VAHĐDĐ
–
statistik
hesabat
forması
tərtib
olunarkən
respondentin haqqında məlumat verdiyi vahiddir.
STATĐSTĐK PROQNOZLAŞDIRMA ME-
TODLARI
– zaman sıralarının statistik təhlilinə
əsaslanan proqnozlaşdırma metodudur. Bu metoda
uyğun olaraq, birinci mərhələdə zaman sıralarının
məlumatları ümumiləşdirilir və əsasında əlamətin
proqnozu tapılan proqnoz modeli qurulur.
Proqnozlaşdırma modeli kimi, ən çox trend
modelindən, sürüşkən və orta eksponensial,
avtoreqressiya
və
ekonometrik
modellərdən
istifadə edilir. Proqnozların dəqiqliyi çox vaxt
proqnoz modelin əsasında qoyulmuş şərtlərdən,
hipotez və təkliflərin yerinə yetirilməsindən asılı
olur. Məsələn, statistik proqnozlaşdırma metodu
sosial-iqtisadi proseslərdə müəyyən səviyyədə
hərəkətsizlik mövcud olduqda tətbiq edilir.
STATĐSTĐK
STANDART
–
elmi
əsaslandırılmış statistik göstəricilərdir və onların
hesablanması
metodlarıdır,
statistika-hesabat
sənədləridir, statistik məlumatların yığılması və
işlənməsi
qaydalarıdır.
Đqtisadi
fəaliyyətin
nəticələrinin uçotunun ən əsas statistik standartı
milli hesabların göstəricilər sistemidir (MHS).
Məsələn, BMT-nin statistik standartları özündə
aşağıdakı əsas standartları birləşdirir: statistika
sahəsində beynəlxalq standart təsnifatları, statistik
göstəricilərin hesablanması
üzrə beynəlxalq
əsaslanmaları, statistika üzrə beynəlxalq sorğu
kitabçalarını və müxtəlif texniki əsaslanmaları.
STATĐSTĐK VAHĐD
– (I) - Avropa Đttifaqında
Đqtisadi Şuranın qərarına uyğun olaraq, statistik
vahidin istehsal sisteminin müşahidəsi və təhlili
üçün səkkiz tipi fərqləndirlir:
- müəssisə;
- institusional vahid;
- müəssisələr qrupu;
- fəaliyyət növü vahidi (FNV);
- həmcins istehsal vahidi (ĐĐV);
- yerli vahid;
- fəaliyyət növünün yerli vahidi (FNYV);
- həmcins istehsalın yerli vahidi (HĐYV).
Statistik vahidlər 3 meyar əsasında müəyyən
edilir:
- hüquqi, uçot və ya təşkilati;
- coğrafi meyar;
- iqtisadi fəaliyyət meyarı.
Statistik vahidlərin müxtəlif tipləri arasındakı
əlaqələr aşağıdakı cədvəldə verilmişdir:
Vahid bir və
ya bir neçə
yerdə
yerləşib
Bir yerdə
yerləşib
Bir və ya daha
çox iqtisadi
fəaliyyət növü
Müəssisə
Đnstitusional
vahid
Yerli vahid
Yeganə bir
iqtisadi fəaliyyət
növü
FNV
HĐV
FNYV,
HĐYV
Müəssisələr statistikasının ümumi konseptual
çərçivəsində həm də statistik vahidlərin aşağıdakı
tipləri fərqləndirilir:
Analitik vahid;
Müşahidə vahidi;
Đstehsal vahidi;
Hesabat vahidi.
(II) - istehsal sistemi haqqında məlumatların
yığılması və təhlili, müşahidə üçün statistiklər
tərəfindən müəyyən edilmiş vahiddir.
603
(III) - (istifadə növləri üzrə) - statistik
vahidlərdən üç müəyyən edilmiş nöqteyi-nəzərdən
istifadə edilə bilər:
- hesabat vahidi kimi;
- müşahidə vahidi kimi;
- təhlil vahid kimi.
Müayinə zamanı eyni bir statistik vahid bütün bu
funksiyaları yerinə yetirə bilər və ya bu məqsədlər
üçün iki və ya üç növ statistik vahidlərdən istifadə
edilə bilər.
