STATĐSTĐK ƏRAZĐ
– bir qayda olaraq,
gömrük ərazisinə uyğun gəlir. Avropa Đttifaqının
statistik ərazisi özündə AĐ-nin Fransanın xarici
departamentləri və Kanar adaları olmadan
mövcud gömrük ərazilərini birləşdirir.
STATĐSTĐK FORMULYAR
– müşahidə
proqramının sualları və suallara cavablar üçün yer
göstərilən blankıdır (sorğu vərəqəsi, siyahıyaalma
vərəqəsi, hesabat forması, anketidir).
STATĐSTĐK GÖSTƏRĐCĐLƏR SĐSTEMĐ
– ictimai həyatda kütləvi hadisələrin (təzahürlərin)
müxtəlif cəhətlərinin vəziyyətini və inkişafını
hərtərəfli əks etdirən, qarşılıqlı əlaqəli və məntiqi
ardıcıllıqla yerləşən göstəricilər kompleksidir.
Növlərinə görə müxtəlif formalara malik olan
(orta çəkili və sadə, müqayisəli və dinamika
göstəriciləri və s.) mütləq, orta və nisbi
göstəricilər fərqləndirilir. Öyrənilən hadisələrin
xarakterindən asılı olaraq, sistemə daxil olan
göstəricilər, fərqləndirilir: ölkənin sahəsi və
əhalisi, milli sərvət, əmək ehtiyatları, məhsul və
xidmətlər, onların bölüşdürülməsi və istifadəsi,
599
istehlak
bazarı,
maliyyə,
qiymətlər,
elm,
mədəniyyət və s. Statistika göstəriciləri sistemi
ictimai inkişaf prosesində dəyişir, bir hadisə
aradan qalxır, digəri meydana gəlir və bu da
statistika göstəriciləri sistemində öz əksini tapır,
göstəricilər sistemi aktuallaşdırılır.
STATĐSTĐK GÖSTƏRĐCĐLƏRĐN MƏLU-
MATLAR BANKI (SGMB)
– statistik işlərin
ölkə və rayon səviyyəsində həlli üçün zəruri olan
statistik göstəricilər sisteminin saxlanmasını,
aktuallaşdırılmasını, qorunmasını, yığılmasını,
işlənməsini
və
verilməsini
təmin
edən
avtomatlaşdırılmış məlumatlar bazasıdır. SGMB
məlumatlar bazasının idarəetmə sistemi (MBĐS)
şəklində
proqram-texnoloji
vasitələrin
məcmusundan; statistik
məlumatların
bütün
məcmusunun göstəricilərinin qiymətləri şəklində
saxlanıldığı
məlumatlar
bazasının
statistik
faktoqrafik
fondlarından;
ümumi
sistemli
məlumat təminatı və digər məlumat-arayış
məlumatları
əsasında
formalaşdırılan
metaməlumat fondlarından ibarətdir. SGMB ayrı-
ayrı müşahidə obyektləri və ya birləşdirilmiş
obyektlər
üzrə
statistik
göstəricilərin
qiymətlərinin məlumatlar bazasında saxlanmasını
təmin edir.
STATĐSTĐK HESABATLAR
– şirkətlərin,
müəssisələrin, təşkilatların təsdiq edilmiş formalar
əsasında tərtib etdiyi, təyin edilmiş müddət
ərzində yerli statistika orqanlarına təqdim etməli
olduğu hesabatlar toplusudur.
STATĐSTĐK HƏLL NƏZƏRĐYYƏSĐ
–
qeyri-müəyyənlik şəraitində optimal həllərin
seçilməsi nəzəriyyəsidir. Məsələnin optimal həlli
riskini
minimuma
endirir.
Statistik
həll,
statistikanın ikinci oyunçu – təbiətlə oyunu
əsasında alınır. Təbiət dedikdə, bazarda tələb və
təklif, birjada valyutanın qiyməti, iqlim şəraiti,
vergilər, imtiyazlar və digər bu kimi göstəricilər
nəzərdə tutulur.
