VALYUTANIN KONVERTASĐYA EDĐ-
LƏ BĐLMƏSĐ
– 1) istənilən formada və
məhdudiyyətsiz olaraq əməliyyatların bütün
növlərində bazar və ya rəsmi valyuta kursları üzrə
milli
valyutanın
xarici
valyutaya
sərbəst
dəyişdirilməsi
qabiliyyətidir,
valyutanın
dönməsidir; qızıl standart dövründə - valyutanın
qızılın
qeyd
edilmiş
qiymətinə
görə
dəyişdirilməsidir.
Sərbəst konvertasiya edilən (möhkəm, dönən),
məhdudlaşdırılmış konvertasiya edilən (qismən
dönən) və konvertasiya edilməyən valyutalar
fərqləndirilir. Əgər qanunvericiliklə valyutanın
sərbəst
və
məhdudiyyətsiz
olaraq
digər
valyutalarla mübadiləsinə, digər ölkəyə aparılması
və gətirilməsinə və onunla bütün növ cari və
investisiya əməliyyatlarının aparılmasına icazə
verilmişsə, onda o sərbəst konvertasiya edilən
valyuta hesab edilir. Əgər dövriyyə yalnız xüsusi
əməliyyatlara, dar çərçivələrə şamil edilirsə,
mübadilə isə yalnız müəyyən edilmiş pul
məbləğində həyata keçirilirsə, onda belə valyuta
məhdud konvertasiya edilmiş sayılır.
Valyutanın
daxili
və
xarici
mübadiləsi
(dövriyyəsi) mövcuddur. Daxili mübadilə məlum
ölkənin ayrı-ayrı şəxslərinin və təşkilatlarının
xaricdə ödəmə həyata keçirməsi və xarici
valyutaları məhdudiyyətsiz alması üçün imkanı
nəzərdə tutur. Xarici mübadilə - xarici fiziki və
hüquqi şəxslər tərəfindən milli valyuta ilə
681
istənilən əmtəə və xidmətlərin ödənilməsi üçün və
xarici valyutaya dəyişdirilməsi üçün sərbəst
istifadə etmək imkanıdır;
2)
bəzi
qiymətli
kağızların
digərlərinə
konvertasiyasıdır.
VARĐASĐYA
GÖSTƏRĐCĐLƏRĐ
-
VARĐASĐYA GÖSTƏRĐCĐLƏRĐ –
məcmu
vahidinin əlamətinin qiymətlərinin dəyişməsini
əks etdirən statistik xarakteristikadır. Latın sözü
“variation”dan əmələ gəlmiş və dəyişmə,
tərəddüd, müxtəliflik deməkdir. Statistikada
əlamətin variasiyası dedikdə, müxtəlif amillərin
təsiri altında yekcins məcmu hüdudunda öyrənilən
əlamətin kəmiyyətcə dəyişmələri başa düşülür.
Əlamətin variasiyası bir sıra mütləq orta
kəmiyyət və nisbi göstəricilərlə ölçülə bilər.
Əlamətin variasiyasını ölçmək üçün istifadə
edilən ən sadə göstəricilərdən biri variasiya
genişliyidir. Variantın maksimum və minimum
qiymətləri arasındakı fərq variasiya genişliyi
adlanır
min
max
X
X
R
−
=
. Variasiya genişliyi
ayrı-ayrı
variantların
bir-birindən
tərəddüd
dərəcələrini əks etdirmir. Bu göstərici vüriantların
çəkilərini də nəzərə almır. Ona görə də əlamətin
tərəddüd dərəcəsini ölçmək üçün bir sıra orta
göstəricilərdən, o cümlədən orta xətti uzaqlaşma
(
−
d
) göstəricisindən istifadə edilir. Orta xətti
uzaqlaşma hesabi orta kəmiyyət kimi, ayrı-ayrı
variantların orta kəmiyyətdən uzaqlaşmalarının
mütləq qiymətləri əsasında aşağıdakı düsturlar
əsasında hesablanır:
çəkili düsturu isə aşağıdakı
kimi
yazılır:
∑
∑
−
−
−
=
f
f
x
x
d
.
Burada /
−
− x
x
/ - variantlardan orta
kəmiyyətin uzaqlaşmalarının moduludur və ya
uzaqlaşmaların mütləq qiymətləri, n- variantların
sayı,
f-variantların
çəkiləridir.
Əlamətin
variasiyasının nisbi göstəriciləri aşağıdakılardır:
1.Ossilyasiya əmsalı aşağıdakı kimi hesablanır:
100
⋅
=
−
x
R
V
g
.
