A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə156/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   152   153   154   155   156   157   158   159   ...   182

STATĐSTĐKA MƏLUMAT-HESABLAMA 

SĐSTEMĐNĐN  TEXNĐKĐ  VASĐTƏLƏRĐ 

(SMHS)

  –  müasir  tələblərə  uyğun  olaraq, 

statistika məlumat-hesablama sisteminin vasitələri 

ilə  yeni  texnologiyalar  əsasında  məlumatların 

toplanmasının, 

ötürülməsinin, 

işlənməsinin, 

yığımının 

və 

təqdim 


edilməsinin 

həyata 


keçirilməsinə  yönəldilmiş  inkişaf  vasitəsidir. 

Texniki siyasətin formalaşması zamanı hesablama 

texnika 

vasitələrinin 

və 

məlumatların 



ötürülməsinin 

proqram 


təminatının 

inkişafı 

sahəsində 

müasir 


meyllər 

nəzərə 


alınır. 

Statistikanın  texniki  bazasının  inkişafının  əsas 

vəzifəsi  yaradılmış  lokal  hesablama  şəbəkəsinin, 

yeni  informasiya  texnologiyalarının  tətbiqi  üçün, 

güclü  serverlər  və  işçi  stansiyalarla  təchiz 

edilməsinin müasirləşdirilməsidir.  



 

STATĐSTĐKA  MÜŞAHĐDƏSĐ

  –  sosial-

iqtisadi  həyatda  baş  verən  hadisə  və  proseslər 

haqqında, 

onların 


mühüm 

əlamətlərinin 

əvvəlcədən 

işlənib 


hazırlanmış 

müşahidə 

proqramı 

üzrə 


planlı, 

elmi 


cəhətdən 

əsaslandırılmış şəkildə məlumatların yığılmasıdır. 

Statistika  müşahidəsinin  məlumatları  özündə 

müşahidə  olunan  obyekt  haqqında  ilkin  statistik 

məlumatları əks etdirir ki, bu da ümumiləşdirilmiş 

xarakteristikaları 

almaq 

üçün 


əsas 

sayılır. 

Statistika  müşahidəsi  statistik  tədqiqatların  ilk 

əsas  mərhələlərindən  biri  hesab  edilir.  Statistika 

müşahidəsi  başdan-başa  və  qeyri-ümumi,  fasiləli 

və fasiləsiz ola bilər (“Başdan-başa müşahidə”yə, 



“Qeyri-ümumi 

müşahidə”, 

“Fasiləli 

müşahidələr”  və  “Fasiləsiz  müşahidə”yə  bax). 

Statistika  müşahidəsinin  iki  tipi  mövcuddur: 

statistika  hesabatı  və  xüsusi  təşkil  olunmuş 

müşahidə. 



 

STATĐSTĐKA  NƏŞRLƏRĐ

  –  məruzələr, 

külliyyatlar,  məcmuə  və  bülletenlər,  bukletlər, 

jurnallar,  xülasələr,  mətbu-buraxılışlar  və  s. 

məlumat-təhlil materialları şəklində təqdim edilən 

və  geniş  yayılma  üçün  nəzərdə tutulmuş  işlənmiş 

statistik  məlumatlar  sistemidir.  Mövcud  statistika 

nəşrləri 

sistemi 


statistik 

məlumatların 

istehlakçıları  üçün  bərabər  girişi  və  kifayət  qədər 

tam  informasiya  və  təhlil  bazasını  təmin  edir. 

Müasir  şəraitdə  dövlət  idarəetmə  orqanları 

tərəfindən  rəsmi  statistika  nəşrləri  buraxılır. 

Azərbaycan  Respublikasında  Dövlət  Statistika 

Komitəsi  ilə  yanaşı,  özünün  məlumat  yığma  və 

işləmə  sistemi  olan  digər  nazirlik  və  idarələr 

(Maliyyə  Nazirliyi,  Daxili  Đşlər  Nazirliyi,  Dövlət 

Gömrük  Komitəsi,  Mərkəzi  Bank,  Dövlət 

Miqrasiya 

Xidməti 

və 


s.) 

tərəfindən 

də 

məlumatlar nəşr olunur.  



