TACĐR
– müntəzəm olaraq ticarət əməliyyatları
həyata keçirən istənilən fiziki və ya hüquqi
şəxsdir. O, ticarət bölməsində, istehsal və ya
xidmət sahələrində fəaliyyət göstərir.
TAM AMORTĐZASĐYA OLUNMAMIŞ
DƏYƏR
– müəyyən ildə köhnəlmə və aşınma
nəticəsində sıradan çıxmış əsas fondların tam ilkin
dəyərinin əvəzi ödənilməyən aşınma hissəsidir.
Belə əsas fondlar qalıq dəyəri ilə, yəni aşınma
çıxılmaqla ilkin dəyər üzrə (həm balans dəyəri
üzrə, həm də orta illik qiymətlə) qiymətləndirilir.
Əgər köhnəlmə və aşınma nəticəsində sıradan
çıxmış əsas fondların qalıq dəyərinə onların ləğv
edilməsi ilə bağlı xərcləri əlavə edib və ləğv
edilməsindən alınan material qiymətlilərini çıxsaq,
tam amortizasiya olunmamış dəyərin miqdarını
alarıq.
TAM FOND TUTUMLARI ƏMSALLARI
– bu sahənin istehsalında yalnız birbaşa deyil,
həm də bu sahənin məhsulunun (xidmətinin)
istehsalı ilə əlaqədar dolayısı ilə digər sahələrdə
iştirak edən əsas fondların həcmini xarakterizə
edən göstəricilərdir. Aşağıdakı düstur üzrə (matris
qeydi üzrə) hesablanır: D
t.f
= K
b.f
.(E-A)
-1
, burada:
D
t.f
– tam fond tutumları əmsalının matrisini, (E-
A)
-1
- məhsulun (xidmətin) istehsalına əmək
əşyalarının (və ya məhsul və xidmətlərin) tam
xərcləri əmsalının matrisidir.
TAM
HƏCMDƏ
ĐBTĐDAĐ
TƏHSĐL
ALMIŞ ŞAGĐRDLƏRĐN SAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf
göstəricilərindən)
–
müəyyən ildə ibtidai
məktəbin son sinfini müvəffəqiyyətlə bitirmiş
şagirdlərin ümumi sayının, yaşlarına görə ibtidai
məktəbi qurtarmalı olan uşaqların ümumi sayına
olan nisbətini əks etdirir.
Kəsrin surətində bir və ya bir neçə dəfə eyni
sinifdə qalmış, lakin verilmiş konkret anda ibtidai
məktəbdə kursu müvəffəqiyyətlə başa vurmuş
uşaqlara aid olan rəqəmlər (məlumatlar) iştirak
edə bilər. Đbtidai məktəbi bitirənlər haqqında
məlumat daxil olmayan ölkələrdə tam həcmdə
ibtidai təhsil alan şagirdlərin payı “oxşarlıq üzrə”
hesablanır və ibtidai məktəbin son sinfində
oxuyanların ümumi sayı ilə həmin ildə ikinci il
oxuyanların sayı arasındakı fərqin ölkə üzrə öz
yaşlarına görə ibtidai məktəbi qurtarmalı olan
uşaqların ümumi sayına bölünməsi ilə alınır.
TAM XƏRC ƏMSALLARININ ƏKS
MATRĐSĐ (ÇEVRĐLMĐŞ MATRĐS)
– (A)
çıxış matrisasına vurmaqla alınan (A) matrisdir,
sağ və sol tərəfləri vahidi verir: A
-1
*
A=A*A
-1
=E,
bunun köməyi ilə AX=B tənlik sistemi X=A
-1
*B
formasına düşür.
TAM ĐŞ VAXTI ĐŞLƏMƏYƏNLƏRĐN SA-
YI
- il ərzində iş vaxtından az işləyən şəxslərin
sayını göstərən rəqəmlər müəssisədə tam iş vaxtı
işləyən
muzdlu
işçilərin
sayına
yenidən
hesablanmalıdır
(tam
iş
vaxtına
uyğunlaşdırılmalıdır). Bu kateqoriyaya gün, həftə
ərzində iş vaxtı normasından az işləyən və ya il
ərzində tam iş ayından az işləyən şəxslər daxil
edilir. Yenidən hesablanma işlənmiş saat, gün,
həftə və ya ayların sayı əsasında aparılmalıdır.
