A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə173/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   169   170   171   172   173   174   175   176   ...   182

 

“ÜMUMĐ”

  –  (MHS-nin  kontekstində)  bu 

göstərici  əsas  kapitalın  istehlakını  (məsələn, 

ümumi 

buraxılış, 



ümumi 

daxili 


məhsul, 

iqtisadiyyatın  ümumi  gəliri)    əks  etdirir. MHS-də 

“ümumi” termini  “xalis” termininə qarşı qoyulur. 

 

ÜMUMĐ  DAXĐLĐ  MƏHSUL  (ÜDM

)  –  (I)  - 

ölkənin  iqtisadi  fəaliyyətinin  ümumiləşdirici 

göstəricisidir  və  insan  potensialının  inkişaf 

indeksinin  elementlərindən  biri  hesab  edilir. 

Đstehsal  mərhələsində  -  iqtisadiyyat  sahələrinin 

əlavə  dəyərlərinin  cəmini, istifadə  mərhələsində  - 

son  istehlak,  yığım  və  ixrac  üçün  nəzərdə 

tutulmuş əmtəə və xidmətlərin dəyərini əks etdirir. 



MHS-nin əsas göstəricisidir,  ondan statistikada və 

beynəlxalq müqayisələrdə geniş istifadə olunur. 

MHS-nin  “Đstehsal”  hesabında  ÜDM  -  ümumi 

buraxılışın 

və 

aralıq 

istehlakın 

həcmləri 

arasındakı  fərq  kimi,  “Gəlirin  yaranması” 

hesabında  –  muzdlu  işçilərin  əmək  haqlarının, 

istehsala  xalis  vergilərin  və  iqtisadiyyatın  ümumi 

mənfəətinin  cəmi  kimi,  “Gəlirlərin  istifadəsi” 

hesabında  –  son  istehlaka  və  yığıma  çəkilən 

xərclərin  cəmi  kimi  hesablanır.  Xalis  daxili 

məhsul  göstəricisindən  əsas  kapitalın  istehlakı 

qədər  fərqlənir.  ÜDM  faktiki,  əsas  və  bazar 

qiymətləri  ilə  hesablanır.  Real  ÜDM  deflyasiyası 

cari  qiymətlərlə  ifadə  olunmuş  əlavə  dəyərin 

qiymət  indeksi  vasitəsi  ilə  qiymət  amilindən 

“təmizlənməsi” metodu ilə hesablanır. 

(II)  -  ÜDM  bütün  institusional  rezident  vahidlər 

tərəfindən  yaradılmış  ümumi  əlavə  dəyərin 

məcmusu ilə ölçülür.  

 

ÜMUMĐ  DÖVLƏT  ĐDARƏETMƏSĐNĐN 

FAKTĐKĐ SON ĐSTEHLAKI

 – ümumi dövlət 

idarəetməsi  vahidlərinin  istehlak  etdikləri  əmtəə 

və  xidmətlərdir;  onlara  çəkilən  xərclərin  dəyəri 

kollektiv xidmətlərə bərabər tutulur. 

 

ÜMUMĐ  ƏLAVƏ  DƏYƏR

  –  (I)  -  məhsul  və 

xidmətlərin  istehsalı  prosesində  yeni  yaradılmış 

dəyərdir. Bu, prosesdə istehlak edilmiş məhsul və 

xidmətlərin  dəyərinə  əlavə  edilən  dəyərdir.  Milli 

hesablar 

sistemində 

“istehsal 

hesabı”nın 

göstəricisi 

və 


balansedici 

maddəsidir. 



Đqtisadiyyatın  sahələri  üzrə  məhsul  (xidmət) 

buraxılışının  dəyəri  ilə  aralıq  istehlakın  dəyəri 



 

673


arasındakı  fərq  kimi  müəyyən  olunur  və  xalis 

əlavə  dəyər  göstəricisindən  fərqli  olaraq,  əsas 



kapitalın 

istehlakını 

da 


daxil 

edir. 


Ölkə 

iqtisadiyyatının  sahələri  üzrə  bütün  ümumi  əlavə 

dəyərlərin  cəmi  ümumi  daxili  məhsulu  (ÜDM-i) 

təşkil edir. 