STATĐSTĐK HÜDUD
- dəyər və ya xalis kütlə
(netto) ilə ifadə edilmiş hüduddur ki, bundan
xaricdə AĐ-nin ticarət üzrə statistik məlumatları
üçüncü ölkələrdə tərtib olunmur.
STATĐSTĐK ĐNFORMASĐYA (STATĐS-
TĐK MƏLUMAT)
– statistika müşahidələri
prosesində
formalaşdırılan
ilkin
statistik
materiallardır.
Sonradan
bu
materiallar
sistemləşdirilir,
yekunlaşdırılır,
işlənir,
ümumiləşdirilir və təhlil edilir. Düzgün və elmi
əsaslandırılmış statistik məlumatlar sosial-iqtisadi
hadisələrin
və
proseslərin
vəziyyətini
və
qanunauyğunluqlarını obyektiv əks etdirir.
STATĐSTĐK ĐŞLƏR PROQRAMI
- mövcud
ehtiyatlar, iqtisadi, demoqrafik, sosial və ekoloji
vəziyyətin öyrənilməsi ilə bağlı məlumatların əldə
olunması üçün hər bir elementin əhatəlilik, növ,
dövrilik
və
mövzu
əlamətlərini
müəyyənləşdirməklə
statistika
orqanları
tərəfindən hazırlanan illik proqramdır.
STATĐSTĐK
KƏNARLAŞMALAR
–
ehtiyatlar və onlardan istifadə göstəriciləri
arasındakı yekun xətaları xarakterizə edən
göstəricidir. MHS-də buraxılan mal, aralıq və son
istehlak məbləği, yığım və xalis ixracın
müqayisəsində tətbiq edilir. Nisbi xətaya statistik
kənarlaşmanın
ÜDM-ə
bölünməsi
qəbul
edilmişdir.
STATĐSTĐK
QƏRARLAR
NƏZƏRĐY-
YƏSĐ
– statistik qərarların işlənib hazırlanması
və
istifadə
edilməsi
üzərində
statistik
müşahidələrin
aparılmasının
ümumi
nəzəriyyəsidir. Daha geniş mənada, qeyri-
müəyyənlik şəraitində optimal qeyri-determinant
davranışın seçim nəzəriyyəsi kimi müəyyən
edilir. Belə qəbul edilir ki, hər bir eksperiment
müəyyən dəyərə malikdir, səhv qərarlar isə
cərimələrə gətirib çıxarır. Optimal qərar isə riskin
minimuma çatdırıldığı qərardır. Statistik qərarlar
nəzəriyyəsi
loqistikaya
aid
olan
bir
sıra
müddəalara malikdir: malgöndərənin seçilməsi və
qiymətləndirilməsi,
əvvəlcədən
tam
məlum
olmayan şəraitdə bazarda davranış strategiyasının
planlaşdırılması,
malgöndərənin
optimal
partiyasının seçilməsi və s.
STATĐSTĐK
QĐYMƏTLƏNDĐRMƏ
–
bölünmə parametrlərinin təqribi əvəz edilməsi
üçün
seçmə
müşahidəsinin
funksiyasıdır.
Məsələn, ədədi ortanın təsadüfi kəmiyyətinin
normal bölgüsü üçün – riyazi gözləmənin
qiymətləndirilməsi. Nöqtəli və interval statistik
qiymətləndirmə
baş
təsadüfi
kəmiyyətin
məcmusunun bölünməsi qanunlarının təcrübəsi
əsasında
və
statistik
qiymətləndirmənin
xassələrinə uyğun tərtib edilir.
STATĐSTĐK QRAFĐK
– statistik məlumatların
şərti həndəsi fiqurların (xətlər, nöqtələr, ya da
digər simvolik işarələrin) köməyi ilə təsvir
edilməsidir. Bunun nəticəsində, tədqiq edilən
statistik məcmunun görüntülü xarakteristikasına
nail olunur. Xətti, sütun diaqramı, lentşəkilli,
600
n
x
x
d
min
max
−
=
dairəvi, kartoqramlar, kartodiaqram və s. qrafiklər
fərqləndirilir.