TAM MƏŞĞULLUQ
– ölkənin bütün əmək
qabiliyyətli
əhalisinin
işləmək
tələbatını
ödəməkdən ötrü kifayət edən sayda iş yerlərinin
olması, uzunmüddətli işsizliyin demək olar ki,
olmaması, işləmək istəyənlərə onların peşə
istiqamətinə, təhsilinə, iş təcrübəsinə uyğun iş
yerləri vermək imkanıdır.
TAM MƏŞĞULLUQ EKVĐVALENTĐNƏ
KEÇĐRĐLMĐŞ
MUZDLA
ĐŞLƏYƏN
(ƏMƏK HAQQI ALAN) ŞƏXS
– tam iş
vaxtına çevirməklə hesablanmış (tam iş vaxtı
ekvivalentinə keçirilmiş) işçilərin sayıdır.
Normal iş vaxtından az işləmiş şəxslərin sayı,
verilən vahiddə (istehsalda) tam iş ili ərzində tam
iş vaxtı ilə məşğul olan şəxslərin iş vaxtlarına
nisbəti yolu ilə tam məşğulluq ekvivalentinə
keçirilə bilər. Bu kateqoriyaya standart iş
vaxtından az, həftədə standart iş günlərindən az və
ildə həftələrin/ayların standart sayından az işləyən
şəxslər daxildir.
Belə keçid saat, gün, həftə və ya ayların işlənmiş
miqdarı bazası əsasında həyata keçirilməlidir.
TAMAŞA MÜƏSSĐSƏLƏRĐNƏ GƏLƏN-
LƏRĐN SAYI
– teatr, konsert və digər
tamaşalarda iştirak edən tamaşaçıların sayı
göstəricisidir. Satılan biletlərin sayı ilə müəyyən
edilir. Hər bir teatr tamaşası, konsert, kinoseans,
həmçinin tamaşa müəssisəsi və ya mütləq və nisbi
ifadədə (əhalinin hər 1000 nəfərinə) onların
qrupları üzrə müəyyən olunur.
TAMAŞA MÜƏSSĐSƏLƏRĐNĐN TUTU-
MU
– iki göstəricini xarakterizə edir: ümumi
tutumu (bütün oturacaqların, o cümlədən xidməti
oturacaqların sayını) və kommersiya tutumunu
(xidməti oturacaqsız, satışa daxil olan yerlər).
TARĐF
– idarələrə, müəssisələrə, təşkilatlara və
vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal
xidmətlərinə görə verilən ödəmə məzənnəsi
625
sistemidir.
Tarif
kateqoriyasına
həmçinin
məzənnələr sistemi, əməyin ödənilməsində hər bir
iş növünün qiymətləndirilməsi də aid edilir. Xarici
ticarətin tənzimlənməsinin klassik aləti gömrük
tarifi hesab olunur.
TARĐF ƏMƏK HAQQI
– müntəzəm xarakter
daşıyan və mövcud müəssisənin fəaliyyəti və
işçinin peşəkarlıq aidiyyəti ilə (məsələn, ağır və
zərərli əmək şəraitinə, çoxnövbəli iş rejiminə,
gecə
növbəsində
işləməsinə,
peşəkarlıq
bacarığına,
briqadaya
rəhbərliyinə
(azad
edilməmiş briqadirlərə), dəftərlərin yoxlanmasına
görə (müəllimlərə) əmək haqqına əlavələrlə)
şərtlənən, tarif dərəcələrinə və maaşlara əlavələr
də daxil edilməklə, tarif dərəcəsi üzrə işlənmiş
vaxta (yerinə yetirilmiş işə), maaşa və ya işəmuzd
tariflərə
(qiymətləndirmələrə)
görə
işçiyə
hesablanmış əmək haqqıdır. Əmək haqqı tarifinə
aşağıdakılar daxil edilmir: iş vaxtından artıq
işləməyə görə əlavələr; istirahət və bayram
günlərində (qeyri-iş günlərində) işləməyə görə
əlavələr; coğrafi və təbii-iqlim şəraitinə görə
(rayon əmsalları, kənd yerlərində işə görə əlavələr
və s.) və fəxri adlara görə əlavələr; eyni vaxtda bir
neçə vəzifə daşımasına görə; fərdi xarakter
daşıyan digər əlavələr.