(II) – ümumi əlavə dəyər - aralıq istehlakın dəyəri 

çıxılmaqla,  buraxılışın  dəyəri  kimi  müəyyən 

edilir. 

(III)  -  ümumi  məhsulun  (ümumi  buraxılışın) 

dəyərindən  aralıq  istehlak  üçün  istifadə  edilmiş 

materialların  və  digər  mal  və  xidmətlərin 

dəyərlərini çıxdıqdan sonra qalan dəyərdir. 



(IV) - şirkətin adi istehsal fəaliyyətinin gedişində 

əmtəə və xidmətlərə görə üçüncü şəxsdən almaqla 

yaratdığı və ya artırdığı dəyərdir. 

Dövrün  konkret  bir  anına  istehsal  edilmiş 

məhsulun  dəyəri  ilə  istehsal  prosesində  istehlak 

edilmiş  əmtəə  və  xidmətlərin  dəyərləri  arasındakı 

fərq kimi müəyyən edilir. 

 

ÜMUMĐ ƏMƏLĐYYAT MƏNFƏƏTĐ

 - amil 

xərcləri  üzrə  ümumi  əlavə  dəyərlə  əməyin 

ödənilməsinə  çəkilən  xərclər  arasındakı  fərqdən 

ibarətdir. 



 

ÜMUMĐ XARĐCĐ BORC

 – 1) vaxtın istənilən 

anında  özündə  gələcəkdə  faizlər  və  ya  əsas 

borclar, yaxud da hər ikisinin debitorçu tərəfindən 

ödənilməsi  tələb  olunan,  ölkənin  rezidentlərinin 

qeyri-rezidentlərinə  cari  və  heç  bir  öhdəliklə 

şərtlənməmiş 

məbləğin 

ödənilməməsini 

əks 

etdirir;  2)  debitor  tərəfindən  borcun  əsas 



məbləğinin və (və ya) borc üzrə faizlərin müəyyən 

edilmiş dövrlərdə ödənilməsini nəzərdə tutan ölkə 

rezidentlərinin 

qeyri-rezidentlər 

qarşısında 

ödənilməmiş faktiki cari öhdəliklərinin qalığıdır. 

 

ÜMUMĐ  ĐCTĐMAĐ  MƏHSUL  ĐSTEH-

SALI, 

ĐSTEHLAKI 

VƏ 

YIĞIMI 

BALANSI  (TOPLU  MADDĐ  BALANS

)  – 

ümumi  ictimai  məhsulun  təkrar  istehsalını  əks 

etdirən  statistik  cədvəllərdir.  Balansın  ehtiyat 

hissəsinin  məlumatları  istehsal  vasitələrinin, 

sahələr  və  mülkiyyət  növləri  üzrə  istehlak 

mallarının,  həmçinin  idxal  məhsullarının  daxil 

olmalarını əks etdirir. Balansın istifadə hissəsində 

istehsal  istehlakı  (ödəmə  fondu);  şəxsi  və  ictimai 

qeyri-istehsal  istehlakı  (istehlak  fondu);  istehsal 

və  qeyri-istehsal  əsas  fondlarının,  dövriyyə 

vasitələrinin  artımı;  sair  xərclər  (yığım  fondu); 

təbii  fəlakətlərdən  və  digər  səbəblərdən  olan 

itkilər;  ixrac  göstərilir.  Balansa  sənaye,  kənd 

təsərrüfatı  və  s.  sahələrin  məhsullarının  toplu 

balansı  daxildir  və  o,  ayrı-ayrı  məhsullar  üzrə 

dəyərlə ifadə olunmuş maddi balansları birləşdirir. 

 

ÜMUMĐ 

ĐNVESTĐSĐYALAR

 

– 

maliyyələşmə  mənbəyindən  asılı  olmayaraq, 



investisiyaların ümumi həcmidir. 

 

ÜMUMĐ  ĐSTĐFADƏDƏ  OLAN  NƏQLĐY-



YAT 

–  yük  və  sərnişinlərin  daşınmasında 

iqtisadiyyatın  bütün  bölmələrini  və  əhalinin 

tələblərini  təmin  edən,  istehsalçı  ilə  istehlakçı 

arasında müxtəlif növ məhsulları daşıyan, əhaliyə 

nəqliyyat  xidməti  göstərən  nəqliyyatdır.  Ümumi 

istifadədə 

olan 


nəqliyyat 

daşınmalarına 

sərnişinlərin  (ictimai  nəqliyyatda  pulsuz  getməyə 

hüququ  olan  sərnişinlər  də  daxil  olmaqla)  və  ya 

yüklərin 

kommersiya 

əsasında 

(ödənişlə) 

daşınması daxildir. 