Burada R – variasiya genişliyidir,
−
x
– orta
kəmiyyətdir.
2.Xətti variasiya əmsalının düsturu belədir:
100
⋅
=
−
−
−
x
d
V
d
.
3. Variasiya əmsalı:
100
⋅
=
−
x
V
σ
σ
.
Burada
σ
- orta kvadratik uzaqlaşmadır.
Təcrübədə çox tez-tez variasiya əmsalından
istifadə edilir.
Variasiya
göstəricilərindən
dispersiya
geniş
istifadə olunur.
∑
∑
−
−
=
f
f
x
x
2
2
)
(
σ
Dispersiya nəticələrin statstik qiymətləndirilməsi,
seçmə xətasının hesablanması və s. kimi statistika
məqsədlərində mühüm əhəmiyyətə malikdir.
VARĐASĐYA SIRASI
– F(χ) ehtimalının
bölünmə funksiyası ilə və χ
1
< χ
2
< ... < χ
n
artma
qaydasında
yerləşən
X
baş
məcmusundan
götürülmüş, təsadüfü seçmənin (n-in həcmi)
qiymətlərinin ardıcıllığıdır.
χ
i
variasiya sırasının elementi – ί-ci sıranın sətri, ί
– nömrəsi isə χ
i
sətrinin ranqı (sırası) adlanır.
Variasiya sırası əsasında F
n
(χ) = m
x
/n (burada
m
x
χ-dan kiçik olan sıra elementləridir) bölmə
funksiyasının empirik qiyməti tapılır.
VASĐTƏ ƏMSALI
– borc kapitalının miqdarı
və borc alanın ümumi şəxsi kapitalı arasında olan
nisbətdir. Ümumiyyətlə, belə hesab edilir ki, bu
münasibət 0,5-1 çərçivəsində olmalıdır. Ödəmə
qabiliyyətinin səviyyəsinin yüksək olduğu bir sıra
sahələrdə, konkret hallarda vasitə əmsalının
kəmiyyətinin 1,5 olmasına yol verilir.
VASĐTƏÇĐLĐK (AGENTLƏRĐN) FƏA-
LĐYYƏTĐNDƏN DÖVRĐYYƏ
– vahidin
vasitəçilik fəaliyyətindən alınan dövriyyənin bir
hissəsidir. Üçüncü tərəfin adından və onun
tapşırığı (və ya buna oxşar fəaliyyət növü) ilə
həyata keçirilən alqı-satqı əməliyyatlarına görə
əldə olunan ixtiyari komisyonlara uyğundur.
Bu göstərici, əsas və ya qeyri-əsas fəaliyyət
növünün nəticəsi olaraq, “Vasitəçilik (agentlərin)
fəaliyyətindən dövriyyə”dir. Bəzi vasitəçilik
fəaliyyəti növləri xidmət və ya emal sənayesi
vasitəsi ilə həyata keçirilə bilər.
VASĐTƏÇĐLĐK
FƏALĐYYƏTĐ
ÜZRƏ
DÖVRĐYYƏ (AGENTLƏR)
– komisyon
ticarəti üzrə fəaliyyət növlərində dövriyyədir.
n
x
x
d
∑
−
−
−
=
682
VASĐTƏLĐ
VERGĐLƏR
(istehlak
mallarından alınan vergilər) – vasitəli vergilər
iki qrupa bölünür:
Birinci qrupa şirkətin hesablarında dövriyyədən
silinən (çıxarılan), bilavasitə dövriyyə ilə əlaqədar
olan əlavə dəyər vergisi və digər vergilər daxildir.
Đkinci qrupa istehsalla bağlı bütün digər vergi və
rüsumlar daxildir. Bunlara istehsala, mal və
xidmətlərin idxalına, işçi qüvvəsinin muzdla
tutulmasına, torpaq, binalar və istehsalda iştirak
edən əsas fondlara malik olmağa və ya onlardan
istifadəyə görə dövlət idarəetmə orqanları və ya
Avropa Đttifaqının təşkilatları tərəfindən tutulan
pul və ya natura şəklində məcburi, əvəzsiz
ödənişlər daxildir. Buraya həmçinin aksiz
yığımları, spesifik məhsulların satışına görə gerb
yığımları, maliyyə əməliyyatlarından və kapital
əməliyyatlarından
vergilər,
avtomobillərin
qeydiyyatından vergilər, əyləncələrdən vergilər,
lotereyalardan, ehtiraslı oyunlardan, bağlanmış
mərclərdən vergilər, sığorta mükafatlarından
vergilər və s. də daxildir. Bu vergilər, gəlirin olub-
olmamasından asılı olmayaraq, ödəməyə aiddir.