STATĐSTĐK
VAHĐDLƏRĐN
DÖVLƏT
REGĐSTRĐNĐN
(SVDR)
QARŞILIQLI
FƏALĐYYƏTĐ
– registrin aktuallaşdırılması
prosesində
hüquqi
şəxsləri,
onların
xüsusiləşdirilmiş ayrı-ayrı bölmələrini və fərdi
sahibkarları xarakterizə edən digər inzibati
məlumat mənbələri ilə qarşılıqlı əlaqədə olan
statistik məlumat sisteminin əsasıdır.
STATĐSTĐK
VAHĐDLƏRĐN
DÖVLƏT
REGĐSTRĐNĐN ĐDARƏ EDĐLMƏSĐ SĐS-
TEMĐ
– istifadəçilərə informasiya xidmətini və
statistik vahidlərin dövlət registrinin idarə
edilməsi sisteminin aparılmasını təmin edən
xidmət, metodlar və vasitələrin məcmusudur.
“STATĐSTĐK VAHĐDLƏRĐN DÖVLƏT
REGĐSTRĐNĐN” MƏLUMAT BAZASI-
NIN APARILMASI
– “SVDR” məlumat
bazalarının
doğru
(aktual)
vəziyyətdə
saxlanmasıdır.
SVDR-in
məlumat
bazası
aşağıdakıları
nəzərdə
tutur:
mövcud
qanunvericiliyə uyğun olaraq yeni yaradılmış
hüquqi şəxslərin, onların ayrı-ayrı xüsusiləşmiş
bölmələrinin
və
fərdi
sahibkarların
daxil
edilməsini;
hüquqi
şəxslərin
yaradılmasına
hüququ olan dövlət qeydiyyatı orqanlarının,
təşkilati-sərəncam sənədlərin, həmçinin rəsmi
statistika müşahidələrinin aparılması nəticəsində
alınmış məlumatlara uyğun olaraq, SVDR-in
obyektləri üzrə məlumatların aktuallaşdırılmasını;
hüquqi şəxslərin yaradılmasına hüququ olan
dövlət qeydiyyatı orqanlarının məlumatları və ya
təşkilati-sərəncam sənədləri əsasında, hüquqi
şəxslərin, onların ayrı-ayrı xüsusiləşdirilmiş
bölmələrinin və fərdi sahibkarların SVDR-dən
çıxarılmasını.
STATĐSTĐK YEKUN
– yığılmış məlumatların
sistemləşdirilməsindən, statistik müşahidələrin
materiallarının qruplaşdırılmasından və statistik
məcmuların ümumiləşdirilməsindən ibarət olan
statistik
tədqiqatın
son
mərhələsidir.
Bu
mərhələdə ümumiləşdirici statistik göstəricilər
vasitəsilə ayrı-ayrı vahidlərin, onların qruplarının
və ümumilikdə obyektin xarakteristikasına keçid
həyata
keçirilir.
Statistik
yekun
özündə
məlumatların qruplaşdırılmasını, qrupdan və
altqruplardan seçilmiş ümumiləşdirici göstəricilər
sisteminin hesablanmasını, eyni zamanda işin
nəticələrinin
cədvəl
və
qrafiklərdə
rəsmiləşdirilməsini birləşdirir. Statistik yekun
texniki
əməliyyat
və
ümumi
nəticələrdən
ibarətdir,
əsas
tərkibi
işlənib
hazırlanan
cədvəllərdən ibarətdir və müəyyən proqram üzrə
yerinə yetirilir. Bütün ilkin statistik müşahidə
materialları mərkəzi statistika orqanına ötürülməsi
və burada statistik məlumatların yekunlaşdırılması
təşkil edilən statistik yekun, mərkəzləşdirilmiş
sayılır. Đlkin məlumatların mərkəzləşdirilməmiş
qaydada yekunlaşdırması yerlərdə (Naxçıvan MR,
rayonlar və şəhərlərdə) həyata keçirilir və bu,
qeyri-mərkəzləşdirilmiş yekun hesab olunur.