STATĐSTĐK QRUPLAŞDIRMA
– sosial-
iqtisadi hadisə vahidlərinin mühüm əlamətlər üzrə
yekcins qruplara ayrılmasıdır. Qruplaşdırma
nəzəriyyəsinin çox mühüm məsələlərindən biri
qruplaşdırma əlamətinin müəyyən edilməsi və
onun seçilməsidir. Sosial-iqtisadi hadisələrin
vahidlərinin qruplara ayrılmasına imkan verən
əlamət
qruplaşdırma
əlaməti
adlanır.
Qruplaşdırma üçün götürülən dəyişən əlamət
qruplaşdırma əlaməti hesab olunur. Onu çox vaxt
qruplaşdırmanın əsası adlandırırlar. Statistika
materialarının işlənilməsinin və təhlilinin nəticəsi
əsasən
qruplaşdırma
əlamətinin
düzgün
seçilməsindən asılıdır. Qruplaşdırma əlaməti
öyrənilən sosial-iqtisadi hadisənin hərtərəfli
nəzəri təhlili əsasında müəyyənləşdirilməlidir.
Qruplaşdırma bir əlamət üzrə aparılarsa, belə
qruplaşdırma sadə qruplaşdırma adlanır. Sadə
qruplaşdırma
ilə
bərabər,
sosial-iqtisadi
hadisələrin inkişaf prosesini hərtərəfli öyrənmək
üçün onları iki və daha çox əlamət üzrə
qruplaşdırmaq lazımdır. Qruplaşdırma əlaqədə
götürülmüş iki və daha çox əlamət üzrə aparılarsa,
belə qruplaşdırmaya quraşıq (kombinasiyalı)
qruplaşdırma
deyilir.
Sadə
qruplaşdırmaya
nisbətən quraşıq qruplaşdırma daha geniş elmi
təhlil xüsusiyyətinə malikdir. Mürəkkəb sosial-
iqtisadi
hadisələrin
təhlilində
quraşıq
qruplaşdırma mühüm əhəmiyyət kəsb edir. Eyni
zamanda onu da nəzərə almaq lazımdır ki, quraşıq
qruplaşdırmada qruplaşdırma əlamətinin sayının
artması ilə əlaqədar olaraq, qrupların sayı sürətlə
artır. Ona görə də, quraşıq qruplaşdırmada iki, üç
qruplaşdırma
əlamətindən
artıq
götürülməsi
nəticənin təhlilini mürəkkəbləşdirə bilir, onların
aydın
oxunuşunu
və
başa
düşülməsini
çətinləşdirir.
Qruplaşdırma əlamətləri atributiv, yəni keyfiyyət
əlamətinə və kəmiyyət əlamətinə bölünür.
Statistika
məcmusunda
vahidlərin
bölgüsü
xarakterindən asılı olaraq, fasilələr bərabər və
qeyri-bərabər şəkildə müəyyən edilə bilər.
Vahidlərin bölgüsü az-çox bərabər şəkildədirsə,
bərabər fasilələr təşkil etmək məqsədəuyğun olur.
Məsələn, hər hansı kənd təsərrüfatı bitkisinin -
buğdanın
məhsuldarlığını
həcminə
görə
qruplaşdırarkən bərabər fasiləli qruplar təşkil
olunur. Bərabər fasiləli qrupları təşkil etmək üçün
fasilə
kəmiyyəti
müəyyən
edilməlidir.
Qruplaşdırma əlamətinin maksimum qiymətindən
minimum qiymətini çıxıb, alınan nəticəni təşkil
ediləcək
qrupların
sayına
bölsək,
fasilə
kəmiyyətini müəyyən etmiş olarıq.
Bərabər fasiləli qrupları təşkil edərkən fasilənin
kəmiyyətini aşağıdakı düsturla hesablamaq olar.
Burada,
d
- fasilənin kəmiyyətini,
max
x
- əlamətin
yüksək qiymətini,
min
x
- əlamətin aşağı qiymətini,
n - qrupların sayını göstərir.