TARĐF ƏMSALI
– tarif şəbəkəsi ilə müəyyən
edilmiş müvafiq dərəcənin saat (gün) tarif
normasının, vahid kimi qəbul edilmiş birinci
dərəcənin saat (gün) tarif normasına nisbətidir.
Yüksək dərəcənin tarif əmsalının birinci dərəcənin
tarif
əmsalına
nisbəti
tarif
şəbəkəsinin
diapazonudur. Əmsalın mütləq və nisbi dəyişməsi
dərəcədən dərəcəyə artır.
TARĐF NORMASI
– müəyyən tarif dərəcəli
işçiyə, müəssisədə (təşkilatda) tətbiq olunan tarif
şəbəkəsinə uyğun olaraq, vaxt vahidində (saat,
gün, ay) işə görə təyin edilmiş əmək haqqının
ölçüsüdür. Verilən dərəcənin tarif norması,
müvafiq tarif əmsalının birinci dərəcənin tarif
normasına vurulması ilə müəyyən edilir. Tarif
dərəcəsi olmayan digər işçilər üçün tarif norması,
yerinə
yetirilən
işin
xarakteri
və
ixtisas
səviyyəsinə müvafiq olaraq, təyin edilmiş vəzifə
maaşı ilə əvəz edilir.
TARĐF ŞƏBƏKƏSĐ
– tarif dərəcələrinin
(əməyin mürəkkəbliyindən asılı olaraq, işçilərə
verilən müəyyən ixtisaslar) müəyyən sayından və
onlara uyğun tarif normalarından ibarət əmsallar
şkalasıdır.
Sahibkarlıq
subyektlərində
(təşkilatlarda)
əmək
şəraiti
və
əməyin
xüsusiyyətindən asılı olaraq, işçiləri əmək
haqqının dərəcələrə ayrılması ilə təmin edən bir
neçə tarif şəbəkəsi tətbiq oluna bilər.
TARĐF VƏ TĐCARƏT HAQQINDA BAŞ
(ƏSAS) SAZĐŞ
- dünya ticarətində iştirak edən,
əksər ölkələri əhatə edən və 1947-ci ildə
imzalanmış tariflər və ticarət haqqında çoxtərəfli
sazişdir. Bu saziş 1994-cü ilə qədər müqavilə
şəklində
qalmış,
1994-cü
ildən
isə
yeni
“Ümumdünya
Ticarət
Təşkilatı”na
(ÜTT)
çevrilmişdir.
TARĐFLĐ YÜK DÖVRĐYYƏSĐ
(dəmiryolu
nəqliyyatında) – yoldaxili çevrə (ətraf) nəzərə
alınmadan, faktiki gedilmiş yol üzrə yerini
dəyişmiş yüklərin yekun göstəricisidir, ton-
kilometrlərlə
ölçülür.
Göndərilmiş
yükün
daşınmanın
qısa
məsafəsinə
hasili
ilə
müəyyənləşdirilir,
hesabat
dövrü
üçün
göndərilmiş bütün yüklərin cəmi kimi hesablanır.
Tarifli yük dövriyyəsi dəmiryol şəbəkəsi üzrə
bütövlükdə və yük və nəqliyyat növlərinə
bölünməklə,
dəmir
yolunun
inzibati-ərazi
vahidləri üzrə müəyyən edilir.
TARĐXĐ DƏYƏR
- bu metodla aktivlərin
qiymətləri, onların alınması və ya istehsalı anında
nağd pul (və ya nağd pula ekvivalent) kimi və ya
kompensasiya şəklində verilmiş, fəaliyyətdə olan
müəssisənin dəyəri kimi qeyd edilir. Borclar
sazişin bağlanması vaxtı alınmış nağd pul (və ya
nağd pula ekvivalent) kimi qeyd edilir. Ancaq nə
xüsusi qiymətlərin sonrakı kənarlaşmaları, nə də
pulun alıcılıq qabiliyyətinin ümumi dəyişməsi
nəzərə alınmır.