STATĐSTĐKA
– 1) özündə elmi fənlərin
(bölmələrin) mürəkkəb və şaxələnmiş sistemini
əks etdirən, müəyyən xüsusiyyətlərə malik olan,
kütləvi hadisələrin və proseslərin kəmiyyət
tərəfini onların keyfiyyət tərəfindən ayırmadan
öyrənən bilik – elm sahəsidir. Onun əsas
bölmələri statistika elminin daha çox ümumi
kateqoriyaları, prinsip və metodlarına baxan
statistikanın ümumi nəzəriyyəsidir; iqtisadiyyatda
baş verən hadisə və prosesləri öyrənən iqtisadi
statistikadır; sosial hadisə və prosesləri öyrənən
sosial statistikadır; 2) ictimai həyatın hadisə və
prosesləri
haqqında
kütləvi
məlumatların
toplanması, işlənməsi, təhlili və nəşrinə dair -
praktiki fəaliyyət sahəsidir; 3) ictimai həyatın və
ya onların məcmusunun kütləvi hadisə və
proseslərinin vəziyyətini əks etdirən rəqəm
məlumatlarının məcmusudur; 4) sosial-iqtisadi
proses və hadisələrin öyrənilməsi üçün riyazi
statistika metodlarından istifadə edən sahədir.
“Statistika” latın termini olan “status” sözündən
götürülmüşdür və əşyaların vəziyyətini, halını
ifadə
edir.
“Siyasi
vəziyyət”
mənasında
işlədilmişdir və bu səbəbdən italyan sözü stato –
dövlət və statista – dövləti yaxşı tanıyan
deməkdir. Bu söz elmi ədəbiyyata XVIII əsrdə
daxil
olmuşdur
və
başlanğıcda
“dövlətin
idarəedilməsi” kimi başa düşülmüşdür. Amma
statistika elmi hələ əvvəllər, XVII əsrin
ortalarında, dövlətin istehsalının aparılması,
ticarət, beynəlxalq münasibətlərin təşkili və s.
üçün ehtiyatların mövcudluğu haqqında ölkə üzrə
məlumata dövlətin ehtiyaclarının öyrənilməsinə
cavab kimi meydana gəlmişdir. Bu dövrdə
statistika siyasi hesab adlanırdı. Siyasi iqtisad və
statistikanın uyğun gəldiyi elm idi. Onun banisi
ingilis
alimi
V.Petti
olmuşdur.
Statistika
ifadəsindən ilk dəfə 1746-cı ildə alman filosofu və
604
hüquqşünası professor Qotfrid Axenval istifadə
etmişdir.
Lakin
o
dövrdə
Q.Axenvalın
statistikanın məzmunu, predmeti və vəzifələri
haqqında baxışları müasir statistika elminə olan
baxışlardan çox-çox uzaq idi. XIX əsrin birinci
yarısında A.Ketle və onun davamçıları işlərində
statistikanın
ictimai
hadisələrin
qanunauyğunluqları haqqında elm kimi təqdim
edilməsinə
cəhd
göstərsələr
də,
bu
qanunauyğunluqlara mücərrəd baxılır, cəmiyyətin
qanunları təbiətin qanunları ilə eyniləşdirilirdi
(“sosial fizika” A.Ketle). Daha sonra statistikada
onu hadisənin keyfiyyət tərkibindən ayırmaqla
kəmiyyət tərəfini öyrənən elmi statistika fənninin
formal izahının yayılması kimi təqdim etmişlər.
Azərbaycanda statistika elminin inkişafında bir
çox alimlərin, xüsusilə Sədi Hacıyevin (Cənubi
Qafqazda statistika üzrə ilk alim) böyük xidməti
olmuşdur.
Đndiki dövrdə statistika (sosial-iqtisadi statistika)
ictimai elmdir – baxılan ictimai hadisələrin
keyfiyyət
tərkibi
ilə
bilavasitə
əlaqədə
kəmiyyətinin formalaşması və dəyişməsinin
qanunauyğunluqlarını öyrənir. Statistika elmi
bazar iqtisadiyyatının inkişafının tələblərinə
uyğun olaraq, kəmiyyət təhlili üsullarını işləyib
hazırlayır. Keçən əsrin sonlarından başlayaraq,
statistika elmi beynəlxalq standartlara və bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq, müasir
elmi-metodoloji prinsiplər üzərində qurulmağa
başlamışdır.