Fasilələr qapalı və açıq ola bilər. Qapalı
fasilələrdə qrupların aşağı və yuxarı sərhədləri
göstərilir. Açıq fasilələrdə ancaq ya aşağı, ya da
yuxarı sərhəd göstərilir. Açıq fasilə ancaq birinci
və axırıncı qruplarda verilə bilər. Kəmiyyət
əlamətləri üzrə bərabər fasiləli qruplar təşkil
edərkən aşağı və yuxarı sərhədlər dürüst
göstərilməlidir.
Əlamətin qiyməti qeyri-bərabər və əhəmiyyətli
dərəcədə dəyişkən olduqda, qeyri-bərabər fasiləli
qruplar təşkil etmək lazımdır. Sosial-iqtisadi
hadisələrin
böyük
əksəriyyəti
qeyri-bərabər
fasiləli
qruplar
şəkilində
təşkil
olunur.
Makroiqtisadi göstəricilərin təhlilində də qeyri-
bərabər fasiləli qruplardan istifadə edilir.
Qeyri-bərabər fasiləli qruplar tərəqqi ilə artan və
yaxud azalan hesabi və yaxud həndəsi tərəqqi ilə
təşkil oluna bilərlər.
Qruplaşdırmanın vəzifələrinə uyğun olaraq, onu
aşağıdakı üç növə ayırmaq olar: 1) tipik
qruplaşdırma; 2) quruluş qruplaşdırma; 3)
analitik qruplaşdırma.
Statistika məcmusunun yekcins hissələrə və ya
ictimai-iqtisadi
tiplərə
ayrılmasına
tipik
qruplaşdırma deyilir. Hər hansı bir dəyişən
əlamət üzrə statistika məcmusunun tərkibini,
quruluşunu xarakterizə edən qruplaşdırma quruluş
qruplaşdırmasıdır. Sosial-iqtisadi hadisələrin və
onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni
xarakterizə edən qruplaşdırma isə analitik
qruplaşdırma sayılır.
STATĐSTĐK METOD
– dəyişkən ekzogenin
dəyişdirilməsi vaxta görə heç bir gecikmə
olmadan (dinamik modeldən fərqli olaraq), dərhal
bir anda dəyişkən endogenlər dəyişməsinə gətirib
çıxarır.
STATĐSTĐK METODLAR (STATĐSTĐK
METODOLOGĐYA)
–
sosial-iqtisadi
hadisələrin
statistik
tədqiqatlarının,
yəni
məlumatların toplanması, onların işlənməsi,
ümumiləşdirici
göstəricilərin
hesablanması,
məlumatların təhlili üsullarının, qaydalarının və
metodlarının məcmusudur. Kütləvi müşahidə,
qruplaşdırma və göstəricilərin ümumiləşdirilməsi
metodları əsas sayılır.
601
Tədqiqatın
ən
mühüm
xüsusiyyətlərinə
konkretlik; keyfiyyət təhlilinin üstünlüyü – hər
şeydən əvvəl hadisələrin inkişafının vaxtı və yeri
nəzərə
alınmaqla,
onun
mahiyyətinin
aydınlaşdırılması; oxşar məcmuların, hər şeydən
əvvəl öyrənilən hadisələrin sosial və iqtisadi
formalarının
müəyyənləşdirilməsi;
ictimai
həyatın öyrənilən hadisə və proseslərin mahiyyət
və formalarının dəyişməsi ilə əlaqədar tədqiqatın
üsul və metodlarının şəklinin dəyişdirilməsi;
öyrənilən
hadisə
və
proseslərin,
onların
ölçülərinin və kəmiyyət nisbətlərinin dəyişməsi
qanunauyğunluqlarını ətraflı səciyyələndirməyə
imkan verən göstəricilər sisteminin tətbiqi
daxildir.