VEB-SAYT
(en. website, web – hörümçək
toru, site — «yer») – HTTP/HTTPS protokolları
vasitəsilə Đnternetdə müraciət etmək mümkün
olan, eyni mövzulu veb-səhifələrin yığımıdır.
Veb-saytların
ümumi
yığımı
Ümumdünya
hörümçək torunu yaradır.
Veb-saytların səhifələri ümumi domen ünvan
altında birləşmiş olurlar və eyni məntiqi struktura
malikdirlər. Veb-sayt anlayışı (hostinq) server,
provayder, domen, şəbəkə və s. anlayışlarla sıx
bağlıdır. Đnternet texnologiyaları inkişaf etdikcə,
bir serverdə (kompüterdə) çoxlu sayda domen və
veb-saytlar yerləşdirmək mümkündür.
VEKSEL
– məcburi (vacib) rekvizitlərlə
(tədiyəçinin adı, müddət, məbləğ, ödəniş yeri və
s.) qəti müəyyənləşdirilmiş formada qiymətli
kağızdır. Öhdəçiliyin vaxtı qurtardıqdan sonra, öz
sahibinə (veksel sahibinə) borcludan vekseldə
göstərilmiş pul məbləğini ödəməyi tələb etməyə
şərtsiz hüquq verən yazılı borc öhdəçiliyidir.
Veksel bazar iqtisadiyyatlı ölkələrin kommersiya
və bank təcrübəsində, həmçinin xarici ticarətdə və
digər
beynəlxalq
hesablaşmalarda
geniş
yayılmışdır. Vekselin yeganə obyekti ancaq pul
(milli və ya xarici valyuta) ola bilər.
Veksellər formasına görə sadə və köçürmə
veksellərə
bölünürlər.
Sadə
veksel
borclu
tərəfindən yazılır. Köçürmə veksel kreditorun
(barat vekseli) borc alana, müəyyən bir məbləğin
vekseldə göstərilən şəxsə ödənməsi haqqında
yazılı əmridir. Köçürmə veksel akseptli olmalıdır,
yəni tədiyyəçi vekseli ödəməyə razılıq verməlidir.
Veksel sahibi tədiyyə vaxtı çatdıqda vekseli
ödəməyə təqdim edə bilər və ya vekselin
arxasında köçürmə yazısının köməyi ilə pulu
almaq
hüququnu
digər
şəxsə
verə
bilər
(indossment). O, həm də veksel verəndən, veksel
zəmanətliyi (aval) şəklində tədiyyənin vaxtında və
tam ödənilməsini tələb edə bilər. Ölkədə veksel
dövriyyəsinin
aparılmasının
məqsədi
-
müəssisələr arasında pul ödəməməsi hallarının
azalması,
hesablaşmaların
və
dövriyyə
vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsidir.
VERGĐ GÜZƏŞTLƏRĐ
– fiziki və hüquqi
şəxslərin vergilərdən qismən və ya tam azad
edilməsidir. Vergi güzəştləri – vergi siyasətinin
elementlərindən
biridir,
sosial
və
iqtisadi
məqsədlər daşıyır. Vergi güzəştlərini aşağıdakı
kimi təsnifləşdirmək olar:
- gəlirlərə minimum vergiqoymanın tətbiq
edilməsi;
-
vergi
güzəştlərinin
müəyyənləşdirilməsi
(məsələn,
ayrı-ayrı
sahələrin,
regionların
müəssisələri üçün);
- vergi qoyulan gəlirin məbləğindən vergi
ödəyicilərinin bir sıra xərclərinin çıxarılması
(məsələn, nümayəndəlik xərclərinin, ümidsiz
borcların);
- müəyyən növ gəlirlərdən vergiqoymanın
götürülməsi (məsələn, əgər gəlir ölkədən kənarda
əldə edilibsə və orada vergi tutulubsa);
- verginin məbləğindən tutulmalar (vergi krediti,
məsələn, əgər gəlirlərin bir hissəsi hesabına
keçmiş illərin itkiləri ödənilirsə);
- əvvəlcədən ödənilmiş vergilərin qaytarılması
(vergi amnistiyası);
- adətən bir neçə il müddətində bir sıra vergilərin
ödənilməsindən tam azad edilmə (məsələn, yeni
yaradılan müəssisələr üçün) və s.
Vergi güzəştləri kiçik sahibkarlıq subyektlərini,
ixracatçıları
həvəsləndirmək
üçün,
xarici
investisiyanın cəlb olunması üçün tətbiq olunur.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti
orqanları,
büdcə
təşkilatları
və
yerli
özünüidarəetmə orqanları, Mərkəzi Bank və onun
qurumları, dövlət fondları və əlillərin ictimai
təşkilatları əmlak vergisini ödəməkdən azaddırlar.