Bundan  başqa,  müxtəlif  təşkilatlar,  eyni  zamanda 

kommersiya  təşkilatlarının  sifarişi  ilə  iqtisadi  və 

sosial  xarakterli  müəyyən  məlumatlar  üzrə  sorğu, 

hər cür müayinə keçirən müxtəlif elmi mərkəzlər, 

agentliklərin  işləyib  hazırladıqları  qeyri–rəsmi 

xarakterli statistik məlumatlar nəşr olunur. 

Rəsmi  statistika  nəşrləri  sistemi  arasında  aparıcı 

yeri  hər  il  təsdiq  olunan  “Statistik  nəşrlərin 

kataloqu” 

əsasında 

buraxılan 

Azərbaycan 

Respublikası 

Dövlət 

Statistika 



Komitəsinin 

nəşrləri  tutur.  Bu  statistika  nəşrlərinə  həm  rəsmi 

statistika  orqanları  sistemi  üzrə,  həm  də  ayrı-ayrı 

nazirlik  və  idarələr  tərəfindən  Dövlət  Statistika 

Komitəsinə 

rəsmi 


olaraq 

təqdim 


olunan 

məlumatlar  əsasında  toplanmış  və  işlənmiş 

məlumatlar  daxil  edilir  (Səhiyyə  Nazirliyi, 

Nəqliyyat  Nazirliyi,  Vergilər  Nazirliyi  və  s.). 

Dövlət  Statistika  Komitəsinin  bütün  statistika 

nəşrlərinin 

hazırlanmasında 

cari 


statistika, 

əhalinin  siyahıyaalınması,  bir  sıra  seçmə  və 

birdəfəlik  müayinələrin  materiallarından  istifadə 

olunur. 


Dövlət  Statistika  Komitəsinin  rəsmi  statistika 

nəşrləri arasında əsas yeri illər üzrə ölkənin sosial-

iqtisadi  vəziyyətini  daha  tam  xarakterizə  edən 

statistik  külliyyatlar  tutur.  Onlar  iki  qrupa 

bölünür.  

Birinci  qrupa  hər  il  buraxılan  toplu  statistika 

külliyyatları  daxildir:  “Azərbaycan  rəqəmlərdə” 

qısa statistik külliyyatı və “Azərbaycanın statistik 

göstəriciləri”.  Belə  külliyyatlar  geniş  proqram 

üzrə  buraxılır  və  bu  külliyyatlara  ölkənin 

iqtisadiyyatı,  maliyyə,  qiymət,  ticarət,  təbii 

ehtiyatlar,  əhalinin  həyat  səviyyəsi,  əhalinin  sayı 

və  tərkibi,  əmək  ehtiyatları,  məşğulluq  və  digər 

sosial-iqtisadi  göstəriciləri  haqqında  bir  sıra  illər 

üzrə  müxtəlif  məlumatlar  daxil  edilir.  Bir  çox 

göstəricilər 

“Azərbaycanın 

statistik 

göstəriciləri”ndə 

rayonların, 

regionların, 

Azərbaycan  Respublikasının  tərkibində  olan 

muxtar  respublikanın  iqtisadiyyatı  üzrə  verilir. 

1995-ci  ildən  ingilis  dilinə  tərcümə  ilə  birlikdə 

“Azərbaycan  rəqəmlərdə”  qısa  statistik  külliyyat 

da buraxılır.   



 

607


Đkinci  qrupa  həm  illik,  həm  də  böyük  dövriliklə 

buraxılan    sahə  və  tematik  statistik  külliyyatlar 

aid 

edilir: 