TARĐK
- Avropa Đttifaqının Birləşdirilmiş
Gömrük Tarifidir - malların müvafiq kodlarla
sistemləşdirilmiş siyahısıdır. Özündə kombinə
edilmiş nomenklaturaların altmövqelərini və AĐ
tərəfindən qəbul olunmuş tədbirləri (məsələn,
antidempinq
rüsumları)
əks
etdirən
əlavə
altbölmələri birləşdirir.
TAYMER
– EHM-də vaxt hesablanmasının
aparat vasitəsidir.
TEXNOLOGĐYALARA GÖRƏ ÖDƏNĐŞ
BALANSI
– müxtəlif ölkələrdən olan tərəfdaşlar
arasında biliklərin, məlumatların və texnoloji
xidmətlərin mübadiləsi (ticarəti) ilə əlaqədar
bütün qeyri-maddi sövdələşmələr üzrə pul vəsaiti
köçürmələrinin məcmusudur. Bu köçürmələrə tam
birdəfəlik ödənişlər, ilkin məbləğlər, royaltilər və
digər ödənişlər daxildir.
626
Birdəfəlik ödəməyə ödəniş haqqında əvvəlcədən
razılaşdırılmış öhdəçilikdə göstərilən məbləğ
aiddir. Bu zaman ödəniş ayrı-ayrı ödəmələr
şəklində deyil, birdəfəlik ödənilir.
Đlkin məbləğ
alıcı (lisenziyaçı) tərəfindən
müqavilə (saziş) bağlanan zaman və ya onun
bağlanmasından sonra tez bir zamanda ödənilən
məbləğdir,
lakin
bu
vaxta
qədər
satılan
texnologiya
müştəriyə
(lisenziyaçıya)
tam
açıqlanır. Adətən, eyni bir texnologiyaya görə
müxtəlif müştərilərdən analoji ödəmə haqları
tutulur.
Royalti - ədəbiyyat, incəsənət, yaxud elmi əsərlər,
proqram təminatı, kinematoqrafiya filmləri və
digər qeyri-maddi aktivlər üzərində müəllif
hüquqlarından istifadə olunması, yaxud istifadə
hüquqlarının verilməsinə görə istənilən patentə,
ticarət markasına, dizayn, yaxud modelə, plana,
məxfi
düstura,
yaxud
prosesə,
sənaye,
kommersiya, yaxud elmi təcrübəyə aid olan
informasiyaya, sənaye, kommersiya və ya elmi
avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının
verilməsinə
görə
mükafat
şəklində
alınan
ödənişlərdir.
Digər növ tədiyyələr – bu, müəyyən vaxt fasiləsi
ilə ödəmə haqları və borcun hissə-hissə
ödənilməsindən; müvafiq texnologiyanın açılması
və fiziki ötürülməsinin dəyərinin ödənilməsi üçün
verilən
ilkin
məbləğlərdən;
digər
pauşal
tədiyyələrdən – bütöv və ya möhlətlə bir neçə
dəfəyə verilən dəqiq müəyyənləşdirilmiş məbləğ
şəklində lisenziyalı mükafatların ödənilməsindən
ibarətdir.
Texnologiyalara
görə
ödəniş
balansında
statistikada ticarət sövdələşmələrinin aşağıdakı 4
kateqoriyası:
texnologiyanın
ötürülməsi;
texnoloji məzmunlu xidmətləri; yeni məhsul
istehsalı
üçün
istifadə
olunan
texnoloji
məhsulların
ticarəti;
ümumiyyətlə,
texnologiyadan sərbəst və ya praktiki olaraq
sərbəst kanallarla biliyin ötürülməsi (təcrübənin
ötürülməsi və texnoloji əməkdaşlıq və ya məlumat
mübadiləsi, həmçinin şəxsi əlaqələr) nəzərə alınır.