Misgərlik, qalayçılıq, dulusçuluq və şəxsi
məmulatlarının,
təsərrüfat
müxəlləfatının,
bağçılıq-bostançılıq
alətlərinin,
xalq
musiqi
alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan
və qarğıdan məişət əşyalarının düzəldilməsi
keramika məmulatlarının işlənməsi, bədii tikmə,
ağac
materiallarından
məişət
alətlərinin
hazırlanması sahəsində hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin sənətkarlıq emalatxanalarının binaları və
683
ya binaların bu emalatxanalar yerləşən hissələri
əmlak vergisinə cəlb edilmir.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə
sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə
məşğul olmaq üçün istifadə edildiyi hallar istisna
olmaqla, AR VM-in 102.2-ci maddəsində
göstərilən şəxslərin, habelə pensiyaçıların və
müddətli hərbi xidmət qulluqçularının və onların
ailə üzvlərinin müddətli hərbi xidmət dövründə
binalara görə ödəməli olduqları əmlak vergisinin
məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin
müəyyən misli qədər azaldılır.
VERGĐ KREDĐTĐ
– verginin ödənilməsi üzrə
vaxtın uzadılması və yaxud möhlətin verilməsidir.
VERGĐ STATĐSTĐKASI
– dövlətin vergi
siyasətinin yerinə yetirilməsinin gedişinin və
büdcəyə vergilərin daxil olmasının artırılması
ehtiyatlarının təhlili üçün informasiya bazasıdır.
Əsas
növ
vergilərin
ödəyiciləri
haqqında,
ödənməyə hesablanmışdan büdcəyə ödənmiş
vergilər və hüquqi və fiziki şəxslər üçün ayrılıqda
hər bir vergi növü üzrə hesabat dövründə faktiki
ödənişlər haqqında, vergiqoyma bazasının ölçüləri
haqqında
məlumatları
birləşdirir.
Vergi
hesablamaları
əsasında
vergi
ödəmələrinin
statistika və mühasibat qeydlərinə əsaslanır.
Hesablamaların metod və formaları adətən dövlət
vergi xidmətləri tərəfindən işlənib hazırlanır.
Vergi məlumatları müntəzəm tərtib olunan
statistika hesabatlarından və vergi qoymanın
müxtəlif məsələlərinə dair keçirilən seçmə
müayinələrdən
(məsələn,
vergi
tutmaların
miqdarının təşkilatların maliyyə nəticələrinə və
investisiya
fəallığı
vəziyyətinə
təsirinin
öyrənilməsi üzrə müayinə; vergi və ödəmələrin
ödənişi üzrə təxirə salınması ilə bağlı büdcənin
itkiləri müayinəsi və s.) əldə edilir.
VERGĐ TƏNZĐMLƏNMƏSĐ
– vergilərin
ümumi
səviyyəsinin
(birbaşa
fərdi
vergi
tariflərinin,
mənfəətdən
verginin,
dolayı
vergilərin),
müəssisələrin
kapitalının
sürətli
amortizasiyası sisteminin, investisiyalara vergi
güzəştlərinin (“vergi krediti”), sahibkarlığın və
işgüzar fəallığın inkişafına imkan yaratmaq
məqsədilə müxtəlif xüsusi vergi güzəştlərinin
azaldılması
və
ya
artırılması
yolu
ilə
iqtisadiyyatın inkişafına dövlətin dolayı yolla təsir
tədbirlərinin məcmusudur.
VERGĐ UÇOTU
– müəssisələr (təşkilatlar) və
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin
vergi orqanları səviyyəsində həyata keçirilən vergi
ödəmələrinin
və
qeydiyyatdan
keçmiş
və
qeydiyyatdan keçməmiş vergi ödəyicilərindən
daxilolmaların kompleks uçotudur. Vergi uçotu
ölkə büdcəsi (regionların büdcələri) və maliyyə
uçotu ilə sıx bağlıdır.
Müəssisələrdə (təşkilatlarda) vergi uçotunun
tərkibinin əsasını vergi ödəmələrinin statistik və
mühasibat qeydə almaları təşkil edir. Bu proses
vergi
hesablamaları
ilə
tamamlanır.