“Azərbaycanın 

regionları”, 

“Azərbaycanın 

demoqrafik 

göstəriciləri”, 

“Azərbaycanda  ailələr”,  “Azərbaycanda  qadınlar 

və 

kişilər”, 



“Azərbaycanda 

uşaqlar”, 

“Azərbaycanın  milli  hesabları”,  “Azərbaycanın 

sənayesi”, 

“Azərbaycanın 

kənd 


təsərrüfatı”, 

“Kənd  təsərrüfatı  müəssisələrinin  və  ailə  kəndli 

təsərrüfatlarının 

əsas 


iqtisadi 

göstəriciləri”, 

“Azərbaycanda 

ərzaq 


təhlükəsizliyi”, 

“Azərbaycanda 

tikinti”, 

“Azərbaycanın 

nəqliyyatı”, 

“Azərbaycanda 

informasiya 

cəmiyyəti” “Azərbaycanda telekommunikasiya və 

poçt”,  “Azərbaycanın  yanacaq-enerji  və  material 

resursları 

balansı”, 

“Ticarət 

və 

xidmət”, 



“Azərbaycanın  xarici  ticarəti”,  “Əmək  bazarı”, 

“Azərbaycanda 

qiymətlər”, 

“Maliyyə”, 

“Azərbaycanda  təhsil,  elm  və  mədəniyyət”, 

“Azərbaycanda 

ətraf 

mühit 


və 

səhiyyə”, 

“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar”. 

Belə nəşrlərdə daha hərtərəfli statistik məlumatlar 

verilir. 

Ümumi 


göstəricilərlə 

bərabər 


iqtisadiyyatın  sektorları,  fəaliyyət  növlərinin 

məlumatları  üçün  xarakterik  olan  çoxlu  spesifik 

göstəricilər  daxil  edilir.  Bu  cür  statistik  nəşrlərdə 

göstəricilərin əhatəsi daha genişdir və ümumilikdə 

Azərbaycan  üzrə  yox,  həm  də  regionlar  üzrə 

verilir. 

Eyni 

zamanda, 



müəyyən 

tarixi 


günlərə, 

Ümumdünya  konfranslarına  və  s.  statistik 

külliyyatların buraxılışı tətbiq edilir.  

Azərbaycan  Respublikasının  Dövlət  Statistika 

Komitəsi 

statistika 

nəşrlərini 

siyahıyaalma, 

birdəfəlik  və  seçmə  müayinələrin  nəticələrinə 

görə də təşkil edir.  

“Azərbaycanda  sosial-iqtisadi  vəziyyət”  haqqında 

aylıq  məruzə  əsasında,  sonuncu  ay  ərzində 

ölkənin  iqtisadiyyatında  baş  verən  dəyişikliklər 

haqqında  cari  məlumatları,  eyni  zamanda  il 

ərzində əsas  meyllərin  xarakteristikasını  tərkibinə 

daxil  edən  “Sosial-iqtisadi  inkişaf”  xülasəsi 

buraxılır.  Xülasədə  makroiqtisadi  göstəricilər, 

ümumi  daxili  məhsul,  istehsalın  sahələri,  qeyri-

iqtisadi  fəaliyyətlər,  istehlak  bazarı  və  əmək 

bazarında  qiymətlər,  maliyyə,  həyat  səviyyəsi  və 

əhalinin  gəlirləri  haqqında  materiallar  verilir. 

Xülasəyə  cədvəllər  və  qrafiklərdən  başqa,  qısa 

təhlili məlumatlar da daxil edilir. 

Dövlət  Statistika  Komitəsində  daha  aktual 

məsələlər  üzrə,  əsasən  mətn  və  cədvəldən 

meydana  gələn  1-2  səhifəlik  mətbu-buraxılışlarda 

hazırlanır. 

Bu 


məlumatlar 

qiymətlərin 

səviyyəsində, 

işsizlikdə, 

istehlak 

bazarının 

vəziyyətində,  əhalinin  pul  gəlirlərində  və  yaşayış 

minimumunun 

kəmiyyətində, 

müəssisələrə 

ödəmələr  və  xərclərdəki  olan  dəyişikliklər 

haqqında  olur. Mətbu-buraxılışlar    mütləq  Dövlət 

Statistika  Komitəsinə  istinad  edilməklə,  kütləvi 

informasiya  vasitələrində  yayılma  üçün  nəzərdə 

tutulmuşdur. 

 

STATĐSTĐKA  TƏDQĐQATLARI

  –  özündə 

statistik məcmular (müşahidələr) haqqında kütləvi 

məlumatların  yığılmasını,  onların  işlənməsini 

(qruplaşdırılmasını, 

yekunlaşdırılmasını) 

və 


statistik  qanunauyğunluqların  aşkar  edilməsi 

məqsədi  ilə  əldə  edilən  nəticələrin  təhlilini 

birləşdirir.  