STATĐSTĐKA
CƏDVƏLĐ
-
statistika
məlumatlarının
izahının
cədvəl
şəklində
verilməsidir. Statistika müşahidəsi materiallarının
yekunlaşdırılması
və
qruplaşdırılmasının
nəticələri, bir qayda olaraq, cədvəl formasında
izah olunur. Statistika cədvəlləri tədqiqat üçün
toplanmış statistika materiallarının təsvirinin və
təhlil
edilməsinin
ən
səmərəli
formasıdır.
Statistika cədvəllərində statistik məlumatlar daha
yığcam, aydın, ifadəli və əyani şəkildə görünür.
Hər bir cədvəl statistika cədvəli adlandırıla
bilməz. Məsələn, vurma cədvəli, loqarifma
cədvəli və s. statistika cədvəli ola bilməz.
Statistika cədvəlləri sətir və sütunlardan ibarət
olub, sosial-iqtisadi hadisələr haqqında statistik
məlumatlar müəyyən ardıcıllıqla və əlaqədə təsvir
edilir.
Statistika
cədvəllərində
empirik
məlumatlarının
hesablanmış
nəticələrinin
məcmusunu əks etdirir və o ilkin informasiyanın
yekunlaşdırılmasının nəticəsidir. Statistika
cədvəlləri bir və ya bir neçə mühüm əlamətlər
üzrə öyrənilən statistika məcmusunun yekun
rəqəmlərlə iqtisadi təhlilinin məntiqi qarşılıqlı
əlaqələrinin xarakterizəsindən ibarətdir.
Cümlədə olduğu kimi statistika cədvəllərinin də
mübtəda və xəbəri vardır. Cədvəlin mübtədasında
xarakterizə olunan obyekt, məcmu vahidi, qruplar
vahidi, yaxud məcmu bütünlükdə göstərilir.
Öyrənilən statistika məcmusunun, yəni cədvəlin
mübtədasını
xarakterizə
edən
kəmiyyət
formasında göstəricilər cədvəlin xəbəri adlanır.
Statistika cədvəlinin mübtədası, adətən, cədvəlin
sol tərəfində, xəbəri isə sağ tərəfində verilir.
Statistika cədvəlləri üfüqi və şaquli sətirlərdən və
şaquli sütunlardan ibarət olur. Sətirlər və sütunlar
bir-birini kəsən düz xətlərlə ayrılır. Onların
kəsişən yerlərində xanalar əmələ gəlir. Həmin
xanalarda mübtədaları xarakterizə edən rəqəmlər
yazılır. Hər bir statistika cədvəlinin ümumi, yan
və yuxarı başlığı olur. Ümumi başlıq cədvəlin
üstündə yazılır və cədvəldə verilən məlumatların
qısa məzmununu xarakterizə edir. Cədvəlin yan
başlığı onun sol tərəfində, yəni cədvəlin mübtəda
hissəsində yazılır və sətirlərin məzmununu
xarakterizə edir. Cədvəlin xəbərini xarakterizə
edən yuxarı başlıq cədvəlin şaquli sütunlarını əks
etdirir. Mübtədanı xarakterizə edən sətirlərin
yekun məlumatı cədvəlin sağ tərəfində, xəbəri
göstərən sütunların yekun məlumatı isə cədvəlin
aşağı hissəsində verilir.
Statistika cədvəlinin maketini aşağıdakı kimi
vermək olar :
Cədvəlin ümumi başlığı
Mübtədanın
xarakterinə
görə
statistika
cədvəllərini aşağıdakı növlərə ayırmaq olar: sadə,
qruplu və quraşıq cədvəllər.