Kommersiya  təşkilatlarının  həyata  keçirdiyi 

daşınma  o  zaman  ümumi  istifadədə  nəqliyyat 

daşınması  sayılır  ki,  hər  hansı  bir  şəxs  və  ya 

hüquqi  şəxsin  müraciəti  əsasında,  qanuna  və  ya 

digər hüquqi aktlara, həmçinin bu təşkilata verilən 

icazəyə  (lisenziyaya)  görə  yük  və  ya  sərnişin 

daşınması  onun  vəzifəsidir.  Ümumi  istifadədə 

olan  nəqliyyat  daşınmaları  haqqında  müqavilələr 

açıq müqavilələrdir. 

Statistikada  “ümumi  istifadədə  olan  nəqliyyat” 

termini “nəqliyyat sektoru”na sinonim işlədilir. 

 

ÜMUMĐ 

ĐSTĐFADƏDƏ 

OLMAYAN 

(ĐDARƏDAXĐLĐ) NƏQLĐYYAT

 – bir qayda 

olaraq, 


müəssisənin, 

birliyin 

(cəmiyyətin, 

konsernin  və  s.)  daxili  ehtiyaclarının  təmin 

olunması  üçün  yük  və  sərnişinlərin  daşınmasını 

həyata keçirən nəqliyyatdır. 

Statistikada 

“ümumi 


istifadədə 

olmayan 


nəqliyyat”  termini  qeyri-nəqliyyat  sektoruna 

sinonim kimi işlədilir.  

 

ÜMUMĐ KAPĐTALIN YARANMASI

 - əsas 

fondların  ümumi  yığımının,  maddi  dövriyyə 

vəsaitlərinin 

qalıqlarının 

və 

xarici 


ticarət 

saldosunun dəyişməsinin kəmiyyətidir. 

 

ÜMUMĐ  QƏNAƏT

  -  əsas  kapitalın,    maddi 

dövriyyə  vəsaitlərinin  və  maliyyə  aktivlərinin 

yığım  mənbəyidir.  MHS-in  “Gəlirlərin  istifadəsi” 

hesabının  göstəricisi  əmtəə  və  xidmətlərin  son 

istehlakına  xərclənməmiş,  sərəncamda  qalan 

gəlirin  bir  hissəsini  özündə  birləşdirir.  Son 

istehlak  və  yığım  məqsədləri  üçün  istifadə 

olunmamış  vəsait  qalığı  -  xalis  kredit  vermə 

adlanır,  vəsait çatışmazlığının (kəsirin) yaranması 

–  xalis  borc  alma  adlanır.  Bu  kəmiyyətlər 

“Kapitalla  əməliyyatlar”  hesabının  balanslaşdırıcı 

maddələri  hesab  edilir  və  “Maliyyə  hesabı”nda 

maliyyə  aktivlərinin  növləri  üzrə  dəqiqləşdirilir.  


 

674 


Ümumi  qənaətin  məbləği,  xalis  qənaətdən  əsas 

kapitalın istehlakı qədər çoxdur.  

 

ÜMUMĐ  MĐQRASĐYA

  –  ayrıca  götürülmüş 

istiqamətlər  üzrə  miqrantların  sayıdır.  Gələnlərin 

ümumi  sayı  –  gəlmə  üzrə  ümumi  miqrasiya, 

gedənlərin  ümumi  sayı  –  getmə  üzrə  ümumi 

miqrasiyadır. 

 

ÜMUMĐ  MĐLLĐ  GƏLĐR

  -    (I)  milli  hesablar 

sistemində 

gəlirlərin 

ilkin 


bölüşdürülməsi 

hesabının  balanslaşdırıcı  maddəsidir  və  bu 

hesabda  “ilkin  gəlirlərin  qalıqları  (saldosu)” 

adlanır.  Xaricə  verilmiş  və  xaricdən  alınmış  ilkin 

gəlirləri  nəzərə  almaqla,  ölkə  iqtisadiyyatında 

yaranmış  ümumi  gəlirin  həcmini  əks  etdirir.  Bu 

göstərici  ölkənin  sosial-iqtisadi  vəziyyətinin 

təhlili üçün böyük əhəmiyyət kəsb edir. 