Statistika  tədqiqatlarının  birinci  mərhələsi  eyni 

proqram  üzrə  elmi  cəhətdən  təşkil  olunmuş 

ictimai  həyat  prosesləri  və  hadisələri  haqqında 

faktların  uçotu  və  bu  uçot  əsasında  əldə  edilmiş 

kütləvi  ilkin  məlumatların  yığılmasıdır.  Đlkin 

statistik  materialların  yığılması  iki  üsulla  təşkil 

edilə  bilər:  iqtisadi  subyektlərdən  statistik 

hesabatların  müntəzəm  olaraq  əldə  edilməsi  yolu 

ilə  və  birdəfəlik  xüsusi  statistik  müayinələrin 

təşkili  vasitəsilə.  Məcmu  vahidlərin  əhatəliliyinə 

uyğun olaraq, statistik müşahidələr iki yerə ayrılır: 

ümumi  və  qeyri  ümumi.  Öz  növbəsində  qeyri 

ümumi 


müşahidə 

seçmə, 


əsas 

massivin 

müşahidəsi,  anket,  monoqrafiya  müşahidələrinə 

bölünür.  Statistik  müşahidələrin  ayrı-ayrı  növləri 

arasında  vəzifəsi  hər  bir  statistik  məcmu  vahidi 

üzrə  hər  hansı  hadisənin  sayının  tam  uçotu  və 

tərkibinin  xarakteristikası  haqqında  məlumatların 

əldə  olunmasında  siyahıyaalmaya  xüsusi  fikir 

verilir.  

 

STATĐSTĐKA  UÇOTU

  -  əvvəlcədən  tərtib 

edilmiş  proqram  əsasında,  onların  mühüm 

əlamətlərinin  müşahidəsi  üzrə  ictimai  həyatın 

hadisə  və  prosesləri  haqqında  məlumatların 

qeydiyyatı  yolu  ilə  planlı  və  elmi  cəhətdən 

əsaslandırılmış  şəkildə  toplanmasıdır.  Statistika 

uçotunun əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

kəmiyyət  münasibətlərinin  tədqiqatı  vasitəsilə 

kütləvi  ictimai  hadisələrdə  əlaqələrin  səbəblərini 

öyrənməkdir  (bilməkdir);  elmi  əsaslandırılmış 

göstəricilər sistemi əsasında cəmiyyətdə baş verən 

dərin iqtisadi və sosial proseslərdə dəyişikliklərin 

hərtərəfli  tədqiqatı,  ölkənin  iqtisadi  inkişaf 

meyllərinin 

ümumiləşdirilməsi 

və 

proqnozlaşdırılması,    istehsalın  mövcud  səmərəli 



ehtiyatlarının  aşkar  edilməsi,  qanunvericilik 

hakimiyyətinin,  idarəetmə,  icra  və  təsərrüfat 

orqanlarının, həmçinin geniş ictimaiyyətin etibarlı 

məlumatlarla 

vaxtında 

təmin 


edilməsində 

statistika uçotunun spesifik tərəfi müəyyən vaxtla 

və  yerlə  bağlı,  konkret  -  tarixi  şəraitdə  ictimai 

hadisələrin  kəmiyyətcə  öyrənilməsidir.  Statistika 

uçotunda  istifadə  olunan  özünəməxsus  statistik 


 

608 


xüsusiyyət 

onların 


keyfiyyət 

və 


kəmiyyət 

xüsusiyyətlərinin ayrılmaz (qırılmaz) vəhdətidir. 

Statistika  uçotu  ucdantutma  və  qeyri-ucdantutma, 

fasiləli  və  fasiləsiz  ola  bilər.  Statistika  uçotunun 

iki  növü  mövcuddur:  rəsmi  statistika  hesabatı  və 

xüsusi təşkil edilmiş müşahidə

 

STATĐSTĐKADA MÜƏSSĐSƏLƏRĐN MA-

LĐYYƏ  VƏZĐYYƏTĐNƏ  GÖRƏ  QRUP-

LAŞDIRILMASI

  –    müəssisələrin  öyrənilən 

məcmusunun  maliyyə  vəziyyəti,  bazarın  digər 

subyektlərlə  ödəmə  və  hesablaşma  vəziyyəti, 

maliyyə sabitliyi (davamlılığı) və ödəmə (tədiyyə) 

qabiliyyəti üzrə bölüşdürülməsini xarakterizə edir. 