Xanaların
nömrələri
Sətirlər
Sətirlərin
yekunu
Sütunlar
Sütunların
yekunu
Müb-
təda
Xə-
bər
Sütunların
yuxarı başlığı
605
Sadə cədvəllərin mübtədasında öyrənilən obyekt
qruplara ayrılmır. Belə cədvəllərdə məcmunun
bütün vahidlərinin siyahısı, ya da bütövlükdə
məcmusu göstərilir. Sadə cədvəlin mübtədasında
müşahidə vahidlərinin, xronoloji tarixlərin, yaxud
ərazi bölgələrinin siyahısı verilir. Sadə cədvəllər
öyrənilən hadisənin sosial-iqtisadi tipini, onların
quruluşunu,
həmçinin
onların
əlamətləri
arasındakı əlaqə və asılılıqları aşkar etməyə imkan
vermir. Qruplu cədvəlin mübtədasında öyrənilən
hadisə bir əlamət üzrə qruplara ayrılır. Belə
cədvəlin xəbərində qrupdakı vahidlərin sayı
mütləq rəqəmlərdə və yekuna nisbətən faizlə
göstərilir.
Quraşıq
cədvəlin
mübtədasında
statistika məcmusu iki və daha çox əlamət üzrə
qruplaşdırılaraq verilir. Sadə işlənilən cədvəlin
xəbərində göstəricilər yarımqruplara ayrılmır.
Xəbəri sadə işlənilmiş cədvəl göstəricilərin paralel
verilməsi prinsipinə əsaslanır. Cədvəlin xəbərini
həddindən artıq xırdalamaq olmaz. Cədvəl nə
qədər yığcam tərtib edilərsə, bir o qədər onun
əyanilik xüsusiyyətini artırmaq mümkündür. Çox
böyük cədvəlin əvəzinə iki və daha çox cədvəl
tərtib etmək məqsədəuyğun hesab olunur.
STATĐSTĐKA FƏALĐYYƏTĐ
– statistika
standartları əsasında cəmiyyətdə baş verən kütləvi
hadisələr haqqında kəmiyyət məlumatlarının
keyfiyyət
tərəfindən
ayırmadan
yığılması,
işlənməsi və yayılması ilə bağlı fəaliyyətdir.
STATĐSTĐKA GÖSTƏRĐCĐLƏRĐNĐN SĐ-
YAHISI
- müəyyən ardıcıllıqla ifadə olunmuş
statistik göstəricilərdir. Statistika göstəriciləri hər
hansı sahənin fəaliyyətini xarakterizə edən adlı
kəmiyyətlərlə göstərilir.
STATĐSTĐKA
GÖSTƏRĐCĐSĐ
–
cəmiyyətdəki
sosial-iqtisadi
hadisələrin
və
proseslərin kəmiyyət-keyfiyyət xarakteristikasıdır.
Statistika göstəricisinin keyfiyyət tərəfi konkret
məkan və zaman şəraitində hadisə və ya
proseslərin mahiyyətini, kəmiyyət tərəfi isə onun
miqdarını, mütləq və ya nisbi kəmiyyətlərini
göstərir.
Məsələn,
Azərbaycanda
(ərazi
müəyyənliyi) 01.01.2010-cu il vəziyyətinə (zaman
müəyyənliyi)
əhalinin
sayı
(əhali
-
say
göstəricisinin keyfiyyət müəyyənliyi) - 8,8 milyon
nəfər (kəmiyyət müəyyənliyi) olmuşdur. Bu
müəyyənliklərin hər hansı birindən məhrum olan
rəqəm statistika göstəricisi hesab edilmir.
Statistika təcrübəsində hesablanan göstəricilər
aşağıdakı əlamətlərə görə üç qrupa bölünür: 1)
öyrənilən göstəricilərin mahiyyətinə görə -
proseslərin miqdarını əks etdirən həcm (əmtəə
dövriyyəsinin həcmi) və özündə öyrənilən
məcmunun (əmək məhsuldarlığının səviyyəsi)
tipik xüsusiyyətlərinin nisbətlərinin kəmiyyətini
səciyyələndirən
keyfiyyət
göstəriciləri;
2)
hadisələrin aqreqasiya (birləşmə) səviyyəsi üzrə -
tək bir prosesi əks etdirən fərdi və məcmunu
ümumilikdə və ya onun hissələrini əks etdirən
ümumiləşdirici
göstəricilər;
3)
öyrənilən
hadisələrin xarakterindən asılı olaraq – vaxta görə
hadisələrin inkişafını ifadə edən, yəni əlamətlərin
(sənaye məhsullarının aylıq, rüblük, illik həcmi),
dəyişmə prosesini səciyyələndirən fasiləli və
müəyyən tarixə (ana) hadisələrin (dövrün əvvəlinə
və ya sonuna mal ehtiyatlarının kəmiyyəti,
müəssisələrin sayı) vəziyyətini əks etdirən ani
göstəricilər.