Sövdələşmələrin texnologiyalara görə ödəniş
balansına
daxil
edilməsinin
əsas
şərtləri
sövdələşmələrin beynəlxalq xarakterli olmasıdır,
yəni sövdələşmələrə müxtəlif ölkələrdən olan
tərəf-müqabillər
daxil
olmalıdır;
onların
kommersiya meylləri (tədiyyələrin mövcud olan
məbləğləri və ya xarici ölkə tərəf-müqabillərinə
daxil olan pullar); sövdələşmələrin texnologiya
mübadiləsinə (ticarətdə) və ya göstərilən texnoloji
məzmunlu
xidmətlərə
və
müxtəlif
əlavə
xidmətlərə birbaşa aidiyyəti olmalıdır.
Texnologiyalara görə ödəniş balansının tərtibi və
təhlilinin
metodoloji
aspektləri
Đqtisadi
Əməkdaşlıq və Đnkişaf Təşkilatı tərəfindən
işlənmişdir (“Elm və innovasiya statistikası üzrə
beynəlxalq standartlar”a bax).
TEXNOLOGĐYANIN VERĐLMƏSĐ
– elmi-
texniki
xidmətlərin
göstərilməsi,
texnoloji
proseslərin tətbiq edilməsi, müqaviləsiz və ya
tərəflər
arasında
bağlanmış
müqavilələrlə
müəyyənləşdirilmiş
şərtlərlə
məhsulların
buraxılışı üçün elmi-texniki təcrübənin və
biliklərin verilməsidir. Đdeya yarandığı vaxtdan
onun maddi obyektdə həyata keçirilməsinin
reallaşdırılması və istehlakadək vertikal üzrə
texnologiyanın verilməsi, texnoloji mübadilə
obyektlərinin bir şəxs tərəfindən digər şəxsə üfüqi
verilməsi fərqləndirilir.
Texnologiyanın verilməsi həm ölkə daxilində
həyata keçirilə bilər, həm də texnologiya milli
sərhəddən keçməklə bir ölkədən digərinə verilirsə,
beynəlxalq əməliyyata çevrilir. Texnologiyanın
verilməsi alıcının həmin texnologiyanı istehsal
məqsədləri üçün fəal tətbiq etməyə başladığı
andan başa çatmış hesab olunur. Onun səmərəli
tətbiqi anınadək yalnız məlumatların verilməsi baş
verir.
Texnologiyanın verilməsi vermənin obyektləri
üzrə (ixtira üçün patentlər, patentsiz ixtira, nou-
hau, əmtəə nişanı və sənaye nümunələri,
mühəndis-texniki və idarəetmə fəaliyyəti ilə bağlı
xidmətlər (“Đnjinirinq”ə bax), texniki sənədlər,
texniki köməklər); məlumatların alınması üzrə
(sərgilər, beynəlxalq müşavirələr, konfranslar,
alim və mütəxəssislərlə mübadilələr, texnoloji
məlumatlar, avadanlıq və maşınların alınması və
ya icarəsi (lizinqi), elmi-texniki və sənaye
kooperasiyaları); qarşılıqlı əlaqənin xarakteri
üzrə (birgə istehsal, birgə elmi tədqiqat və
işləmələr, birgə müəssisələr); məlumatların əldə
olunması kanalları üzrə (kommersiya və qeyri-
kommersiya, ölkələrarası razılaşmalar, çoxmilli
və ya transmilli korporasiyaların firmalar arası
əlaqələri) təsnifləşdirilir.