Təhlilin  məqsədindən  asılı  olaraq,  aşağıdakı 

qruplaşdırmalardan  istifadə  edilir:  1)  maliyyə 

nəticələri  üzrə  -  mənfəət  əldə  etmiş  və  zərərə 

düşmüş  müəssisələr  üzrə  yekunlar  işlənir;  2)  



kiçik  biznes  müəssisələri  üzrə  -  mənfəət  və 

gəlirlərin  həcmi  üzrə  qruplaşmalar  aparılır;  3) 



ödəmə  qabiliyyəti  üzrə  -  vaxtı  keçmiş  debitor  və 

kreditor  borclarına  malik  müəssisələr,  həmçinin 

ödəmə qabiliyyəti əmsalı üzrə müəyyənləşdirilmiş 

intervala düşən müəssisələr  ayrılır. Məsələn, cari 

satıla  bilmə  əmsalı  üzrə  (“Ödəmə  qabiliyyəti 

əmsalları”na 

bax) 


qruplaşma 

hazırlanarkən 

aşağıdakı intervallar (sərhədlər) işlədilir (%-lə): 0-

50,  51-100,  101-150,  151-200,  200-dən  yuxarı. 

Hər bir intervala (sərhədə) düşən müəssisə onların 

xarakterinə  (təşkilatların  ümumi  sayına  %-lə), 

işçilərin orta siyahı sayına (işçilərin ümumi sayına 

%-lə),  kreditor  və  debitor  borclarının  həcminə  

(ümumi məbləğə %-lə) görə xarakterizə olunur. 

 

STATĐSTĐKADA 



SEÇMƏ

 

– 

seçmə 



müşahidəsində  seçmə    məcmusunun  təşkil 

edilməsi prosesidir (“Seçmə müşahidəsi”nə bax).  

 

STATĐSTĐKANIN 

MƏLUMAT-HESAB-

LAMA  SĐSTEMĐ  (SMHS)

  –  hesablama 

texnikasının,  proqram  vasitələrinin  və  yeni 

texnoloji nəticələrin tətbiq edilməsi əsasında ölkə, 

Muxtar  Respublika,  rayon  (şəhər)  səviyyələrində 

statistik  məlumatların  toplanması,  işlənməsi, 

saxlanması,  yığılması,  aktuallaşdırılması,  təhlili, 

təqdim    edilməsi,  yayılması,  istifadə  edilməsi  və 

mühafizəsi proseslərinin avtomatlaşdırılmış metod 

və vasitələrinin məcmusudur. 

 

STATĐSTĐKANIN 



MƏLUMAT-HESAB-

LAMA  SĐSTEMĐNDƏ  SORĞU  STATĐS-

TĐKASI

 – bu və ya digər sorğuya cavabı həyata 

keçirən, 

məlumat 

bazası 


sisteminin 

sorğu 


növlərinin və dəstlərin siyahısıdır. 

 

STATĐSTĐKANIN 



MƏLUMAT-HESAB-

LAMA  SĐSTEMĐNĐN  STANDARTLARI

  – 

sahə  standartları  və  razılaşmalarının  nümunəvi 

standart  həllidir.  Özündə  aşağıdakıları  birləşdirir: 

1)  məlumatların  elektron  işlənməsi  kompleksləri, 

o  cümlədən  məlumat  bankları  və  elektron-

nəşriyyat  sistemləri  ilə  interfeyslərə  tələbat  üzrə 

razılaşmanı;  2)  statistik  məlumatın  tele-işlənmə 

sisteminə  (SMTS),  o  cümlədən  SMTS-nin 

məsafədən  toplama  sistemi  ilə  elektron-poçtun 

interfeysi,  kütləvi  məlumatların  mübadiləsində 

olduğu kimi, məlumat bazaları ilə iş; elektron poçt 

standartları;  3)  elektron-nəşriyyat  sistemləri  üzrə 

razılaşmanı. 

 

STRATA – 1) müəyyən edilmiş meyarlara uyğun 

olaraq  seçilmiş,  ümumilikdə  bölməni  müəyyən 

etməyə  imkan  verən  müəssisələrin,  yaşayış 

məntəqələrinin 

məcmusunun 

təbəqəsidir 

(kəsiyidir). 



2) Seçmə məcmuda sətir və sütun kəsişməsidir. 