STATĐSTĐK MƏCMU
– hər hansı mühüm
münasibətlərə (adambaşına müxtəlif gəlirlərlə ev
təsərrüfatları; işəmuzd əmək haqqı alan işçilər;
kiçik biznes müəssisələrinin məcmusu və s.)
oxşar, amma statistik ölçmənin predmetini əks
etdirən dəyişkən əlamətlərə malik olan obyektlər,
hadisələr çoxluğudur. Oxşar məcmular və qeyri-
oxşar məcmular, onların daxilində isə – keyfiyyət
və kəmiyyətcə oxşar (qeyri-oxşar) məcmular
fərqləndirilir. Keyfiyyətcə oxşar məcmular üçün
hazırkı müayinə göstəricilərinin əhəmiyyətliliyi
üzrə elementlər arasında bənzərlik və onun
tərkibindəki elementlərin həmin tipdəki hadisəyə
aidiyyəti xarakterikdir. Statistik məcmu bir əlamət
üzrə oxşar, digəri üzrə isə qeyri-oxşar ola bilər.
Keyfiyyətcə
qeyri-oxşar
məcmuda
vahidlər
(elementlər) müxtəlif tipli hadisələrə aiddirlər.
Keyfiyyətcə oxşar və qeyri-oxşar məcmular
xüsusiyyətlərinə görə bölmənin asimmetrikliyi
xarakterik
olan
öyrənilən
əlamətlərin
qiymətlərinin
aşağı,
ya
da
çox
yüksək
variasiyasına
uyğundur.
Müxtəlif
oxşarlıqlı
statistik məcmuların hərtərəfli statistik müayinəsi
üçün taksomaniya və qruplaşdırma metodları
tətbiq edilir.
STATĐSTĐK MƏLUMAT
– sosial-iqtisadi
həyatda baş verən hər hansı bir hadisəni
xarakterizə edən məlumatların məcmusudur.
STATĐSTĐK MƏLUMATLARI GÖNDƏ-
RƏNLƏR (TƏQDĐM EDƏNLƏR)
– prinsip
etibarı ilə, AĐ-yə üzv ölkələr arasında Đntrastat
sistemi üzrə statistik məlumatların təqdim
edilməsi əməliyyat iştirakçısının hər birinin, yəni
AĐ-yə üzv ölkələr arasında mal mübadiləsində
iştirak edən istənilən fiziki və ya hüquqi şəxsin
vəzifəsi
hesab
edilir.
Təcrübədə,
statistik
məlumatları təqdim edən əlavə dəyər vergisindən
vergini ödəmək üçün qeydiyyatdan keçməyə
borcludur. Üçüncü tərəflə xarici ticarət üzrə
statistik məlumatlara gəldikdə isə, məlumatları
təqdim edənlər idxalçılar və ixracatçılar hesab
edilirlər.
STATĐSTĐK MƏLUMATLARIN ELEK-
TRON ĐŞLƏNMƏSĐ
– statistik hesabatların
müəyyən növləri üzrə məlumatların işlənməsinin
çoxsəviyyəli proseslərinin avtomatlaşdırılmasını
təmin edən proqram vasitələridir.
STATĐSTĐK MƏLUMATLARIN MƏR-
KƏZĐ BAZASI
– statistik məlumatların
saxlanması, təhlili, sorğuların cavablandırılması
və digər nəticələrin əldə edilməsi üçün nəzərdə
tutulmuş birləşdirilmiş məlumat ehtiyatlarıdır.
Statistik məlumatların mərkəzi bazasında milli
hesablar sisteminə, milli sərvətlərə, ölkənin
iqtisadiyyatının
sahələrinin
fəaliyyətinə,
iqtisadiyyatda institusional yenidən yaranmaya,
investisiya, qiymətlər və tariflər, əmək ehtiyatları,
maliyyə, xarici iqtisadi fəaliyyət, əhalinin gəlirləri
və yaşayış səviyyəsi, demoqrafik göstəricilər,
hüquq pozuntuları, təbii ehtiyatlar və ətraf mühitin
qorunmasına dair və s. əsas göstəricilər saxlanılır.