Đqtisadi sahənin hər hansı tərəfini (hər hansı
əlamət üzrə) əks etdirən göstəricilər sahə
göstəricisi, ayrı-ayrı ərazi bölmələri üzrə isə ərazi
və ya regional göstərici adlanır.
Statistika göstəriciləri - mütləq, nisbi, orta
kəmiyyət və s. kimi ifadə olunur. Statistik
məlumatların təhlili və öyrənilən hadisələrin
(əlamətlərin
səciyyəliliyi,
onun
ayrı-ayrı
hissələrinin nisbəti, onun məkanda yayılma həddi,
vaxta görə inkişaf meyli və sürəti və s.)
xüsusiyyətlərini xarakterizə etmək üçün istifadə
olunan analitik göstəricilərdən - nisbi və orta
kəmiyyətlər, variasiya və dinamika göstəriciləri,
əlaqələrin sıxlığı və s. istifadə olunur.
STATĐSTĐKA
MEYARI
–
X
ümumi
məcmusundan seçmə (x
1
, x
2
,...., x
3
) əsasında N
statistik ehtimalların qəbul edilməsi, ya da inkar
edilməsinə imkan verən qaydadır. Hər bir meyar
X-in bütün seçmələrinin sahəsində W kritik
bölgəsini müəyyən edir: əgər (x,x,....,x) ε W isə,
W:N inkar edilir, əks halda isə inkar edilmir. Belə
alqoritm N ehtimalları, ya da onun təkzibinə
məntiqi sübut vermir. Dörd hal mümkündür:
1. N doğrudur, amma meyara uyğun olaraq inkar
edilir – bu, birinci növ xətadır (onun α ehtimalının
əhəmiyyət səviyyəsidir);
2. N doğrudur və qəbul edilir (bu halın ehtimalı 1-
α);
3. N doğru deyil, amma meyara uyğun olaraq
qəbul edilir – bu, ikinci növ xətadır (onun ehtimalı
β-dir);
4. N doğru deyil və inkar edilir (1-β ehtimalı bu
halda
meyarın
gücü
adlanır).
Meyarın
quruluşunda α və β-nı minimuma endirmək
lazımdır ki, bu da məsələlərin əksəriyyətində
mümkün olmur.
STATĐSTĐKA
MƏQSƏDLƏRĐ
ÜÇÜN
REGĐSTR
– bütün uçot vahidlərinin, müşahidə
vahidlərinin və təhlil vahidlərinin daxil edildiyi
registrdir. Bu, statistiklərə istehsal sistemini
öyrənmək üzrə öz işlərində istifadə etmək üçün
606
lazımdır. Yaradılmış bütün müəssisələr, onlara
görə cavabdehlik daşıyan hüquqi vahidlər,
onlardan asılı olan yerli vahidlər, yəni iqtisadi
fəaliyyət göstərən və ümumi daxili məhsulun
yaradılmasında iştirak edən yuxarıda sadalanan
bütün vahidlər registrə daxil edilir.
Statistik registr statistik müşahidə obyektinin
tərkib
hissələrinin
(vahidlərin)
siyahısıdır.
Statistik registrdə onun tərkib hissələrində
(məsələn, əhali registrində, tikinti registrində) baş
verən
dəyişikliklər
(yenilərinin
yaranması,
köhnələrin ləğv edilməsi) qeyd olunur. Statistik
registr müşahidənin əsası rolunu oynayır.
Dostları ilə paylaş: |