 

STRATEJĐ  MARKETĐNQ  MATRĐSĐ



  – 

bazarda firmanın mövqeyini qiymətləndirməyə və 

marketinq  strategiyasının  işlənib  hazırlanmasına 

imkan  verən  məkan  (zaman)  modelidir.  Strateji 

marketinq matrisası (bəzən də  strategiya şəbəkəsi 

adlandırılır)  1957-ci  ildə  amerikalı  iqtisadçı 

Đ.Ansoffo tərəfindən təklif edilmiş və sonralar bir 

sıra  tədqiqatçılar  tərəfindən  təkmilləşdirilmişdir. 

Bu  matrisa  müvafiq  kəmiyyət  və  keyfiyyəti 

xarakterizə  edən  iki  amilin  (və  yaxud  iki 

kompleks  amilin  inteqral  xarakteristikasının) 

koordinatla  kəsişməsini  əmələ  gətirir.  Strateji 

marketinq matrisası aşağıdakı sxemə malikdir: 

 

B



az

ar

d



ak

ı 

v



əz

iy

y



ət

 



A1B1



C1 



PH 

A1B2



C2 



PH 



A2B1



C2 

PC 

A2B2



C3 



PB 

 



 

Firmanın potensialları 



 

Rəqəmlərlə  hər  bir  amilin  keyfiyyət  qiymətləri 

xarakterizə  edilir:  1  –  münasib  vəziyyət  (güclü 

potensial);  2  –  qeyri-münasib  vəziyyət  (zəif 

potensial) 

deməkdir. 

Bu 

xarakteristikalar 



kəmiyyətcə 

ifadə 


oluna 

bilər: 


inteqral 

xarakteristika  üçün  amillərin  çoxölçülü  balla 

qiymətləndirilməsindən  istifadə  edilir  ki,  bu  da 

kəmiyyət  və  keyfiyyət  qiymətləndirmələrinin 

birləşdirilməsinə  imkan  verir.  Hər  bir  amilə 

ekspert qaydasında bazardakı vəziyyətə təsirinə və  

firmanın  potensialına  (F

1

)  görə  çəki  verilir;  j 

amilinin  ayrıca  i  xarakteristikası  üçün  (Q

ij

)  balı 



müəyyənləşdirilir.  Đnteqral  xarakteristika  özündə 

orta kəmiyyəti əks etdirir 



 

609


,



=

n

j

j

n

j

j

ij

F

F

Q

Q

 

burada n,  j – x amillərinin sayıdırAdətən, 





n

j

j

F

 

1-ə bərabər olur. 

Firmanın  mövqeyinin  reytinqi  AB  inteqral 

göstəricilərinin  (strateji  indeksin)  orta  həndəsi 

hesablanması 

və 


yaxud 

firmanın 

müvafiq 

kvadrant 

matrisalarına 

düşməsi 


kimi 

müəyyənləşdirilir.  A1B1  kombinasiyası  əlverişli 

vəziyyəti  və  firmanın  güclü  potensialını  bildirir, 

riskin  aşağı  (PA) 

səviyyəsini 

və 


hücum 

strategiyasının  (C1)  seçilmə  imkanlarını  göstərir. 

Əlverişsiz  şəraitin  və  zəif  potensialın  birləşməsi 

(A2B2)  yüksək  riskin  (PB)  olmasını  göstərir  və 

bazardan  çıxaraq,  çəkilmə  strategiyasını  (C3) 

diktə edir. Qalan iki kvadrant özündə  yaxşı və pis 

amillərin (A1B2 və A2B1) kombinasiyalarını əks 

etdirir  ki,  bunlar  da  orta,  mümkün  riskə  (PC) 

uyğun  gəlir  və  müdafiə  strategiyası  (C2)  tövsiyə 

edilir.  Qruplaşdırma  iki  və  daha  çox  əlamətlərə 

görə  aparıla  bilər  və  bu  halda  kvadrantların 

(sahələrin)  sayı  çox,  aralıq  variantlar  hesabına 

strategiyanın seçilməsi geniş ola bilər. 

 

STRUKTUR  BĐZNES  STATĐSTĐKASI



  

müəssisələrin  strukturuna  və  fəaliyyət  növünə 

uyğun  olaraq,  illik  müşahidə  əsasında  toplanan 

məlumatları 

əhatə 

edir. 