STATĐSTĐK
MƏLUMATLARIN
REQLA-
MENT ĐŞLƏNMƏSĐ KOMPLEKSĐ – özündə
yeni informasiya texnologiyalarının proqram-
texnoloji vasitələrini əks etdirən və məlumatların
vahid EHM sistemində, fərdi EHM-də və lokal
(yerli) hesablama şəbəkələrində paket rejimində
işlənməsinin avtomatlaşdırılmasına xidmət edən,
statistikanın məlumat-hesablama sisteminin yeni
proqram-texnoloji
vasitəsidir.
Statistik
məlumatların reqlament işlənməsi müəyyən
edilmiş
standart
çərçivəsində
statistik
məlumatların bazadan əvvəl işlənməsi rejiminə
malik olur.
STATĐSTĐK MƏLUMATLARIN TELE-
ĐŞLƏMƏ SĐSTEMĐ (SMTĐS)
(statistikanın
elektron poçt vasitəsilə – SMTĐS/SEP) –
məlumatların avtomatlaşdırılmış mübadiləsi və
statistikanın
məlumat-hesablama
sisteminin
ehtiyatlarına teledaxilolma üçün nəzərdə tutulan
sistemdir. Đki altsistemdən ibarətdir: statistikanın
elektron poçtları (SEP) və məsafədən yığma
sistemi (MYS). Statistikanın elektron poçtları
istənilən formatda (mətn korrespondensiyası,
proqram təminatı, qrafik, müxtəlif formalarda
məlumatlar)
məlumatların
və
massivlərin
mübadiləsini, statistikanın məlumat-hesablama
sisteminin məlumat və proqram ehtiyatlarına
teledaxilolmanı təmin edir. Məsafədən yığma
sistemi statistik məlumatların teleişlənməsini
təmin edir. SMTĐS/SEP statistika orqanlarının
bütün səviyyələrində SEP qovşaqlar bazasında
602
statistikanın məlumat-hesablama sistemi üçün
vahid
telekommunikasiya
vasitələrinin
qurulmasını və onların məlumat axınının vahid
marşrutlaşdırılması mexanizmi əsasında qarşılıqlı
əlaqəsini təmin edir.
STATĐSTĐK MƏLUMATLARIN YAYIL-
MASI
- əldə edilməsində tətbiq olunan forma və
vasitələrdən asılı olmayaraq, məxfi sayılmayan
rəsmi
statistik
məlumatların
istifadəçilərə
verilməsidir.
STATĐSTĐK MÜŞAHĐDƏ OBYEKTĐ
–
statistik müşahidəyə məruz qalan hadisələrin,
əşyaların (statistikada statistik məcmu adlanan) və
s. məcmusudur. Bu, müəssisələrin, maşınların,
ölkə əhalisinin və s. məcmusu ola bilər.
Müşahidənin müvəffəqiyyətlə keçirilməsi üçün
müşahidə obyekti dəqiq müəyyən olunmalıdır.
Bunun üçün öyrənilən hadisələrin mahiyyətinin
təhlili əsasında onu oxşar digər obyektlərdən
fərqləndirən əlamətləri və xüsusiyyətləri ayırmaq
və göstərmək, bir hadisədən digər hadisəyə keçid
sərhədini müəyyənləşdirmək lazımdır.
STATĐSTĐK
MÜŞAHĐDƏ
OBYEKT-
LƏRĐNĐN BAŞ MƏCMUSU
– hesabat
dövründə iqtisadi fəaliyyətlə real məşğul olan və
hesabat-statistika sənədlərinin təsdiq olunmuş hər
bir forması üzrə statistik məlumatların yığılması
və işlənməsi üçün işlənmiş alqoritmlərlə statistik
müşahidə
obyektlərinin
seçilməsi
və
yaradılmasına
imkan
verən,
müəyyən
məlumatların qruplaşdırılmış dəstini xarakterizə
edən
təsərrüfatçılıq
subyektlərinin
son
çoxluğudur.
STATĐSTĐK
MÜŞAHĐDƏ
Dostları ilə paylaş: |