Ümumi  milli gəlir müəyyən dövr ərzində istehsal 

edilmiş  ümumi  daxili  məhsulun  həcminə,  həmin 

dövr  ərzində  “qalan  dünya”ya  verilmiş  və  “qalan 

dünya”dan alınmış ilkin gəlirlərin saldosunu əlavə 

etməklə  hesablanır.  Başqa  sözlə,  Ümumi  milli 

gəlir  (ÜMG)  bərabərdir:  ÜDM  çıxılsın  “qalan 

dünya”ya  (qeyri-rezidentlərə)  ödənilmiş  əmək 

haqqı  və  mülkiyyətdən  gəlirlər,  üstəgəl  həmin 

maddələr üzrə “qalan dünya”dan alınmış gəlirlər. 

MHS-in  1993-cü  ilədək  olan  versiyalarında 

“ümumi milli gəlir” termini əvəzinə “ümumi milli 

məhsul” termini istifadə olunurdu. 



(II)  rezident  vahidlərin  ilkin  gəlirlərinin  cəmidir. 

“Gəlirlərin ilkin bölgüsü” hesabı göstəricisi MHS-

yə  1993-cü  ildə  daxil  edilmişdir.  Miqdarca  o, 

ümumi  daxili  məhsul  (ÜDM)  göstəricisinə 

yaxındır,  lakin  “gəlir”  istehsal  mərhələsində 

(əlavə  edilmiş  dəyərlər)  cəmi  deyil,  bölgü 

mərhələsində  yaranır.  ÜMG  ilə  ÜDM  arasındakı 

fərq  miqdarca  xaricdə  aparılan  əməliyyatlardan 

alınan xalis gəlirə bərabərdir. 



(III)  –  ÜMG,  qeyri-rezident  vahidlərə  ödənilən 

ilkin 


gəlirlər 

çıxılmaqla 

və 

qeyri-rezident 



vahidlərdən  alınan  ilkin  gəlirlər  əlavə  edilməklə, 

Ümumi  daxili  məhsula  (ÜDM)  bərabərdir.  Başqa 

sözlə,  ÜMG  bərabərdir  ÜDM,  çıxılsın  “qalan 

dünya”ya  ödənilən,  istehsala  və  idxala  vergilər 

(subsidiyalar  çıxılmaqla),  muzdlu  işçilərin  əmək 

haqları  və  mülkiyyətdən  gəlirlər,  üstəgəl  “qalan 

dünya”dan  alınan  gəlirlərin  müvafiq  maddələri. 

Beləliklə,  bazar  qiymətləri  ilə  ÜMG  institusional 

rezident  vahidlərin  (sektorların)  əldə  etdikləri 

ümumi ilkin gəlirlərin  məbləğidir.  

 

ÜMUMĐ MĐLLĐ MƏHSUL (ÜMM)

 – MHS-

nin  ümumiləşdirici  göstəricilərindən  biridir. 

MHS-nin  1993-cü  il  versiyasında  ümumi  milli 

gəlir göstəricisi ilə əvəz edilmişdir.  

 

ÜMUMĐ  SIĞORTA  MÜKAFATLARI

  –  

maliyyə  ili  ərzində  sığorta  müqavilələri  üzrə 



ödənən 

bütün 


məbləğləri 

(bu 


məbləğlərin 

bütövlükdə  və  ya  qismən  sonuncu  maliyyə  ilinə 

aid olmasından, onların təkrar sığortalamaya görə 

sığorta  mükafatlarının  ödənilmə  hüquqlarının 

verilməsindən  əvvəl  və  ya  sonra  ödənilməsindən 

və ya  güzəştlərin məbləğinin sığorta portfelindən 

çıxıldıqdan  sonra  və  sığorta  üzrə  zəmanətlərə  və 

onların  ödənilməsinə  yenidən  baxılmasından  asılı 

olmayaraq) özündə birləşdirir. 