Struktur 

biznes 


statistikasının  əsas  məqsədi  sahibkarlıq  sahəsində 

müəssisələrin  strukturu  və  fəaliyyəti  haqqında 

müəyyən 

olunmuş 


göstəricilər 

üzrə 


vahid 

metodologiya  əsasında  müşahidələrin  təşkili, 

məlumatların  toplanması  və  yayılmasını  təmin 

etməkdir.  Biznes  statistika  əsas  etibarilə  Avropa 

Đttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri 

əsasında  Avropa  Statistika  Bürosu  tərəfindən  

müəyyənləşdirilmiş  göstəriciləri  əhatə  edir  və 

müvafiq  metodoloji  vəsaitlərdən  istifadə  olunur. 

Avrostatın  tövsiyələrinə  uyğun  olaraq,  biznes 

fəaliyyəti  Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatına 

görə,  iqtisadiyyatın  B  -  Mədənçıxarma  sənayesi, 

C  -  Emal  sənayesi,  D  -  Elektrik  enerjisi,  qaz, 

buxar  və  kondisiyalaşdırılmış  hava  ilə  təchizat,  E 

-  Su  təchizatı;  Çirkli  suların  və  tullantıların 

təmizlənməsi,  F  –  Tikinti,  G  -  Topdan  və 

pərakəndə 

ticarət; 

Avtomobillərin 

və 

motosikletlərin  təmiri,  H  -  Nəqliyyat  və  anbar 



təsərrüfatı, Đ -  Yaşayışın təşkili və ictimai iaşə, J - 

Đnformasiya  və  rabitə,  K  -  Maliyyə  və  sığorta 

fəaliyyəti,  L  -  Daşınmaz  əmlakla  əlaqədar 

əməliyyatlar,  M  -  Peşə,  elmi  və  texniki  fəaliyyət, 

N - Đnzibati və yardımçı xidmətlərin göstərilməsi, 

P  -  Təhsil,  Q  -  Əhaliyə  səhiyyə  və  sosial 

xidmətlərin göstərilməsi, R -  Đstirahət, əyləncə və 

incəsənət 

sahəsi 

seksiyalarında 



 

cəmləşən 

müəssisələrin fəaliyyətindən ibarətdir. Beynəlxalq 

təcrübədə  biznes  statistikası  göstəriciləri  əsasən 

struktur biznes statistikası və qısamüddətli biznes 

statistikası göstəricilərinə bölünür. Struktur biznes 

statistikaya  300-dən  çox  göstərici  aiddir  və  onlar 

xüsusiyyətlərinə  görə  qruplaşdırılmışdır.  Yerli 

vahidlərinə, 

işçilərinin 

sayına, 

investisiya 

qoyuluşlarının  həcminə,  başqa  ölkələrdə  yerləşən 

vahidlərinə  görə  müəssisələrin  sayı  və  onların 

bölgüsünə  dair  25,  məhsul  buraxılışı,  istehsal, 

mənfəət  və  s.  bağlı  14,  əmtəə  və  xidmətlərin 

sifarişi,  qalıqlar,  əmək  haqqı  xərcləri  ilə  bağlı  9, 

torpağa,  bina  və  tikililərə,  proqram  təminatına  və 

s.  üzrə  investisiyaya  dair  8,  yeni  yaranmış 

müəssisələrdə,  fəaliyyət  göstərən  müəssisələrdə 

çalışan  işçilərin  sayı,    iş  vaxtı  üzrə  24,  satış 

məntəqələri  ilə  bağlı  2,  sənaye,  tikinti,  xidmət 

sahələri  üzrə  dövriyyə  ilə  bağlı  10,  öhdəliklər, 

xərclər,  sığorta,  vergilər,  mənfəət,  zərər  və  digər 

maliyyə  göstəriciləri  ilə  bağlı  63,  maliyyə 

investisiyaları,  qiymətli  kağızlar  haqqında  21, 

maliyyə  təminatı,  borclar,  kapital  və  ehtiyatlarla 

bağlı  18  və  s.  istiqamətlər  üzrə  göstəricilər 

struktur  biznes  statistikanın  əsas  göstəriciləri 

hesab olunurlar. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin