yeni dövrdə (silsilədə)
istehsalın həcmi dəyişməz qalır (əvvəlki kimi),
geniş təkrar istehsalda isə həcm artır. Sadə təkrar
istehsalda yenidən yaradılan bütün dəyərlər
(məhsullar) qeyri-istehsal istehlakına istifadə
oluna bilər; geniş təkrar istehsalda isə yeni
yaradılan dəyərlərin bir hissəsi yığılmalıdır və
istehsalın əlavə fəaliyyət göstərən vasitələrinə
çevrilməlidir.
Dostları ilə paylaş: |