 

ÜMUMĐ  TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐNĐN 



ĐŞLƏRĐNĐN  NÖVBƏLĐLĐYĐ

  –  bir,  iki  və  üç 

növbədə  işləyən  təhsil  müəssisələrinin  təhsil 

müəssisələrinin  ümumi  sayına  nisbəti,  eyni 

zamanda  birinci,  ikinci  və  üçüncü  növbədə 

oxuyanların,  sayının  oxuyanların  ümumi  sayına 

nisbəti kimi müəyyən edilən göstəricidir. 



 

ÜMUMĐ  TƏKLĐF

  –  qiymətin,  mal  və 

xidmətlərin  hər  bir  mümkün  səviyyəsində 

istehsalçıların bu qiymətlə satmağa hazır olduqları 

istehsalın  mövcud  real  həcmini  ifadə  edən 

makroiqtisadi  göstəricidir.  Qiymət  səviyyəsi  və 

müəssisələrin  bazara  göndərdiyi  məhsulun  həcmi 

arasındakı  asılılıq  qrafikdə  əyri  ilə  əks  etdirilir. 

Belə  ki,  daha  yüksək  qiymətlər  malların  əlavə 

istehsalını  və  onların  satış  üçün  təklifini 

stimullaşdırır,  daha  aşağı  qiymət  isə  –  malın 

istehsal  və  tədarükünün  ixtisarına  gətirib  çıxarır. 

Ümumi  təklif  əyrisinin  forması  məhsul  vahidinə 

xərclərin 

dəyişməsindən 

asılıdır. 

Đstehsalın 

həcminin  artması  müəssisəyə  xərclərin  ödənməsi 

və  gəlir  əldə  etməsinə  imkan  verəcək  şəkildə 

qiymətlərdə  də  əks  etdirilir.  Ümumi  təklif 

statistikanın  aşağıdakı  bölmələrində  tədqiq  edilir: 

milli  hesablar  sistemi;  sənaye  və  digər  sahələrin 

statistikası;  əmək  bazarı,  ev  təsərrüfatları, 

müəssisələr  statistikası;  maliyyə  və  qiymət 

statistikası.  



 

ÜMUMĐ  TƏYĐNATLI  AVADANLIQ  VƏ 

QURĞULAR

 

– 



avadanlıqlar 

vahidi 


kompleksidir.  Onun  iş  qabiliyyətinin  təmin 

edilməsi üçün və istehsal ilə bilavasitə bağlı olan, 

ayrılıqda  fəaliyyət  göstərən  texniki  və  texnoloji 

avadanlıqlar bir-biri ilə birləşdirilməlidir.  

Məsələn: 

-  təchizat  və  quraşdırılmasına  görə  şirkətin 

məsuliyyət daşıdığı telefon qurğuları; 

-  inzibati  yerlərin  qızdırılması  üçün  avadanlıqlar 

sistemi; 

- heyət və s. üçün duş qurğuları. 

 


 

675


ÜMUMĐ  TĐCARƏT  ƏLAVƏSĐ    (YENĐ-

DƏN  SATILMAQ  ÜÇÜN  NƏZƏRDƏ 

TUTULMUŞ  MALLARDAN)

  –  alışdan  və 

sonradan  emala  məruz  qalmadan  alqı-satqıdan 

(yenidən 

satışan) 

əldə 

olunan 


mənfəətdir. 

Dövriyyə  vahid  tərəfindən  alınmış  malların 

satılmasına  uyğun  gəlir    və  aşağıdakı  kimi 

hesablanır:  

Dövriyyə  -  yenidən  satmaq  üçün  malların 

alınması + yenidən satılmaq üçün alınmış malların 

ehtiyatlarının dəyişməsi = ümumi ticarət əlavəsi.  

 

ÜMUMĐ TĐCARƏT ƏLAVƏSĐ ƏMSALI



 – 

bu göstərici uçotda “Bazar qiymətləri üzrə ümumi 

mənfəətin  ümumi  əlavə  dəyərə  nisbəti”  kimi 

müəyyən edilir. 



 

ÜMUMĐ  TĐCARƏT  SĐSTEMĐ

  –  ümumi 

ticarət  sistemi  üzrə  tranzitlər  istisna  olmaqla, 

bütün  idxal  və  ixrac  malları  qeydiyyatdan 

keçirilir.  