Hesablamaların metod və formaları adətən dövlət
vergi orqanları tərəfindən hazırlanır. Verginin hər
növü
üzrə
hesablamaların
və
ödəmələrin
aparılmasına dair qanunla müəyyən qaydalar
nəzərdə tutulur. Vergi ödəmələrinin vaxtında
təqdim olunmaması və köçürülməməsi cərimə
sanksiyasına səbəb olur. Vergi ödəyiciləri
müəyyən olunmuş nümunə forması üzrə vergi
hesablamalarını göstərilmiş vaxtda dövlət vergi
xidmətinin yerli bölmələrinə təqdim edirlər.
Vergi orqanları hər bir vergi ödəyicisi üzrə vergi
növləri və büdcəyə ödəmə üzrə vergi uçotunu
aparır. Vergi orqanları maliyyə orqanları ilə
birlikdə büdcənin gəlir hissəsinin icra olunmasına
nəzarət edir. Müvafiq səviyyədə büdcəyə daxil
olan vergilərin və ödəmələrin uçotu vergilərin
ümumi məbləği və onun ayrı-ayrı növlərinin vergi
daxil olmalarının ümumi həcmində payı üzrə
aparılır.
VERGĐLƏR
–
(I)
–
1)
dövlətin
və
bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı
məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində
olan
pul
vəsaitlərinin
özgəninkiləşdirilməsi
şəklində dövlət büdcəsinə və yerli büdcələrə,
habelə məqsədli dövlət fondlarına məcburi, əvəzi
ödənilmədən, geri qaytarılmayan ödənişlərdir.
Vergilər – dövlətin maliyyə ehtiyatlarının
yaradılmasının xeyrinə, yeni yaranan dəyərin
bölüşdürülməsi
prosesində
meydana
çıxan
münasibətləri əks etdirən xüsusi spesifik formadır.
Hüquqi
və
fiziki
şəxslərin
gəlirləri
və
mülkiyyətləri pul formasında vergi qoymanın
obyektləri hesab edilir. Yığılma qaydalarına görə
vergilər birbaşa və dolayı vergilərə bölünür.
Birbaşa
vergilər
bilavasitə
ödəyicilərin
gəlirlərindən tutulma yolu ilə yığılır. Dolayı
vergilər
isə
qiymətlər
vasitəsilə
məhsul
istehlakçılarına
keçirilir.
Birbaşa
vergilərə
müəssisənin mənfəətinə gəlir vergisi, fiziki
şəxslərdən gəlir vergisi və s., dolayı vergilərə isə
əlavə dəyər vergisi, aksizlər, gömrük tarifləri və s.
aid edilir. Vergi ödəmə mənbələri məhsulun maya
dəyəri (yol, torpaq və s.), mənfəət (mənfəətə,
qiymətli
kağızlarla
əməliyyatlara
və
s.),
satışdankənar əməliyyatların nəticələri (məsələn,
əmlaka görə vergi) ola bilər. Vergi aşağıdakı
funksiyaları
yerinə
yetirir:
fiskal
(bütün
səviyyələrdə
büdcələrin
formalaşdırılması);
tənzimləmə (təsərrüfat fəaliyyətinin şərtlərinin
684
tənzimlənməsi); sosial, həvəsləndirmə və s.
Dövlət vergi münasibətlərini vergi qanunvericiliyi
vasitəsilə tənzimləyir;
2) ictimai xərcləri maliyyələşdirmək məqsədi ilə,
qanunvericiliklə
müəyyənləşdirilmiş
qaydada
bütün səviyyələrdə dövlət orqanları tərəfindən
tariflər üzrə fiziki və hüquqi şəxslərdən tutulan
məcburi
və
əvəzsiz
toplamaları
(vəsaitin
götürülməsini) əks etdirir. Vergilər cəmiyyətdə və
dövlətdə sosial-iqtisadi münasibətlərin zəruri
hissəsi hesab edilir və onun əmələ gəldiyi andan
mövcud olur. Başqa sözlə, vergilər – cəmiyyətin
inkişafına görə ödənişdir.
(II) - dövlət idarəetmə sektoruna institusional
vahidlər tərəfindən pul və ya natura formasında
köçürülən məcburi əvəzsiz ödənişlərdir.
VERGĐLƏR, ÜZVLÜK HAQLARI VƏ
ÖDƏNĐŞLƏRĐN DĐGƏR NÖVLƏRĐ
–
aşağıdakıları birləşdirən ödənişlərdir:
- dövlət xərclərini təmin etmək üçün mərkəzi
hökumətə
və
yerli
hakimiyyətə
məcburi
ödənişləri;
- iqtisadi və sosial xarakterli layihələrin
maliyyələşdirilməsi
qaydasında
dövlət
hakimiyyəti
tərəfindən
müəyyənləşdirilmiş
ödənişləri.
Dostları ilə paylaş: |