Statistika texnologiyanın verilməsinin beynəlxalq
kommersiyası ilə bağlı sövdələşmələrin aşağıdakı
növləri üzrə kəmiyyət və dəyər göstəricilərini
öyrənir: ixtira üçün patentlərin ötürülməsi;
patentsiz
ixtiralarla
ticarət;
patent
lisenziyalaşdırılmaları; nou-haunun ötürülməsi;
əmtəə nişanlarını, sənaye nümunələrini, texnoloji
xidmətləri,
məzmun-injinirinqi
birləşdirən
sövdələşmələri; milli mütəxəssislər tərəfindən
xaricdə həyata keçirilən və xarici sponsorlar
tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar və
işləmələr; texniki mahiyyəti olmayan, texnologiya
mübadiləsi üzrə konkret sazişlərin reallaşdırılması
ilə bağlı marketinq, reklam, maliyyə, sığorta,
nəqliyyat və digər xidmətləri birləşdirən sair
sövdələşmələri. Dəyər göstəricilərinə aiddir:
627
müqavilədə
(sazişdə)
göstərilmiş
razılaşma
predmetinin ümumi dəyəri, texnologiya ilə bağlı
olmayan, yaxud onunla bağlı olduğundan,
texnologiya satıcılarına ödənilməli olan (fraxta,
qablaşdırmaya, göndərilməyə, sığorta məbləğinin
ödənilməsinə, gömrük rüsumlarına, vergilərə,
kommersiya güzəştlərinə xərclər) maddələr üzrə
məsrəflər, dəyərlər və ya xərclər çıxılmaqla xalis
satış qiyməti, hesabat ilində qüvvədə olan
razılaşma əsasında həyata keçirilən daxilolmalar,
ödəmələr.
TELEFON RABĐTƏSĐ
- aşağıdakı telefon
əlaqələri ilə xarakterizə olunur:
- milli telefon rabitəsi: bir ölkənin daxilində
başlanan və qurtaran bütün telefon danışıqları;
- beynəlxalq telefon rabitəsi: başqa ölkədə
yerləşən abonentlə danışmaq üçün baş tutmuş
telefon danışıqlarıdır.
Telefon avadanlıqlarının növündən asılı olaraq,
telefon xidmətlərinin həcmi zənglərin sayı,
ödənilən çağırışlar və ya müəyyən edilmiş
hallarda ödənilən dəqiqələrin sayı üzrə ölçülə
bilər.
Faktiki olaraq icra edilmiş (uğurla yekunlaşmış)
telefon zənglərinin təsnifatı üçün iki kateqoriya
tətbiq edilir:
- ödənişli telefon zəngləri ;
- ödənilməyən (pulsuz) - telefon zəngləri: bura
telefon
stansiyalarının
administrasiyasının
“xidməti” telefon danışıqları, qəza şəraitində,
yardımın göstərilməsinin zəruri olduğu və eləcə
də digər oxşar vəziyyətlərdə (telefon zəngi üçün
haqq
alınmadıqda)
çağırışlar,
həmçinin
avadanlığın texniki vəziyyətinin yoxlanması üçün
edilən telefon zəngləri daxildir.
TELEFON STANSĐYALARININ TUTU-
MU
- quraşdırılmış bütün abonent dəstləri, xüsusi
dəstlər və ya taksofonların daxil olması üçün
qurğular, idarə stansiyalarına birləşən xətlər,
həmişəlik istifadəyə verilən idarə, təcili, sifariş və
xidməti məlumat bürosu xətləri daxildir. Avtomat
telefon
stansiyalarının
ümumi
tutumuna
koordinat, elektron sistemli telefon stansiyalarının
ümumi tutumu aid olunur. Stansiyaların istifadə
olunan tutumu bütün abonentlərin istifadə etdiyi
tutum (pullu və pulsuz quraşdırılmış abonentlər)
və iş yerlərinin stansiya xidməti aparat və
nömrələri xidməti sahə üçün istifadə edilən
nömrələrdir.
Đstifadəyə
verilmiş
tutum
quraşdırılmış tutumdan ehtiyatda olan nömrələrin
sayı qədər az olur.
TELEFON VƏ TELEQRAF RABĐTƏLƏ-
RĐNDƏ
ÇAĞIRIŞLARIN
ĐTMƏSĐ
-
çağırılan abonentlə birləşməsi başa çatmamış
çağırışlardır;
xətlərin
yüksək
yüklənmə
saatlarında stansiyalarda cihazların (birləşdirici
qurğuların) qüsurlara, cihazların nasazlığına,
nömrəni yığarkən səhvlərə və digər səbəblərə görə
baş verir. Đtkilər əmsalı hər 1000 çağırışa düşən
baş tutmayan birləşmələrin sayı ilə ölçülür.
Telefon stansiyalarında lazım olan cihazların sayı
hesablanarkən, normativ (yol verilən) itki
əmsalları qəbul edilir.
Dostları ilə paylaş: |