 

ÜMUMĐ  TORPAQ  SAHƏSĐNĐN  TƏR-

KĐBĐNDƏ  BĐOLOJĐ  MÜXTƏLĐFLĐYĐN 

SAXLANMASI  MƏQSƏDĐ  ÜÇÜN  AY-

RILMIŞ  RAYONLARIN  PAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  ölkənin  ümumi  sahəsində 

təbiəti 


mühafizə 

üçün 


ayrılmış 

zonaların 

sahələrinin  faizlə  nisbəti  kimi  müəyyən  edilir. 

Ümumdünya  Təbiəti  Mühafizə  Đttifaqı  (ÜTMĐ) 

tərəfindən  verilmiş,  ümumi  qəbul  edilmiş  təbiəti 

mühafizə  zonası  anlayışına  uyğun  olaraq,  belə 

zona  özündə  mühafizə  məqsədilə  ilə  ayrılmış  və 

bioloji müxtəliflik üçün saxlanılan, həmçinin təbii 

və  onlarla  bağlı  mədəni  ehtiyatları,  hüquqi  və 

digər səmərəli vasitələrin köməyi ilə idarə olunan 

torpaq və dəniz sahələrini əks etdirir.  

Quruda  və  dənizdə  təbiəti  mühafizə  zonalarının 

payı  yekunlaşdırılır  və  ölkənin  ərazisinin  ümumi 

sahəsindən  faiz  payı  şəklində  müəyyən  edilir. 

Ölkə  ərazisinin  ümumi  sahəsi  torpağın  üst 

qatından  və  bu  ölkəyə  aid  olan  bütün  ərazi 

sularından (12 dəniz mili çərçivəsində) ibarətdir.  



 

ÜMUMĐ YEKUN MƏNFƏƏT

 – müəssisənin  

iqtisadi  fəaliyyəti  nəticəsində  alınan  mənfəəti  əks 

etdirir, 

istehsaldan 

mənfəəti 

və 

maliyyə 


əməliyyatlarından  əldə  olunan  mənfəəti  özündə 

birləşdirir. 

Ümumi 

mənfəət 


müəssisənin 

səmərəlilik  göstəricisidir  və  bu  göstəricidən  illik 

gəlir  və  ya  itkilərin  hesablanmasında  istifadə 

olunur.  Ümumi  mənfəət  aşağıdakı  kimi  müəyyən 

edilir: 

Đstehsaldan mənfəət  

+ maliyyə gəlirləri 

- maliyyə xərcləri 

+ istehsal fəaliyyətinin digər gəlirləri 

- digər istehsal xərcləri 

= Ümumi mənfəət 

 

ÜMUMĐ  YEKUN  MƏNFƏƏT  (VERGĐ 



ÇIXILANADƏK  VƏ  DƏYƏR  TƏSHĐH 

EDĐLƏNƏDƏK)

  –  ümumi  əməliyyat  mənfəəti 

ilə  maliyyə  əməliyyatlarından  əldə  olunan 

gəlirlərin cəmini əks etdirir. 

 

ÜMUMĐ  YIĞIM



  –  (I)  -  rezidentlərin  cari 

(hesabat)  dövrdə  istehsal  etdikləri,  lakin  onların  

istehlak  etmədikləri  malların  əldə  olunmasıdır. 

MHS-in 


“Kapitalla 

əməliyyatlar” 

hesabı 

göstəricisinə  əsas  kapitalın  yığımı  və  maddi 



dövriyyə  vəsaitlərinin  ehtiyatlarının  dəyişməsi 

daxildir. 



(II)  -  maliyyə  vəsaitinin  böyük  hissəsinin 

investisiya fəaliyyətinə sərf olunduğunu göstərir. 



 

ÜMUMĐLƏŞDĐRĐLMĐŞ  BRAUN  MODE-

  –  əvvəlcədən  məlum  olan,  vaxta  görə 

determinasiya  edilmiş  funksiyaların  seçilməsi  və 

sıfır  riyazi  gözləmələr  (ehtimallar)  və  sabit 

dispersiya ilə additiv qeyri-asılı təsadüflər yaradan 

bir  sıra  çəkili  şəkildə  müvəqqəti  sıraları  əks 

etdirən  adaptiv  modeldir.  R.Q.Braun  modelinə 

daxil 


olanların 

funksiyaları 

polinomlar, 

eksponentlər,  sinusoidlər  və  yaxud  onların 

törəmələri  olduğu  hallar  üçün  sıranın  faktiki  yeni 

nöqtələrinin  alınmasında  modellərin  əmsalının 

(çəkisinin)  adaptasiyası  rekurent  qaydalarını 

işləyib hazırlamışdır. 

 

ÜMUMTƏHSĐL  ĐNTERNAT  MƏKTƏB-

LƏRĐ

  –  uşaqların  tərbiyə  olunmasında  ailəyə 

kömək  göstərmək,  onlarda  müstəqil  həyat,  sosial 

müdafiə  bacarıqlarının  formalaşdırılması  və 

uşaqların  yaradıcılıq  qabiliyyətinin  hərtərəfli 

açılması  məqsədilə  yaradılan  müəssisələrdir. 

Ümumtəhsil  internat  məktəblərə  birinci  növbədə 

dövlətin  köməyinə  ehtiyacı  olan  uşaqlar,  o 

cümlədən  aztəminatlı  və çoxuşaqlı  ailələrdən; tək 

anaların  və  ataların  uşaqları;  qəyyumluqda 

(himayədə) olan uşaqlar qəbul edilir. Ümumtəhsil 

internat 

məktəblərinin 

aşağıdakı 

növləri 

mövcuddur: ibtidai ümumi orta və tam orta təhsilə 

əsaslanan  məktəb-internatlar,  o  cümlədən  ayrı-

ayrı 


fənlərin 

dərindən 

öyrədilməsi 

üzrə; 


gimnaziya-internatlar; 

lisey-internatlar; 

meşə-

sanatoriya 



məktəbləri; 

sanatoriya 

məktəb-

internatlar. 



 

ÜMUMĐ  TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐ

  – 

ibtidai,  ümumi  orta,  tam  orta  ümumi  təhsillərin 



 

676 


ümumtəhsil 

proqramlarını 

həyata 

keçirən 


müəssisələridir.  Ümumi  təhsil  müəssisələrinin 

növləri aşağıdakılardan ibarətdir: ibtidai, orta, tam 

orta ümumtəhsil məktəbləri, o cümlədən ayrı-ayrı 

fənləri  dərindən  öyrədən  liseylər,  gimnaziyalar. 

Ümumi təhsil məktəbləri dövlət, bələdiyyə və özəl 

müəssisələrinə bölünür. 

 Ümumi  təhsil  müəssisələri  fasiləsiz  təhsil 

sisteminin  əsas  hissəsi  hesab  edilir  və  bütün  ölkə 

vətəndaşlarına  dövlət  standartlarına  uyğun  pulsuz 

ümumi  təhsil  almalarında  dövlət  zəmanətli 

hüquqlarını həyata keçirməyə imkan verir. 

 

ÜMUMTƏHSĐL 



PROQRAMLARININ 

SƏVĐYYƏSĐ

  –  ümumtəhsil  proqramlarının 

səviyyəsinə  uyğun  olaraq,  təhsilin  üç  dərəcəsi 

(mərhələsi) 

mövcuddur: 

ümumi 

ibtidai 


(mənimsəmənin  normativ  müddəti  4  il),  əsas 

ümumi  (mənimsəmənin  normativ  müddəti  5  il), 

ümumi  (tam)  orta  (mənimsəmənin  normativ 

müddəti 2 il). 

 

ÜSUL

  (məlumatların  işlənməsində)  –  EHM-də 

məlumatların  işlənməsinin  reqlamentləşdirilmiş 

ardıcıllığıdır.  Başlıqdan  (üsulun  adı  və  ya 

identifikatoru,  giriş  parametrlərinin  məcmusu)  və 

cisimdən 

(proqram 

modullarının 

məcmusu) 

ibarətdir. 

Nümunəvi 

üsul 


aşağıdakılardan 

ibarətdir:  informasiyanın  maşın  daşıyıcılarından 

məlumatların  yığılması  və  onların  məntiqi 

nəzarəti, 

çeşidlənməsi, 

məlumat 


bazasına 

yüklənməsi, 

düzəlişlər 

edilməsi, 

axtarış, 

məlumatların  məntiqi  şərtlərə  müvafiq  olaraq  alt 

çoxluqlara bölünməsidir.  

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin